Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
  1   2   3   4   5   6   7   8   9   ...   13




ş ə r q   f ə l s ə f i   i n c i l ə r i n d ə n
Budda
 
Dhammapada


Budda
DHAMMAPADA
Vilhelm Reyx
108 səhifə. 
Tərcümə:
Müşviq Şükürov
Redaktor:
Ümid Əhmədov
Kompüter dizaynı:
Yaşar Şahlaroğlu
Çap tarixi:  22.06.2013
Format: 70x90  1/32
Qiyməti: 2 AZN. 
ISBN:   978-9953-8066-3-1
© Başla Kitab
Dhammapada. Bakı, 2013


D
hammapada  –  hind  fəlsəfəsinin 
mənbələrindən biri, Siddhartha Qa-
utamaya (Budda) aid edilən fikirlər 
toplusudur.  Buddizmin  ana  kitabı  sayılan 
Dhammapada  ilk  dəfədir  ki, Azərbaycan  oxu-
cusuna təqdim olunur. 



7
İçİn d Ək İl Ər
Tərcüməçidən ...................................................................... 9
I.  QOŞA BƏNDLƏR FƏSİLİ ......................................... 19 
II.  CİDDİLİK HAQQINDA FƏSİL ............................... 23
III.  FİKİR HAQQINDA FƏSİL ....................................... 26
IV.  GÜLLƏR HAQQINDA FƏSİL ................................. 28
V.  AXMAQLAR BARƏDƏ FƏSİL ................................ 31
VI.  MÜDRİKLƏR BARƏDƏ FƏSİL ............................. 34
VII. ARHATLAR
 
BARƏDƏ FƏSİL ................................ 37
VIII.  MİN HAQQINDA FƏSİL ...................................... 39
IX.  ŞƏR BARƏDƏ FƏSİL ................................................ 42
X.  CƏZA BARƏDƏ FƏSİL ......................................... 45
XI.  QOCALIQ BARƏDƏ FƏSİL ................................... 48
XII.  ÖZ “MƏN” BARƏDƏ FƏSİL ................................ 50
XIII.  DÜNYA BARƏDƏ FƏSİL ...................................... 52
XIV.  NURLANMIŞ BARƏDƏ FƏSİL ............................ 54
XV.  SƏADƏT BARƏDƏ FƏSİL .................................... 58
XVI.  XOŞ OLAN HAQQINDA FƏSİL ........................ 61
XVII.  QƏZƏB HAQQINDA FƏSİL ............................. 64
XVIII.  ÇİRKAB BARƏDƏ FƏSİL .................................. 67
XIX.   DHAMMAYA RİAYƏT EDƏN 
            BARƏDƏ FƏSİL ..................................................... 71


8
XX.  YOL HAQQINDA FƏSİL ........................................ 74
XXI.  MÜXTƏLİF BARƏDƏ FƏSİL ................................ 77
XXII.  CƏHƏNNƏM BARƏDƏ FƏSİL .......................... 80
XXIII.  FİL BARƏDƏ FƏSİL ............................................ 83
XXIV. MÜXTƏLİF BARƏDƏ FƏSİL .............................. 86
XXV. BHİKŞU BARƏDƏ FƏSİL .................................... 91
XXVI. BRAHMANLAR(ARHATLAR) 
             HAQQINDA FƏSİL .............................................. 96
 
 


9
Tərcüməçidən
B
udda  kimi  insanları  xatırlayanda  kə-
pə nəklər  yadıma  düşür.  Bilirsiniz, 
onlar  əvvəl  qurd  kimi  olurlar.  Heç 
inan mazsan  ki,  kəpənəklər  bu  qurdlardan  do-
ğulur.  Nəinki  uçmağı,  heç  sürünməyi  də  düz-
əməlli  bacarmayan  bu  varlıqlar  xeyli  yarpaq 
yeyib  doyandan  sonra  ətrafla rına  barama  do-
layaraq  özlərini  bu  baramanın  içərisinə  həbs 
edərlər. Bir müddət ətraf aləm üçün yox olarlar 
bu  qurdlar.  Ölü  olduqlarına  daha  tez  inanar-
san,  nəinki  diriliklərinə.  Heç  bir  həyat  nişanəsi 
göstərməzlər. Və... Günlərin bir günü barama ya-
rılar və içərisindən dünya gözəli kəpənək peyda 
olar.  Qeyri-adi  rənglərdə,  incəlik  və  zərafətdə. 
Daha  yerlə  sürünməyəcək  bu  varlıq.  Güldən-
gülə  uçacaq,  dünyanın  gözəlliyinə  gözəllik  qa-
tacaq. Və bundan belə artıq onun yediyi yarpaq 
yox, güllərin nektarı olacaqdır. 


10
Nektar toplamağın mərifətini Budda belə an-
ladır: “Necə ki, arı gülü, onun rəngini və ətrini 
zədələmədən şirələnib uçur, qoy, müdrik də özü-
nü kənddə elə aparsın” (49).
Budda,  Lao-Tzı,  Konfutsi,  Zərdüşt,  İsa, 
Məhəmməd  kimi  adamlar  kəpənəyə  çevrilmiş 
insanlardır, mənə görə. İnsanların əksəriyyəti yer 
üzündə bir qurd həyatı yaşayır və ömrünün so-
nuna qədər həyatın mənasını tapa bilmirlər. Çün-
ki qurd həyatının heç bir mənası yoxdur. Qurd 
-  mərhələdir.  Proses  bitməyincə  onun  mənası 
bilinməz.  Qurdun  həyatının  mənası  Kəpənəyə 
çevrilməkdir.  Bəs  Kəpənəyinki?  Kəpənəyin 
həya tının  mənası  Gözəlliyə  (Həqiqətə)  xidmət! 
Bəzən  insanlar  Kəpənəklər  barədə  hardansa, 
natamam  məlumatlar  əldə  edər  və  onlar  kimi 
Gözəlliyə xidmət eləməyə can atarlar. Lakin bu-
nun üçün əvvəlcə öz üzərlərində görməli olduq-
ları  işi  görməli,  barama  dövrünü  yaşamalı  və 
gözəl  bir  kəpənəyə  çevrilməlidirlər.  Qurdun  işi 
başqadır...
Deyilənlərə  görə,  Budda  iyirmi  il  meşədə, 
Zərdüşt səkkiz il mağarada yaşadı. Məhəmməd 
də Hira dağına çəkilərdi. İnanıram. Barama döv-
rü zəruridir.


11
25 əsr əvvəl bir gənc şahzadə eyni gündə üç 
hadisə  ilə  rastlaşır:  qocalıq,  xəstəlik  və  ölümlə. 
Yuxusu  ərşə  çəkilir.  “Dünyada  qocalıq,  xəstəlik 
və  ölüm  varkən  ətrafdakı  bu  gülüşün,  sevincin 
səbəbi nədir?”- deyə sual edir özünə. Cavab isə 
aydın idi. İdraki süstlük və həyasızlıq! Heç kim 
bu  məqamlar  üzərində  onun  qədər  ardıcıl  dü-
şünmür,  vəssəlam.  Ətrafın  resepti  25  əsrdə  heç 
dəyişmədi ki! “Fikir vermə! Dərin düşünmə! Ye, 
iç kef elə!” 
Şahzadə  Siddhartha  Qautama  yeməyin, 
içməyin və kef eləməyin nə olduğunu hamıdan 
yaxşı bilirdi. Axı o, şahzadə idi. Saray həyatı ona 
dünyanın  nemətlərindən,  eyş-işrətdən  doyunca 
bəhrələnməyə imkan vermişdi. Onun bu barədə 
illüziyaları  da  tükənmək  üzrə  idi.  Kasıblar  var-
lı  olmağa  can  atar  və  o  həyatın  gətirəcəyi  illü-
ziyalarla  özlərini  ümidləndirərlər.  Şahzadə  isə 
bütün  bunlarla  yaxşı  tanış  idi.  O  dərhal  anladı 
ki,  sarayın  dəbdəbəsi,  hərəmxananın  gözəlləri, 
qızılla  işlənmiş  bərbəzəkli  şah  arabaları,  ziyafət 
məclisləri, bahalı geyimlər onu qocalığın, xəstə-
liyin  və  ölümün  əlindən  ala  bilməyəcək.  O  bü-
tün bunların verdiyi xeyiri yaxşı tanıyırdı və bu 
barədə illüziyası yox idi. Sonralar o, tələbələrinə 
deyəcəkdi:  “Nə  dağların  başında,  nə  düzlərin 


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə