S. V. Salahov 1946-cı ildə Naxçıvan


Ataşov Bəyalı Xanalı oğlu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix04.07.2018
ölçüsü1,63 Mb.
#53337
1   2   3   4   5   6   7   8   9   ...   17

Ataşov Bəyalı Xanalı oğlu

Ataşov Bəyalı  Xanalı  oğlu  1946  -  cı 

ildə İmişli  şəhərində anadan olmuş,  1964

cü  ildə  34  saylı  İmişli  dəmir  yolu  orta 



məktəbi,  1970  -  ci  ildə  D.  Bünyadzadə 

ad. 


Azərbaycan 

Xalq 


Təsərrüfatı 

İnstitutunun  (indiki  Azərbaycan  Dövlət 

İqtisad  Universitetinin)  “Uçot  -   iqtisad” 

fakültəsini bitirmişdir.

1970  -  1974  -  cü  illərdə  (hərbi  xidmətdə  olduğu  1  il 

istisna olmaqla) yaşadığı  İmişli  rayonunun Həzi  Aslanov ad. 

kolxozunda  baş  mühasib  işləmişdir.  1975  -  1987-  ci  illərdə 

respublikanm  Ət  və  Süd  Nazirliyinin  qabaqcıl  sənaye 

müəssisələrində  rəhbər  vəzifələrdə:  İmişli  ət  kombinatında 

baş  mühasib;  İmişli  yağ  -  pendir  kombinatmda  direktor; 

"Qırmızı  Əmək  Bayrağı  ordenli  Bakı  ət  kombinatında 

iqtisadi  məsələlər üzrə  direktor müavini;  Bakı  süd  istehsalat 

birliyində baş direktor;  Bakı ət kombinatında plan - istehsalat 

şöbəsinin rəisi vəzifələrində çalışmışdr.

1987  -  ci  ilin mart ayından  hal  -  hazıra kimi  Azərbaycan 

Mərkəzi  Kooperativlər  İttifaqı  ("Azərittifaq")  sistemində 

işləyir.  Burada  Ət  tədarükü  və  satışı  üzrə  respublika 

kontorunda  direktor,  mərkəzi  aparatın  kənd  təsərrüfatı 

məhsullannm  tədarükü,  emalı  və  satışı  üzrə  birlikdə  baş 

direktor,  xarici  ticarət  birliyində  baş  direktor,  maliyyə  - 

iqtisad  idarəsində  rəis  vəzifələrində  bacanqla  çalışmışdır. 

2011  -  ci  ilin  avqust  aymda  Azərbaycan  Kooperasiya

102

Universitetinin  elmi 



işlər  üzrə  prorektoru  vəzifəsinə 

keçirilmişdir.

Zəngin  maliyyə  -  uçot,  istehsalat və  təşkilati  -  idarəetmə 

təcrübəsinə  malik  olan,  elmi  axtanşlara  daim  böyük  maraq 

göstərən  praktik  -  tədqiqatçı  B.  X.  Ataşov  1989  -  cu  ildə 

"Azərbaycan  Respublikasında  ot  -  süd  sənayesinin  inkişafı" 

mövzusunda  namizədlik,  2002  -  ci  ildə  isə  "Azərbaycan 

Respublikası 

ərzaq  kompleksinin  formalaşmasmın  və 

inkişafınm  təşkilati  -  idarəetmə  problemləri"  mövzusunda 

doktorluq dissertasiyalan müdafıə etmişdir.

Müstəqil  Azərbaycanda  ərzaq  kompleksinin  inkişafı  və 

ərzaq  təhlükəsizliyi  problemlərini  araşdıran  ilk  tədqiqat- 

çılardandır.  Doktorluq  dissertasiyasında  irəli  sürülmüş  təklif 

və  tövsiyələri  vaxtilə  beynəlxalq  təşkilatlann  iştirakı  ilə 

həyata  keçirilmiş  “Kənd  təsərrüfatında  regional  islahatlar”, 

"Özəlləşdirilmiş  kənd  təsərrüfatı  müəssisələrinin  təşkili", 

"Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi"  kimi pilot 

layihələrdə qismən istifadə edilmişdir.

“Azərittifaq”ın  idarə  heyətinin  üzvü  olan  və  uzun 

müddət elmi - pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya 

Universitetində,  bir  sıra  digər  elm  ocaqlarmda,  o  cümlədən 

Azərbaycan  Elmi  -  Tədqiqat  Kənd  Təsərrüfatının  İqtisadiy- 

yatı  və  Təşkili  İnstitutunda  davam  etdirən  B.X.Ataşov  5 

monoqrafıyanm  ("Ərzaq  təhlükəsizliyinin  aktual  problem- 

ləri"  adlanan  monoqrafıya,  2005-  ci  il),  ali  məktəblər  üçün 

bir  neçə  dərslik  və  dərs  vəsaitlərinin  ("Müəssisələrin 

maliyyəsi" Dərslik,  2009 - cu il), çoxsaylı tədris proqramları, 

metodik  göstərişlər  və  tövsiyələrin,  100  -   dən  artıq  elmi 

məqalələrin  müəllifıdir,  2011  -  ci  ildə  nəşr  edilmiş  elmi  -

103



təcrübi  tezislər  toplusu  olan  "İdarəetmə  elmi  və  rəhbər 

əməyi"  adlanan  kitabı  mütəxəssislər  arasmda  böyük  marağa 

səbəb olmuşdur.

Gənc  iqtisadçı  alimlərin  yetişdirilməsində  və  hazırlan- 

mada  fəal  iştirak  edən  B.X.Ataşov  Azərbaycan  İqtisadçılar 

İttifaqınm,  Azərbaycan  Kooperasiya  Universitetinin  Elmi 

Şurasınm  və  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 

nəzdində  fəaliyyət  göstərən  fəlsəfə  doktoru  elmi  dərəcəsi 

almaq  üçün  təqdim  olunmuş  dissertasiyalann  müdafıəsini 

keçirən FD.04.013 birləşdirilmiş şuranın üzvüdür.

2007  -  2012  -  ci  illərdə  Azərbaycan  Elmi  -  Tədqiqat 

Kənd  Təsərrüfatmm  İqtisadiyyatı  və  Təşkili  İnstitutu 

nəzdində fəlsəfə və elmlər doktoru elmi dərəcəsi  almaq üçün 

təqdim 


olunan 

dissertasiyaların 

müdafıəsini 

keçirən 


ixtisaslaşdırılmış  Şuranın üzvü olmuşdur.

Müdafıə  edilmiş  xeyli  sayda  namizədlik  və  doktorluq 

dissertasiyalannm  elmi  rəhbəri,  məsləhətçisi  və  rəsmi 

opponenti  olmuş,  bir  sıra  monoqrafıya,  dərslik  və  dərs 

vəsaitlərinin  hazırlanıb  nəşr  edilməsində  elmi  redaktor  və 

rəyçi kimi iştirak etmişdir.

Hazırda  1  nəfər  elmlər  doktoru  elmi  dərəcəsi  iddiasında 

olan  dissertantın  elmi  məsləhətçisi,  6  nəfər  fəlsəfə  doktoru 

elmi  dərəcəsi  iddiasında  olan  doktorant  və  dissertantlann 

elmi rəhbəridir.

Dövri  mətbuatda,  eləcə  də  müxtəlif  səviyyələrdə  keçi- 

rilən  respublika  və  beynəlxalq  elmi  -  praktik  konfranslarda, 

simpoziumlarda,  seminarlarda  ölkəmizin  iqtisadiyyatınm 

aktual problemlərinə dair müntəzəm  olaraq maraqlı  ideya və 

təkliflərlə çıxış edir.

104


'  —  \

1970  -  ci  ildə  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin 

Fərmanı ilə  "Əmək rəşadətinə görə"  yubiley medalı  ilə, 2006

-  cı  ildə  İyirminci  çağırış  "Azərittifaq"  Şurasmm  dördüncü 

yığmcağmm 

qərarı 


ilə 

“Azərbaycan 

Respublikasınm 

Kooperasiya əlaçısı” adı  ilə təltif edilmişdir.

1982  -  1986  -  cı  illərdə  İmişli  şəhər  və  Bakı  şəhəri 

Nərimanov  rayon  xalq  deputatlan  sovetlərinin  deputatı 

olmuşdur.  "Qızıl qələm"  mükafatı laureatıdır.

Ailəlidir,  iki oğlu və dörd nəvəsi var.



B.X.Ataşovun  çap  olum uş  monoqrafiya və dərslikləri

1.  Yeni  təsərrüfatçılıq  şəraitində  Azərbaycan  Respublikası 

rayon  aqrar  -  sənaye  komplekslərinin  struktur  dəyi- 

şikliklərinin idarə olunmasınm iqtisadi  - riyazi modelləri, 

Monoqrafıya.  Bakı,  "Azəməşr",  1993,  12,0 ç.v.

2.  Bazar  iqtisadiyyatma  keçid  şəraitində  Azərbaycan 

Respublikası 

aqrar 


sənaye  kompleksinin 

idarə 

olunmasınm 



iqtisadi 

mexanizmi. 

Monoqrafiya 

(Ş.Ə.Cəbrayılovla  həmmüəllif).  Bakı,  "Azəməşr",  1993, 

15,5 ç.v.

3.  Azərbaycanm  ərzaq  kompleksi.  Monoqrafıya.  Bakı, 

"Azəməşr",  1995,  12,5 ç.v.

4.  Ərzaq təhlükəsizliyinin aktual problemləri,  Monoqrafıya. 

Bakı,  "Elm", 2005,21,0 ç.v.

5.  Müəssisələrin  maliyyəsi.  Ali  məktəblər  üçün  dərslik. 

Bakı,  "Kooperasiya", 2009,21,0 ç.v.

6.  İdarəetmə elmi və rəhbər əməyi.  Elmi - təcrübi tezislər 

toplusu.  Bakı,  Elm”, 2011,  11,2 ç.v.

105



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə