«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix26.10.2018
ölçüsü1,16 Mb.
#75722
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

56 



dayanmasıdır. Məlami anlayışında “qütb və vasilik peyğəmbərdən sonra  Əliyə 

aiddir” (44).   



Oğlanşeyx.  Məlami-bayrami  dərvişlərinin  ən  tanınmışı  şübhəsiz  Oğlan 

vəya oğlanlar şeyxi İbrahim Əfəndi olmuşdur. Hələ 23 yaşında olarkən qələmə 

aldığı Anadolu türkcəsindəki “Müfid ü müxtəsər” adlı məsnəvisində bayramilik 

anlayışını belə təsvir etmişdir: 



Nədür ərkan-i Bayrami məğər

Şeyxi olan hər kimə eyləsə nəzər. 

Şövqü-həqq ilə gözü bina olan, 

Cəzbəi-həqq ilə müstəsna olan... 

Böyledür Bayraminin ayinləri 

Bu durur bil zahir ü batınları. (45) 

   

Sunullah  Qeybi  özünün  “Söhbətnamə”  adlı  əsərində  İbrahim  Əfəndinin 

ağzından onun niyə “Oğlanşeyx” adlandığını belə izah edir: “Sinnimiz altı və ya 

səkkiz ikən cəddimiz, Piri-Məktəbdar Həzrətlərinin ilahiyyatından hıfz itdürürdi. 

Hətta  bir  gün:  “Varımı  ol  Hakka  virdim,  hanumanım  kalmadı”  mısrasını  hıfz 

edərkən  “dədəciyim,  bu  dahi  Pirin  ilahisi  midir?”  dedim.  Cəddim  dahi  “bəli, 

oğlancığım”  dedikdə,  “Əcaba  kəndülərinin  varı  mı  idi,  hatta  virə”-deyü 

söylədiyimdə, cəddim “bu oğlancık şeyxdür”-deyü okşar idi. Oğlanşeyx təsmiyəsinə 

badivü bais budur” (47). 

İbrahim  Əfəndinin  1591/92-ci  ildə  anadan  olduğu  qeyd  edilir  (48).  Onun 

çox  varlı  tacir  ailəsində  dünyaya  göz  açdığı  bildirilir.  İbrahim  Əfəndinin  kiçik 

yaşlarından  Əyriqapıda  irşad  fəaliyyəti  aparan  Həqiqizadə  Şeyx  Osmanın 

müridü  olduğu,  yaşının  az  olması  səbəbindən  şeyxi  tərəfindən  mürid  qəbul 

edilmək  istənmədiyi,  amma  İbrahimin  israrı  ilə  təriqətə  alındığı  xəbər  verilir. 

İbrahimin mürşidi olan Həqiqizadə Osman Əfəndinin Seyyid Nizaməddinin oğlu 

Seyyid  Seyfəddinin  (öl.  1601)  xəlifəsi  olduğu  məlumdur  (49).  33-cü  silsilədən 

Məhəmməd  Peyğəmbərə  bağlanan  İbrahimin  təriqət  şəcərəsində  17-ci  sırada 

Şeyx Şihabəddin Təbrizi (vəfatı 1302), 18-ci sırada Şeyx Zahid Gilani (öl. 1305), 

24-cü  sırada  isə  Seyyid  Yəhya  Şirvani  (öl.  1463)  də  yer  alırlar.  Oğlanşeyxin 

təriqət  silsiləsində  əxi  şeyxlərin  (Əxi  Məhəmməd  (öl.  1397),  Əxi  Mirəm  (öl. 

1409))  yer  alması  da  diqqəti  çəkir  (50).    Amma  İbrahim  Əfəndi  özünün 

mənəvi silsilsəinin Səfəvi şeyxi Səfiyyəddindən başladığını, Sədrədiin, Xacə Əli, 

Həmidəddin,  Hacı  Bayram  Vəli  ilə  davam  etdiyini  bildirərək,  məlamilikdə 

səfəviyyəyə  bağlı  olduğunu  qeyd  edir  (51).  Anadolu  məlamiliyi  üzərindəki 

səfəvi  təsiri  bu  təriqəti  Osmanlıda  ən  çox  təqibə  məruz  qalan  təriqətlərdən 

birincisinə çevirdiyindən İbrahim Əfəndi həm siyasi, həm də mənəvi cəhətdən 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

57 



iki fərqli şeyxə bağlanmaq məcburiyyətində qalmışdır. Siyasi mənadan özü də 

məlami təriqət kimliyindən gələn Əziz Mahmud Xüdaiyə (öl. 1628/29), mənəvi 

cəhətdən isə Əbdüləhəd Nuriyə (vəfatı 1651) intisab etmişdir. 

Oğlanşeyx  İbrahim  Əfəndi  1655-ci  ildə  edam  olunub.  O,  ikinci  dövr 

məlamiliyinin  ən  məşhur  dərvişlərindən  olmuşdur.  Özünü  məlami  adlandıran 

Oğlanşeyx  xəlvətiliyə  bağlı  olan  Həqiqizadənin  Qavsi  xanəgahından 

“səccadənişin”  olmuşdur.  Oğlanşeyxin  ən  böyük  xüsusiyyəti  səfəvi  bağını 

qorumasıdır. Hətta əsərinin bir yerində Şeyx Səfiyə xitabı da yer alır: 



 

Şühudi-manəvidən Şeyx Səfiyə, 

Sual itdilər qəlbi kalbi safiyə. (52) 

 

İbrahim  Əfəndinin  əsərlərində  İbn  Ərəbinin  “vəhdəti-vücud”  anlayışının 



dərin  təsiri  görünür.  Başlıca  olaraq  “Divan”,  “Müfidü  Müxtəsər”  və 

Təsəvvüfnamə”  də  adlanan  “Usulul-mühəqqiqin”  adlı  əsərlərində  vəhdət, 

həqiqət,  insan,  qəlb,  vilayəti-nübüvvət,  qürb-bud,  qəbz-bəst,  məhv-səhv,  fəna-

bəqa, söhbət ədəbi kimi sufi məsələlərini şərh etmişdir. Onun təsəvvüfün həm 

nəzəri, həm də əməli məsələlərini öyrənərək, zühd həyatını məlami anlayışına 

uyğun  biçimdə    tam  halda  qəbul  etməsi  diqqəti  çəkir.  “Vəhdəti-vücud” 

anlayışına  olan  dərin  bağlılığı  onun  İbn  Ərəbiyə  nəzərən  “Muhyiddini-Sani” 

(İkinci Mühyiddin Ərəbi) adlanmasına səbəb olmuşdur. 



Məlamiliyin  əsasları.  Məlamilik  gizli  dərvişliyə  ən  yaxşı  nümunədir. 

Özünü  aşkara  çıxarmayıb,  sufiliyin  ədəb  və  əxlaq  qaydalarına  etiraz  edərək 

sufiliyini  xalqdan  gizlədən  məlamətilik  “gizli  təriqətlər”  arasında  yer  alır. 

Dərvişlik, dilənmək, əba geymək kimi sufi ədəb və davranış qaydalarına etiraz 

edib  “yaxşını  gizlədib,  pisi  aşkara  çıxaran”  məlamilər  bu  cəhətlərinə  görə 

mütəsəvviflər arasında göstərilməyiblər.   

Məlamilərin  təkkələri  zaviyələri  olmur,  sarıq  və  papaq  taxmazlar. 

Onların  nəzdində  belə  şeylər  bir  şəxsin  digərindən  üstün  olması  fikrini  təqlid 

edir  ki,  bu  da  doğru  rəftar  deyil.  Ona  görə də  məlamilər  ehtimallara  üstünlük 

verirlər,  onları  utandıracaq  və  cəmiyyətin  nəzərində  alçaldacaq  şeylərdən 

uzaqlaşmaq  yerinə  belə  şeylərə  qarşı  daha  məqbul  davranarlar.  Onlar  üçün 

tərif xoş deyil, əslində söyülmək, və təhqir daha xoşdur, çünki bu mənən insanı 

əzir və təkəbbürün ağır zəncirlərindən xilas edir. Tarixən müşahidə edilmişdir 

ki, məlamilər namazlardan da bu məqsədə uzaq durarlar, amma əslində onun 

dilində daima zikir və ibadətdir, çünki onun fikrinə görə Tanrı hər yerdədir və 

onu görür, və etdiyi ibadəti qəbul edir.   




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə