Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının



Yüklə 280,78 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix10.11.2017
ölçüsü280,78 Kb.
#9576
1   2   3   4   5   6

30 aprel  2015-ci il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti



Milli Məclisin 65 saylı Saat-



lı-Sabirabad-Kürdəmir seçki 

da 

irəsindən seçilmiş deputatı, 

Azərbaycan Tibb Universiteti-

nin rektoru, akademik Əhliman 

Əmiraslanovun təşəbbüsü ilə Saat-

lı və Sabirabad rayonlarında pulsuz 

tibbi müayinə aksiyası keçirilib. 

Aksiya çərçivəsində bölgənin bir 

neçə kənd sakinləri ezam olunmuş 

həkim briqadası tərəfindən pulsuz 

müayinədən keçiriliblər.

Həkim  briqadası  yola  düşməzdən  əvvəl 

akademik  Əhliman  Əmiraslanov  onlarla 

görüşüb,  bu  cür  aksiyada  könüllü  iştirak 

etdiklərinə  görə  təşəkkürünü  bildirib.  Millət 

vəkili qeyd edib ki, belə müayinələr bir sıra 

xəstəliklərin  vaxtında  aşkarlanmasına,  pa-

tologiyaların  qarşısının  aılnmasına  kömək 

edir: “Bu, çox böyük bir işdir. Rayonlarımız-

da  hər  cür  avadanlıqlarla  təchiz  olunmuş 

klinikalar,  xəstəxanalar  fəlaiyyət  göstərir. 

Lakin  bəzi  sahələrdə  mütəxəssislərə  ehti-

yac  duyulur.  Bu  baxımdan,    kampaniyanın 

böyük əhəmiyyəti var”.

İki gün ərzində Saatlının bir neçə kəndində 

müayinə  aparacaq  həkim  briqadasına  230 

nəfərdən çox müraciət olub. Onlar əsasən 

göz  ağrılarından,  ürək  nahiyəsində  olan 

narahatlıqlardan  və  s.  şikayət  ediblər. 

Müayinələrdən  sonra  səhhətində  problem 

olan  bəzi  sakinlərə  həkim-mütəxəssislər 

tərəfindən məsləhətlər verilmiş və müvafiq 

müalicə  təyin  olunmuş,  bəziləri  isə  staso-

nar şəkildə  müalicə olunmaq üçün Bakıya 

göndərilmişdir.

Saatlıda  əhalinin  pulsuz  müayinəsi 

kampaniyasında  müxtəlif  ixtisaslı  həkim-

mütəxəssislər  -  Əmənullayev  Nuran  (nev-

ropatoloq),  Səmayə  Əliyeva  (endokrino-

loq),  Vüsal  Kərimov  (pediatr),  Mehriban 

Səmədova  (USM  həkimi),  Ağayev  Elçin 

(cərrah),  Hafiz  Qəhrəmanov  (oftalmoloq), 

Nüşabə  Əlişova  (ginekoloq),  Afil  Nuriyev 

(daxili xəstəliklər), Həqiqət Vəliyeva (onko-

loq), Şirazi İbrahimov (LOR - burun-qulaq-

boğaz xəstəlikləri), Emil Əliyev (dəri-zöhrəvi 

xəstəlikləri) iştirak ediblər.

Sabirabadda isə bu təşəbbüs üçün – tibb 

elmləri doktoru Musayev Xaləddin (cərrah), 

tibb üzrə fəlsəfə doktoru Hüseynova Venera 

(ginekoloq),  dosent  Nağdəli  Zamanov  (te-

rapevt),  tibb  üzrə  fəlsəfə  doktoru  Zülfiyev 

Qabil (oftalmoloq), tibb üzrə fəlsəfə doktoru 

Cəfərova İnarə (onkoloq), tibb üzrə fəlsəfə 

doktoru  Şərifov  Tahir  (endokrinoloq),  tibb 

üzrə fəlsəfə doktoru Əhmədov Gündüz (pe-

diatr), Məmmədov Yaqub (USM), tibb üzrə 

fəlsəfə  doktoru  Qasımov  Rauf  (cərrah)  və 

tibb üzrə fəlsəfə doktoru Cavadzadə Vüqar 

(infeksionist) iştirak etdilər.

Rayonda 

tibbi 


müayinəyə 

gələn 


vətəndaşlar belə aksiyaların mütəmadi ola-

raq,  hər  il  təşkil  olunmasına  görə  deputat 

Əhliman  Əmiraslanova  və  ezam  olunmuş 

həkim  briqadasına  minnətdar  olduqlarını 

bildirdilər. Müayinə zamanı müxtəlif ixtisaslı 

həkim-mütəxəssislər aşkar olunan patologi-

yalara müvafiq olaraq xəstələrə tibbi təyinat 

və məsləhətlər verdilər.

Onu da qeyd edək ki, mayın 1 və 2-də  pul-

suz müayinə aksiyasının Kürdəmir rayonun-

da da keçirilməsi nəzərdə tutulub.

u

 



  

Aprelin 22-də  

Azərbaycan 

Tibb 

Universitetinin (ATU) 

Onkoloji klinikasında 

elmi konfrans keçirilib.

Almaniyadakı 

Azərbaycanlı Həkimlər 

Cəmiyyəti (VANT) 

tərəfindən təşkil olunan elmi 

konfransda qonaq qismində 

Almaniyadan olan elmi 

tədqiqatçı, bioloq Tasilov 

Ford iştirak edib. O, ATU-

nun keçən ilki məzunları 

Uğur Ağamalıyev və Valeh Rüstəmovla 

birgə Almaniyada mədəaltı vəzi 

xərçənginə aid elmi-tədqiqat işi üzərində 

çalışır. Uğur Ağamalıyevin sözlərinə 

görə, ATU məzunlarının Almaniyada 6 

tədqiqatçıdan ibarət Elmi-tədqiqat qrupu 

var. Onlardan bir nəfəri kimyaçı, digərləri 

isə həkimlərdir: “Elmi-tədqiqat işimizin 

əsas maliyyə dəstəyi dövlət tərəfindəndir. 

Bu işin təşkilatçısı isə Almaniyadakı 

Azərbaycanlı Həkimlər Cəmiyyətidir. 

Hazırda 6 elmi tədqiqatçımız var. Bu il 

daha 3 elmi tədqiqatçının bizə qoşula-

cağı gözlənilir. Gələcəkdə bu işi daha 

da genişləndirməyi düşünürük. İstər 

Azərbaycan Tibb Universitetindən olsun, 

istərsə də digər xəstəxanalardan belə bir 

elmi korporasiya yaratmaq planımız var”.

U.Ağamalıyev elmi-tədqiqatlarının 

əsasən xərçəng xəstəliyi istiqamətində 

aparıldığını bildirib.

u

 



  

Aprelin 

21-də 

Azərbaycan 

Tibb 

Universitetinin 

rektoru, akademik 

Əhliman 

Əmiraslanov ali 

məktəbin rəhbər 

heyəti ilə görüş 

keçirib. Görüşün 

məqsədi yaxın 

günlərdə başlanacaq yay imtahan 

sessiyasından öncəki vəziyyətlə 

bağlı məlumat almaq, imtahanlara 

hazırlıq vəziyyətini müzakirə 

etməkdən ibarət olub. Qeyd edək 

ki, son illər Azərbaycan Tibb 

Universitetində bütün imtahanlar 

insan faktoru olmadan - test 

üsulu ilə, kompyüterlər vasitəsilə 

aparılır.

Artıq ənənə halını alan görüşdə aka-

demik Ə.Əmiraslanov qeyd edib ki, bu 

semestr, Azərbaycanda keçiriləcək tarixi 

tədbir - “Bakı 2015” Avropa Oyunları-

na görə bir qədər qısaldılıb. Buna görə 

də Tibb Universitetində may ayının 

sonuna kimi imtahanlar başa çatdırıl-

malıdır. Ə.Əmiraslanov “Bakı 2015” 

Avropa Oyunlarının ölkəmiz üçün siyasi 

və ictimai əhəmiyyətindən danışaraq 

bildirib ki, bu idman yarışı bütün qitənin 

tarixində qalacaq bir hadisə olacaq. 

Rektor ATU tələbələrinin böyük qisminin 

Avropa Oyunlarında könüllü kimi iştirak 

edəcəyini də vurğulayıb və onlara uğurlar 

arzulayıb.

Daha sonra imtahanların keçırıldiyi 

Virtual Test Mərkəzinin direktoru, dosent 

Şahin Bayramov çıxış edərək imtahanlara 

texniki hazırlıqların uğurla başa çatdı-

ğını bildirib. Qeyd olunub ki, hazırda 

ATU-nun əczaçılıq fakültəsinin IV kurs 

tələbələrinin dövlət imtahanlarına start 

verilib.

Görüşdə iştirak edən fakültə 

dekanları isə tələbələrin imtaha-

na hazırlıq səviyyəsinin yoxla-

nılması, dövlət attestasiyası və 

semestr imtahanlarına hazırlığın 

vəziyyəti haqqında məlumat 

verdilər.

Tibb Universitetinin tədris-

hissə müdiri, dosent Nəsimi 

Qasımov Nazirlik tərəfindən 

fakültələr üzrə təyin edilən at-

testasiya komissiyaları haqqında 

məlumatı görüş iştirakçılarının 

diqqətinə çatdırdı.

ATU-nun Həmkarlar İttifaqı 

Komitəsinin sədri, dosent Cahangir 

Qasımov isə bu il Universitetdə “Məzun 

günü”nün may ayının 27-i saat 17:00-da 

keçiriləcəyini bildirdi.

Görüşdə qeyd olundu ki, Universitetdə 

imtahanların gedişi zamanı yarana 

biləcək anlaşılmazlıqları operativ həll 

etmək məqsədilə appelyasiya komissiya-

ları və qaynar xətt təşkil edilmişdir.

ATU-nun Onkoloji klinikasında 

elmi konfrans keçirilib

Rektor yay imtahan sessiyasına 

hazırlığın vəziyyətilə maraqlanıb

Saatlı və 

Sabirabad 

sakinləri pulsuz müayinə olundu

u  Müasir  dövrdə  gənclərin 



xarici  dil,  xüsusilə  də  ingilis 

dilini bilməsi çox önəmlidir. 

Dil  bacarıqları    tələbələrin 

beynəlxalq təcrübəni daha yax-

şı  mənimsəməsinə,  əlaqələri 

genişləndirməsinə, 

konkret 


fənn  ilə  bağlı  daha  çox  bilik 

əldə  etməyə  imkan  verir.  Tibb 

elminin  daim  inkişaf  edən  bir 

sahə  olduğunu  nəzərə  ala-

raq  ingilis  dili  biliklərinin  ATU 

tələbələri  üçün  daha  çox 

əhəmiyyət  kəsb  etdiyini  deyə 

bilərik.    Bu  məsələdə  tələbələrə  yar-

dım  etmək  məqsədilə  Azərbaycan  Tibb 

Universitetinin  (ATU)  rektoru,  akademik 

Ə.Əmiraslanovun  dəstəyi  nəticəsində  

Tələbə  Həmkarlar  İttifaqı  Komitəsinin 

nəzdində  tələbələr  üçün  pulsuz  danışıq 

kursları (Conversation Club) təşkil edilib. 

Bu  haqda    ATU-nun  Tələbə  Həmkarlar 

İttifaqı  Komitəsinin  sədri,  dosent  Elşad 

Novruzov məlumat verib. 

Onun sözlərinə görə, bu kurs-

larda  ingilis  dilində  başlanğıc 

(Beginner)  və  orta  səviyyələr 

(İntermediate)  üçün  xüsusi 

proqramlaşdırılmış dərslər ke-

çilir.

Kursların tamamilə ödənişsiz 



olduğunu  xüsusi  qeyd  etmək 

lazımdır.  Bu,  tələbələrin  xarici 

dillərlə  daha  intensiv  məşğul 

olmasına imkan yaradacaq.

Qeyd  edək  ki,  ingilis  dilində 

danışıq  klubunun  yaradılması 

layihəsi  ATU-nun  II  müalicə 

profilaktika fakültəsinin 3-cü kurs tələbəsi 

Sərxan  Həsənlinin  başçılığı  ilə  icra  olu-

nur.  Dərslər  həftədə  2  dəfə  -  şənbə  və 

bazar günləri ATU-nun  tədris binasında 

(fizika-kimya korpusu) keçirilir.

Kursda iştirak etmək üçün facebookda 

“Medicalconversationamu”  qrupuna  qa-

tılmaq lazımdır.

Tibb Universitetində tələbələr üçün 

ödənişsiz xarici dil kursları təşkil edilib



Yüklə 280,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə