S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə67/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

267
Bakı
Kafelərin birində yaxşıca yedikdən sonra maşına qayı-
danda üzünü sürücüyə tutub dedi:
-Əvvəl Qız qalasına, oradan da İçərişəhərə gedirik. 
Qız qalasından Bakını seyr edərək şəhərin gözəlliyinə 
vurulan argentinalılar İçərişəhərin tarixi yerlərini gəzdikcə, 
daha da heyrət edirdilər. Muzey və şəhərin digər görməli 
yerlərinə  baxıb  yorulduqlarını  hiss  etdilər.  Dənizkənarı 
parkda istirahət etmək qərarına gəldilər. Bir az sahilboyu 
gəzib oturacaqlardan birində əyləşərək dondurma yeməyə 
başladılar.
-Şəhərinizin təmizliyinə və gözəlliyinə heyran qaldım. 
– Pedro dedi.
Lusiya atasının sözünə əlavə olaraq:
-Mən  isə  bu  qədər  müasirləşmənin  qabağında  tarixi 
yerlərinizi qoruyub saxlaya bilmənizə vuruldum. 
Bir qədər dincəldikdən sonra Samir üzünü onlara tu-
tub: 
-İndi isə qayıdırıq Sumqayıta. Oranı da gəzmək pis ol-
maz.
Sumqayıt
Sumqayıta çatanda sürücü Samirin tapşırığyla onları 
iri geyim mağazalarından birinə apardı. Alış-veriş zamanı 
özlərinə çimərlik paltarları da alıb oradan dəniz kənarına 
getdilər.  Bir  xeyli  çimib,  günün  altında  uzandıqda  sonra 
Əli dedi:
-Əmi mən acmışam.
-Elə mən də acmışam. Hazırlaşın gedək.


268
Dənizkənarı kafelərin birində doyunca yeyib içdikdən 
sonra havanın qaraldığını görüb yoldan ərzaq alaraq evə 
qayıtdılar. Masanın ətrafında Lusiyanın dəmlədiyi çaydan 
içə-içə bu günkü günün təəsuratlarını bölüşülürdü. Xose 
ətrafa boylanıb soruşdu: 
-Əli haradadır?
-Yatıb. – Samir dedi. – Əməlli-başlı yorulub.
Pedro çaydan bir qurtum alaraq:
-Yorulacaq da. Bütün günü o tərəf-bu tərəfə qaçıb.
-Deyirdi ki, tutuquşuları qəfəsdən çıxart mənimlə yat-
sınlar.
-Təşəkkür edirəm Samir. Bu günü bizim üçün unudul-
maz etdin.
-Elə mənim də belə istirahətə ehtiyacım vardı.
-Sizi  bilmirəm,  amma  mənim  yuxum  gəlir.  –  Lusiya 
dil ləndi.
Pedro qızı ilə sözləşibmiş kimi: 
-Mən də yorulmuşam. Çayımızı içək qurtaraq, sən yer-
ləri sal.
Samir rayonlar barədə danışaraq vaxt olan kimi onları 
həmin səfalı yerlərə aparacağına söz verdi. Çaylarını içib 
qurtaran kimi Lusiya yerləri açmağa başladı.
Hadisədən 9 gün sonra
Bakı. Azərbaycan
Səhər işə gələndə Akif onu qapıda qarşılayıb görüşdü: 
-Buyurun iclas zalına. Mərkəzin bütün işçiləri sizi ora-
da gözləyir. 
Samir iclas zalına girən kimi mərkəzin bütün işçiləri 
onu ayaq üstə alqışlamağa başladılar. O, jurnalistlərin də 


269
artıq zalda olduqlarını görüb tribunaya çıxaraq danışmağa 
başladı:
-Salam dostlar. Burada olmadığım 20 gün müddətində 
hər birinizin qəlbində və fikrində olduğumu bilirəm. İtkin 
düşdüyüm vaxtlarda məndən ötrü necə həyəcan keçirtdi-
yinizi və mənim üçün nə qədər dua etdiyinizi də bilirəm. 
Əgər bunları haradan bildiyim sizlər üçün maraqlıdırsa, 
cavab  çox  sadədir.  Çünki  biz  bir  ailəyik,  çünki  mən  bu 
sevgini və bu duaları hiss edirdim. Məni amansız qatildən 
xilas  edən  də  bu  dualar  idi,  vəhşi  heyvanlarla  dolu 
meşədən sağ -salamat çıxardan da sizin və minlərlə əlilin 
etdiyi dualar olduç Məni mənə tərəf atılan saysız-hesab-
sız güllələrdən qoruyan da dualarınız idi. Mən bu dualara 
görə  sizə  minnətdaram,  mən  dualarınızı  qəbul  etdiyinə 
görə tanrıya minnətdaram. Mən sizin mənə qoyduğunuz 
hörmətə  və  bəslədiyiniz  sevgiyə  görə  minnətdaram.  O 
hörmət ki, mənə hər zaman və hər yerdə özünə inam ya-
radırdı. O sevgi ki, istər əsirlikdə olum, istərsə də vəhşi 
təbiətdə  mənə  geri  dönmək  üçün  stimul  verirdi.  Bütün 
bunlara  görə  mən  sizin  qarşınızda  baş  əyirəm.  (İşçilərin 
qarşısında baş əydikdən sonra sözünə davam etdi) Bu iyir-
mi gündə mənimlə bərabər, sizlər də əziyyət çəkmisiniz. 
Dünyanın müxtəlif yerlərində bu mərkəzə üzv olan və say-
ları minləri keçən əlil insanlar da əziyyət çəkdilər. Bəlkə 
də gələcəyini «Ümid» mərkəzində görən yüzlərlə əlil bu 
mərkəzin  bağlandığını  eşidərək  ümidsizliyə  qapılıblar. 
Mən  üzümü  həmin  insanlara  tutub  deyirəm:  -Bundan 
belə başınızı dik tutun, bu gündən sonra üzünüzdə yalnız 
təbəssüm  olsun.  Mən  üzümü  bu  mərkəzlə  əlaqsəsi  olan 
və olmayan hər bir kəsə tutub deyirəm: -Bugün gündən 
etibarən,  «Ümid»  mərkəzi  öz  fəaliyyətini  davam  etdirir. 
(Bir dəqiqədən çox sürən alqışdan sonra sözünə zarafatla 


270
davam etdi) Bu qədər məzuniyyət bəs edər, haydı hər kəs 
öz işinin başına. 
İclas  zalından  çıxdıqdan  sonra  birbaşa  kabinetinə 
gəlib kresloda əyləşdi. Otağa fəxrlə göz gəzdirib düşündü: 
“Görəsən, bu mərkəzə görə başıma daha nə gələcək?” Te-
lefonu götürüb katibəsinə dedi:
-Anna, Teymuru yanıma çağır.
Bir  neçə  dəqiqədən  sonra  içəri  uzunboylu  və  arıq 
bir  oğlan  girdi.  Üzünün  arıq  olması  qulaqlarını  böyük 
göstərirdi. Samir oturmaq üçün ona yer göstərib dedi:
-Sən bir müddət Muradın köməkçisi olmusan, istəyi-
rəm  bu  gündən  sonra  Muradın  yerində  işləyəsən,  yəni 
mənim sağ əlim olasan. Bacararsan?
-Bacarmasam belə sizin etimadınızı qazanmaq və Mu-
radı əvəz edə bilmək üçün var qüvvəmlə çalışacağıma söz 
verirəm.
-Muradın yerini başqa mənada tutma, bu mənə bəs edir. 
İlk işin şöbə rəhbərlərini bura toplamaqdır. Görəcəyəm də 
nə bacarırsan.
Şöbə rəhbərləri kabinetə yığışdıqdan sonra Samir on-
larla  yarımçıq  qalan  işlər  və  gələcək  layihələr  haqqında 
müzakirə  aparıb,  hamının  razılığı  ilə  Mahmudovu  şöbə 
müdirlərinin  rəhbəri  vəzifəsinə  seçdi.  İclasın  sonunda 
mətbuat şöbəsinin rəhbərinə dedi:
Sabahdan başlayaraq on gün ərzində bütün qəzet və 
televiziyalarda  mərkəzin  işini  davam  etdirməsiylə  bağlı 
sujetlər və elanlar  yerləşdirin. Qoy  mərkəzə üzv  olan  və 
olmaq isytəyən bütün əngəlli insanların bundan xəbəri ol-
sun.  (Üzünü  xarici  işlər  departamentinin  rəhbərinə  çevi-
rib əlavə etdi) Sən isə rəsmi bildirişi hazırlayıb mənə gətir. 
Mən  onu  imzaladıqdan  sonra  tez  bir  zamanda  «Ümid» 
mərkəzinin bütün filiallarına göndər. 
Üzünü kadrlar şöbəsinin müdirinə çevirdi:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə