362
m
təsirə malikdir, insanın bağırsaq mikroflorası kifayət qədər K vitamini
sintez etdiyindən, qida məhsullarında K vitamininin olmaması insanlarda
avitaminoza səbəb olmur. Antibiotiklərlə müalicə, öd yolunun tutulması
və ishal zamanı bağırsaq mikroflorası zərər çəkdiyindən, K avitaminozu
təhlükəsi yaranır. Südəmər uşaqların K vitamininə tələbatı yüksəkdir.
Onlarda vitamin çatışma- . dıqda, hemorragik diatez əmələ gələ bilər. Bu
zaman 1 mq K vitamini parenteral yeridilməlidir. Qida məhsullarından
kələm, ispanaq, kök, göy noxud, qabaq, yumurta, qaraci-
' yər, süd və digər məhsullar bu vitaminlə zəngindir.
%
Şəkərli diabet
Hazırda maddələr mübadiləsinin pozulması ilə əlaqə¬dar xəstəliklərə
olduqca çox təsadüf edilir. Bu xəstəliklərin müalicəsi də bir qədər
çətindir.
Həmin xəstəliklərdən ən geniş yayılanı şəkərli diabet və ya şəkər
xəstəliyidir. Diabet iki cür olur: şəkərli və şəkərsiz diabet.
Bunlar səbəbləri, inkişaf mexanizmləri, klinikası müxtəlif, bir-biri ilə heç
bir əlaqəsi olmayan tamamilə ayrı-
ayrı xəstəliklərdir. Şəkərli diabet mədəaltı vəzinin Langerhans
adacıqlarınm beta hüceyrələrinin hormonu olan insulinin, şəkərsiz diabet
isə hipofızin arxa payında hasil olan antidiııretik hormonun
çatışmazlığının nəticə¬sidir. Hər iki xəstəliyin yeganə oxşar əlaməti olan
şiddətli susuzluq hissinə (polidipsiya) və sidik ifrazının artmasına
(poliuriya) görə ikisinə də diabet (yun. diabeno - keçmək, axmaq, axıb
getmək) adı verilmişdir.
downloaded from KitabYurdu.org
363
İnsulin əzələ və piy hüceyrələrinin qlükoza və aminturşular üçün
keçiriciliyini artırır, qlikogenin sintezinə və hüceyrələrdə toplanmasına
səbəb olur. Membranı qliikozam insulinsiz də sərbəst keçirən qaraciyər
hüceyrə¬lərində insulin bilavasitə karbohidrat mübadiləsinə təsir edib,
qlikogenin sintezini aktivləşdirir. Beləliklə, insulin qanda şəkərin
miqdarının azalmasına səbəb olur.
insulin çatışmadıqda, qanda şəkərin səviyyəsi yüksəlir (hiperqlikemiya)
və şəkər sidiklə xaric olmağa başlayır (qlükozuriya). Şəkəıii diabetin
digər əlamətlərinə ağızda quruluq, iştahanın artması (polifagiya), ümumi
zəiflik, dəridə qaşınma, irinli səpgilər və s. aiddir.
Şəkərli diabetin etiologiyasmda sinir - psixi gərginlik və mexaniki
travmalar böyük rol oynayır. Xüsusən həmin xəstəliyə irsi meylliyi olan
şəxslərdə, həmçinin uzun müddət şəkər və yağlarla zəngin qida qəbulu,
piylənmə, infeksiya və intoksikasiyalar, patoloji hamiləlik, digər endokrin
vəzilərin
m
funksiyasının pozulması (Bazedov və Itseııko-Kuşinq xəstəlikləri,
akrorneqaliya və s.), ateroskleroz, hipertoniya xəstəliyi, pankreatitlər
(mədəaltı vəzinin iltihabı) və s. şəkərli diabetin inkişafına səbəb ola bilər.
Uşaqlarda şəkərli diabet əksərən qızılcadan, skarlati- nadan, su çiçəyindən
və göyöskürəkdən sonra başlanır.
Sonradan aparılan müşahidələr göstərir ki, şəkərli diabetin patogenezində
təkcə insulinin azlığı yox, həm də digər amillər rol oynayır.
Şəkərli diabet zamanı insulin çatışmazlığı yağ müba¬diləsinin də
pozulmasına səbəb olur. Orqanizmin immuno-
downloaded from KitabYurdu.org
364
bioloji gücü azalır. İnsulin çatışmazlığından zülalların sintezinin
zəifləməsi nəticəsində uşaqların və yeniyetmə- lərin boyu artmır, insulin
çatışmadıqda, həmçinin su və mineral mübadiləsi pozulur.
Şəkərli diabetli xəstələrdə orqanizmin immunoreaktiv qüvvəsinin aşağı
düşməsi nəticəsində ikincili infeksiyalar (piodermiya, çiban, kor çiban,
hidradenit, kandidamikoz) və digər dermatomikozlar (epidermofitiya və
rubrofitiya) əmələ gələ bilər.
Şəkərli diabet zamanı beyin arteriyalarının ateroskle- rozu da çox rast
gəlir ki, bu da beyində qansızmaya və tromboza səbəb olur. Kəskin
koronar çatışmazlığı və ya beyin qan dövranının pozulması xəstəliyin
gedişini xeyli ağırlaşdırır. Şəkərli diabet zamanı qaraciyərin fəaliyyəti də
pozulur.
İnsulin çatışmazlığı şəraitində lipid mübadiləsinin pozulması nəticəsində
qanda keton cisimciklərinin miqdarı kəskin surətdə artır. Bunlar mərkəzi
sinir sisteminə toksik təsir göstərərək, diabetik və ya hiperqlikemik koma
törədir (xəstənin huşu itir, nəbzi zəif və tezləşmiş olur, patoloji tənəffüs
müşahidə edilir və s.).
Bəzən xəstəyə səhvən insulinin həddən artıq yüksək dozası yeridildikdə
və ya digər səbəblərdən qanda şəkər səviyyəsinin kəskin surətdə enməsi
nəticəsində hipoqlike- mik koma törənir (huşun itməsi, qıclıq, tərləmə və
s.). Hipoqlikemik komanın bilavasitə səbəbi beynin qidalan- masının
pozulmasıdır.
Xəstəni xilas etmək üçün hiperqlikemik koma zamanı dərhal venaya
insulin, hipoqlikemik koma zamanı isə qlükoza yeritmək lazımdır.
Şəkərli diabetin müalicəsində aparılan əsas tədbirlər diabet zamanı
müşahidə olunan pozulmuş mübadilə proses¬lərini normallaşdırmaqdan,
klinik əlamətləri aradan qaldır¬maqdan və əmək qabiliyyətini bərpa
downloaded from KitabYurdu.org
365
etməkdən
ibarətdir.
Müalicə
xəstəliyin
ağırlıq dərəcəsindən,
ağırlaşmasından, xəs¬tənin yaşından və s. asılı olmaqla fərdi aparılır.
Pəhriz müalicəsi - şəkərli diabetin bütün formalarında əsas yer tutur.
Adətən fizioloji pəhriz 50-60 faiz karbohidratlardan, 16-20 faiz
zülallardan və 24-30 faiz yağlardan ibarət olmalıdır. Fizioloji pəhrizi
hesablamaq üçün xəstənin çəkisini bilmək lazımdır, bu da Brok formulu
üzrə müəyyən edilir. Xəstənin boyunun santimetrlə ölçüsündən 100
rəqəmini çıxarkən alman göstərici kiloqram hesabı ilə bədənin normal
çəkisi hesab edilir. Məsələn, fiziki iş görən, 170 santimetr boyu olan
adamın hər kiloqram çəkisinə 50 kilokalori istilik sərf edildikdə, pəhrizin
ümumi kalorisi 70 x 50 = 3500 kilokalori olur.
Şəkərli diabetli xəstə arıq olduqda pəhrizin ümumi kalorisi 10-15 faiz
artırılır, əksinə, kök xəstələr üçün 15-20 faiz azaldılır. Pəhriz zamanı
verilən qida məhsullarının tərkibindəki zülallar, karbohidratlar və yağlar,
lazım olduqda, qısa müddət ərzində biri digəri ilə əvəz edilə bilər.
Şəkərli diabetli xəstələrə gündə 4-5 dəfə yemək məsləhət görülür.
Adətən, xəstəxana şəraitində sutkalıq kalorinin 25 faizini səhər yeməyi,
10 faizini ikinci səhər yeməyi, 35 faizini nahar, 10 faizini ikinci nahar və
20 faizini isə axşam yeməyi təşkil edir.
İnsulin müalicəsi əvəzedici müalicə olub, 1922-ci ildən şəkərli diabetin
orta və ağır dərəcəsində tətbiq edilir. İnsulin 5 millilitrlik flakonlarda
buraxılır və onun hər mil 1 ilitrində 40 təsir vahidi olur. Qısamüddətli
təsirə malik adi insulinin təsiri onu dəri altına yeritdikdən 20-40 dəqiqə
sonra başlanır.
İnsulinin uzunmüddətli təsirə malik preparatlarının hamısı ancaq dəri
altına və əzələyə yeridilir, bunları venaya yeritmək olmaz.
Hazırda şəkərli diabetin müalicəsində daxilə əsasən 2 qrup dərman
preparatı təyin edilir: 1) sulfanilamid
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |