S e. f d. Könül Mədət qızı Şıxiyeva TƏHLÜKƏSİZLİYİMİz və onun iNKİŞaf perspektiVLƏRİ Açar sözlər



Yüklə 29,02 Kb.
səhifə1/5
tarix09.06.2022
ölçüsü29,02 Kb.
#89200
  1   2   3   4   5
KÖNÜL ŞIXİYEVA-MƏQALƏ tƏHLÜKƏSİZLİYİMİZ və ONUN İNKİŞAF PERSPEKTİVLƏRİ


s.e.f.d. Könül Mədət qızı Şıxiyeva


TƏHLÜKƏSİZLİYİMİZ VƏ ONUN İNKİŞAF PERSPEKTİVLƏRİ
Açar sözlər: dövlətin təhlükəsizliyi, kəşfiyyat və əks-kəşfiyyat, xüsusi xidmət orqanları, milli təhlükəsizlik
Təhlükəsizlik şəxsiyyətin, cəmiyyətin və dövlətin vacib həyati maraqlarının daxili və xarici təhdidlərdən mühafizə olunması halı kimi başa düşülür. Təhlükəsizlik həmçinin insanın, bir qrup şəxsin, ölkələr və regionların vəziyyətinin keyfiyyətli xarakteristikasıdır.
Təhlükəsizlik - təhdidlərin olmaması, mühafizə və etibarlılıqdır. Əsas məqsəd konkret dövlətin vətəndaşlarının konstitusiya və beynəlxalq normalara uyğun olaraq hüquqlarının, azadlıqlarının və sosial müdafiəsinin təmin olunmasıdır. Təhlükəsizlik dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini təmin edən sosial fəaliyyətin nəticəsidir. Bu fəaliyyətdə milli dəyərlər, ölkənin maddi, intellektual mülkiyyəti, eyni zamanda milli həyat tərzinin mahiyyət və formasının qorunması prinsipi əsas götürülməlidir. Real təhlükəsizlik təhdid - təhlükəsizlik obyektlərinin fəaliyyətinə qorxu yaradan hədə kimi nəzərdə tutulur. Təhlükəsizliyin təmin edilməsi təhdidlərin azaldılmasına və ya aradan qaldırılmasına yönəlmiş təhlükəsizlik sisteminin səmərəli fəaliyyəti nəticəsində mümkündür. Təhlükəsizliyin obyektləri kimi bütövlükdə, şəxsiyyət dedikdə onun hüquq və azadlıqları, cəmiyyət dedikdə onun maddi və mənəvi dəyərləri, dövlət və onun konstitusion quruluşu, suverenliyi və ərazi bütövlüyü əsas götürülür. Təhlükəsizlik vətəndaşların həmçinin ictimaiyyət və dövlət üçün təhdidlərdən xəbərdarlıq zəminində yaranır. “Britanika” ensiklopediyasında təhlükəsizlik, insan və əmlakın müxtəlif təhdidlərdən qorunması üçün nəzərdə tutulan vasitə və üsul sistemi kimi müəyyən edilir.
Oksford Universitetinin “Yeni standart” lüğətində təhlükəsizlik bir neçə mənada verilir: Birinci mənaya görə, təhlükəsizlik, sakitlik, davamlılıq və etibarlılıq anlamı daşıyır. Burada söhbət təhdidlərdən mühafizə, həmçinin ölkə və təşkilatların maraqlarının müdafiəsi, şəxsiyyətlərin təhdidlərdən qorunması və bunun üçün müvafiq tədbirlərin reallaşdırılmasından gedir. İkinci mənada isə, təhlükəsizlik müdafiəni təmin edən məfhum kimi qəbul edilir.
Təhlükəsizliyin daxili və xarici aspektləri mövcuddur. Daxili təhlükəsizlik ölkə daxilində siyasi, iqtisadi sabitliyin və ümummilli həmrəyliyin təmin edilməsi üzərində qurulur. Daxili təhlükəsizliyi təmin etmək üçün iqtisadi tərəqqini və vətəndaş razılığını təmin edə biləcək demokratik, hüquqi cəmiyyət yaradılmalıdır. Xarici təhlükəsizlik isə dövlətin, ölkənin həyati vacib maraqlarını kənardan olan təhdidlərdən mühafizə etməsidir.
Təhlükəsizlik bəşəriyyətin inkişafını şərtləndirən strateji sahədir. Tarixin bütün dövrlərində təhlükəsizliyin təminatı məsələsi aktual olmuş, cəmiyyətin iqtsadi, ictimai-siyasi inkişaf səviyyəsinə uyğun olaraq müəyyən təkamül yolu keçmiş, müasir vəziyyətə çatmışdır.
Xüsusi xidmət orqanları yalnız aid olduğu dövlətin və xalqın deyil, məsələyə qlobal yanaşılarsa bəşəriyyətin təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Təhlükəsizlik orqanlarında çalışan hər bir əməkdaşla yanaşı, cəmiyyətin hər bir üzvünün də dünyanın təhlükəsizliyinin təmin edilməsində öz məsuliyyətini dərk etməsi və ayıq olması zəruridir.
Bugünkü beynəlxalq terrorizmə qarşı birgə mübarizə ehtiyacı da bunu təsdiq edir. Təhlükəsizliyin təminatında dövlətlərin rolu müstəsna əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, təhlükəsizliyin konstitusion təminatçısı hər bir ölkədə dövlət və onun başçısıdır. Təhlükəsizliyin təmin edilməsinin səviyyəsi məhz dövlətin və dövlətin rəhbərinin bu prosesi necə təşkil etməsindən və onun icrasına nəzarətindən asılıdır. Dövlət ictimai həyatın müxtəlif sferaları, komponentləri arasında əlaqə yaradır, onların fəaliyyətinin uzlaşdırılmasına nəzarət edir və bunun nəticəsində ölkənin kompleks xarakter daşıyan milli təhlükəsizlik sistemini yaradır (6,s.27).
Məlumdur ki, təhlükəsizliyin təminat dinamikası müəyyən təkamül yolu keçmişdir. Təhlükəsizliyin təminatı məsələsi bir vəzifə olaraq ilk dəfə Şərqdə qoyulmuşdur. Qədim dövrdə təhlükəsizliyin təminatı işində məxfiliyin qorunmasına da xüsusi diqqət yetirilirdi. Bizim eradan əvvəl Sirakuza hökmdarları başqa yerə məlumat görəndərəndə belə bir metoddan istifadə edirdilər. Belə ki, onlar çaparın başını qırxdırır, informasiyanı ora yazır və tüklənənə qədər gözləyir, sonra isə lazımi ünvana göndərirdilər. Beləliklə, informasiya sızımının qarşısı alınırdı.
Azərbaycanda da sistemli şəkildə və bügünkü xüsusi xidmət orqanlarının səlahiyyətlərinə yaxın bir orqanın yaradılması Səfəvilər dövrünə təsadüf edir. Kəşfiyyat və əks-kəşfiyyat işi Səfəvilər dövründə özünün yeni mərhələsinə qədəm qoydu. Həmin dövrdə yaradılan təhlükəsizlik orqanı “Qorçi” təşkilatı idi. Qorumaq, qoruyucu, qoruyan, mühafizə edən mənasında işlədilən qorçi sözü XIV-XVII əsrlərdə Azərbaycanda xüsusi mühafizə dəstələrinin döyüşçüsü, saray və ya əyalət qvardiyaçısı anlamında işlədilib. Qorçi dəstələri əsasən azərbaycanlılardan təşkil olunurdu. Ölkənin mühafizəsi, təxribatçılarla, dini təfriqə yayanlarla, şiə, eləcə də sünni məzhəbini uca tutaraq digəri əleyhinə əks təbliğatçılarla, hər hansı bir xəlifənin əleyhinə danışanlarla mübarizə aparmaq sələhiyyətləri vardır (5, s.9).
Azərbaycanda xüsusi xidmət orqanlarının və ya təhlükəsizlik orqanlarının yaranması və inkişaf mərhələləri şərti olaraq 3 dövrə bölünür:

  1. AXC dövründə Azərbaycanda xüsusi xidmət orqanlarının yaranması və fəaliyyəti (11.07.1919-06.03.1920)

  2. SSRİ dövründə Azərbaycan SSRİ-nin təhlükəsizlik orqanlarının fəaliyyəti (28.04.1920-18.01.1991)

  3. Müasir Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının fəaliyyəti (01.11.1991-bugünkü günədək)

Beləliklə, biz təhlükəsizlik və onun təmin olunması və Azərbaycan tarixində ilk sistemli yaradılmış təhlükəsiz orqanı olan qorçilər haqqında məlumat almış olduq. Yuxarıda apardığımız inkişaf mərhələlərinə nəzər salsaq, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki xüsusi xidmət orqanlarının (1919-1920-ci illər) çağdaş Azərbaycan təhlükəsizlik orqanlarının sələfi və varisi olduğuna şahid oluruq.

Yüklə 29,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə