S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə1/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
  1   2   3   4   5   6   7   8   9   ...   153


 

 



S.C.ƏLİYEV, 

H.M.HACIYEVA, N.C.MİKAYILZADƏ 

 

 

 

TİBBİ 

BİLİKLƏRİN 

ƏSASLARI 

 

 

 

 

downloaded from KitabYurdu.org




 

 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Elmi-Metodik  Şurasının 

«Tibbi-nəzəri  elmlər»  bölməsinin  24.10.2002-ci  il  tarixli  iclasının  09 

nömrəli  protokolu  və  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin 

Elmi-Tibbi  Şurasının  04.11.2003-cü  il  tarixli  iclasının  62  nömrəli 

protokolu ilə dərslik kimi təsdiq olunmuşdur. 

  

BAKI - 2004  



U0T 61 (075) 

Ə56 


Rəyçilər: Azərbaycan Milli EA-nın müxbir üzvü, 

prof.  F.İ.Cəfərov,  prof.  C.H.Təqdisi,  dos.  İ.H.Musayev,  dos. 

Ə.M.Hüseynov. 

Elmi redaktor: prof. F.Y.Talıbov 

Respublikanın əməkdar müəllimi, tibb elmləri doktoru, prof. Sabir Cahan 

oğlu  Əliyev,  dos.  Həqiqət  Məhəmmədhacı  qızı  Hacıyeva,  dos.  Nijad 

Cəbrayıl oğlu Mikavılzadə. Tibbi biliklərin əsasları (Ali məktəblər üçün 

dərslik). Bakı, 2004. 

Tibbi biliklərin əsasları bütün ali məktəblərdə tədris edilən fənn proqramı 

əsasında yazılmış, müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur. 

Kitabda  hər  bir  ziyalı  üçün  ən  lazımlı  tibbi  biliklər  aydın,  sadə  dildə 

verilmişdir. Dərslik ali məktəb tələbələri ilə yanaşı, sağlamlığını düşünən 

hər bir insan üçün çox faydalıdır. 

Kitabın nəşrində köməklik göstəridiyinə görə, gözəl insan, xeyriyyəçi iş 

adamı Nəbiyev Akif Musa oğluna müəlliflər öz minnətdarlığını bildirir. 

downloaded from KitabYurdu.org




 

Azərbaycan Tibb Universitetinin Nəşriyyatı 



2004 

4101000000 ATU-038 (50) 

© S.C.Əliyev, 

H.M. Hacıyeva, N.C.Mikayılzadə  

Hər  bir  bioloji  varlıq,  o  cümlədən,  insan  ömür  boyu  zədələnmələrə  və 

xəstəliklərə  məruz  qalır.  Düzdür,  bəzən  bunlar  orqanizmin  öz  təbii 

fizioloji qüvvələri hesabına, yəni mühafizə və kompensasiya reaksiyaları 

vasitəsilə  aradan  qaldırılır.  Lakin  bunlar  həmişə  kifayət  etmir.  Odur  ki, 

insanlar  daim  yeni  müalicə  vasitələri  axtarır  və  mövcud  olanları 

təkmilləşdirirlər.  Uk  əvvəl  xalqın  təcrübəsinə  əsaslanan  xalq  təbabəti 

formalaşmışdır. Onun bazası əsasında tibb elmi yaranmışdır. Tibb elmi öz 

inkişafında  çox  böyük  nailiyyətlər  qazanmışdır.  Belə  ki,  bir  çox 

xəstəliklərin  səbəbi  aydınlaşdırılmış,  infeksion  xəstəliklərin  törədiciləri 

müəyyən edilmiş, əksər xəstəliklərin müalicəsi tapılmışdır. 

Bütün  elmlər  kimi,  tibb  elminin  də  inkişafında  digər  elmlərin,  xüsusən 

biologiyanın, fizikanın, kimyanın, fəlsə¬fənin, sonralar isə genetikanın, 

kibernetikanın və s. böyük rolu olmuşdur. 

Əvvəllər tibb elminin müəyyən sahələri, ilk növbədə, terapiya və cərrahlıq 

daha  çox  inkişaf  etmişdi.  Sonralar  nevropatologiya,  mamalıq-

ginekologiya,  oftalmologiya,  stomatologiya,  otorinolarinqologiya  kimi 

müstəqil elmlər formalaşdı. 

Hazırda  tibbi  biliklər  xeyli  genişlənmiş  və  dərinləş¬miş,  buna  uyğun 

olaraq  şaxələnmiş,  bir  sıra  müstəqil  elm¬lərə  başlanğıc  vermişdir. 

Məsələn, terapiyadan kardiologi¬ya, pulmonologiya, qastroenterologiya 

və s. kimi müstəqil 

downloaded from KitabYurdu.org




 

elmlər ayrılmışdır. Buna müvafiq olaraq, tibb elminin müxtəlif sahələrini 



dərindən  öyrənmək  üçün  tibb  mütəxəs¬sisləri  də  konkret  sahələr  üzrə 

ixtisaslaşırlar 

(endokrinoloq, 

kardioloq, 

pulmonoloq, 

uroloq, 


kardiocərrah, neyrocərrah, onkoloq və s.). Beləliklə, indi tibb elminin ən 

müxtəlif sahələrində çalışan mütəxəssislərin böyük bir ordusu insanların 

sağlamlığını  qoruyur.  Bununla  belə  insanlar  öz  sağlamlığını  təkcə 

həkimlərin,  tibb  işçilərinin  öhdəsinə  buraxa  bilməzlər.  Hər  kəs, 

ixtisasından asılı olmayaraq,  

minimum  tibbi  biliklərə  yiyələnməlidir.  Bu  onların  sağlam  olması, 

həyatda düzgün mövqe tutması, özünə və yoldaşına təhlükəli anlarda ilk 

tibbi yardım göstərməyi bacarması üçün zəruridir. Ona görə də kitabda 

hər kəsə ən vacib olan məsələlər, tibb elminin hər bir sahəsindən həyatda 

daha çox lazım olan biliklər, xüsusilə orqanizmin quruluşu, xəstəlikləri, 

xəstəliklər zamanı ilk yardım üsulları öz əksini tapmışdır. 

Tibb  elminin  qısa  inkişaf  tarixi  ilə  başlanan  kitab  23  fəsildən  ibarədir. 

Orqanizmin  quruluşunu,  ayrı-ayrı  orqan¬ların  funksiyasını  bilmədən 

onun  sağlamlığını  qorumaq  çox  çətindir.  Odur  ki,  kitabda  əvvəlcə 

orqanizm  və  onun  quruluşu,  funksiyalarının  tənzimlənməsi,  mühit 

amillərinin  insan  orqanizminə  təsiri,  sağlamlıq  və  xəstəlik  haqqında 

məlumat  verilir,  sonra  isə  ardıcıl  surətdə  orqanizmin  ayrı-  ayrı 

sistemlərinin ən geniş yayılmış xəstəlikləri təsvir edilir, onların müalicəsi, 

profilaktikası,  ilk  yardım  göstərilməsi  üsulları  aydınlaşdırılır.  Sonrakı 

fəsillərdə  ekstremal  vəziy¬yətlər,  immun  sisteminin  patologiyası  (o 

cümlədən, dövrün qlobal probleminə çevrilmiş QİÇS - qazanılmış immun 

çatışmazlığı sindromu), infeksion xəstəliklər, şiş xəstəlik¬ləri, maddələr 

mübadiləsinin  pozulması  ilə  əlaqədar  xəstəliklər,  sosioloji  bəla  olan 

zərərli vərdişlər və onlarla mübarizə yolları, xəstələrin şəxsi gigiyenası və 

xəstələrə qulluq, ən çox işlənən dərmanlar və s. haqqında material verilir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə