«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix26.10.2018
ölçüsü1,16 Mb.
#75722
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

50 



islam  dini  təfəkküründə  dərin  izlər  qoymuşlar.  Bu  hərəkatlarin  ortaq  cəhəti 

heterodoks sufi cərəyanlardakı riciyyət (9) və tənasuh (10) anlayışları idi. 



Dərviş  adı  və  mənası.  “Dərviş”  adının  mənşəyi  tam  məlum  deyil.  Zənd-

Avestada  keçən  “driqoş,  deryos  və  driqu”  adının  dəricədə  (11)  “dərviş”  kimi 

qeyd  olunduğu  bildirilir.  Dəricədə  “dərvişan”  sözü  dərvişlər  mənasında 

işlədilib.  Pəhləvicədə  “driyoş”  –  “kasıb,  yoxsul  və  diləncilərə”  verilən  ümumi 

addır (12). Bir iddiaya görə, kəlimə “dər-piş”dən yaranıb. Pəhləvicədə “dər-piş” 

–  “qapı  önü”  mənasına  gəlir.  Qapıdaki  dilənciləri  ifadə  etmək  mənasında 

işlədildiyi qeyd edilən sözün sufiləri xarakterizə etmədiyi aydındır (13). 

Digər bir iddiaya görə axtarmaq və dilənmək mənasını verən “dər-yuzidən” 

felindən “dər-yuz” formasına düşmüşdür. Lakin bəzi sufilər onları dilənçi kimi 

baxan  anlayışlara  qarşı  çıxdıqlarından  dərviş  adının  “dür-viş”dən  yarandığını, 

bunun da “inci, dürr” mənasına gəldiyini iddia ediblər (14). 

Dərviş  sözünün  3  lüğəvi  mənası  vardır:  birincisi,  bir  təriqətə  daxil  olub, 

onun  qayda  və  qanunlarına  bağlı  qalan  insan  (alpərən,  cavanmərd);  ikincisi, 

təvazökar  və  hər  şeyi  xoş  qarşılayan  insan;  üçüncüsü  isə,  yoxsulluğu  və 

əzabkeşliyi qəbul edən insan deməkdir (15). 

Dərvişliyi mistik bir həyat tərzi hesab edən C.P.Braun, dərvişlərin ideya və 

mənəvi həyatlarını 10 maddədə sıralayır. Onlar aşağıdakılardan ibarətdir: 

1. Sadəcə Allah vardır;   

2. Bütün görünən və görünməyən şeylər ondan zühur etmişdir;   

3. Bütün din və təlimlər vəhdətdədir;   

4. Dinlər bir-birinə mənaca oxşar, amma praktikada fərqlidir;   

5. Yaxşılıq və pislik arasında fərq yoxdur, hər şey vəhdətin zühurudur;   

6. İnsan Allaha bağlıdır, buna görə də hərəkətlərində sərbəst deyil;   

7.  Ruh  bədəndən  əvvəl  var  olub,  bədəndən  ayrıldıqdan  sonra  da  var 

olacaqdır;   

8. İnsan Allah ilə təmizlənir və ancaq qədərinə tabe olub ömür sürür;   

9. Vəhdət dərin təfəkkür və Allahda əriməkdir;   

10.Məxluqat Allahın surətidir (16). 

C.P.Braunun  müəyyən  etdiyi  bu  müddəları  bütün  dərviş  təriqətlərinə  aid 

etmək olmaz. Beləki, həmin müddəlarla bəzi təriqətlərin razılaşmadığı fikirlər 

də var. 

Dərviş  adının  yaranmasında  Hind  mistik  inanclarının  təsiri  diqqəti  cəlb 

edir.  Belə  ki,  dərvişin  həyat  tərzi  ilə  Budda  rahiblərinin  həyat  tərzi  arasında 

güclü  oxşarlıqlar  var.  Dilənmək,  qapı-qapı  gəzmək  və  əl  açmaq  budda 

rahiblərinin  həyat  tərzi  idi.  Bunlara  bhikşu  adı  verilirdi  ki,  qədim  Türk 

mənbələrinə  də  bu  ad  baxşı  şəklini  alib.  Qədim  türklər  kahinlərə,  şamanlara, 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

51 



dərvişlərə,  daha  sonra  da  aşıqlara  bahşı  deyirdilər  (17).  Belə  həyat  tərzini 

formalaşdıranlar Budda rahibləri olublar. Dilənçi keşişler “Sankha” adı verilən 

manastır sistemində təşkilatlanmışdılar. Hindistanda hökmdar Aşoka dövründə 

(B.e.ə.  273-236)  buddizm  rəsmi  din  elan  olunmuşdur,  b.e.ə.  250-ci  ildə  isə 

çağrılan  Pataliputra  sinodunda  başqa  ölkələrə  missiyaçı  göndərməyə  qərarı 

qəbul edilmişdi. Türklərin hakım olduğu Əfqanıstan, Xorasan və Orta Asiyadaki 

Kuşan  çarlığına  (b.e.ə.  I  –  e.  III  əsrləri)  və  Skif-Part  (Parfiya)  ölkəsinə  dilənçi 

görkəmində  buddist  ruhanilər,  məhz  o  vaxtdan  etibarən  gəlməyə  başladılar. 

Evlənməyən,  ət  yeməyi  haram  hesab  edən,  özlərini  dünya  zövqlərindən 

məhrum  edən,  doğru  şeyi  danışmayan,  bədəni  məst  edəcək  içkilərdən  uzaq 

duran,  yarı  çılpaq  gəzən  bu  buddist  rahiblər  (18)  ilə  XIII  əsrin  qələndəri 

dərvişləri  görkəmcə  bir-birlərindən  seçilməzdilər.  Bu  səbəbdən  də  Avestanın 



pəhləvi  dilindəki  əlyazmasında  “dərviş”  adının  qeyd  olunan  kimliklə  əlaqədar 

olduğunu düşünürük.   

Təsəvvüf  anlayışının  formalaşdığı  dövrlərdə  başlıca  iki  güclü  məktəbin 

ortaya  çıxdığını  görürük.  Bunlardan  ilki  İraq  məktəbi  olub,  ən  güclü 

nümayəndələri Haris əl-Muhasibi, Səri əs-Səqəti və Cüneyd Bağdadi idi. Başlıca 

olaraq  İraq  məktəbinin  yaydığı  İslam  anlayışına  təsəvvüf  və  onların 

təmsilcilərinə də sufi adı verilmişdir. Dərviş adı, təsəvvüf tarixində ikinci güclü 

məktəb  hesab  edilən  Xorasan  sufiləri  ilə  əlaqədar  ortaya  çıxmış  tarixi-fəlsəfi 

anlamdır.  Xorasan  məktəbinin  əsasında  isə  məlamiyyə  dayanırdı.  Məlami 

məktəbinin  mənsublarina  isə  məlami  deyirdilər.  Xorasan  məktəbi  ilə  İraq 

məktəbi  arasındakı  əsas  fərq  İraq  sufiləri  özlərini  həm  batini,  həm  də  zahiri 

hesab  etdikləri  halda,  Xorasan  məktəbinin  nümayəndələri  özlərinin  ancaq 

batıni  olduğunu  qəbul  edirdilər.  Camaatdan  təcrid  olunmayıb  onlardan  biri 

kimi  özlərini  göstərən  Xorasan  məlamiləri  təcrid  davranışlarına  qəti  şəkildə 

etirazlarını  bildirirdilər.  Yəni  Xorasan  məktəbi  bu  baxımdan  gizli  dərvişlik 

hesab  olunurdu.  Bu  məktəbin  ən  böyük  nümayəndəsi  Həmdun  Qəssar  idi. 

Məktəbin mərkəzi isə Nişapur şəhəri idi. Kuşanların əsas mərkəzlərindən olan 

Abarşəhrin  sonrakı  adı  olan  Nişapurun  buddist  və  manixeistlərin  güclü 

təsirində olduğunu nəzərə alsaq, dərvişlik anlayışının formalaşmasında hind və 

parfiya amili qaçınılmazdır. 

Türk  mənbələrində  isə  dərvişlər  daha  çox  “abdal”  və  “baba”  adı  ilə 

tanınıblar.  Onların  türklər  arasında  İslam  dininin  yayılmasında  böyük  rolları 

olmuşdur.  İlk  dövr  islamı  qəbul  etmiş  türklər  arasında  bu  dini  anlayışının 

əsasən  islam  sufizmindən  qaynaqlanmasının  səbəbi  "abdallar”  və  “babalar”ın 

irşad  fəaliyyətləri  hesab  olunur.  Buna  ən  yaxşı  nümunə  Aslan  Baba  və  onun 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə