S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
  1   2   3   4   5   6   7   8   9   ...   32


S

3

 Ь

 5

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

YER ELMLƏRİ BÖLMƏSİ

Budaq BUDAQOV 

Qiyasəddin QEYBULLAYEV

NAXÇIVAN  DİYARININ

Y E R   Y A D D A Ş I

n’ espuW ikabi  P re z id e n tin in



Idsrs-Bİ

KİTABXANAS;  j 



BAKI—2004----------- -


Naxçıvan Muxtar Respublikasının 

80

 illiyinə həsr olunur

Elmi redaktoru 

SəfərəU BABAYEV

Redaktoru 

Roza KƏRİMOVA

B.Budaqov,  Q.Qeybullayev.  Naxçıvan  diyarının  yer  yaddaşı. 

Bakı,  "Nafta-Press", 2004,  120 s.

Naxçıvan MR ərazisindəki coğrafi  adlar haqqında çox yazılsa da,  bu 

mövzu ayrıca tədqiqat obyekti olmamışdır.

Təqdim  edilən  əsərdə  müəlliflər  bölgənin  siyasi  və  etnik  tarixi  ilə 

coğrafi  adların  yaranma  tarixi  arasında  əlaqəni  araşdırmış,  hər  bir  coğrafi 

adm izahmı verərkən mövcud ədəbiyyat materiallarına istinad etmişlər.

4602030000

071(2004)

-   3


Qrifli nəşr

© "Nafta-Press"  nəşriyyatı, 2004

3

G İ R İ Ş

Naxçıvan  Muxtar Respublikası  ərazisində  yayılmış  coğrafi  ad­

ların  bir qrupu uzaq  tarixi  keçmişdə  meydana gəldiyi  halda,  başqa bir 

qrupu  orta  əsrlərdə  və  qismən  müasir  dövrdə  yaranmışdır.  Coğrafi 

adların  tarixi,  dilçilik,  coğrafi  baxımdan tədqiqi onların yaranma vax­

tının  aydınlaşdırılması,  mənalarının  aşkarlanması,  paralellərinin 

müəyyənləşdirilməsində  və  coğrafi  yerləşməsinin  aşkarlanmasında 

mühüm  elmi  əhəmiyyət  kəsb  edir.  Deməli,  toponirnlər tarixi  dəlilsiz 

köksüz,  etimologiya  baxımından  izahsız  lal,  coğrafi  cəhətdən  araşdı­

rılmadan isə məkansızdır.

Əsərdə  Naxçıvan  Muxtar  Respublikasının  coğrafi  adlarının 

tədqiqində  coğrafi  amillərlə yanaşı,  tarixi  faktlara və  linqvistik mən­

bələrə xüsusi  fikir verilmişdir.

Naxçıvan  MR ərazisindəki  coğrafi  adlar haqqında bir çox alimlər 

yazsalar  da,  tam  halda  bu  mövzu  xüsusi  tədqiqat  predmeti  olmamışdır. 

Təqdim etdiyimiz bu əsər dərin elmi-tədqiqat materialları əsasında yazıl­

dığından hər bir toponimin arxasında nadir tarixi dəlillər durur. Toponim­

lərin tədqiqində, onlann yaranmasında türk dillərinə mənsub olan arxaik 

sözlərin də aşkar edilməsi onların məna çalarlığını açıqlayır.

Toponimlərin  mənasının  açılışında  elmi  istiqaməti  olan  etimo­

logiyadan,  bir də elmi  əsası  olmayan ehtimalogiyadan istifadə edilir.

Ehtimologiya coğrafi  adı  eşitdiyi  kimi  (onun  elmi kökünü araş­

dırmadan)  izah  etməyə  çalışır.  Belə  halda  əfsanələrə  və  ya  coğrafi 

adın zahiri görünüşünə daha çox  istinad edilir.

Bir  neçə  misal  çəkək.  Salvartı  oykonimində  birinci  «sal» 

sözünü  çox  vaxt  biz  «sal  daş»  mənasında  işlədirik.  Əslində  isə  sal 

həm  də  qədim  türk  tayfalarından  birinin  adıdır.  Deməli,  biz  «sal» 

sözünü  ancaq  «sal  daşla»  izah  etsək,  onda  həmin  kəndi  salmış  tayfa­

nın  adını  inkar etmiş oluruq. 

-

Çox  zaman  «Keçili»  (Şahbuz  rayonu)  kəndinin  adını  keçi  sax­



lanan  kənd kimi  izah  edirlər.  Əslində Keçililər  Kəngərlilərin  bir qolu 

olmaqla etnotoponimdir (bax:  Keçili).

Bəydili  (Şərur  rayonu)  coğrafi  adını  səhvən  bəylo  bağlayırdı­

lar.  Əslində  bu,  Səlcuq  oğuz  tayfalarından  olan  Bokdili  tayfasının 

adındandır  (bax:  Bəydili).  Qutandağ  oronimində  olan  «qutan»  sözü 

müasir  Azərbaycan  dilində  çox  nadir  hallarda  işləndiyindən  bu  ad 

sirli  ad  kimi  başa  düşülür.  Əslində  «qutan»  «yaylaqda qoyun  saxlanı­

lan  ağıl»,  «tövlə»  mənasındadır.  Nehrəm  coğrafi  adı  ərəb  dilində




4

«nəhr  -   axar  su»  və  «əm  -   camaat,  xalq,  icma»  sözlərindən  ibarət 

olduğundan «icma su»yu mənasındadır.

Uzun  müddət  sirli  bir coğrafi  ad kimi  qalan  Nəhəcir toponimi­

nin  birinci  komponenti  nəh  yox  Nuh  peyğəmbərin  adından  imiş. 

Onun  ikinci  komponenti  cir  -   farsca  «yamac»  demək  imiş.  Deməli, 

Nəhəcir -  Nuhun (peyğəmbərin) yamacı demək imiş.

Bəzi  coğrafi  adların  elmi  izahından  görünür  ki,  o  adlar  hansı 

diyardan  buraya  gətirilmişdir.  Məsələn,  Oğuzdaşı  (Şərur  r-da  kənd 

adı)  coğrafi  adı  göstərir  ki,  oğuzlar  XI-XII  əsrlərdə  Azərbaycan  əra­

zisinə gəldiyi  vaxtlarda meydana gəlmişdir.

Çox  vaxt Kükü kəndinin adını  xörək növlərindən birinin adı  ilə 

adlandırırlar.  Ədəbiyyat  materialları  göstərir  ki,  kükünün  əsl  (tarixi) 

adı  kükü yox,  kiqidir.  XII  əsrə  aid  ədəbiyyatda  göstərilir ki,  kiki  adı 

Türkiyənin  Van  gölündən  şimalda  yerləşən  Kiqi  mahalından  gətiril­

miş oykonimdir (bax - Kükü).

Bizlər  Qarabağ  etnoniminin  mənasını  açmağa  bəzən  çətinlik 

çəkirik.  Əslində Qarabağ Qarabay  etnoniminin  təhrif olunmuş yazılı­

şıdır.  Deməli,  Qarabağlar  əslində  Qarabaylar  mənasında  imiş.  Qara­

bay peçeneqlərdən ayrılan tayfalardan biridir.

Naxçıvanda  tədqiq  edilmiş  bir  çox  coğrafi  adlarda  əsasən  tür 

mənşəli  arxaik  sözlərə  tez-tez  rast  gəlinir.  Məsələn,  Sadar  (çılpaq, 

bitkisiz  təpələr),  çataq  (iki  dağın  bir-birinə  qovuşduğu  yer),  kezen 

(aşırım,  dağ  keçidi),  bayz  (sıldırım),  qapı  (keçid,  aşırım),  Qarabaş 

(əlçatmaz zirvə),  kömür (dağın  zirvəsində dar,  yarğanlı  yer),  teyl (tə­

pə),  vayz (sıldırım  qaya),  qarqa  (daş yığını,  çınqıl),  yam  (liman  mən­

təqəsi,  çaparxana),  kirka  (şaxələnmiş  dağ  suayrıcı),  kora  (qışlaqda 

mal-qara üçün tövlələr) və s.

Topalaq  (Babək  r-nu)  oronimindo  olan «top»  sözü dağın  zirvə­

sinin  yumru  formada  olmasını  göstorir.  Moldovada  quru  çöl  (step) 

iqlimə malik olan alçaq dağlıq əraziləri «qırtop»  adlandırırlar.  Burada 

qır- quru çöl (step), top isə hamar relyefdir.

Kitabda  mövcud  coğrafi  adlardan  başqa  «İrəvan  əyalətinin 

icmal  dəftəri»nə  (300  il  bundan  əvvəl  yazılmışdır)  daxil  olmuş,  an­

caq indi mövcud olmayan coğrafi adları da vermişik.

Naxçıvan  MR  ərazisində  mövcud  olan  coğrafi  adlardan  bir 

qrupunun  adı  türkdilli  xalqların  yaşadığı  ərazilərdə  də  tarixən  kök 

salmışdır.  Odur  ki,  müəlliflər  yeri  gəldikcə,  həmin  toponimlərin  pa­

ralellərinin  də  adını  çəkir  və  onların  coğrafi  mənasını  göstorir.  Nə­

ticədə oxucu yeni  mənşəyə  malik  olan  coğrafi  adların zaman  və  mə­

kan daxilində miqrasiyası  haqqında tarixi məlumat alır.

5

Tarixən  əhalinin  miqrasiyası  çox  dinamik  olub.  Bu  yerdə 



türkdilli  xalqlar  da  miqrasiyaya  məruz  qalmışlar.  Bu  tarixi  faktı  təs­

diq edən  əsas  dəlillərdən biri  eynimənşəli  coğrafi  adların  öz mənala­

rını dəyişməsi  faktıdır.

Naxçıvan  MR  izahlı  lüğətində  biz  demək  olar  ki,  bu  ərazidə 

erməni dilinə mənsub olan  heç bir coğrafi  ada rast gəlmədik.  Demə­

li,  Naxçıvan  MR  ərazisində  olan  ermənilər  azərbaycanlılardan  azad 

edilmiş  Azərbaycan  kəndlərində  (ilkin  adı  saxlamaq  şərtilə)  yaşamış 

və sonradan o kəndləri  tərk etmişlər.

Lüğətin  tərtibində  biz  «Kitabi-Dədə  Qorqud»  dastanında  olan 

coğrafi  adların  dərin  tədqiqatçısı,  AMEA-nın  müxbir üzvü,  professor 

S.Y.Babayevin əsərindən də istifadə etmişik.

Oxuculara  təqdim  olunan  bu  əsərin  birinci  bölməsini  yazmaqda 

əsas məqsəd Naxçıvan bölgəsinin siyasi  və etnik tarixi ilə coğrafi adla­

rın yaranma tarixi arasında əlaqəni araşdırmaqdan ibarətdir.

İkinci  bölmə  tədqiq  olunan  ərazilərin  toponimlərinin  coğrafi 

məsələlərini  özündə  əks  etdirir.  Burada  yaşayış  məntəqələri  adları 

(oykonimlər),  relyef  bildirən  adlar  (oronimlər),  çay  vo  göl  adları 

(hidronimlor),  heyvanat  aləmini  bildirən  adlar  (zoonimlər)  və  bitki 

aləminə  (fitonimlor)  aid  coğrafi  adlar  verilmişdir.  Biz Naxçıvan  MR 

ərazisində  çox  geniş  yayılmış  ayrıq  (kövşən)  coğrafi  adlarına  da  ilk 

dəfə olaraq öz münasibətimizi  bildirmişik.

Təbii  sərvətləri  özündə əks etdirən  coğrafi  adlar haqqında  fikir 

söyləmək müəlliflərin elmi uğurlarındandır.

Əsərin  sonunda  -   üçüncü  bölmədə  Naxçıvan  MR-do  mövcud 

olan toponimlərin  izahlı  lüğəti  verilmişdir.

Bu bölməyə  daxil  edilmiş  hər bir coğrafi  ad  mövcud ədəbiyyat 

materialları  əsasında  yazılmışdır.  Başqa  sözlə,  buradan  hər  bir  topo­

nimin  mənşəyinin  izahı  özülündə  elmi  baxımdan  əsaslanmış  ilkin 

ədəbiyyat məxəzləri  durur.

Göründüyü  kimi,  kitabın  ərsəyə  gəlməsi  üçün  gərgin  alim 

əməyi  sərf edilmişdir.

Bizco,  "Naxçıvan  diyarının  yer yaddaşı"  əsəri  etnik  tariximizin 

qaranlıq  səhifələrinin  aydınlaşdırılmasmda  tədqiqatçılara  yeni  elmi 

dəlillər verəcək,  habelə geniş  oxucu dairəsi  tərəfindən  maraqla qarşı­

lanacaqdır.

Akademik B.Ə.BUDAQOV



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə