S. V. Salahov 1946-cı ildə Naxçıvan



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix04.07.2018
ölçüsü1,63 Mb.
#53337
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

İbrahimov Eldar Rza oğlu

İbrahimov Eldar Rza oğlu  12 mart  1945- 

ci  ildə  Naxçıvan  Muxtar  Respublikasınm  - 

Naxçıvan  rayonunun  (indiki  Babək  rayonu) 

Cəhri  kəndində  anadan  olmuşdur.  1970-ci 

ildə  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitu- 

tunu,  sonra  isə  Bakı  Sosial  İdarəetmə  və 

Politologiya İnstitutunu bitirib.  1980-1985-ci 

illərdə  Azərbaycan  Kommunist  Partiyası  Naxçıvan  Vilayət 

Partiya  Komitəsində  təlimatçı,  Naxçıvan  MSSR  Dövlət  Kənd 

Təsərrüfatı 

İstehsal-Texniki 

Təminat 

Komitəsinin 

sədri 

vəzifələrində  işləmişdir.  1986-1988-ci  illərdə  Naxçıvan  M SSR 



Dövlət  Aqrar-Sənaye  Komitəsinin  sədr  müavini,  1988-1991-ci 

illərdə  isə  Naxçıvan  MSSR  Nazirlər  Soveti  sədrinin  birinci 

müavini  -  Dövlət  Aqrar-Sənaye  Komitəsinin  sədri,  Vilayət 

Partiya  Komitəsinin  büro  üzvü  olmuşdur.  1993-1995-ci  illərdə 

Naxçıvan  MR  Baş  nazirinin  birinci  müavini,  Dövlət  İqtisadiyyat 

və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışıb.

1985-1990-cı  illərdə Naxçıvan MSSR Ali  Sovetinin deputatı,

1990-1995  illərdə  Azərbaycanın  xalq  deputatı  və  müstəqil 

Azərbaycan  Respublikasınm  1995,  2000,  2005-ci  illərdə  üç 

çağmş Milli Məclisinin deputatı seçilmiş və Milli Məclisin A qrar 

Siyasət Komitəsinin sədridir.

Respublika  Prezidentinin  başçılığı  ilə  nümayəndə  heyətinin 

tərkibində  1994-cü  ildə  Çin  Xalq  Respublikasında,  1996  və 

2005-ci  illərdə  isə  Pakistan  İslam  Respublikasında  səfərdə  olub. 

Parlament nümayəndə heyətinin üzvü kimi  müxtəlif ölkələrdə  və 

beynəlxalq  qurumlarda  respublikanı  layiqincə  təmsil  edib.

114

<■ —  *

ATƏT-in 


Parlament  Assambleyasının 

üzvü,  Azərbaycan- 

Pakistan  parlament  qrupunun  rəhbəri,  Azərbaycan-İran  və 

Azərbaycan-Özbəkistan  parlament  qruplannın  üzvü,  həm  də 

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədridir.

1970-1982-ci  illərdə  Y.Məmmədəliyev  adma  Naxçıvan 

Dövlət  Pedoqoji  İnstitutunun  müəllimi  və  1997-2002-ci  illərdə 

Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasmm  dosenti  olub,  hal- 

hazırda  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  professoru 

vəzifəsində işləyir.

1997-ci  ildə  iqtisad  elmləri  namizədi  (iqtisad  üzrə  fəlsəfə 

doktoru),  2011-  ci  ildə  iqtisad  elmləri  doktoru  elmi  dərəcəsi 

almışdır.  Beynəlxalq  və  respublika  səviyyəsində  keçirilmiş 

simpozium, konfrans və seminarlarda məruzələr etmişdir.  Ölkədə 

və  xaricdə  nəşr  olunmuş  çoxsaylı  elmi  məqalələrin,  bir  neçə 

kitabm müəllifıdir.

2005-ci  ildə  Respublika  Prezidentinin  sərəncamı  ilə  aqrar 

sahədə xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni  ilə təltif olunub.

Ailəlidir. Üç övladı və altı nəvəsi var.

115



Niftullayev Vaqif Məmmədqulu oğlu

H

Niftullayev  V aqif  Məmmədqulu 



oğlu  1944-cü  ildə  Cəlilabad  rayonun- 

da  anadan  olmuşdur.  V.Niftullayev

1960-cı 

ildə 


S.M.Kirov 

adına 


Azərbaycan  Dövlət  Universitetinin 

“İqtisadiyyat”  fakültəsinə  daxil  olub,

1966-cı  ildə  həmin  fakültəni  bitirərək 

|  iqtisadçı ixtisasına yiyələnmişdir.

1967-ci  il  fevral  ayından  1969-cu 

il  iyul  aymadək  Az.ETKTİ  və  Tİ-da  elmi  işçi  işləmişdir.

1969-cu  ilin  sentyabr  ayından  1972-ci  ilin  iyul  ayınadək 

Moskva  şəhərində  Ümumittifaq  Elmi-Tədqiqat  Kənd 

Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  əyani 

aspiranturada  oxum uşdur.l972-ci  ilin  avqust  ayında 

aspiranturanı  bitirərək  namizədlik  dissertasiyası  müdafıə 

etmiş və  iqtisad elmləri namizədi  alimlik dərəcəsi  almışdır. 

1972-ci  ilin  fevral  aymdan  1975-ci  ilin  yanvar  ayınadək 

Az.ETKTİ və Tİ-da çalışmışdır.

1975-1978-ci  illərdə  Cəlilabad  və  Ağdam  rayonlarmda 

kənd  təsərrüfatınm  m üxtəlif sahələrində  işləmişdir.  1979  - 

1986-cı  illərdə  Az.ETKTİ  və  Tİ-da  elmi  işçi  və  baş  elmi 

işçi,  1986  -cı  ildən  ömrünün  sonunadək  şöbə  müdiri 

vəzifəsində  çalışmışdır.  1992-ci  ildə  «Yeni  təsərrüfatçılıq 

şəraitində  pambıqçılıqda  əmək  məhsuldarlığınm  yüksəl- 

dilməsi"  mövzusunda  doktorluq  dissertasiyasım  müdafıə 

etmişdir.  1993-cü  ildə  Ali  Attestasiya  Komissiyasınm 

qərarı  ilə  ona  iqtisad  elmləri  doktoru  diplomu  verilmişdir.

116


Əsərləri  respublika  və  Moskva  şəhərində  çap  edilmişdir. 

Elmi 


işinin  bir  qismi  kənd  təsərrüfatında  iqtisadi 

islahatların  həyata  keçirilməsinə  həsr  edilmişdir.  Ümumi- 

likdə  300-dən  artıq  əsərin  (kitab,  monoqrafiya,  elmi 

məqalə və publisist yazıların) müəllifidir.  İqtisadi  sistemdə 

baş  verən  dəyişikliklərlə  əlaqədar  radio  və  televiziyada 

mütəmadi  çıxışlar  etmişdir.16  fevral  1988-ci  il  tarixdə 

Respublika  Həmkarlar  İttifaqları  kurslarmda  kadrların 

hazırlığına  göstərdiyi  xidmətlərə  görə  həmkarlar  kursunun 

sədri  Ş.Z.Sanatulov  tərəfındən  institutun  adına  təşəkkür 

məktubu  göndərilmiş,  V.Niftullayev  döş  nişanı  və  pul 

mükafatı  ilə mükafatlanmışdır.

Aqrar sahənin  inkişafı  ilə bağlı  V.Niftullayevin  elmi və 

praktiki  əhəmiyyət  kəsb  edən  aşağıdakı  əsərləri  dərc 

edilmişdir:

1.  Şəxsi  və  yardımçı  təsərrüfatların  inkişafı.  Bakı,1987- 

ci  il,  4,5  ç.v.

2.  Kənd  təsərrüfatı  istehsalınm  və  onun  bölmələrinin 

təsərrüfatdaxili  planlaşdırılmasında  istehsal  m əsarif 

normativlərinin tətbiqi.  Bakı,  1988-ci  il,  6,5  ç.v.

3.  Kənd  təsərrüfatında  planlaşdırmanm  təkmilləşdiril- 

məsi.  Bakı,  1988-ci  il,  3,0 ç.v.

4.  Yeni  təsərrüfatçılıq  mexanizminin  tətbiqi.  Bakı,  1988- 

ci  il,  5,0 ç.v.

5.  Pambıqçılıqda əmək məhsuldarlığının  hesablanmasmın 

təkmilləşdirilməsi  və  məsariflərin  uçotuna  nəzarət. 

Bakı,  1989-cu  il,  1,5  ç.v.

117



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə