«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix26.10.2018
ölçüsü1,16 Mb.
#75722
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

60 



arasındakı əsas fərq budur: cəzbəni inayəti-qədimə sufiləri tamamilə özünə nəz 

etmişdir  və  xalq  və  ənəiyyət  örtüsü,  şühud  nəzərlərindən  qalxmışdır.  Təat  və 

xeyrin  sudurunda  arada  özlərini  və  xalqı  görməzlər  və  xalqın  ənzarının 

ittilaından  əmin  olub  əməllərini  ihfa  və  hallarını  sətir  ilə  müqəyyəd  olmazlar. 

Əgər vaxtın məsləhəti, təatı açıqlaması vacibsə açarlar, ihfası müqtəzi isə ihfa 

edərlər. Belə olan halda məlamiyyə kəsrə lam ilə müxlislərdir; sufilər isə fəthə 

lam ilə müxlislərdir” (55). 

Bunun  əksinə  Şeyxul-əkbər  Muhiyyiddin  ibn  Ərəbi,  Seyyid  Şərif  Cürcani, 

Xəlvəti  şeyxlərindən  Üsküdarlı  Haşim  Baba  və  Əşrəfi  Rumi  məlamiliyi 

təsəvvüfün  ən  yüksək  mərtəbəsi  adlandırıblar.  Bunlardan  İbn  Ərəbiyə  görə, 

“məlamiyyə  vəlayətin  ən  yüksək  dərəcəsidir  ki,  bu  dərəcənin  də  üstündə 

nübüvvət  dərəcəsindən  başqa  bir  dərəcə  yoxdur  və  bu  məqami-vəlayətdə 

məqami-qürbətdir” (56). 

Özünün məlamiliyini faş edən Həmdun Qəssara görə, “məlamilik insanlara 

aid  hər  cür  rahatlıqdan  əl  çəkib,  heç  bir  sifət  və  hərəkəti  təsdiq  etməməkdir. 

Məlamət səlaməti tərk etməkdir”. Buna görə özünü məlami sayan kəs hər cür 

zövqdən uzaqlaşıb qəlbi davamlı şəkildə Allah ilə rabitə halında olmalıdır. Hətta 

məlami  öz  ibadətindən  belə  zövq  almamalıdır.  Çünki  ibadətindən  alacaq  zövq 

saliki arxayınlaşdıra bilər. Zövq ancaq vəhdətdə olmaqla mümkündür.   

Bu səbəbdən ilk dövr məlamətiyyənin müəyyən qayda-qanunları,  ədəb və 

ərkanı, mürşüd və mürüd  kimi kateqoriyaları yox idi. Ancaq bəzi məlamilərin 

özlərini  faş  etməsindən  sonra  bu  cərəyanın  müəyyən  qayda  və  qanunları 

formalaşmağa  başladı.  Əbu  Əbdürrəhman  məlamətiyyənin  45  şərtindən  bəhs 

edir. Bu şərtlərin ən əsaslıları aşağıdakılar hesab olunur: 

Birincisi “məlaməti zahiri ibadətlə təfaxuru şirk, batinən hal ilə təfaxuru isə 

irtibat  sayır”.  İkincisi,  məlaməti  “həqdən  başqa  zahiri  və  batıni  kəşf  və 

kərmaətlərə  rəğbət  etməz”.  Üçüncü  şərt  “dil  ilə  zikrdən  heç  nə  çıxmaz.  Qəlb 

zikri  ehmal  edərsə,  o  zaman  dil  zikrə  başlayır.  Halbuki  əsl  olan  qəlb,  ruh  və 

sirrin  zikridir”.    Dördüncü  şərt  “məlaməti  zikirlə  yetinməz”.    Beşincisi, 

məlaməti  “görünən  tərzdə  ibadətlərdən  uzaq  qalar  (cəmaatla  namaz  qılmaq 

kimi)”.    Altıncısı, məlaməti insanlara daima yaxşılıq etməyə çalışar, amma bu 

əməlindən  zövq  almağa  başlayarsa  bu  zövqə  qarşı  nəfsində  mübarizə  aparar.   

Yeddincisi,  məlaməti  ancaq  öz  nəfsi  ilə  məşquldur.  Səkkizinci,  mömün  ixvanı 

üçün gecə şam, gündüz isə əsa olmalıdır (Həmdun Qəssar).   

Doqquzuncu,  məlamətiyyə  üçün  ubudiyyətin  başlıca  iki  şərti  var:  Allaha 

qarşı iftixar, peyğəmbəri təqlid. 

Onuncu,  ixfan  üçün  daima  muin  və  zahir  olan  məlaməti  başqasından  heş 

vaxt  kömək  istəməz  və  əsla  ehtiyacını  dilə  gətirməz.  Çünki  qula  əl  açmaq, 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

61 



möhtacdan kömək istəməkdir. Bəlkə də, kömək istənilən şəxs daha çox etiyac 

sahibidir (57). 



Məlamiliyin fəlsəfəsi haqqında 

Məlamət  və  Məlamiliyin  tədqiqatçıları  onu  təriqət  deyil,  xristianlıqakı 

protestantlıq  kimi  ortaya  çıxması  fikrini  irəli  sürürlər.  Müasir  formada 

məlamilik  dünyada  mövcud  bəzi  dini  düşüncə  tərzlərini  əsrlər  boyu  müdafiə 

edən fəlsəfi konsepsiya və mövqedir. Özünəməxsus dini dünyagörüşünə malik 

olmasına  baxmayaraq  məlamiliyin  digər  cərəyanlardan  fərqli  olaraq  dini 

ayinləri və ancaq özünəxas ibadət növləri yoxdur. 

Məlamilərin nəzərində təsəvvüf, İslamın "Batini" və bəlkə də mahiyyəti 

olaraq  qəbul  edilir.  Dinin  "Zahiri"  əmr  və  qadağaları  isə  olduğu  kimi  yerinə 

yetirilir.  Əsas  məqsədləri  kamil  insan  olmaq  olan  məlamilər  Allahı  zikr  edir, 

Onun varlıq və vəhdaniyyətində dərin təfəkkürə dalır və beləcə kamilliyə gedən 

yolla getdiklərinə inanırlar. Quranın əsrlər boyu elmi lədünni adlandırdığı şey 

məlamilərə görə məhz Tanrının varlığı və vəhdaniyyətindən bəhs edən elmdir 

ki,  bu  elmə  vaqif  olan  məlami  kamilliyə  qovuşmuş  hesab  olunur.  Məlamilər 

Quran  ayələrinin  dərinliyinə  nüfuz  etməyi  vacib  bilir,  möhkəm  və  mütəşabih 

ayələrin hər birinin xüsusi təvil və təfsir metodu ilə anlamlarını açırlar. 

Elmi  Lədünnə  yüksək  dəyər  verən  məlamilər  əslində  onu  bəşəriyyətin 

xəlq olunmasının gizlin xəzinəsini açan bir açar kimi qəbul edirlər. Tarix boyu 

insanı yaratmaqda Allahın məqsədinin nə olması məsələsi bütün filosofları, əql 

sahiblərini düşündürdüyü kimi, məlamilər də bunu bilmənin ən sadə yolunun 

elm və mərifətdən keçdiyini deyirlər. Bilik sahibi olmaq istəyən şəxsin önündə 

qapılar  taybatay  açılmalı,  bu  şəxsin  xidmətində  dayanılmalı  və  ona  nəzakətlə 

elmlərə  yiyələnməsinə  kömək  edilməlidir,  çünki  onun  başladığı  yol  bilik 

tövhidində,  elmi  lədünnidə  quratardıqdan  sonra  isə  onun  Tanrının  varlığında 

ərimə - fəna fillah mərtəbəsi başlayacaqdır. Bu müqəddəs amal və yoldur.   

Məlamilikdə  bütün  mənəvi  bağlar  (zikr  və  müşahidə)  birbaşa  Allaha 

aparır,  baxmayaraq  ki,  bir  çox  təriqətlərdə  kamillik  yolu  növbəylə  Şeyx,  Pir, 

Mücəddid,  Peyğəmbərlə  təmasdan  keçir.  Məlamilər  üçün  Şeyx,  yalnız  mənəvi 

rəhbər  və  ya  müəllim  deməkdir.  Şeyxin  vəzifəsi,  ləyaqətli  adama  düzgün 

məlumatı vermək, şagirdin vəzifəsi isə bu məlumat işığında Allaha daha yaxın 

olmağa səy etməkdir. 

Zikr, məlamilərdə hər zaman və hər yerdə yerinə yetirilməli olan Quran 

əmridir.  Təriqətdə  isə  zikr  müəyyən  zamanlarda,  müəyyən  məkanlarda,  hətta 

müəyyən  libaslarda  icra  edilir.  Məlamilər  yalnız  Allahı  xatırlamaq  və  onun 

varlığını daha yaxından tanımaq məqsədiylə toplanar və söhbət edərlər. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə