S. Q. Vahabova



Yüklə 49,36 Kb.
Pdf görüntüsü
tarix05.06.2018
ölçüsü49,36 Kb.
#47638


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

                     Humanitar elmlər seriyası 

  2009 

 

 



 

 

XVIII ƏSR ŞƏRQ SİLAHLARININ TƏSVİRLƏRİ MİRZƏ MEHDİ 



ASTRABADİNİN “TARİXİ-NADİRİ” ƏSƏRİNİN MİNİATÜRLƏRİNDƏ 

 

S.Q.VAHABOVA 

Milli Azərbaycan Tarixi Muzeyi 

 

Mirzə  Məhəmməd Mehdi Kövkəbi Astrabadi (bütöv adı Nizaməd–din 



Məhəmməd Hacı  əl – Hüseyn əs–Səfəvi ) Astrabadda anadan olmuşdur. Onun 

mənşəcə  Səfəvilər nəslindən olduğu məlumdur. Mirzə Mehdi Səfəvi  şahlarından 

sonra hakimiyyətə gələn Nadir şah ilə ilk dəfə nə vaxt görüşdüyünü qeyd etmir. Belə 

ki, o Astrabadda doğulduğu üçün, tanınmış tarixçi L.Lokkart özünün “Nadir şah” 

əsərində güman edir ki, bu müəllif əvvəl yerli Qacarların başçısı Fətəli xanın yanında 

qulluq etmiş, bəlkə də İran şahı Fətəli xanı 1726- cı ilin yazında II Təhmasiblə Saridə 

olan görüşündə müşayət etmişdi (1, 353). Məlumdur ki, 1726- cı ildə  və yaxud bir 

qədər sonralar Mirzə Mehdi II Təhmasibin sarayında müəyyən vəzifə tutmuşdu. 

Yəqin ki, özünün xidmətinin əvvəllərində şahın yanında rəqəmlər katibi vəzifəsində 

(şah əmrçisi) və ya şahın katibliyinin (dəftərxanasının) xəttatı, daha sonralar Münşi-əl 

– məmalik (dövlət katibi) vəzifəsini yerinə yetirmişdir.  İrandakı rus diplomatik 

nümayəndələri onu dövlətin birinci naziri adlandırmaqda  əsassız deyildilər. Sonrakı 

məlumata görə, 1738- ci ildə Mirzə Mehdi Nadirdən xan titulu alır (1, 353). Yalnız 

1736-cı ildə Nadirin tacqoyma mərasimindən sonra Mirzə Mehdi sarayın baş tarixçisi 

vəzifəsinə təyin olunur. Mirzə Mehdi bu yeni vəzifəyə çox münasib namizəd sayılırdı. 

Belə ki, o, keçmiş  vəzifələrində sarayda baş verən bütün mühüm hadisələrdən 

xəbərdar idi. Onunla daim işgüzar  əlaqələrdə olan Ost-Hind kampaniyasının 

nümayəndələri Mirzə Mehdini vicdanlı, düzgün və vacib adam sayırdılar.  

Mirzə Mehdi yalnız öz tarixçilik işi ilə  məşğul olmur, həm də bilavasitə 

sarayda katiblik və başqa vəzifələri də yerinə yetirirdi. Onun vəfatı ilə bağlı  dəqiq 

məlumat yoxdur. Yalnız hicri 1172 və ya 1173(1758/59 və ya 1759/60) - illərə qədər 

yaşadığı haqqında məlumatlar var (1, 354).  

XVIII  əsrin I yarısında yaşamış görkəmli miniatürçü rəssam, tarixçi Mirzə 

Mehdi Astrabadinin əsərlərindən  Şərqdə  və Avropada ən geniş yayılanı “Tarixi-i 

Nadiri”  əsəridir. Nadir şahın  İranda və Orta Asiyanın qərb hissəsində hakimiyyəti 

dövrü öz əksini Mirzə Mehdi Astrabadinin “Tarix-i Nadiri” bəzən də “Tarix-i 

cahanqoşa-ye-Nadiri” adlanan tarixi əsərində tapmışdır. Bu əsərdə siyasi hadisələrlə 

yanaşı, sosial- iqtisadi məsələlər də bütün təfərrüatı ilə  təsvir olunmuşdur. Məzmun 

etibarilə bu əsər həm də  hərbi tarix, daha dəqiq desək, ordunun hərbi yürüşləri, 

qalaların mühasirəsi və hücumlar haqqında hərbi məcmuədir. Məzmunun əsas qayəsi 

şah və onun qələbə  əzmli ordusunun təsvirindən ibarətdir.  Ədəbi cəhətdən savadlı, 

münşi titulu alan Mirzə Mehdi Astrabadi həm də Nadir şahın şəxsi katibi vəzifəsini 

daşımışdır. Buna görə o, bütün siyasi hadisələrdə, bəzən isə Nadir şahın səlahiyyətli 

 

153




nümayəndəsi kimi də  iştirak edirdi. Şahı  tərənnüm etmək və  şöhrətləndirmək 

məqsədilə yazılmış “Tarixi-i-Nadiri” əsərinin müəllifi öz əlyazmasında miniatürlər də 

yerləşdirmişdir. Bu miniatürlər işin məzmununa çəkilmiş rəngarəng illüstrasiyalardan 

ibarət olub, şərh olunan hərbi hadisələri elə dolğunluqla, canlı  əks etdirir ki, oxucu 

özü həmin hadisələrin iştirakçısına çevrilir.  

Mirzə Mehdi Astrabadinin bir neçə miniatüründə odlu silah növləri  əks 

olunmuşdur. Birinci miniatürdə  əfqanlarla Damğan  ətrafındakı döyüş  səhnəsi təsvir 

olunmuşdur. Arxada əllərində  qırmızı, bənövşəyi, ağ  və narıncı  rəngli bayraqlar 

tutmuş bayraqdarlar, əllərində  qılınc, qalxan tutmuş, başlarında torlu dəbilqələr, 

əyinlərində zirehli geyim, qollarında qolçaqlar olan döyüşçülər hücuma keçirlər. At 

üstündə,  əli qılıncında olan Nadir qürurla qoşunun mərkəzində durmuşdur.  Şahın 

önündə topçular təsvir olunur. Onların başlarında dəbilqə, əyinlərində halqalı zirehlər 

vardır və  kəmərlərindən qılınclar asılmışdır. Təkərli toplar sədd  şəklində 

düzülmüşdür. Topçular fitilləri alışdıran məqamda topların lülələrindən od püskürür. 

Nadirin qoşununda 15 ədəd top təsvir olunur, qarşı  tərəfin qoşunu isə  pərakəndə 

halda, döyüşdən qaçan vəziyyətdə  təsvir olunur. Başları  dəbilqəli,  əllərində qalxan, 

qılınc, tüfəng olan bəzi atlılar hələ də döyüş vəziyyətində təsvir olunur. İrəlidə isə top 

atəşləri nəticəsində yerə yıxılmış döyüşçülər və bayraqdar əfqan döyüşçü görünür.  

Ikinci miniatürdə Nadir Şahla  əfqan qoşunlarının döyüşü canlandırılmışdır. 

Döyüş İsfahan yaxınlığında baş vermişdir. Toplardan istifadə edilməsinə baxmayaraq, 

əfqanlar savaş meydanından qaçan vəziyyətində  təsvir olunur. Əllərində  qılınc, 

qalxan, nizələr tutmuş atlılar düşmənləri yaralayırlar. Mərkəzdə 5 ədəd təkərli top, 

önlərində isə Nadir təsvir olunur. Nadirin başında lələkli papaq vardır və onun 

kəmərindən qılınc asılmışdır. Qarşısında dəbilqəli, arxalıqlı iki şəxs 

durmuşdur.Tədqiqatçıların fikrincə,onlar Nəsrullah Mirzə və Mirzə Mehdi xandır.  

Üçüncü miniatürdə hücum səhnəsi, daha dəqiq desək, Herat yaxınlığında əfqan 

qoşunları ilə döyüş  səhnəsi canlandırılıb. Mərkəzdə  əllərində nizə,  şəmşir, dəri 

qalxanlar, başlarında dəbilqə, zirehli geyimli piyada və süvarilərdən ibarət Nadirin 

ordusu əfqan qoşunu üzərinə hücum edir. Ortada əfqan əsgərlərinin cəsədləri görünür. 

Nadir qoşunun önündə, at belində, bir əlində seşpər, bir əli kəmərindəki xəncərdə, 

döyüşü izləyir, arxasında  şeypurçular dəstəsi və 4 dəvə durmuşdur. Dəvələrin 

üstündəki toplardan- zənburəklərdən atəş açılır. Ön cərgədə topçular 4 ədəd təkərli 

topa fitil qoyaraq, qalanı atəşə tuturlar.  

Altıncı miniatürdə Nadirin izdihamlı qoşunu ilə Osmanlı qoşununa başçılıq 

edən Osman paşanın qoşunları arasındakı savaş təsvir olunur. Öndə qalxanlı,qılınclı, 

uzun lüləli tüfəngli süvari dəstələri, mərkəzdə  məğrur görünüşlü Nadir canlanır. 

Atların ayaqları altında düşmən meyidləri görünür. Nadirin tüfəngçilərinin bir hissəsi 

sıldırım qayanın üzərində yer tutaraq oradan osmanlı qoşununa atəş açır.  

Yeddinci miniatürdə Nadir Şahla osmanlı qoşununa başçılıq edən Abdulla 

paşanın döyüş səhnəsi canlanır, üz-üzə durmuş iki tərəfin qoşunu göstərilir. Topçular 

ön sırada yer almışlar. Mərkəzdə  əllərində qalxan, qılınc, başlarında burunluqlu, şiş 

uclu dəbilqələr olan döyüşən süvarilər görünür. Döyüşün fonunda hər iki tərəfdən üz-

üzə durmuş 4 ədəd təkərli top təsvir olunur. Top atəşlərindən hər yeri duman, tüstü 

bürümüşdür, öndə isə 3 ədəd təkərli top təsvir olunur. Nadir at belində, əlində qılınc 

təsvir olunur. Onun qarşısında çalmalı  və  dəbilqəli üç sərkərdə görünür. Onlardan 

birinin Mirzə Mehdi xan olduğu güman edilir. Mərkəzdə Abdulla paşanın ölmüş 

cəsədi Nadirin atının ayaqları altında göstərilir. 

 

154




Yuxarıda təsvir olunan miniatürlərdə istifadə edilən silahların, səhra toplarının 

hazırlanması, istifadə qaydası haqqında geniş məlumat vacibdir. 

Nadir  şah hələ  Şah Abbasın dövründə yaradılan orduda köklü dəyişikliklər 

etməmişdi, özündən  əvvəlki  ənənəyə sadiq qalaraq ordunu olduğu kimi saxladı. 

“Poxodı Nadir şaxa v Qerat, Kandaqap, İndiö v i sobıtiə v Persii posle eqo smerti” 

əsərində bu barədə  ətraflı  məlumat verilir. “Nadir şah Abbasın yaratdığı  İran 

ordusunu aşağıdakı  vəziyyətdə götürmüşdü: piyadalar üç növə ayrılmışdılar; ağır – 

cizairçi, yüngül – tüfəngçi və kamandar. Ağır piyada dəstəsi uzun tüfənglərlə 

silahlanmışdı; tüfənglər 45 funt çəkisində idi. Yüngül piyada dəstəsi fitilli tüfənglərlə 

silahlanmışdı. Kamandarlar isə ox və yayla təchiz olunmuşdular.Artilleriya ağır top 

və falkonet (zənburəklərdən) ibarət idi” (2, 18).  

Tarixdən məlumdur ki, odlu silahın zəifliyi Səfəvi ordularının osmanlılarla 

toqquşmasında bir neçə  dəfə  məğlub olmalarının  əsas səbəblərindən biri idi. Odlu 

silah istehsalı XVI–XVII əsrlərdə, I Şah Abbasın ordunu yenidən qurduğu vaxtlarda 

geniş inkişaf etdi, “topçular”,“tüfəngçilər” dəstələri təşkil olundu.(3, s.80). 

Azərbaycanda odlu silahın ilk nümunələri quruluşuna, keyfiyyət və düzəlmə üsuluna 

görə çox müxtəlif idi. Silahlar ayrı-ayrı ustalar tərəfindən hazırlanırdı ki, ustaların hər 

biri öz biliyini gizli saxlayırdı. Məhz silahı düzəldən usta adətən döyüşdə ona qulluq 

edirdi (4, 289). Ona görə  də topçular süvari əsgərlər deyil, xüsusi sexin ustaları 

sayılırdılar.  Əvvəllər silahlar texniki hesablamalarsız düzəldilirdi, ona görə  də 

davamsız olurdu, atışma zamanı dağılırdı. Tədricən silahların ixtisaslaşması baş verdi: 

dik atəş trayektoriyası ilə atan silahlar mortira (qısa lüləli top) adlanır, yer səthinə 

paralel olaraq müəyyən hündürlükdə gedən trayektoriya (atılan güllənin cızdığı  əyri 

xətt) üzrə atan silahlar isə top adlanırdı (5, 22). Şərqdə ilk mortiralara “dig” və ya 

“qazan” deyilir. Həmin silah barıtın qoyulması üçün yerin böyük çuxur formasında 

olması ilə əlaqədar belə adlanmışdır. Bu odlu silahlar birbaşa döyüş sahəsində mis və 

ya tuncdan tökülürdü. Çünki çəkilərinin ağır olması  səbəbindən bu silahlar 

zədələnmədən yerinin dəyişdirilməsinə imkan vermirdi. Silahlar xüsusi binalarda 

yerləşirdi ki, bu binalar “gurxanə”, nəzarət edənlər isə “cəbbədar” adlanırdı. Toplar 

birbaşa döyüş  hərəkətləri olan yerlərdə  və döyüş  ərəfəsində xüsusi formalarda 

tökülürdü. İlk belə silah növləri bütöv tökülmüş xüsusi formalı dəmir, tunc və ya mis 

lülələr olmuşdur. Bu zəiflik hələ Şah İsmayılın Çaldıran döyüşündə (1514), həmçinin 

XVI əsrin sonundakı daha böyük döyüşlərdə özünü biruzə vermişdi. Bunun üçün də I 

Şah Abbas odlu silah və barıt istehsalının inkişafına yönəlmiş bir sıra ciddi səylərə 

başladı. Ümumiyyətlə, Azərbaycanda barıt istehsalı üçün böyük kükürd ehtiyatı 

mövcuddur. Bu barədə XVII əsr mənbələrində çox miqdarda məlumat var. Belə ki, 

Övliya Çələbi Qərbi Azərbaycanda, Araz çayının sahilində barudxanə–yəni “barıt 

istehsal edilən yer” adlanan ərazi haqqında məlumat verir. O deyirdi ki, bu yerin belə 

adlanması barıt hazırlanması üçün kükürdün çıxarılması ilə əlaqədardır (3, 81).  

Osmanlı ordularının mütəmadi hücumları təhlükəsi odlu silah inkişafını labüd 

edirdi. Ona görə də XVII əsrdə şah hökümətinin tədbirləri üçün zəmin olaraq çoxlu 

mahir ustalar – tökməçilər Azərbaycanın  şəhərlərindən dəvət olunurdu. Təbrizin  ən 

bacarıqlı, mahir toptökmə ustaları  nəinki Azərbaycanda, həm də  Səfəvi dövlətinin 

hüdudlarından da kənarda  şöhrət tapmışdı (3, 83). Təbriz silahtökmə  işində  məşhur 

mərkəz idi. Cənuba yürüş etməyə dəvət edilən bir dəstə erməninin I Pyotra yazdıqları 

məktubların birində məlumat verilirdi ki, “Təbrizi tutmaq üçün böyük ordu lazımdır”, 

çünki şəhərdə “80 topu və çoxlu müxtəlif hərbi sursatları olan” xan yaşayır (6, 210). 

 

155




Odlu silahların düzəldilməsində ən vacib mərkəzlərdən biri də Şamaxı olmuşdur. Belə 

ki, metal vasitələr istehsalında mövcud olan ənənələr, adətən, silah işinin inkişafına 

də  təsir göstərmişdi. Odlu silaha olan tələbatın artması mahir Şirvan ustalarının 

ixtisaslaşmasına gətirib çıxardı. Artilleriya silahları  məqsəd və  işlədilməsinə görə 

XVIII-XIX  əsrlərdə  səhra, mühasirə  və qala silah növlərinə bölündü. Artilleriya 

silahları sayılan toplar Şəki xan sarayının rəsmlərində də təsvir olunmuşdur (7, 140). 

“Vəliəhd Abbas Mirzə saray əyanları ilə”, “Vəliəhd Abbas Mirzənin rus qoşunları ilə 

döyüşü” adlı rəsm əsərlərində ( hər ikisi 1815-ci ildə yağlı boya ilə çəkilmiş və hal-

hazırda Sankt–Peterburqda, Ermitajda nümayiş edilir) səhra topları  təsvir edilmişdir 

(8, 44-46).  

Şərq mənbələrində artilleriya silahı ümumiyyətlə, “top” adlanır. Sarayın 

rəsmlərində  səhra topları  təxminən 80-90 sm. hündürlüyündə  və 2 m uzunluğunda 

təsvir olunmuşdur. Toplar lülə və top altlığından ibarət idi. Lülə tökmə borudan ibarət 

olurdu. Bu boru isə xəzinə, fırlanğıc və ağız hissəyə bölünürdü. Atəş barıtın lülənin 

xəzinə hissəsindəki fitil dəliyindən keçərək yandırılması ilə yaranırdı. Belə ki, bir 

döyüşçü polad çubuğu fitil dəliyinə sancır, başqa döyüşçü isə möhkəm qızdırılmış 

polad çubuğu həmin fitili yaxınlaşdırırdı.  

Rus ordusunun generalı A.P. Yermolov yazır ki, bu tip toplar ancaq atlı 

variantda istifadə olunurdu və onların müxtəlif kalibrləri var idi (9, 93). Bu 

məlumatları Q.Druvil də, Təbrizdə ona rast gəlmiş topları təsvir etməklə, təsdiqləyir 

(10, 195; 142). 

 Topların qala variantında top altlığı olmurdu və onlar sadə özül üstündə 

yerləşdirilirdi. Kiçik kalibrli qala topları zənburəklər adlanırdı. Belə ki, XIX əsrin 30-

cu illərində Bakı qalasında aparılan qazıntılar nəticəsində Ləzgi məscidində zənburək 

tapılmışdır (topun kalibri 40 mm, lüləsinin uzunluğu 66 sm.-dir) (11, 34) (Ytf. № 

1001). 


Daha iri qala toplarının 2 nümunəsi  Şəki diyarşünaslıq muzeyində saxlanılır. 

Bu toplar səhra artilleriyasının altlıqsız top variantına mənsubdur. Qala və mühasirə 

artilleriyasına yer səthinə paralel olaraq, müəyyən hündürlükdə atan topdan əlavə, dik 

atəş topu olan mortita, yəni qısa lülıli top da daxildir. 

Qeyd olunanlardan belə  məlum olur ki, XVIII əsrdə odlu silahların bir növü 

olan səhra topları, zənburəklərdən çox geniş şəkildə istifadə edilmişdir. Mirzə Mehdi 

Astrabadinin “Tarixi-Nadiri” əsəri və bu əsərə  çəkilmiş miniatürlərdə  də bu, öz 

təsdiqi tapır və həmin silahlar haqqında ətraflı məlumat toplamağa imkan verir. 

 

ƏDƏBİYYAT 

1.

 



Локкарт  Л.Надир  Шах.  Критические  исследования  на  основе  первоисточников. 

Лондон,1938.//Пер. с англ. Гезаловой И.Р. Баку: 2004, с. 396. 

2.

 

Походы  Надир  шаха  в  Герат,  Кандагар,  Индию  и  события  в  Персии  после  его 



смерти. Тифлис: 1889, с. 400. 

3.

 



Гейдаров М.Х. Ремесленное производство в городах Азербайджана в XVII в Баку. 

1967 г., с.189. 

4.

 

Мамедов С. История войн и военного искусства Азербайджана. Баку: 1997, с. 385. 



5.

 

Əhmədov S.Ə. XIII – XV əsrlərdə Azərbaycan hərb sənəti tarixi. e.m. avtoreferat. Bakı: 



2001, s. 32. 

6.

 



Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв. Баку: 1982, 

с. 280. 


7.

 

История, география и этнография Дагестана XVIII-XIX вв. Сб. док. М.: 1958. 



 

156



8.

 

Salamzadə A.R., İsmayılov M.A., Məmmədzadə K.M. Şəkinin memarlıq abidələri. Bakı: 



1987, s. 140. 

9.

 



Каджар Ч. Каджары. Баку: 2000, c. 150.  

10.


 

Кибовский А., Егоров В. Персидская регулярная армия 1-ой пол. XIX в. ч. 2.c.30. 

11.

 

Ермолов  П.Н.  О  заведении  регулярных  войск  в  Персии.1817.ОПИ  ГИМ.  ф.93,  ед.хр. 



846. 

12.


 

Друвиль Г. Путешествие в Персию в 1812 и 1813 годах… ч. 1-2.  М.: 1826, c.201, 250. 

13.

 

Амирбекова Н.Ш. Вопросы военной истории Азербайджана в период ханств. Баку: 



2004, c. 18. 

14.


 

INTERNET  resurs:  Мирза  Мехти-хан  Астрабадский – История  Надир 

шаха//www.vostlit.ru. 

 

 



ОПИСАНИЕ ВОСТОЧНОГО ОРУЖИЯ XVIII ВЕКА В МИНИАТЮРАХ ИЗ 

ПРОИЗВЕДЕНИЯ «ТАРИХИ НАДИРИ» МИРЗЫ МЕХДИ АСТРАБАДИ 

 

С.Г.ВАГАБОВА 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  описанию  и  изучению  миниатюр  Астрабади,  известному  как 

на Востоке, так и на Западе произведению «Тарих и Надир». В статье подробно описана 

биография Астрабади, так и атмосфера того периода. Основную часть статьи занимает 

описание миниатюр, посвященных военным походам Надир шаха. 

 

 

DESCPRIPTION OF ORIENTAL MILITARY OF XVIII CENTURY IN 

MINIATURES FROM «TARIXI NADIRI» OF M.M.ASTRABADY 

 

S.Q.VAQABOVA  

 

SUMMARY 

 

The article is devoted to the description and research of miniatures of known writer of 

“Tarix Nadir” Astrabady. To touch to Asrtabady biography showing atmosphere of those 

period. As a palace annalist his duty was to bring famous his lord. Astrabady in his miniatures 

can show Nadir shakh in all his sublimely. The main part of article is devoted to the military 

marshes of Nadir Shakh. 



 

 

 



157

Yüklə 49,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə