Ruzgar” Ekoloji İctimai Birliyi



Yüklə 27,9 Kb.
tarix18.04.2018
ölçüsü27,9 Kb.
#39316



ruzgar_logoRuzgar” Ekoloji İctimai Birliyi

Tel: 5394113, 050-3207816, E-mail: imustafayev@mail.ru

PRES-RELIZ

“Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsi

“Ruzgar” Ekoloji İctimai Birliyi 23 May 1996-cı il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Əsas missiyası Ətraf mühitin qorunması uğrunda İctimai hərəkatın təşkilindən ibarətdir. Birlik müxtəlif Beynəlxalq və yerli donorların yardımı ilə 40-a qədər ekoloji Layihələr yerinə yetirmişdir.

2016-cı ildə Birlik “Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsini həyata keçirmək üçün Qrant almışdır.

Layihənin əsas məqsədi: Meşə yanğınları sahəsində əhalinin məlumatlandırılması və maarifləndirilməsi üzrə təbliğatın təşkili və yanğın ərazisində yaşıllaşdırma Layihələrinin həyata keçirilməsi vasitəsilə ona qarşı ictimai hərəkatın formalaşdırılması

Layinənin əhatə etdiyi ərazi: İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən rayonları

Layihənin müddəti: 15 may-15 Dekabr, 7 ay

Layihənin büdcəsi: 7,000.00 AZN

Əlaqələndirici: Birliyin sədri –İslam Mustafayev

Tel/Fax: 99412-5394113 (ofis)

Mob: 99450-3207816

E-mail: imustafayev@mail.ru

Web-page: http://ruzgar-ngo.org

ruzgar_logoRuzgar” Ekoloji İctimai Birliyi

Tel: 5394113, 050-3207816, E-mail: imustafayev@mail.ru

“Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsi çərçivəsində Şəki şəhərində 17 iyun 2016-cı il tarixdə keçirilən Dəyirmi Masanın



PRES-RELIZİ

“Ruzgar” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsini yerinə yetirir. Layihə İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir və 7 ay müddətində bu ərazilərdə icmalar, fermerlər, bələdiyyələr, meşə təsərrüfatı işçiləri və əhalinin digər təbəqələri arasında meşə yanğınlarının ətraf mühitə, iqtisadiyyata və insan sağlamlığına mənfi təsiri haqqında məlumatlandırma və maarifləndirmə kampaniyasına həsr olunmuşdur.

17 iyun 2016-cı il tarixdə Şəki Regional Elm Mərkəzində “Ruzgar” EİB Layihəsi çərçivəsində “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili” mövzusunda Dəyirmi Masa keçirilmişdir. Tədbir Şəki Regional Elmi Mərkəzi ilə birgə təşkil edilmişdir. Tədbirin açılışında REM-in direktor müavini , b.e.n. Fərhad Əzizov və “Ruzgar” EİB-nin eksperti T.Haqverdiyeva açılış nitqi söyləmiş və Layihənin region üçün əhəmiyyətindən bəhs etmişlər. Layihənin koordinatoru İ.Mustafayev Layihə haqqında məlumat vermiş, onun məqsəd və vəzifələri, icra mexanizmi və həyata keçirilən tədbirlərdən danışmışdır. Layihə eksperti, t.e.n. Ş.Danyalov “Meşə yanğınlarına qarşı mübarizə: Qabaqlayıcı tədbirlər, söndürülməsi və nəticələrinin aradan qaldırılması. QHT-in rolu” mövzusunda ətraflı məruzə etmişdir. REM-in direktor müavini , b.e.n. Fərhad Əzizov “Şəki –Zagatala regionunda meşə yanğınları və onların biomüxtəlifliyə təsiri” mövzusunda təqdimatda Şəki-Zaqatala zonasında biomüxtəlifliyin xüsusiyyətləri və baş verən yanğınların biomüxtəlifliyə təsirindən bəhs etmişdir. Son illər baş verən yanğınların və ətraf mühitə dəyən ziyanın dinamikasını şərh etmişdir.

Yekunda Dəyirmi Masa iştirakçılarının hər biri müzakirə olunan mövzuya öz münasibətini bildirmiş, yekdilliklə Layihənin region üçün əhəmiyyətindən bəhs etmiş, bu problemin həllində əhalinin geniş kütlələrinin məlumatlandırılması və maarifləndirilməsinin əhəmiyyətinin vacib olmasını qeyd etmişlər.



ruzgar_logoRuzgar” Ekoloji İctimai Birliyi

Tel: 5394113, 050-3207816, E-mail: imustafayev@mail.ru

“Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsi çərçivəsində Balakən şəhərində 17 iyun 2016-cı il tarixdə keçirilən Dəyirmi Masanın



PRES-RELIZİ

“Ruzgar” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsini yerinə yetirir. Layihə İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir və 7 ay müddətində bu ərazilərdə icmalar, fermerlər, bələdiyyələr, QHT-lər, meşə təsərrüfatı işçiləri və əhalinin digər təbəqələri arasında meşə yanğınlarının ətraf mühitə, iqtisadiyyata və insan sağlamlığına mənfi təsiri haqqında məlumatlandırma və maarifləndirmə kampaniyasına həsr olunmuşdur.

17 iyun 2016-cı il tarixdə Balakən rayon Meşələrin bərpası və inkişafı Departamentində “Ruzgar” EİB Layihəsi çərçivəsində “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili” mövzusunda Dəyirmi Masa keçirilmişdir. Tədbir Balakən rayon Meşələrin bərpası və inkişafı Departamenti ilə birgə təşkil edilmişdir. Tədbirin açılışında “Ruzgar” EİB-nin sədri İslam Mustafayev və Departamentin direktoru Paşa Koxnayev açılış nitqi söyləmiş və Layihənin region üçün əhəmiyyətindən bəhs etmişlər. İ.Mustafayev həm də Layihə haqqında ətraflı məlumat vermiş, onun məqsəd və vəzifələri, icra mexanizmi və həyata keçirilən tədbirlərdən danışmışdır. Layihə eksperti, t.e.n. Ş.Danyalov “Meşə yanğınlarına qarşı mübarizə: Qabaqlayıcı tədbirlər, söndürülməsi və nəticələrinin aradan qaldırılması. QHT-in rolu” mövzusunda ətraflı məruzə etmişdir. Bu sahədə əhali arasında məlumatlandırmanın və maarifləndirmənin vacib olduğunu vurğulamışdır. “Ruzgar” EİB-nin eksperti prof. T.Haqverdiyeva “Meşə yanğınlarına qarşı mübarizədə ekoloji təhsil və maarifləndirmənin rolu”

mövzusunda məruzə etdi. Ölkəmizdə bu sahədə mütəxəssislər hazırlayan təhsil müəssisələrinin potensialı, ixtisaslaşmalar və təlim kursları haqqında məlumat verdi.

Yekunda Dəyirmi Masa iştirakçıları müzakirə olunan mövzuya öz münasibətini bildirmiş, yekdilliklə Layihənin region üçün əhəmiyyətindən bəhs etmiş, bu problemin həllində əhalinin geniş kütlələrinin məlumatlandırılması və maarifləndirilməsinin əhəmiyyətinin vacib olmasını qeyd etmişlər.

ruzgar_logoRuzgar” Ekoloji İctimai Birliyi

Tel: 5394113, 050-3207816, E-mail: imustafayev@mail.ru

“Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsi çərçivəsində Qax şəhərində 01 sentyabr 2016-cı il tarixdə keçirilən Dəyirmi Masanın



PRES-RELIZİ

“Ruzgar” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsini yerinə yetirir. Layihə İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir və 7 ay müddətində bu ərazilərdə icmalar, fermerlər, bələdiyyələr, QHT-lər, meşə təsərrüfatı işçiləri və əhalinin digər təbəqələri arasında meşə yanğınlarının ətraf mühitə, iqtisadiyyata və insan sağlamlığına mənfi təsiri haqqında məlumatlandırma və maarifləndirmə kampaniyasına həsr olunmuşdur.



01 sentyabr 2016-cı il tarixdə Qax rayon Meşələrin bərpası və inkişafı Departamentində “Ruzgar” EİB Layihəsi çərçivəsində “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili” mövzusunda Dəyirmi Masa keçirilmişdir. Tədbir Qax rayon Meşələrin bərpası və inkişafı Departamenti ilə birgə təşkil edilmişdir. Tədbirin açılışında “Ruzgar” EİB-nin sədri İ.Mustafayev və Departamentin direktoru Azad Şəfiyev açılış nitqi söyləmiş və Layihənin region üçün əhəmiyyətindən bəhs etmişlər. İ.Mustafayev həm də Layihə haqqında ətraflı məlumat vermiş, onun məqsəd və vəzifələri, icra mexanizmi və həyata keçirilən tədbirlərdən danışmışdır. Layihə eksperti, t.e.n. Ş.Danyalov “Meşə yanğınlarına qarşı mübarizə: Qabaqlayıcı tədbirlər, söndürülməsi və nəticələrinin aradan qaldırılması. QHT-in rolu” mövzusunda ətraflı məruzə etmişdir. Bu sahədə əhali arasında məlumatlandırmanın və maarifləndirmənin vacib olduğunu vurğulamışdır. Ölkəmizdə bu sahədə mütəxəssislər hazırlayan təhsil müəssisələrinin potensialı, ixtisaslaşmalar və təlim kursları haqqında məlumat verilmişdir.

Yekunda Dəyirmi Masa iştirakçıları müzakirə olunan mövzuya öz münasibətini bildirmiş, yekdilliklə Layihənin region üçün əhəmiyyətindən bəhs etmiş, bu problemin həllində əhalinin geniş kütlələrinin məlumatlandırılması və maarifləndirilməsinin əhəmiyyətinin vacib olmasını qeyd etmişlər. Almalı bələdiyyəsində 2 il əvvəl yanmış ərazidə meşənin bərpa olunmasını bu layihə üçün pilot sahə kimi seçilməsi məsləhət görülmüşdür.
Yüklə 27,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə