Ş 0 bbk 45 Tərtib edən: Adil Abdullayev Respublikanın Əməkdar Mədəniyyət İşçisi Ş. 40. Ş. Cəfərov



Yüklə 370,23 Kb.
səhifə1/4
tarix08.07.2018
ölçüsü370,23 Kb.
  1   2   3   4


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi «Gənclik» nəşriyyatı


Azərbaycanın

İlk polİqrafçı alİmİ

şəddat cəfərov



Biblioqrafiya

Bakı, «Gənclik», 2011



Az

Ş 40

BBK 45.2.2
Tərtib edən: Adil Abdullayev

Respublikanın Əməkdar Mədəniyyət İşçisi

Ş.40. Ş.Cəfərov. Biblioqrafiya. Bakı, «Gənc­lik», 2011. 104 səh.
Kitabda tanınmış poliqrafçı alim, naşir, poliqra­fiya üzrə fəlsəfə doktoru Şəddat Muğdat oğlu Cəfərovun əsərlərinin və onun haqqında yazılan əsər və məqalələrin biblioqrafik göstəri­cisi veril­mişdir. Biblioqrafiya Ş.Cəfərovun həya­tının 1968-ci ildən bu günə qədər olan əsas dövrlə­rinin qısa xarakteristikasını əhatə edir və xronoloji ardıcıl­lıqla tərtib edilmişdir.

Kitab poliqrafçılar, naşirlər, tədqiqatçılar, tələ­bələr və geniş oxucu kütləsi üçün nəzərdə tutul­muşdur.


Ş 47020600202 Qrifli nəşr

M – 653 (07) – 2011

İSBN S – 8002 – 1588 – 18

® Ş.Cəfərov, 2011.

® «Gənclik», 2011.



Respublİkanın İlk polİqrafçı alİmİ haqqında

tarİxİ özündə əks etdİrən faydalı vəsaİt
İnsana başucalığı, üzağlığı gətirən, ailə­sin­də və cəmiyyətdə hörmət qazandıran cəhət­lər­dən biri öz sənətinin ustası olmasıdır. Poliqra­fiya elminin ilk qaranquşu saydığımız Şəddat Cəfərov nəinki sənətinin ustası, həm də gör­kəmli alimdir.

Ömrümün qırx ili poliqrafçıların, na­şir­lə­rin, mətbəə işçilərinin, jurnalistlərin ara­sında keçib. Bu müddət ərzində bir-birindən maraqlı çox adamla tanış olmuşam. Kitab anbar­larında işləyənlərdən tutmuş nəşriyyat direktorlarına qədər ürəyimdə hər kəsin öz yeri, xatirəsi var.

Şəddat Cəfərovla ilk tanışlığımız zamanı hər ikimiz çox cavan idik. O, indiki 1 saylı mətbə­ədə işləyirdi, mən isə «Ədəbiyyat və incəsənət» qəzetində. Mənə elə gəlir ki, bi­zim dostluq münasibətimiz elə ilk tanışlıqdan ya­ran­dı. Məni Şəddata bağlayan cəhətlərdən biri onun zəhmətsevərliyi, ağlı, içindəki mə­də­niy­yət duyğusu, poliqrafiya işinə ciddi müna­sibəti və bu sahəni elmi araşdırma möv­zusu kimi öyrənməsi idi.

Azərbaycanda poliqrafiyaçı çox olsa da, bu sahə ilə bağlı elmi iş yazan, müdafiə edən mütə­xəssislərimiz yox idi.

Bu baxımdan şəddat Cəfərov poliqrafiya elminin ilk alimidir və bununla bütün Azər­baycan fəxr edə bilər.

şəddat Cəfərov alim və mütəxəssis kimi öz istedadı, əməksevərliyi, təşkilatçılıq baca­rığı ilə tezliklə Azərbaycan və Rusiya poliqrafiya­sı­nın sevilən nümayəndələrindən və başçıların­dan birinə çev­­­rildi. İstedadı və təşkilatçılıq qabi­­liy­­yəti, quru­culuq təfəkkürü, standart, köh­­nəl­miş iş me­tod­­larından imtina edib, başçılıq etdiyi sa­həyə yaradıcı münasibəti öz nəticə­sini verdi. Təəssüf ki, onun bu qabiliyyəti Azər­bay­can üçün xarakterik olan başqa «nə­ti­­cə­lər» verdi. Bürokratiya, məhdud təfək­kür, qısqanc­lıq, tə­rəf­keşlik... ona Bakıda rahat işlə­məyə imkan vermədi. Bir müddət Bakı­dan kənarda yaşayıb işləməli oldu.

Tale elə gətirdi ki, mən onu «Ulya­nov­s­ka­ya pravda» nəşriyyatına rəhbərlik edəndə gör­düm. Ulyanovskda keçirilən Ümumittifaq təd­birləri zamanı zəng vurub Şəddatla görüş­düm, iş yerinə getdim. Bakıda olarkən onun Ulya­novskda necə uğurlar əldə etdiyini, hör­mət qa­zandığını eşitmişdim. Görüşümüz zamanı bu­nun şahidi oldum. Başçılıq etdiyi Rusiyanın ən böyük poliqrafiya bazalarından olan «Ulya­nov­skaya pravda» saat mexanizmi kimi işlə­yirdi. Adamlarla görüşəndə gördüm ki, burada hamının ona böyük ehtiramı var. Diq­qətimi çəkən cəhətlərdən biri də bu idi ki, bir dəstə azərbaycanlı gənci öz ətrafına yığıb onları öy­rə­dirdi. Hətta aralarında sex rəisli­yinə kimi yüksələnlər də vardı. Onun vətən­daşlıq təəs­sübü ilə fəxr edirdim.

Şəddat bəy keçmiş SSRİ-nin poliqraf­çıları arasında böyük ehtirama malik idi. SSRİ Mətbuat Komitəsinin sədri Boris Stu­kalin onu şəxsən tanıyır, işgüzarlığını, peşə­karlığını yük­sək qiymətləndirirdi. O zaman­lar üçün dəb­də olan Keçici Qırmızı Bayrağı Azər­bay­canda ilk dəfə şəddat Cəfərovun direktor işlədiyi «Yeni Kitab mətbəəsi»nə vermişdilər. Komitə sədri özü Bakıya gələ­rək bayrağı şəxsən təqdim etmişdi.

şəddat Cəfərovun Rusiyada nüfuzlu təş­ki­lat­ların rəhbərləri ilə dostluğu Azərbaycan mət­­bəələrinin ən çətin günlərində sıxıntılı və­ziy­yətdən çıxmasına yardımçı oldu. Xeyir­xah əlaqələr bu gün də davam edir və lazımdır. Çünki Azərbaycan yenə də poliqra­fiya mate­rial­larının çoxunu Rusiyadan alır.

Meydan hadisələri zamanı şəddat Cəfə­ro­vun da adı tez-tez hallanırdı. Xalq onun da Vətənə qayıtmasını tələb edirdi. Yanvar hadi­sə­lərindən sonra Vətənə məhəbbət nami­nə yük­­­sək vəzifə postunu təhvil verib Azər­bay­cana qayıtdı. O, Mətbuat Komitəsinin sədri, ya da müavini olmalı idi. Lakin «köhnə xəstə­lik­lər» yenə də onun halal haq­qının verilməsinə mane oldu.

Bir müddət sonra Komitə sədrliyi, son­ralar Mətbuat və İnformasiya Nazirliyi mənə tap­şırılanda ilk axtardığım şəddat Cəfərov oldu. Bilirdim ki, bu sahəni yalnız onun kimi mütə­xəssislərin köməyilə inkişaf etdirmək olar. Ko­mitə sədri, sonra isə nazir işlədiyim dörd il ya­rımda, doğrudan da güvəndiyim, eti­bar etdi­yim, tez-tez məsləhətləşdiyim, xü­susi diqqətlə yanaşdığım adamlardan biri də şəddat Cəfərov oldu.

Şübhəsiz, bu yaxınlığın kökündə onun ağlı, təcrübəsi, peşəkarlığı dayanırdı. İşi bilməyən, peşəkar olmayan adam dostun olsa da, ondan xeyirdən çox ziyan gələr.

Mənim işlədiyim vaxtlarda şəddat Cəfəro­vu «Azərbaycan» nəşriyyatına baş direktor təyin etdik, kollegiya üzvü seçdik. Ona nazir müavinliyi də təklif etdim. Lakin, işin çətinin­dən yapışmağa hazır olan şəddat bəy nəşriy­yatı seçdi. Həmin vaxtlar nəşriyyat ağır vəziy­yətdə idi.

Elə adamlar var ki, onlara laqeydlik göstər­məkdə cəmiyyət özü uduzur, həmin adam yox. şəddat Cəfərov mənim gözümdə belə adam­lardandır. Yenə də poliqrafiya sahəsindədir, mətbəə direktorudur. Lakin hər hansı böyük sahəyə səriştə ilə başçılıq edər, əvəzsiz bir təş­ki­latçı olduğunu göstərə bilər.



şəddat Cəfərov həssas, səmimi insandır. İndi vəzifələrimiz, ictimai mövqeyimiz dəyi­şib. Amma münasibətlərimiz dəyişmə­yib. Şöh­rət zirvəsində olanda da, təqib ediləndə də onun münasibətlərini eyni səviyyədə gör­mü­şəm.

şəddat Cəfərovun ədəbi mühitdə, qələm sahibləri arasında nüfuzu böyükdür. Onun haqqında çox yazıblar, yenə də yazacaqlar. Bütün həyatını kitaba həsr etmiş, poliqra­fiyaya yeni-yeni töhfələr bəxş etmiş bir insan haq­qında kitab yazmaq, əslində savab işdir.

Artıq, yaşımızın elə bir dövrüdür ki, sıra­la­rımız seyrəlir. Şəddatın poliqrafçı dostları ara­sında çoxları dünyasını dəyişib. Qalanlar isə onunla çiyin-çiyinə işləyir, onun zəngin təcrü­bə­sinə güvənir, məsləhət alırlar. Bu baxım­dan, kitab təkcə şəddat Cəfərov haq­qında deyil, şəddatı sevən, şəddatin sev­diyi insanlar, onun haqqında yazanlar, bütöv bir poliqra­fiya nəsli­nin nümayəndələrinin tərcümeyi-halıdır.

Bir məqamı da qeyd edim ki, kitab qəhrə­manı olmaq üçün nazir, alim, şair olmaq vacib deyil. Kitab qəhrəmanlarını əsasən torpaqda, əkin-biçində, zavodda, fabrikdə, neft buruqla­rında axtarmışıq. Poliqrafiyanın da öz fəhlələri var. Şəddat da bu işə adi fəhlə kimi başlayıb. Şəddatın uğurlarının önündə ilk gündən məsu­liyyət hissi, yalnız öz zəh­məti sayəsində yük­səl­mək həvəsi dayanır. Odur ki, fəhləlikdən başlayan peşəsinin alim­liyinədək yüksəldi, vəzifə etibarilə böyük nəş­riyyatlarda baş direk­tor kreslolarında oturdu.

Hesab edirəm ki, unikal, çox da böyük ol­mayan bir sahənin zəhmət adamına sözdən abidə ucaltmaq onun layiqli və halal haq­qıdır. Bu sahədə onun kimi adamları saysam, bar­maqlarım sona qədər qatlanmaz.

İnsanlar kimi, hər kitabın da öz taleyi var. İnanıram ki, şəddat Cəfərovun həyat və yara­dıcılığı ilə daha yaxından tanış olmaq istəyən tədqiqatçılar, naşirlər, tələbələr və geniş oxucu kütləsi üçün bu kitab olduqca faydalı bir vəsaitdir.

şəddat Cəfərovun biblioqrafiya göstəri­cisi ilk dəfədir ki, işıq üzü görür və bu nəşr uğurlu bir ömür yaşayaraq nəsilgən nəslə əmanət kimi ötürüləcək.

Sabir Rüstəmxanlı

Millət vəkili, xalq şairi



Tərtİbçİdən
Azərbaycan Respublikasının ilk poli­qrafçı alimi Şəddat Muğdat oğlu Cəfərovun əsər­ləri­nin və onun haqqında yazılanların biblioqrafik göstəricisi 1967-ci ildən 2011-ci ilin sentyabr ayına qədər olan dövrü əhatə edir. Bu göstəri­ciyə onun kitabları, dövri mət­buatda, məcmuə­lərdə, habelə respublika və beynəlxalq əhə­miyyətli konfrans və semi­narlarda və başqa materiallarda azərbaycan, rus və digər dillərdə dərc olunmuş məqalələri daxil edilmişdir.

Ş.Cəfərovun biblioqrafiyası onun həyatı­nın əsas dövrlərini, əmək fəaliyyətinin təhlili, el­mi-tədqiqat və ictimai fəaliyyətinin qısa xarak­teristikasını əhatə edir.

Biblioqrafik göstəriciyə təqdim olunan ma­te­riallar xronoloji ardıcıllıqla sistemləş­dirilmiş, kitablarda, jurnal və qəzetlərdə dərc olunmuş məqalələr əlifba sırası ilə veril­miş­dir. Göstə­ricidə Ş.Cəfərovun həyat və fəaliy­yəti haqqın­da ədəbiyyat ayrıca bölmədə verilmişdir.

Biblioqrafiyada Ş.Cəfərovun əsərlərinin, müştərək müəlliflərin, alimin haqqında yazan müəlliflərin əlifba göstəricisi də verilmişdir.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə sonda «Şəddat Cəfərovun yazdığı əsər və məqalələrin əlifba göstəricisi» və «Şəddat Cəfərov haqqında yazan müəlliflərin əlifba göstəricisi» də verilmişdir.

Biblioqrafiyada ilk poliqrafçı alimin həyat və yaradıcılığını tam əks etdirməyə çalışmışıq. Amma məlumdur ki, çoxşaxəli və zəngin hə­yata malik bir şəxsiyyətin haqqında tam əhatəli vəsait tərtib etmək cəfəngdir. Ona görə də gös­tə­riciyə düşməyən materiallara görə müəllif­dən və oxuculardan üzr istəyirik.

Onu da qeyd edək ki, Şəddat Cəfərov haq­qında istədiyiniz vaxt məlumat almaq üçün inter­net səhifəsində www.shaddat.3dn.ru ün­vanlı sayta və 0503246921 nömrəli mobil telefona müraciət edə bilərsiniz.

Şəddat Muğdat oğlu Cəfərovun həyatı, elmi-ictimai fəaliyyətinin əsas tarixləri
Şəddat Muğdat oğlu Cəfərov – 14 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub



1955-ci il

1954 – 1962


1955 – 1956


1956-cı il

1957 – 1959

1958-ci il

1958 – 1959


1959 – 1962

1959 – 1960

1961 – 1962

1962 – 1964

1962 – 1965

1962 – 1991

1964 – 1966

1964 – 1969


1966-cı il

1966 – 1975

1967-ci il


1969 – 1971

1971 – 1975


1975 – 1977

1977 – 1978

1978 – 1979


1978 – 1979

1979 – 1985

1985 – 1990

1986 – 1989

1987 – 1990

1987 – hal-hazıra qədər
1988 – 1990

1989 – 1990


1990 – 1991

1991 – 1992

1992 – 1994

1992 – 1994

1992 – 1994

1993-cü il

1993-cü il

1994-cü il

1994 – 1997

1997 – 1998

1998 – 1999

1999 – 2000

1999 – hal-hazıra qədər

2000-ci il

2002 – 2007


2002-ci il­dən hal-hazıra qədər
2007 – h/h

2010-cu il

2011

2011




















































44 saylı orta məktəbin 7-ci sinfini bitirmişdir
Azərbaycan Lenin kom­mu­­­­nist-Gənclər İttifaqının üzvü
Tikinti trestində suvaqçı
26 Bakı Komissarı adına mətbəədə sinkoqrafiya sexində şagird
sinkoqrafçı
«Neftçi» könüllü idman cəmiyyətinin mərkəzi şurasının plenum üzvü seçilmişdir
Eyni zamanda Komsomol Komitəsinin katibi

Sovet Silahlı Qüvvələrində əsgər


Hərbi xidmətdə serjantlıq məktəbində kursant
Hərbi xidmətdə zabitlər məktəbində kursant
26 Bakı Komissarı adına mətbəədə sinkoqrafçı
Bakı Sovet ticarəti texni­kumu «Soyuducu kompres­sor maşınları və qurğuları» ixtisası üzrə tələbə
Kommunist Partiyasının üzvü
26 Bakı Komissarı adına mətbəədə cildçi
V.İ.Lenin adına APU-nun riyaziyyat fakültəsində tələbə
Sinkoqrafiya sexində texnoloq
26 Bakı Komissarı adına mətbəədə baş mühəndis
İlk məqaləsi çap edilmişdir
Moskva şəhərində ikillik

Poliqrafiya İnstitutu, tələbə


Moskva Poliqrafiya İnstitu­tu­nun aspiranturasında aspirant
«Yeni Kitab mətbəəsi»nin direktoru
Nəsimi Rayon Sosial Təminat şöbəsində müdir
Nazirlər Soveti Dövlət Plan Komitəsinin ETİİ şöbə müdiri
Eyni zamanda Nəsimi rayon Xalq Deputatları Sovetində deputat

«Kommunist» nəşriyya­tın­da direktor müavini


«Ulyanovskaya Pravda» nəşriyyatında direktor
Kuybışev Plan İnstitutunun Ulyanovsk filialı «Sənaye-nin idarə edilməsi» fənni üzrə müəllim
Eyni zamanda Dövlət nəş­riy­­yat-poliqrafiya və kitab ti­­carəti Ulyanovsk vilayəti idarəsinin kollegiya üzvü
SSRİ Jurnalistlər Birliyinin üzvü
Eyni zamanda Ulyanovsk şəhər Lenin rayonu Sovetində deputat
Eyni zamanda Ulyanovsk Vilayət Həmkarlar təşkila­tı rəyasət heyətinin üzvü
Dövlət nəşriyyat-poliqra­fiya və kitab ticarəti işləri komitəsində sədrin köməkçisi
3 nömrəli mətbəədə direktor
«Azərbaycan» nəşriyyatında baş direktor
Eyni zamanda Azərbaycan Respublikası Mətbuat Fondunun Rəyasət heyətinin üzvü
Mətbuat və İnformasiya Nazirliyinin kollegiya üzvü
Hacı Zeynalabdin Tağıyev cənabları adına 2-li Sponsor Fəxriyyə diplomu ilə təltif edilib
«Qızıl Qələm» kamil sənət­kar diplomu ilə təltif edilib
Azərbaycan Ensiklopedi­ya­sının Nəşriyyat-Poliqrafiya birliyində Baş direktorun müavini
Ofset çap kombinatında direktor
«Səadət» firmasında direktor müavini
DKK «azərkontrakt» SC-də baş mühəndis
«Şans» Nəşriyyat-Poliqra­fıya Mərkəzində direktor
Respublika veteranlar Şura­sı­nın «Vətən» nəşriyyatının direktoru
Fəxri «Vətən» şərəf mükafatı laureatı diplomu ilə təltif edilmişdir
Bakı Avrasiya Universiteti (əvvəlki Bakı Diplomatiya Universiteti) KUB-un texnika-texnologiya fənni üzrə müəllim
«3 saylı Bakı mətbəəsi» ASC-nin direktoru

Respublika veteranlar Şurasının büro, Rəyasət heyəti və Plenum üzvü


Uzunmüddətli əmək fəaliy­yəti, poliqrafiyanın inkişa­fında şəxsi səyinə görə və anadan olmasının 70 illiyi münasibəti ilə Ulyanovsk şəhər merinin Fəxri Fərma­nı ilə təlıtif edilmişdir
Azərbaycan mediasının inkişafında uzunmüddətli xidmətinə görə diplomu ilə təltif edilmişdir
«İnam» şərəf diplomu ilə təltif edilmişdir




ŞƏDDAT CƏFƏROVUN

əsərlərİnİn və məqalələrİnİn

bİblİoqrafİyası




İşi görmək istəyən vasitə axtarar, görmək istəməyən – bəhanə.

Şəddat Cəfərov

Кто хочет выполнить работу ищет средство, кто не хочет выполнить работу ищет причину.

Шаддат джафаров






AZƏRBAYCAN DİLİNDƏ
1992

  1. Hər şey cəbhə üçün. «Xalq Ordusu» qəzeti № 41. 3 iyul 1992, səh.1.

  2. «Oxucularımızı sevindirəcəyik». «Səhər» qəzeti № 213, 6 noyabr 1992.

  3. minnətdarlıq. «Səhər» qəzeti № 233. 5 de­kabr 1992.

1993


  1. «Şənbə günü də işləyəcəyik». «Səhər» qə­zeti № 10, 16 yanvar 1993.

  2. «Gərək adam vəzifəni seçməsin, vəzifə adamı seçsin» (müsahibəni qələmə aldı: Kəramət). «Həyat» qəzeti, 20 fevral 1993.

  3. «Mən intizamdan başlamışam». «Səhər» qəzeti № 109, 3 iyun 1993.

  4. «Ad günün mübarək». «Səhər» qəzeti № 145, 3 avqust 1993.

  5. «Hələ çox işlər görməliyik». «Səhər» qə­zeti № 101, 13 oktyabr 1993.

  6. «Qəzetlərin fəaliyyəti müharibə dövrünün qanunlarına uy­ğunlaşdırılmalıdır». «Səhər» qə­zeti № 219, 25 noyabr 1993.

  7. Təbrik. «Mozalan» qəzeti № 36, 37 (42). 23 noyabr 1993, səh.2.

  8. «Azərbaycan» nəşriyyatı «Kadilak» ma­şın­­­la­­rı­nın yı­ğı­mı ilə məşğul olacaq. «Ay­na» qəzeti № 1. 6 yanvar 1993.

  9. İki miniatür: 1.Mədəni adam, 2.Qovaq ağa­­cı. «Turan» jurnalı № 4, 1993, səh. 98-99.

  10. «Təbrik». «Söz» jurnalı № 3-4, 1993.

  11. Yumoreska. «Yaxşısı budur dözək, Hayıf deyildi əyalət, Biz dəniz sahilində yaşayı­rıq; Belə baltalar.». «Söz» jurnalı № 2, 1993.

  12. Yumoreska. «Mən yazdım, sən sübut et; İmtahan; Mənə nə?». «Söz» jurnalı № 3-4, 1993.

  13. «Hadisələrin fövqündə durmaqla». «Nax­çı­­­van» qəzeti. 29 sentyabr 1993.

  14. «Balamirzə yazandır», səh. 34-35. «Mədə­ni adam», səh. 35-36. «Qovaq ağacı», səh. 36-37. «Yaxşısı bu­dur dözək» (yumores­ka), səh. 37-38. «Həbib dayı və müdir bəy» (kiçik hekayə), səh. 38-39. «Arayış» (satirik hekayə), səh. 39-40. «İmtahan», səh. 40-42. «Bəs təhqir olunmuş qalaq» (yumoristik hekayə), səh. 42-43. «Üçüncü adam», səh. 43. «Bəy», səh. 44-45. «Şə­fəq» jurnalı № 3-4 (9-10), 1993.

  15. İdmansız yaşaya bilmərəm (müsahibəni apardı: Arif Şərifzadə). «İdman» qəzeti № 6 (6131). 11 fevral 1993. səh. 1-2.

1994


  1. «Yaxşısı budur dözək» (yumoreska). «İn­san hüquqları» № 4. 9 aprel 1994.

1996


  1. Səmimi qəlbdən təbrik. «Hakimiyyət» qə­zeti № 21. 21-28 dekabr 1996.

1999


  1. «Şans»ın kitabları göz oxşayır. «Xalq» qə­zeti № 214. 4 sentyabr 1999.

  2. «Möhtərəm Şeyx Həzrətləri!!!». «Yeni ERA» qəzeti № 32. 12-19 oktyabr 1999.

  3. «Reportyora arzularım». «Reportyor» qə­zeti № 1. 12 iyun 1999.

2000

  1. «Söz» jurnalının xüsusi buraxılışı № 1. 14 yanvar 2000-ci il.

2002


  1. «Bəşirsiz qalan dünyam» kitabı. «Sum­qa-yıt» nəşriyyatı, 2002, 360 səh. «Öz peşəsi­nin vurğunu», səh. 285-288.

  2. «Böyük rumın diplomatı Nikolac Titules­ku». «Azərbaycan» qəzeti № 249(3261) 29 oktyabr 2002-ci il, səh. 8.

  3. Jurnalistlərin məlumat kitabı. Şəddat Cəfə­rovun redaktəsi ilə. Bakı, 2002, «Yeni ERA» MMC, səh. 143.

2004


  1. Latın qrafikası ilə çap olunan «General». «Azərbaycan ordusu» № 85 (1084). 6 ok­tyabr 2004, səh.4.

  2. Latın qrafikası ilə çap olunan «General». «İnsan hüquqları» № 08. 15 oktyabr 2004.

  3. Qoy tanıyıb hamı bilsinlər onu. «Zəfər qalası» qəzeti № 05. 20 mart 2004.

  4. Latın qrafikası ilə çap olunan «General». «İki sahil» qəzeti № 201. 10 oktyabr 2004.

2006

  1. Zəhmətdən güc alan insan. «Təhsil prob­lemləri» qəzeti № 71-72. 21-31 dekabr 2006.

  2. Filoloq – pedaqoqun 70 illik işığında. «Azadlıq fədaisi» qəzeti № 62. 28 dekabr 2006.

2007

  1. Uşaqları unutmayın. «Təhsil problemləri» qəzeti № 39-40. 11-20 iyul 2007.

  2. Qobustanın qədim tarixinə bir nəzər. «Çağ» qəzeti № 21(052). 08-15 iyul 2007.

  3. Ömrün ilk izləri. «Zəfər qalası» qəzeti № 03-04. 8 mart 2007.

  4. Sənətlə ucalan insan. «Zəfər qalası» qəzeti № 23. 10 avqust 2007.

  5. «Qabusnamənin yazarına salam olsun!». «Zəfər qalası» qəzeti № 10. 15 – 30 iyun 2007.

2008

  1. «Hadisələr..., düşüncələr». Bakı, «Gənc­lik» nəşriyyatı, 2008. 60 səh.

«Hadisələr.., düşüncələr» toplusu azər­­­bay­canın ilk poliqrafçı alimi şəddat Cəfəro­­vun seçilmiş hekayələri əsasında hazırlanmışdır. Hekayələrdə cərəyan edən hadisələr ətrafında oxucuları düşündürmək üçün maraqlı motiva­si­yalı suallar, tapşırıq­lar və test nümunələri kitabda yer almışdır. Kitab məktəblilər, müəl­lim­lər, tələbələr və geniş oxucu auditoriyası üçün faydalı vəsaitdir.

  1. Balalara töhfələr (tərtibçi: Adil Qurbanov) «Qovaq ağacı» hekayəsi. Bakı, «Gənclik», 2008. 144 səh. səh. 136 – 138.

  2. Ömrün mənalı anları. Hacı Mehman fey­zullayev – 60. «Söz» jurnalı № 41. 2008-ci il.

2009

  1. Mənalı ömrün səhifələrindən. «Azad Azər­baycan» qəzeti № 144 (1636). 7 oktyabr 2009.

  2. Molla pul verən deyil, alandır. «Müha­ki­mə» qəzeti № 43. 12-18 noyabr 2009.

  3. Heydər Əliyevin Ulyanovska gəlişini tez-tez xatırlayıram. «Xalq Hakimiyyəti» qəzeti (xüsusi buraxılış). 10 may 2009.

  4. Onları unutmaq olarmı? «Yeni təfəkkür» qəzeti № 39. 6 noyabr 2009.

  5. «Söz» Şəkər Aslan ömrünün davamıdır. «Söz» jurnalı № 1, 2009, səh. 7.

  6. «Xoş təsadüflər». Bəybala Xankişiyev. «Ömrün izləri». Bakı, «Gənclik» nəşriy­yatı, 2009, 220 səh., s. 108-110.

2010


  1. Azər­bay­can poliqrafiya müəssisələri ağır vəziy­yətdədir. (müsahibəni hazırladılar: İbrahim Quliyev, Dəyanət Səlimxanlı). «Vətəndaş həmrəyliyi» qəzeti № 03 (738). 22-28 yanvar 2010.

  2. «Mədəni adam», «balamirzə yazandır», «Qo­vaq ağacı». «Sənət» qəzeti № 2 (082). 16 fevral – 15 mart 2010, səh.19.

  3. «Qovaq ağacı». «Yeni təfəkkür» qəzeti № 02. 15 yanvar 2010.

  4. «Qeyri-adi insan», «Əhməd Elbrus dün­yası» kitabı. Bakı, «Gənclik» nəşriyyatı, 2010. 200 səh., səh. 133.

  5. «Mənalı ömrün bəzi anları». Hacı Etibar Əhədov – Böyük həyat yolu (sənədli po­vest). Bakı, «Adiloğlu» nəşriyyatı, 2010. 387 səh. səh.113-117.

  6. Bakalavr pilləsi üçün «Nəşriyyat işinin əsasları» fənnindən proqrama rəy (Tərtib­çi: respublikanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Adil Abdullayev). Bakı, 2010. 30 səh.

  7. Magistr pilləsi üçün «Nəşriyyat işinin əsas­ları» fənnindən proqrama rəy (Tərtib­çi: respublikanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Adil Abdullayev). Bakı, 2010. 20 səh.

2011


  1. Sadiq insan. «Dövlət və qanun» qəzeti № 13-14 (299-300). 23-25 avqust 2011, səh.2.

RUS DİLİNDƏ
1968

  1. Обязанность – творить красоту. Газета «Бакинский рабочий». 22 февраля 1968 год.

1972


  1. Специализация–резерв повышения рен­та­­­­бель­ности. Журнал «Полиграфия» № 7, 1972 (Москва) стр.. 14-15.

1974


  1. Повышения еффективности производ­ственных фондов. Журнал «Полигра-фия» № 1, 1974 г.

1975


  1. Режим экономии – важный фактор по­вы­шения рентабельности производства. Журнал «Полиграфия» № 2, 1975 г. (Москва).

  2. Рентабельность полиграфических пред­при­ятий Азербайджанской ССР и пути ее повышения. (Диссертация) 1975 г. 181 стр.

  3. Рентабельность полиграфических пред­при­ятий и пути ее повышения. Авто­ре­фе­рат. Москва – 1975. 20 стр..

  4. Резервы повышения рентабельности. ИСБНТИ по печати экспресс-информа­ция, 1975, № 5.

  5. Рентабельность и резервы ее повы­ше­ния. Москва, из-во «Книга», 1975 г. 40 стр..

1979


  1. Проблемы совершенствования плани­ро­­вания региональной экономики и по­вы­­ше­ния эффективности обществен­но­го про­из­­вод­ства. Тезис докладов Закав­каз­ская науч­­­ная конференция по регио­наль­ной эко­но­­мике. Баку, 1979 г.

1980


  1. Использование производственных фон­дов (опыт полиграфических предприя­тий Аз. ССР). Изд-во «Книга», 1980 г. 24 стр.

1983

  1. Основные направления роста произво­ди­­тельности труда в полиграфической про­мышленности. 28 стр. Программа рес­пуб­ликанской научно-прак­тической конфе­рен­ции; Баку – 1983 г. 48 стр.

1986


  1. Я написал, а ты доказывай! Газета «Уль­­я­новская правда» № 275, 28 но­ябрь 1986 г.

  2. Такая вот история. Тополь. Газета «Уль­­я­­новская правда» № 158, 11 июль 1986 г.

1987


  1. В обкоме КПСС «Ульяновская правда». Ноябрь 1987 года (Специальный юби­лей­­ный выпуск)

  2. Уверенный шаг полиграфистов. Газета «Ульяновская правда» № 280, 6 декабрь 1987 г.

  3. Юмореска. Настоящий экзамен. Газета «Ульяновская правда» № 19. 23 января 1987 г.

  4. Без свидетелей. Газета «Ульяновская прав­да» № 290, 18 декабря 1987 г.

1989


  1. Некоторые аспекты повышения эффек­тив­ности производства работающих на пол­ном хозрасчете и самофинансиро-ва­нии. Те­зис докладов областной науч­но-практи­чес­кой конференции. Улья­новск, 1989 г.

  2. Каждому – свое. Газета «Ульяновская правда». 26 марта 1989 г.

  3. Копейка рубль бережет. Газета «Улья­новская правда». 26 февраля 1989 г.

1990


  1. Начинающему коммерсанту справоч­ное пособие. Серия: «В помощь руко­во­ди­телю». Выпуск 3, Ульяновск, 1990 г.

  2. Практические советы управленцам. Се­рия: «В помощь руководителю». Вы­пуск 5, Ульяновск, 1990 г.

  3. «Экзамен». «Ульяновский комсомо­лец», 28 мая 1990 года.

  4. Без свидетелей. «Ульяновский комсо­мо­лец», 26 мая 1990 года.

1992

  1. «Я начал с дисциплины». Газета «Рес­публика» № 24, 12-16 июня 1992.

1993


  1. «Приостановлен выпуск 142 газет». Газета «Зеркало» № 68, 22 июня 1993.

1994


  1. «Долг пла­тежом красен». «Бакинский рабочий» № 10. 3 мая 1994.

2008


  1. Юмористические рассказы. Баку, «Гяндж­лик», 2008. 60 стр.

В настоящую книгу включены юмо­рис­тические рассказы Шаддата Джафа­ро­ва напи­санные им в разные годы и опуб­ли­ко­ванным в различных периоди­чес­ких изда­ниях России и Азербайджа­на. Автор со свойственном ему юмо­ром, мягко, незамет­ливо повествует о раз­лич­ных сторонах жизни общества ха­рак­терных для недавней в прошлом советской эпохи нашей истории.

Книга представляет интерес для ши­ро­­кого круга читателей.



Türk dİlİndə


  1. «Zaman» (Türkiyə) qəzeti. «Şərqi ermeni vahşetini dünyaya duyuruyor» (müsahi­bəni yazdı: Sadulla Özcan. Ankara, «Zaman» 11.08.1992. səh. 13.







Dostları ilə paylaş:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə