S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə1/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
  1   2   3   4   5   6   7   8   9   ...   145


S.N.ALİMETOV, Ş.S.İBRAHİMOVA 
 
 
 
 
 
 
 
 
 
 
 
KLİNİK  
 
KARDİOLOGİYA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI -2017  
 
 



R
əyçilər:                                  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
S.N.Alimetov, 
Ş.S.İbrahimova.  Klinik kardiologiya. Dərs vəsaiti.  Bakı. 
2017 - ... s
əh.  
 
D
ərs vəsaitində ürək-qan damar xəstəliklərinin əlamətləri, diaqnostikası, 
diferensial  diaqnostikası,  müalicəsi  əldə  olunmuş  nəzəriyyə  və  təcrübə 
əsasında, proqramlaşdırılmış şəkildə, böyük həcmdə, nozoloji və sindrom 
prinsipi üzr
ə təsvir olunmuşdur. Burada həm də təcrübədə tam yarayacaq 
halda elektrokardioqrafiya v
ə  digər  yardımçı  hissələr  verilmişdir.  Kitab 
t
ələbələr, rezidentlər, terapevtlər, kardioloqlar və  digər mütəxəssislər 
üçün d
ərc olunur.  
 
 



GİRİŞ 
 
 
 
Tibb elminin v
ə  praktik təbabətin getdikcə  inkişaf  etməsinə 
baxmayaraq, x
əstəliklərin və  o cümlədən ürək-qan damar sistemi 
x
əstəlikləri əlamətlərinin, simptomlarının, təzahür formalarının, xüsusilə 
d
ə erkən müəyyən olunması işinin, yəni propedevtika və diaqnostikanın 
əhəmiyyəti  daha  da  artmaqdadır.  Daha  doğrusu,  xəstəliklərin  sürətli 
vizual  diaqnostikası,  klinik  təzahürlərin qiymətləndirilməsi  və 
interpretasiyası,  təbabətin  özülü  olaraq  qalmaqdadır.  Yeni 
informasiyaların,  yeni  üsullarla  alınmış  nəticələrin  ənənəvi təbabət və 
x
əstələrin klinik müayinə  nəticələri ilə  üzvi  şəkildə  əlaqələndirilməsi, 
diaqnostikanı xeyli  yaxşılaşdırır. Heç də gizli deyildir ki, cari biliklərin 
h
əcmi, tələbələrin və  gənc həkimlərin,  xəstəliklərin çoxlu sayda olan 
klinik t
əzahürlərin  hamısını  vaxtında  və  lazımi  dərəcədə  görüb  başa 
düşməsini təmin etmir.  
 
Klinik  kardiologiya  adlı  bu  kitabın  azərbaycan dilində  tərtibi və 
yazılışı zamanı biz, indiyə qədər mövcud dərslik və rəhbərliklərə istinad 
ed
ərək, klinik kardiologiya, elektrokardioqrafiya,  propedevtika, 
diaqnostika, klinika  v
ə  müalicə  prinspilərini,  digər  şöbələrlə  əlaqəli 
şəkildə  vermişik.  Ondan  digər dərsliklər,  dərs vəsaitləri və  kitablarla 
birg
ə  istifadə  olunması  vizual  qavrama,  diferensial  diaqnostika,  klinik 
interpretasiya  hesabına,  diaqnozun  erkən və  düzgün  qoyulmasına, 
müalic
ənin  effektiv  aparılmasına  şərait  yaradacaqdır.  Gizli,  latent 
gedişin,  sönük  simptomların  vaxtında  üzə  çıxarılıb  nəzərə  alınması, 
klinik müayin
ələrin  və  müasir  texnikanın  dəqiq nəticələrinə  dinamik 
olaraq 
əsaslanması,  böyük  ustalıqla  xəstəliyin proqnozunu müəyyən 
etm
əyə və təhlükədən sovuşmağa imkan yaradacaqdır.  
 
Cari  kitabın  çap  olunması  tələbələr, rezidentlər, gənc həkimlər
terapevtl
ər, kardioloqlar və  digər tibb mütəxəssislər üçün nəzərdə 
tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 



I f
əsil  
 
ANAMNEZ  
 
 
Anamnez yunan sözü olub, yadasalma, xatir
ə deməkdir. Ürək-qan 
damar sistemi x
əstəliklərinin müəyyən edilməsində  onun məxsusi və 
əhəmiyyətli rolu vardır.  
  
Anamnezd
ə  xəstə  və  ya pasiyentin  adı,  soyadı,  atasının  adı, 
t
əvəllüdü, müayinə  tarixi, ünvan və  telefon nömrəsindən ibarət pasport 
hiss
əsi ayırd edilir; sonra onun kardioloqa müraciət etmə motivi və kim 
t
ərəfindən göndərildiyi  aydınlaşdırılır;  ailə  vəziyyəti və  məşğuliyyəti 
göst
ərilir; daha sonra şikayət və ya şikayətlər haqqında təfsilatlı qeydlər 
olunur.  
 
Ür
ək  patalogiyası  ilə  olan bir çox pasiyentlər uzun illər  ərzində, 
onlarda  inkişaf  etməkdə  olan xəstəliyin və  müxtəlif  patalogiyaların 
simptomlarını, katastrofik nəticələrin təzahürlərinə kimi, demək olar ki, 
ciddi  bir  şey  hiss etmirlər. Belə  hal çox vaxt tədricən  inkişaf  edən 
aterosklerozda baş verir. Erkən aterosklerotik dəyişiklikər yeniyetmə və 
g
ənc yaşlarda artıq qeyd edilidyi halda, miokard infarktı, insult, periferik 
arteriyaların ağır dərəcəli zədələnmələri, adətən orta və ahıl yaşlarda rast 
g
əlinir. Anadangəlmə  anomaliyalar, ürək  qapaqlarının  qüsürları, 
hiperlipidemiya, arterial hipertenziya v
ə  digər xəstəliklər uzun müddət 
ərzində simptomlarsız gedişə malik ola bilər.  
 
Cari zaman 
ərzində ürək üzrə cərrahi əməliyyat keçirmiş xəstələrin 
sayı  artmaqda  olduğundan,  onlara  əməliyyatdan  sonrakı  dövrdə  diqqət 
yetirm
ək gərəkdir. Burada əməliyyatın  tipi,  icra  tarixi,  yeri,  icraçı 
c
ərrahın  kimliyi,  fəsadlar,  əməliyyatdan  sonrakı  dövrün  dinamikası, 
ür
əyin  kateterizasiyası  zamanı  alınmış  nəticələr və  təyin  olunmuş 
medikamentoz müalic
ə nəzərə alınmalıdır.  
 
Anamnez vasit
əsilə  əldə  olunan klinik məlumatların 
sisteml
əşdirilməsi  aşağıdakı  patoloji  kombinasiyaların  mümkünlüyünü 
üz
ə çıxarmışdır.  
 1.Ür
əyin sol mədəciyinin  çatışmazlığı  və  ya ürəyin sol 
qulaqcığında qan təzyiqinin yüksəlməsi: 
    - 
tutma şəkilli təngənəfəslik və ya ortopnoyenin mövcudluğu; 
    - hamil
əliyin tövşümə ilə gedişinin müşahidə olunması; 

diuretikoterapiyanın  aparılması,  pre  və  postyüklənməni 
azaldan d
ərmanların  verilməsi,  əzələ  zəifliyinin və 
qıcolmaların  qeyd  edilməsi,  β-adrenoblokator, kalsium 
kanallarının  blokatorları,  dizopiramid  kimi,  ürəyin sol 
m
ədəciyinin  çatışmazlığını  yaradan  və  ya gücləndirən, 
 



Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə