155
rejimi qaydaya salınır. İlk növbədə valerian, brom preparatları, elenium,
seduksen,
trioksazin,
dibazol,
maqnezium-sulfat,
diazoksid
preparatlarından geniş istifadə olunur.
Hipertoniya xəstəliyi uzun müddət davam etdikdə damarların böyük
dəyişiklikləri baş verir, ürəyin, böyrək¬lərin, beyinin funksiyası pozulur.
Hipertoniya xəstəliyini vaxtında müalicə etdikdə xəstə tamam sağalır.
Xəstəlik
•
kəskinləşdikdə xəstəyə yataq rejimi təyin edilməlidir. Sinir
sistemini sakitləşdirən bromidlər, valerian preparatları və arterial təzyiqi
aşağı salan dibazol, papaverin, eufıllin və s. təyin edilir. Xəstəlik zamanı
xəstəyə mümkün qədər mənəvi sakitlik vermək, yuxusunun dərin
olmasına kömək etmək lazımdır. Vəziyyəti yaxşılaşdıqdan sonra ona
ancaq hava¬da gəzməyə icazə verilir. Xəstənin yeməyində xörək duzunu
azaltmaq lazımdır. Ifəskin yeməklər, kolbasa, bulyon, yağlı ət və s.
qadağan edilıı. Siqaret və spirtli içkilər olmaz.
Hipertonik kriz bu xəstəliyin mühüm ağırlaşmasıdır. Krizdən əvvəl
yuxusuzluq, şiddətli başağrısı, başgicəllən¬məsi, arterial təzyiqin
qalxması, qusma, görmə qabiliyyəti¬nin və nitqin pozulması, ətraflarda
zəiflik, sonra isə qıcol- malar və s. baş verir.
Xəstəyə fiziki və psixi rahatlıq verilməlidir. Baldır
•
əzələlərinə, ayağa xardal yaxması, isti ayaq vannaları, zəli ilə
qanalma, venaya 10 ml 25 %-li maqnezium məhlulu, 1 ml 1 %-li dibazol
təyin edilir.
Tromboflebit - xəstəliyin şiddətlənməsi və həmçinin tromboemboliya
kimi təhlükəli ağırlaşmanın meydana çıxması sayəsində bəzən ölümlə
nəticələnən qan damarla¬rının geniş yayılmış iltihabi xəstəliyidir.
Adətən, trombofle¬bit əzələ işinin kifayət qədər olmaması, uzun müddət
downloaded from KitabYurdu.org
156
ayaq üstə dayanma, venoz qapaqların çatışmazlığı səbəbindən aşağı ətraf
venalarının genəlməsi nəticəsində inkişaf edir.
•
Qadınlarda hamiləlik, hamiləlikdən sonrakı dövrlərdə venaların
genəlməsi, uşaqlığın, çanağın venoz şəbəkəsinə təzyiqi və venoz qanın
aşağı ətraflardan geriyə qayıtma¬sının çətinləşməsi ilə əlaqədardır.
Venaların genəlməsinə maddələr mübadiləsinin pozulması, piy
toxumasının yığılması zamanı əzələ sisteminin və əzələ təqəllüsüni'ın
qanın hərəkətinə etdiyi təsirin azalması nəticəsində, bütövlükdə
orqanizmin zəifləməsi də şərait yaradır.
Aşağı ətrafların tromboflebitinin əmələ gəlməsinin mexanizmindən asılı
olmayaraq, bu patoloji prosesdə həmişə iltihab iştirak edir.
Trombun meydana çıxması ilə əvvəlcə tromboz, sonra isə flebit (damar
divarının iltihabı - yun. «flebos» - vena) inkişaf edir. Ancaq bəzən
tromboflebit flebitlə başlanır, onun fonunda isə tromb əmələ gəlir.
Çanaq venalarının tromboflebiti - babasil - düz bağır¬sağın genəlmiş
venalarında tromb əmələ gəlməsi ilə ağırlaşan, ən çox təsadüf edilən
xəstəliklərdən biridir. Adətən, babasil qan dövranının pozulması zamanı
orqanizmin zəifləməsi ilə əlaqədar venoz qan durğunlu- ğunda,
bağırsaqların funksiyasının zəifləməsi və normal defekasiya aktının
yubanması ilə baş verən az hərəkətli həyat tərzində, maddələr mübadiləsi
pozularkən inkişaf edir. Nəzərə çarpacaq dərəcədə gücənmələr qarındaxili
təzyiqin artmasına, çanaq və düz bağırsağın vena damarlarında venoz qan
durğunluğuna səbəb olur ki, bu da öz növbəsində vena damarlarının
genəlməsi, babasil düyünlərinin böyüməsi ilə nəticələnir. Genəlmiş
venalar tədricən böyüyür, onların divarları nazikləşir, babasil
düyünlərinin həcmi artır, bərk və tarım olur, genəlmiş
•
venalarda laxtaların əmələ gəlməsi (tromboflebit) başlanır.
VIO. TƏNƏFFÜS SİSTEMİ VƏ ONUN XƏSTƏLİKLƏRİ
downloaded from KitabYurdu.org
157
Tənəffüs orqanları
Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqa¬nizmdə tənəffüsə xidmət
edən orqanlar sistemi aşağıdakı¬lardan ibarətdir: burun boşluğu, qırtlaq,
traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları yuxarı və
aşağı olmaqla iki yerə bölünür. Yuxarı tənəffüs yolları burun
boşluğundan, udlağm burun hissəsindən təşkil olunmuşdur. A.şağı
tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir.
Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən biri də budur ki,
onların bəzilərinin divarlarındakı hialin qığırdaq toxuması həmin
orqanların boşluğunun sıxılma- sını məhdudlaşdırır. Tənəffüs yollarının
selikli qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür. Bu toxuma
nəfəsalma zamanı havanı toz hissəciklərindən təmizləyir.
Nəfəsalma zamanı hava burun boşluğundan udlağa, oradan qırtlaq
vasitəsilə nəfəs borusuna keçir. Nəfəs borusundan hava bronxlar vasitəsilə
ağciyərlərə, oradan da alveollara daxil olur. Ağciyər alveollarma dolan
hava ilə alveol divarının kapilyarlarmda cərəyan edən qan arasında qazlar
mübadiləsi baş verir. Havadan oksigen qana, qandan karbon qazı isə
alveollara keçir. Nəfəsvermə zamanı karbon qazı xaricə çıxır.
Burun boşluğu tənəffüs orqanlarının başlanğıcı olub, sağ və sol hissələrə
bölünür. Onun aşağı hissəsi tənəffüs, yuxarı hissəsi isə qoxu funksiyası
daşıyır. Tənəffüs hissə¬sinin daxili epitel örtüyündə çoxlu qan
kapilyarları olub, o, qırmızı rəngdə görünür. Qoxu hissəsi havadakı qaz
halında olan iyli maddələrlə qıcıqlanan reseptorlarla zəngindir.
Qırtlaq boyunun ön tərəfində, dilaltı sümüyün altında yerləşir. Onun
üstündə qırtlaq qapağı vardır. Nəfəs borusu 9-15 sm uzunluqda olub, qida
borusunun ön tərəfi ilə aşağıya doğru enir. 16-20-yə qədər hialin qığırdaq
halqa-
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |