«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix26.10.2018
ölçüsü1,16 Mb.
#75722
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

52 



müridi  Əhməd  Yəsəvidir  (19).  Bunlardan  Aslan  Babanın  məlaməti  olduğunu 

nəzərə alsaq, yəsəviliyin də əsasında məlami fikirlərinin təsiri danılmazdır. 



Gizli dərvişlik – məlamiyyə: Mərkəzi Xorasan olan təsəvvüf cərəyanı kimi 

məlamilik (20)    varlığı qədər təsirləri də çox dərin və geniş miqyaslı olmuşdur 

(21).  Əvvləllər bir məşrəb (davranış)  şəklində, daha  sonra  təriqət formasında 

fəaliyyət göstərən məlamiyyə “insanların qınaq obyekti olmaqdan qorxmamaq, 

onların dannaqlarından çəkinməmək, nəfsi istək və arzulara qarşı çıxmaq, ruhi 

halları gizli sağlamaq” kimi prinsibləri əsas alırdı (22). İlk məlamilərdən hesab 

olunan  Əbu  Həvs  əl-Həddad  məlamiliyi  “Haqq-Təala  ilə  bərabər  olmaq  üçün 

sirrini faş etməmək, yaxınlıq və qulluq adına özünü qınaq obyektinə çevirmək 

(ləvmməlamət), xalqa ancaq səhvlərini və qəbahətlərini göstərib, yaxşılıqlarını 

gizlətmək şərti ilə cəmiyyət tərəfindən danlanmaq” şəklində izah etmişdi (23). 

Bu  açıqlama  məlamilərin  gizli  dərvişlik  həyatı  yaşadıqlarını  və  özlərini 

gəzləttiklərini deməyə əsas verir. 

Məlamilik cərəyanı Xorasanda geniş fəaliyyət göstərən kərramiyyəyə etiraz 

olaraq  ortaya  çıxdığı  iddia  edilsə  də,  böyük  ehtimalla  kərramiyyə  bu  prosesi 

sadəcə sürətləndimiş olmalıdır. IX-X əsrlərdə Xorasanda zahidlər böyük dini və 

sosial  təbəqə  hesab  olunurdu.  Kərramiyyə  güclü  təşkilati  əsəslara  sahib 

təsəvvüf  cərəyanı  idi.  Bu  cərəyanın  ən  başlıca  xüsusuiyyəti  sufilərin 

mərkəzləşmiş  xanəgahlar  (təkkələr)  ətrafında  toplanması  fikrini  həyata 

keçirməsidir.  Kərramiyyə  mənsubları  özlərini  xalqdan  ayırır,  “qazanclı  işdən 

iyrənən və camaatın əleyhinə” fikirləri mənimsəyirdilər (24). Kərramiyyənin bu 

anlayışına  meydan  oxuyan  məlamilik  dindarlıq  və  təqvanın  ictimai  həyatda 

gizliliyini  dilə  gətirərək,  cəmiyyət  həyatını  inkar  etməməklə  mənəvi  həyata 

üstünlük  verir  və  insanın  özünün  bütün  yaxşı  əməllərini  gizlətməsinin 

vacibliyinə  diqqət  çəkdilər.  Xalq  arasında,  lakin  xalqdan  kənar  həyat  tərzini 

sürən  məlami  dərvişləri  geyim  və  davranışlarına  görə  də  başqalarından 

seçilməməyə üstünlük verirdilər (25). 

Məlamilik  haqqında  sanballı  monoqrafiya  qələmə  alan  Əbdülbaqi 

Gölpınarlıya  görə,  məlamilik  Həmdun  Qəssardan  çox  əvvəl  mövcud  idi  (26). 

Gölpınarlı məlamiliyin banisi kimi daha çox Əbu Həfs Həddadın (öl. 883) adını 

ön plana çıxarmış, Əhməd ibn Xadraveyh (öl. 854), Əbu Turab Nəxşəbi (öl. 859), 

Şah  Şüca  Kirmani  (öl.  883)  və  Əbu  Osman  Hiri  (öl.  910)  kimi  məlamilərin  də 

rolunu yüksək qiymətləndirmişdir. Ə.Gölpınarlı, Əbu Həfs Həddadı məlamilərin 

ən  böyük  şeyxi  hesab  etsədə,  Bəyazid  Bistamini,  Həmdun  Qəssarın  şeyxi  Əbu 

Turab  Nəxşəbini  və “sufilik yolunun açarı”  hesab edilən İbrahim  Ədhəmini də 

eyni cərgədə qeyd edir (27). 

Məlamilik üç dövrə ayrılır:   




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

53 



1.Məlamiyyeyi-Qəssariyyə  (təriqəti-aliyyeyi-Qəssariyyə)  –  banisi  Həmdun 

Qəssar.  2.Məlamiyyeyi-Bayramiyyə  (təriqəti-aliyyeyi-Bayramiyyə)  –  banisi 

Dədə Ömər Sıkkıni (öl. 1475).   

3.Məlamiyyeyi 

Nuriyyə 

(təriqəti-aliyyeyi-Nəqşibəndiyyə

– 

banisi 


Məhəmməd Nurul-Ərəbi (öl. 1887). 

Birinci dövr məlamilər Xorasanda və Azərbaycanda, ikinci dövr məlamiləri 

Anadoluda,  üçüncü  dövr  məlamilər  isə  Balkanlarda  fəaliyyət  göstərmişlər. 

İkinci  dövr  məlamiliyi  Hacı  Bayram  Vəlinin  müridi  Dədə  Ömərlə  başlamış  və 

XVII  əsrə  qədər  davam  etmişdir.  Bu  dövr  məlamiləri  Səfəvilərlə  əlaqələri 

səbəbindən  Osmanlı  hakimiyyətinin  güclü  təqibinə  və  təzyiqlərinə  məruz 

qalmışdılar.  Üçüncü  dövr  məlamiləri  fəaliyyətlərinə  Şeyx  Məhəmməd  Nurul-

Ərəbi ilə XIX əsrdə Bosniyada başlamışlar. 

Birinci dövr məlamiləri adlanan Əhməd ibn adraveyh, Əbu Turab Nəxşəbi, 

Əbu  Həfs  əl-Həddad,  Həmdun  ibn  Əhməd  əl-Qəssar  və  Şah  Şüca  Kirmani 

sənətkar  idilər.  X  əsrdə  məlamiliyin  güclü  dərviş-şeyxləri  ortaya  çıxmışdı. 

Bunlar  arasında  Əbu  Osman  əl-Hiri,  Yusif  ibn  Hüseyin  ər-Razi  (öl.  916), 

Abdullah  ibn  Münəzil  (öl.  940)  xüsusilə  seçilir.  Həm  Razi,  həm  də  əl-Hiri  öz 

dövrlərinin  din  (şəriət)  alimləri  tərəfindən  “zındıq  və  mülhid” 

adlandırılmışdılar.  Bu  da  məlamilik  anlayışında  islamın  dini  ehkam  və  qanun 

əsasları ilə barışmayan üsnürlərin yer almasından irəli gəlirdi (29). 

Məlamilər  dərviş  həyatı  yaşasalar  da  özlərini  xalq  arasında  gizlətməyə 

üstünlük  verirdilər.  Əhməd  Qara  Mustafanın  dediyi  kimi,  “məlamiliyin  əsas 

iddiası  təmtaraqlı  zahidlik  həyatını  yaşamağın  özü  insan  mənliyinə 

düşkünlükdən  irəli  gəlib,  sonunda  özündən  razılığa  səbəb  olur.  Buna  görə  də 

mömin  olan  bəndə  öz  daxili  dünyasını  Allahdan  uzaqlaşacağı  qorxusu  ilə 

başqalarından gizlətməlidir. İctimai və əsas qəbul edilən qanunları bilərəkdən 

çeynəyərək,  özünü  başqalarının  qınaq  obyektinə  çevirilməsinə  səbəb 

dindarlığının  həqiqi  formasını  gizləməkdən ötürü  idi.  Amma  məlamiliyin  əsas 

problemi  öz  ətrafında  belə  tanınmamaq  olduğundan  ictimai  qanunlara  qarşı 

saymazlıqda da olduqca ehtiyatlı hərəkət edirdilər. Bu səbəbdən də məlamilər 

fərqli geyim, libas, ayin və adətləri    rədd edirdilər. Bunun kimi məlamilər bir 

məslək  sahibi  olmağa  çalışaraq,  sədəqə  və  dilənməklə  həyat  keçirən  sufilərə 

yaxşı baxmırdılar” (30). 

Xorasanda  ortaya  çıxan  məlamilik  İslam  dünyasında  çox  sürətlə 

yayılmışdır.  Xüsusilə  də  Azərbaycan  və  Anadoluda  məslək  sahibi  olub,  amma 

sufi həyatı  yaşayan çox sayda məlami vardı. IX-XI  əsrlər arasında Xorasandan 

Azərbaycana qədər xüsusilə də sənətkarlar (əsnaf) və tacirlər (tüccar) arasında 

yayılan məlamilik təriqət formasını almadı. Buna görə də ilk dövr məlamətiliyi 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə