«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix26.10.2018
ölçüsü1,16 Mb.
#75722
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

58 



Mütəmadi olaraq məlamilərin mütəsəvviflərə qarşı soyuq davranışları və 

düşüncələrində  olan  fikir  ayrılıqları  da  məlumdur.  Məlamilər  mütəsəvvifləri 

ona görə sevmirdilər  ki, təriqətçilərin ehtişamlı və dəbdəbəli təkkə tədbirləri, 

ayinləri  yerli  camaatın  maddi  səviyyəsindən  yüksəkdə  dayanırdı  və  bu  da 

onları  yaşadıqları  cəmiyyətdən  uzaqlaşdırırdı.  Əslində  məlamiliyin 

yaranmasının kökündə dayanan amillərdən biri də məhz bu xəlqilik prinsipi idi. 

Lakin  bu  o  demək  deyildir  ki,  onlar  təsəvvüfü  qəbul  etmirdilər.  Təsəvvüf 

onların  nəzdində  əsl  İslam,  islamın  özünü  təşkil  edirdi,  çünki  dinin  əsas 

meyarlarını  təsəvvüfün  sirlərinə  vaqif  olmadan  bilmək  omlazdı.  İbadətləri 

yerinə yetirmək vacib idi, lakin edilən ibadətlərin mahiyyətinə varmaq, zikirləri 

qəlbən  dərk  etmək  lazım  idi,  çünki  səmimi  qəlbdən  edilən  zikirlər  möminin 

qəlbindən Tanrıya doğru yüksələn yolun qapılarını açan açarlardır. Onun varlıq 

və  vəhdaniyyətində  dərin  təfəkkürə  dalar  və  beləcə  kamilliyə  gedən  yolda 

olduqlarına  inanarlar.  Quranın  əsrlər  boyu  elmi  lədünni  adlandırdığı 

məlamilərə  görə  məhz  Tanrının  valığı  və  vəhdaniyyətindən  bəhs  edir  ki,  bu 

elmə vaqif olan şəxs məlami kamilliyinə qovuşmuş hesab olunur. 

Məlamiliyin  daxili  mahiyyətindən  irəli  gələn  təvazökarlıq  və  digər 

dinlərə  qarşı  anlaylışlı  davranış  meylləri  də  qeyd  edilməlidir.  Məlamilik  digər 

dinlərə  qarşı  kəskin  mövqedə  dayanıb  onları  lənətləmək  və  yaxud  kafirliklə 

günahlandırmaq  təmayülündən  uzaq  olmuşdur.  Məlamilər  Quran  ayələrinin 

dərinliyinə  nüfuz  etməyi  vacib  bilərlər,  onların  nəzərində  “möhkəm”  və 

“mütəşabih”  ayələrin  hər  birinin  xüsusi  təvil  və  təfsir  metodu  və  anlamları 

vardır. Qısacası məlamiləri İslam mütəsəvvifləri kamillik yolunun yolçuları kimi 

xarakterizə  edir  və  bu  yolda  onların  hər  növ  dərin  elmi,  dini  biliyə  vaqif 

olmağın çətinliyindən çəkinmədiklərini bildirərlər.   

“Elmi Lədün”nə çox dəyər verən məlamilər əslində onu bəşəriyyətin xəlq 

olunmasının  gizlin  xəzinəsinə  bir  açar  olduğunu  qəbul  edərlər.  Tarix  boyu 

insanı yaratmaqda Allahın məqsədinin nə olması məsələsi bütün filosofları, əql 

sahiblərini düşündürdüyü kimi, məlamilər də bunu bilmənin ən sadə yolunun 

elm və mərifətdən keçdiyini deyirlər. Bilik sahibi olmaq istəyən şəxsin önündə 

qapılar  taybatay  açılmalı,  bu  şəxsin  xidmətində  dayanılmalı  və  ona  nəzakətlə 

elmlərə  yiyələnməsinə  kömək  edilməlidir,  çünki  onun  başladığı  yol  bilik 

tövhidində,  “elmi  lədünni”də  quratarır  sonra  isə  onun  Tanrının  varlığında 

ərimə - “fəna fillah” mərtəbəsi başlayır. Bu müqəddəs amal və yoldur.   

Onlara görə mürşid yalnız qapını göstərər, geri qalan məsuliyyət şagirdə 

(mürid)  aiddir.  Allahın  hər  adama  yaxın  olduğunu  və  adamla  Allah  arasına 

Mürşid də daxil olmaqla, heç kəsin girə bilməyəcəyi görüşünü müdafiə etmişlər. 

Mürşid  nə  qədər  məlumatlı  və  ərdəmli  olursa  olsun,  o  da  digər  insanlar  kimi 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

59 



quldur  və  qula  aid  xüsusiyyətlərlə  xatırlanmalıdır.  Mürşidlərindən  dərs  və 

söhbət  formasında  təhsil  etdikləri  elm  və  tövsiyələrdən  başqa  bir  təmənnaya 

sahib olmayıb Hidayət, Şəfaət, Hümmət, Tövbə kimi istəklərin yalnız Allaha ərz 

edilməsi  lazım  olduğunu  müdafiə  edirlər.  Bu  elmin  müəllimləri  də 

şagirdlərindən əsla maddi bir qarşılıq tələb etmirlər. Elmi-tövhid (Tövhid elmi) 

olaraq  keçilən  bu  dərslərin  nəticəsində  "fənafillah"  (Allahda  yox  olmaq)  və 

"Bəqabillah" (Allahla var olmaq) mərtəbələrinə çatmaq məqsədi güdürlər.   

Məlamilərə  görə  Hz.  Adəm  həqiqətlərin  axtarışına  çıxan  ilk  insandır. 

Adəmdən  əvvəl  neçə-neçə  insanlar  gəlib  keçib.  Məlaminin  xislətində  olan  hər 

insan varlığının var olma səbəbini anlamağa çalışır. Anlamağa çalışmaq insanın 

özündən  başlayır.  İnsan  əvvəl  özündən  soruşmalıdır.  Mən  kiməm,  nəyəm, 

necəyəm,  mənim  zatım  nədir,  kimi  suallarla  özünü  anlamağa  çalışmalıdır. 

Həqiqətlərə  çatan  adam  bütün  varlığın  var  edicisi  olduğunu  düşünüb  dərin 

təfəkkürə dalsa başa düşər.   

Məlamiliyi bir təriqət deyil, “məşrəb” (davranış tərzi) hesab edən təsəvvüf 

alimləri bu cərəyan haqqında ziddiyyətli fikirlər irəli sürüblər. “Kəşfül-məhcub” 

müəllifi  (53),  əsərinin  altıncı  fəslində  məlamiliyin  əsasları  haqqında  geniş 

məlumat  vermişdir.  Hucviriyə  görə,  məlamilyin  üç  forması  var.  Bunlar 

“istiqamət”, “qəsd” və “tərk”dir. Bunlardan birincisi normal məlamilərdir. Yəni 

onların məlamiliyi “doğru yoldan gedib, öz işləri ilə məşqul olmaq, dinə uyğun 

hərəkət  edərək  şəriət  qanunlarını  pozmamaqdan”  ibarətdir.  İkinci  qrup 

məlamilər “qəsd edənlər” adlanırlar. Onlar “xalqın onun haqqında yaxşı fikirdə 

olduğunu  görüb  bu  hörmətin  ona  zərər  verəcəyindən  ehtiyat  edən  və  bu 

məqsədlə  də  şəriət  qaydalarını  pozmadan  xalqın  ona  qarşı  sevgini  azaldacaq 

davranışlar  nümayiş  etdirənlərdir”.  Üçüncü  qrup  məlamilər  isə  ifrat 

məlamilərdir.  Bunlar  “şəriət  qaydalarını  tərk  etdiyini  açıqca  dilə  gətirib  öz 

məlamiliklərini  izhar  edərlər”.  Hucviri  əsərində  əsas  tənqidi  fikirlərini  də  bu 

üçüncü qrup məlamilər üzərində cəmləşdirir. Bu səbəbdən Hucviri onları sufi, 

mütəsəvvüf  və  dərviş  belə  adlandırmır.  Ona  görə,  məlamilər  hələlik  “vəhdət 

sirrinə  çatmayıb,  xalqla  məşğul  olurlar”  (54).  Əbdürrəhman  Cami  də  onlar 

haqqında  mənfi  fikirlərə  sahibdir.  “Nəfəhatül-üns”  əsərində  məlamiləri  sərt 

tərzdə  tənqid  edir:  “Məlamiyyəyə  gəldikdə,  onlar  bir  camaatdır  ki,  mənayı 

ixlasa riayətdə və sidq qanununu qorumaqda həddindən artıq cəhd göstərirlər. 

Bu tayfa hər nə qədər əziz bəndələr və şərəfli hal əhli olsalar da hələlik xalqın 

gözündə  örtünmək  onların  nəzərində  kəşf  hökmündədir.  Bu  səbəbdən  də 

tövhid üzünün müşahidəsində və təfrid gözünün təyinində üzürlü qalıblar. Nəfs 

də əğyar cümləsindəndir. Bunlar hələlik öz vəziyyətlərinə nəzər edərlər. Əməl 

və  vəziyyətlərindən  əğyarı  xaric  tuta  bilməyiblər.  Məlamətilərlə  sufilər 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə