174
Nazik bağırsaq 5-6 m uzunluğunda olub, üç hissəyə bölünür:
onikibarmaq, acı və qalça bağırsaq.
Onikibarmaq bağırsaq 25-30 sm uzunluğunda olub, yuxarı, enən və aşağı
hissələrə bölünür. Onikibarmaq bağır¬sağa öd axacağı və mədəaltı
vəzinin axacağı açılır. Acı və qalça bağırsaq birlikdə 5 m uzunluqda olub,
anatomik hü¬dudlarından məhrumdur. Nazik bağırsağın selikli qişasının
səthində dairəvi büküşlər, xovlar, aqreqat limfatik follikullar və bağırsaq
şirəsi ifraz edən vəzilər yerləşir. Bağırsaq xovları qida maddələrinin
sorulması prosesində iştirak edir.
Xovlarda limfa damarları, qan damarları və sinirlər vardır. Xovlarda olan
saya əzələlər həzm zamanı yığılaraq, onları hərəkətə sətirir və
möhtəviyyat, yoğun
doğru hərəkət edir. Qalça bağırsaq kor bağırsağa açılır.
Yoğun bağırsaq xarici səthində zolaqların, çömçələ¬rin, köndələn
şırımların və piy çıxıntılarının olması ilə nazik bağırsaqdan seçilir. Kor
bağırsağın içəri və aşağı tərəfindən bir çıxıntı başlanır ki, bu da
soxulcanabənzər çıxıntı (appendiks) adlanır.
Yoğun bağırsağın axırıncı hissəsi - düz bağırsaq 15- 20 sm
uzunluğundadır. O, anus dəliyi ilə xaricə açılır.
Tənəffüs orqanları
1-burun boşluğu; 2-burun-udlaq; 3-qırtlaq; 4-nəfəs borusu (traxeya); 5-
bronx; 6-bronx şaxələri; 7-ağciyər alveolları; 8-hava ilə dolu alveollar; 9-
kapilyar qan damarları;
1 O-ağciyər plevrası; 11-divar plevrası.
downloaded from KitabYurdu.org
175
I
Ağciyərlərdə qaz mübadiləsi
Nəfəslə alınan və verilən havada qazların tərkibi
3
Badamların iltihabı
1-
angina: sağda follikulyar, solda lakunar;
2-
xoralı angina; 3-sağda fleqmonoz angina
Həzm orqanları
1-ağız boşluğu; 2-udlaq; 3-qida borusu; 4-mədənin dibi; 5-mədənin daxili
quruluşu; 6-mədənin cismi; 7,8-qaraciyər; 9-öd kisəsi;
1 O-mədənin çıxacağı; 11-mədəaltı vəzi; 12-onikibarmaq bağırsaq; 13-
nazik bağırsaqlar; 14-qalça bağırsaq; 15-kor bağırsaq; 16-
soxulcanabənzər çıxıntı (appendiks); 17-qalxan çənbərbağırsaq; 18-
köndələn çənbərbağırsaq; 19-enən çənbərbağırsaq;
20-S-ə bənzər çənbərbağırsaq; 21-düz bağırsaq
Qaraciyər bədəndə ən böyük vəzi olub, çəkisi 1500 qrama bərabərdir. O,
qarın boşluğunda sağ qabırğaaltı, xüsusi qarmüstü və az hissəsi sol
qabırğaaltı nahiyədə yerləşir. Yuxarıdan diafraqmaya, soldan mədəyə,
aşağıdan onikibarmaq bağırsağa, sağ böyrəküstü vəziyə və çənbər-
bağırsağm sağ əyriliyinə və arxa səthi qarm boşluğunun arxa divarına
söykənir. Rəngi tünd qırmızıya çalır. Qara¬ciyər sağ və sol paylardan,
downloaded from KitabYurdu.org
176
bunlar isə paycıqlardan və qaraciyər hüceyrələrindən təşkil olunmuşdur.
Qaraciyər hüceyrələrinin bir qismi öd ifraz edir. Onun daxilində iki cür
damarlar - öd və qan kapilyarları keçir. Qaraciyərdən
öd kisəsinə öd axacağı açılır.
• •
Od yaşıl-sarımtıl rəngdə neytral reaksiyalı maye olub, yağları
emulsiyalaşdırır, mədəaltı vəzinin yağları parçala- yan fermentmı
aktivləşdirir. Od ifraz etməkdən başqa, qaraciyər bağırsaqlardan qana
daxil olmuş şəkərlərin artığını qlikogen halında özündə saxlayır. Eyni
zamanda bədənə düşən toksinləri neytrallaşdıraraq mühafizə fuksi- yası
daşıyır.
Öd kisəsi armud şəklində olub, qaraciyərin sağ
• •
payının alt səthində yerləşir. Umumi öd axacağı 6-8 sm uzunluğunda
olub, mədəaltı vəzinin axacağı ilə bir yerdə onikibarmaq bağırsağın enən
hissəsinə açılır. Öd qara¬ciyərdə daim əmələ gəlir, yalnız həzm zamanı
onikibarmaq bağırsağa tökülür. Öd kisəsində ödün konsentrasiyası artır,
öd qatılaşır.
Mədəaltı vəzi yaxud pankreas böyük qarışıq vəzi olub, mədənin arxasında
onikibarmaq bağırsaqla dalaq arasında yerləşir. Mədəaltı vəzinin ifraz
etdiyi şirənin tərkibində olan fermentləriıı təsirindən zülallar, yağlar və
karbohidratlar parçalanır. Mədəaltı vəzinin Langerhans adacıqlarından
ibarət hissəsi insulin hormonu ifraz edir ki, bu da qana keçərək bədəndə
karbohidrat (şəkər) mübadi-ləsinə təsir edir, qanda şəkərin miqdarını
azaldır.
Mədə-bağırsaq xəstəlikləri
downloaded from KitabYurdu.org
177
Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahanın
pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi,
qəbizlik, ishal və s.-dir.
Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüd¬dətli və ya
qısamüddətli tutmalar şəklində, yemək yeyən kimi və ya 2-3 saatdan sonra
ola bilər. Tutmayabənzər qəfil baş verən şiddətli ağrılara sancı deyilir.
Diaqnozu
dəqiq
qoymaq
üçün
ağrıların
yerini
düzgün
müəyyənləş¬dirmək vacibdir. Qarında çox şiddətli ağrılar olduqda
ağrıkəsici dərmanlar verməyə tələsmək lazım deyildir. Çünki ağrıların
müxtəlif vasitələrlə kəsilməsi diaqnozun düzgün qoyulmasına mane ola
bilər, cərrahi əməliyyat aparmaq lazımdırsa, onu da ləngidə bilər.
Qarmdakı ağrıların səbəbləri aydınlaşdırılmamış qarma isitqac
qoyulması, işlətmə dərmanları verilməsi düzgün deyildir.
Ürəkbulanma və qusma mədə əzələlərinin geriyə peristaltikası ilə
əlaqədardır. Gçyirmə adətən yemək yeyən vaxt hava udduqda baş verir.
Qıcqırma turş mədə möhtəviyyatımn qida borusuna düşməsi ilə
əlaqədardır, bu hal mədə turşuluğu artdıqda müşahidə edilir.
Bağırsaqlarda qaz çox əmələ gəlib, yavaş irəlilədikdə xəstənin qarnı
köpür və ona əziyyət verir.
Ağız boşluğunun və qida borusunun zədələnmələri isti qidadan, yad
cisimlərin udulmasmdan, kimyəvi maddələrin bilmədən və ya qəsdən
qəbul olunmasından baş verə bilər. Bu zaman yenə də xəstənin sinəsində,
ağız boşluğunda ağrılar olur, iştaha pozulur, xəstə bəzən udquna bilmir.
Müalicə əsasən inyeksiyalar vasitəsilə aparılır. Xəstə qida qəbul edə
bilirsə, yüngül, çox qıcıqlan¬dırmayan qidalar təyin edilir.
Qastrit. Mədənin iltihabı qastrit adlanır. Mədəyə soyuq olduqda,
qidalanma gigiyenası pozulduqda qastrit baş verir. O əvvəlcə şiddətli
ağrılarla, yuxarıda göstərilən əlamətlərlə başlanır. Vaxtında düzgün
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |