Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının



Yüklə 280,78 Kb.

səhifə6/6
tarix10.11.2017
ölçüsü280,78 Kb.
1   2   3   4   5   6

30 aprel  2015-ci il

http://www.amu.edu.az

7

S

ürətlə inkişaf edən farmakologiya elminin bu günkü tələblər səviyyəsində tədrisi, son elmi məlumatları özündə əks etdirən yeni dərsliklər, dərs 

vəsaitləri və metodik işləmələrin yazılması və mövcud tədris vəsaitlərinin yeniləşdirilməsini tələb edir. Qəzetimizdə təqdim edilən dərslik və dərs 

vəsaitləri də məhz bu məqsədlərə xidmət edir.

 

Qeyd edək ki, kafedranın 

müdiri, professor Musa 

Qəniyevin təşəbbüsü ilə  

kafedranın  tərkibində mini 

kitabxana təşkil olunub. Burada 

təkcə  farmakologiya elmi deyil, 

tibbin müxtəlif sahələrindən 

bəhs edən 2 minə yaxın dərslik 

və dərs vəsaitləri toplanıb. Gün 

ərzində iyrimidən artıq tələbənin 

istifadə etdiyi bu kitabxanada 

eliektron katoloqu da 

yaradılmışdır. Bu da kitabxanaya 

müraciət edən oxuculara  istədiyi 

ədəbiyyatın axtarılması işini 

asanlaşdırır.

 

Hazırladı: M.ƏLƏKBƏRLİ

Dərsliyin geniş oxucu auditoriyasına 

təqdim olunan hazırki IX nəşrinə farmakolo-

giya elmi, onun məqsəd və vəzifələri, inkişaf 

tarixi, farmakologiyanın əsas bölmələri, yeni 

dərman maddələrinin alınması, öyrənilməsi, 

tibbi praktikaya tətbiqi, dərmanların təsnifat 

prinsipi, ümumi və xüsusi farmakologiya-

dan sinir tənziminə təsir göstərən dərman 

maddələri bölməsi daxil edilmişdir. Bu 

nəşr stereotip nəşr olduğuna görə, dərman 

maddələrinin təsnifat və bölgü prinsipləri, 

təsir mexanizmi və farmakologiyasını 

xarakterizə edən digər əsas məsələlərdə 

dəyişikliklər edilməmişdir. Yalnız dərslikdə 

verilən orfoqrafik, dil, üslub xətaları 

düzəldilmiş, mövzu ardıcıllığı, farmakoloji 

terminlər və dərmanların dozalanma və 

təyinat prinsiplərində əvəllki nəşrlərdə buraxılmış bəzi nöqsanlar aradan 

qaldırılmışdır. Əvvəlki nəşrlərdə oldiğu kimi bu nəşrdə də keçilən mövzu-

ların effektivliyinin artırılması məqsədilə dərslikdə illustriativ materiallara 

(şəkil, cədvəl) geniş yer verilmişdir. Bu məqsədlə farmakologiyaya aid 

müxtəlif dərslik, dərs vəsaiti və elmi ədəbiyyatlardan istifadə olunmuş-

dur. Bütün hallarda müəlliflik hüququna ciddi əməl olunmuş və istifadə 

olunan illustriativ materialların mənbələri dəqiqliklə göstərilmişdir. Əvvəlki 

nəşrlərdə oldiğu kimi bu dərslikdə də beynəlxalq adlar terminologiyasın-

dan istifadə edilmişdir.

Müəlliflərin təqdim etdiyi bu 

dərs vəsaiti  qan sisteminə təsir 

göstərən dərman maddələrinin 

farmakologiyası haqqında 

elmin ən son nailiyyətlərini 

daxil etmiş, proqram üzrə 

tədris olunan bütün mövzuların 

müasir tələblərə cavab verən 

geniş, əhatəli və izahlı təhlilini 

verməyə çalışmışlar.

     Tədris prosesində 

tələbələrin qan sisteminə 

təsir göstərən dərman 

maddələri bölməsi üzrə qa-

zandıqları nəzəri biliklərin 

qiymətləndirilməsi, eləcə də 

intellektual farmakoloji hazır-

lıqların yoxlanılması üçün dərs 

vəsaitinə test sualları da daxil 

edilmişdir.   

Dərs vəsaiti farmakologiya 

fənninin tədrisi proqramına 

uyğun yazılmış, müalicə işi və 

tibbi- profilaktika fakültələrinin 

tələbələri üçün nəzərdə tutul-

muşdur. 

Dərs vəsaiti bu fənnin tədrisinin əsas bölmələrindən biri olan hor-

mon preparatlarının farmakologiyasına həsr edilmişdir.

Farmakologiyanın bu sahəsini dərindən bilməyən praktik həkim 

apardığı hormonoterapiyanın uğurlu nəticələrinə zəmanət verə 

bilməz. Odur ki, gələcək həkim və əczaçılara  farmakologiya fənninin 

bu bölməsi müasir tələblər səviyyəsində və elmin son nailiyyətlərinə 

istinadən yazılan dərs vəsaitlərindən istifadə olunmaqla tədris olun-

malıdır. Bu səbəbdən dərs vəsaitinə hormon preparatları haqqında 

farmakologiyanın ən son nailiyyətləri daxil edilmiş, proqram üzrə 

tədris olunan bütün mövzuların müasir tələblərə cavab verən geniş, 

əhatəli və izahlı təhlili verilmişdir.

    Tələbələrin  hormon preparatları bölməsi üzrə qazandıqları  biliklərin qiymətləndirilməsi, eləcə də 

intellektual farmakoloji hazırlıqların yoxlanılması üçün dərs vəsaitinə test sualları da daxil edilmişdir.   

     Dərs vəsaiti farmakologiya fənninin tədrisi proqramına uyğun yazılmış, müalicə işi və tibbi- profi-

laktika fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.

    Test tapşırıqları  farmakologiya fənninin bütün bölmələrini əhatə 

edir. Sualların seçimi, tərtibatı və müasirliyi bütün hallarda fənnin 

məqsəd və vəzifələrinin açılmasına xidmət edir. Onların düzgün ca-

vablandırılması tələbələrdən təkcə dərin nəzəri farmakoloji biliklərə 

yiyələnmək deyil, həm də onlarda müstəqil farmakoloji təfəkkür 

tərzinin formalaşmasını tələb edir.     

      Dərs vəsaitinə ümumi reseptura üzrə 20, ümumi farmakolo-

giya üzrə 58, xüsusi farmakologiya üzrə 662, cəmi 740 test sualları 

daxil edilmişdir. 

Dərslik Azərbaycan Tibb Universitetində farmakologiya fənninin 

proqramı əsasında yazılmış və universitetdə təhsil alan xarici 

tələbələr üçün nəzərdə tutulmuşdur.Kitabdan həmçinin fənnin tədrisi 

ilə məşğul olan professor- müəllim heyəti, bu elm  sahəsilə məşğul 

olan tədqiqatçılar, həkimlər və əczaçılar da istifadə edə bilər.    

Atlas Azərbaycan Tibb Universitetində 

farmakologiya fənninin proqramı 

əsasında yazılmış və universitetdə 

təhsil alan xarici tələbələr üçün nəzərdə 

tutulmuşdur. Kitabdan həmçinin fənnin 

tədrisi ilə məşğul olan professor- 

müəllim heyəti, bu elm  sahəsilə məşğul 

olan tədqiqatçılar, həkimlər və əczaçılar 

da istifadə edə bilər.    

    


Müasir tibbi təhsilin əsas tələblərindən 

biri tədris prosesinin fakültə prinsipi ilə 

aparılmasıdır. Bu bir tərəfdən ixtisasyö-

nümlü farmakoloji təfəkkür tərzinin for-

malaşmasına, digər tərəfdən, gələcəkdə 

konkret klinik fənlərin ardıcıllıqla tədrisi 

prosesində farmakoterapiyanın daha da 

yaxşı mənimsənilməsinə və effektivliyi-

nin yüksəldilməsinə təminat verir. Sto-

matologiya fakültəsinin tələbələri üçün 

nəzərdə tutulan bu dərslik məhz həmin 

məqsədlərə xidmət edir və bu prinsip 

əsasında hazırlanmışdır.    

     Dərslikdə xüsusən, stomatologi-

ya praktikasında çox istifadə olunan 

dərman qrupları və fərdi preparatların 

farmakokinetika və farmokodinamikasına geniş yer verilmiş, istifadə 

olunduqları konkret stomatoloji xəstəliklərin farmakoloji korreksiya 

üsulları hərtərəfli təhlil olunmuşdur. Dərsliyə bilavasitə stomatologiya 

fakültəsində farmakologiyanın tədrisi kursunun əsasları daxil edilmişdir.

Kitabın I hissəsində olduğu kimi II 

hissəsində də dərman preparatlarının 

təsnifat və bölgü prinsiplərində, əsasən, 

beynəlxalq adlar terminologiyasından 

istifadə edilmişdir. Bu hissədə də müəllifin 

qarşıya qoyduğu əsas vəzifə tələbələrdə 

farmakoloji təfəkkür tərzinin formalaşdırıl-

ması, bu sahədə bilik və elmi vərdişlərin 

onlara daha asan yolla çatdırılması 

olmuşdur. Müasir dərman maddələrinin 

farmokokinetkasına və farmokodinami-

kasına düzgün, elmi əsaslarla yanaşma, 

eləcə də farmakologiyanın ən son elmi 

uğurlarının tədris prosesinə gətirilməsi də 

qarşıya qoyulan əsas məsələlərdəndir.

     Dərsliyə bilavasitə farmakologiya 

kursunun əsasları daxil edilmişdir. Bununla yanaşı,  müasir farmakologi-

yanın ayrılmaz tərkib hissəsi olduğundan bu elmin zəruri və vacib bilinən 

sahələrinə də kitabda müvafiq bölmə və bəhslər üzrə geniş yer verilmiş-

dir.  


Nəfis tərtibatda təqdim olunan hər iki dərsliyin dili sadə, aydın və oxu-

naqlıdır. 

 Dərsliklər ATU- nun tələbələri, rezidentura və magistratura pilləsində 

təhsil alan gənc həkim və əczaçılar üçün nəzərdə tutulmuşdur.



Kafedranın kitab rəfi

      M.Qəniyev  “Farmakologiya” Elmi redaktorlar: professor 

V.Əsmətov, dosent G.Hüseynova; Rəyçilər: ə.e.x., professor 

D.Hüseynov

,   ə.e.x., professor S.Əliyev, professor Z.İsmayılova, 

professor R. Axundov, dosent F. İslamzadə. (Dərslik, I hissə)  Bakı 

– “Təbib” nəşriyyatı, 2013.-500 səh.

     M.Qəniyev, V.Əsmətov, X.Aydın qızı, K.Yaqubov; “Qan 

sisteminə təsir göstərən dərman maddələrinin farmakologiyası” 

Elmi redaktor: dosent G.Hüseynova;  Rəyçilər: M. Vəliyeva, 

professor R.Axundov, dosent Q. Qurbanov, dosent F.Hüseynova; 

(Dərs vəsaiti)  Bakı – “Təbib” nəşriyyatı, 2015.- 203səh.

     M.Qəniyev, V. Əsmətov, S. Babayeva; “Hormon sisteminə 

təsir göstərən dərman maddələrinin farmakologiyası” Elmi 

redaktor: dosent Q. Qurbanov;  Rəyçilər: ə.e.x., professor Q. 

Qarayev, professor F. İslamzadə,  dosent A.Əliyev, dosent X. 

Mirzəyev; (Dərs vəsaiti)  Bakı – “Təbib” nəşriyyatı, 2015.- 218 

səh.

    “Farmakologiyadan test sualları” (Dərs vəsaiti) Bakı- 

“Təbib” nəşriyyatı, 2011, 190səh. professor Musa Qəniyevin 

redaktorluğu ilə farmakologiya kafedrasının  əməkdaşları 

tərəfindən hazırlanmışdır.

M.Qəniyev, A. Mirzəyeva;  “Farmakologiya” (ingilis dilində) 

Elmi redaktorlar: professor G. Hüseynova, S. Babayeva; 

Rəyçilər: ə.e.x., professor S. Əliyev, professor V. Əsmətov, 

dosent N. Mikayılzadə, professor F. İslamzadə; (Dərslik, I 

hissə)  Bakı – “İSBN” nəşriyyatı, 2010.-384 səh.

M.Qəniyev, A.Mirzəyeva;  “Farmakologiyaya dair 

atlas” (ingiliscə) Elmi redaktor: 

A.Mirzəyeva;  Rəyçilər: ə.e.x., 

professor S.Əliyev, professor 

V.Əsmətov;  Bakı – “İSBN” 

nəşriyyatı, 2011.-238 səh.

    M. Qəniyev, V. Əsmətov. “Farmakologiya” Elmi redaktor: 

dosent Q. Qurbanov; Rəyçilər: ə.e.x., professor Q. Qarayev, 

professor Z. Qarayev, professor  M. Vəliyeva, dosent A. Əliyev, 

A. Bağırov; (Dərslik)  Bakı – “Təbib” nəşriyyatı, 2015.-575 səh.

     M.Qəniyev  “Farmakologiya” Elmi redaktorlar: 

professor V. Əsmətov, dosent G. Hüseynova; Rəyçilər: ə.e.x., 

professor 

D.Hüseynov,

  ə.e.x., professor S. Əliyev, professor  

Z. İsmayılova, professor R. Axundov, dosent F. İslamzadə. 

(Dərslik, II hissə)  Bakı – “Təbib” nəşriyyatı, 2014.-837 səh.


http://www.amu.edu.az

30 aprel  2015-ci il

u

Mayın 4-5-də Bakıda 



“Uroloji xəstəliklərin 

müalicəsində müasir texnologiyala-

rın tətbiqi” mövzusunda Azərbaycan 

uroloqlarının konqresi keçiriləcək.

Azərbaycan Uroloqlar Assosiasi-

yası, Əziz Əliyev adına Azərbaycan 

Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutu və Milli Onkologiya 

Mərkəzinin təşkilatı dəstəyi ilə 

reallaşacaq konqresdə Almaniya, 

Avstriya, Gürcüstan, Rusiya, Qa-

zaxıstan və Türkiyənin uroloqları 

iştirak edəcək.

Konqresdə Avropa Uroloqlar As-

sosiasiyasının urotexnoloji bölümü-

nün sədri, professor Yens Rassva-

iler urologiyada minimal invaziv 

əməliyyatların tətbiqinə dair məruzə 

ilə çıxış edəcək. Eyni zamanda, uro-

logiyanın ən aktual problemlərinə 

dair məruzələr dinləniləcək və 

müzakirələr aparılacaq. Bundan 

başqa, konqres çərçivəsində qabaq-

cıl uroloqlar tərəfindən “ustad dərsi” 

(canlı cərrahiyyə) keçirilməsi nəzərə 

tutulur.


Əliyeva  Lalə  Elxan  qızına  2010-

cu  ildə  Azərbaycan  Tibb  Universiteti 

tərəfindən oftalmoloq ixtisası üzrə ve-

rilmiş internatura vəsiqəsi itdiyi üçün 

etibarsız sayılır.

I  müalicə-profilaktika    fakültəsinin 

V  kurs,    162

a

    qrup  tələbəsi  Əlizadə 



Novruz Kamil oğlunun adına verilmiş 

tələbə bileti itdiyi üçün etibarsız sayı-

lır. 

Stomatologiya 



fakültəsinin 

IV 


kurs,795b  qrup  tələbəsi  Nabaz  Hasan 

Alinin adına verilmiş  tələbə bileti it-

diyi üçün etibarsız sayılır.  

Rəhimova  Yeganə  Sabir  qızına 

1988-ci ildə Azərbaycan Tibb Univer-

siteti tərəfindən  pediatr  ixtisası üzrə 

verilmiş  internatura  vəsiqəsi  itdiyi 

üçün etibarsız sayılır.

Stomatologiya  fakültəsinin  V  kurs,  

705


b

  qrup  tələbəsi  Həbibov  Natiq 

Ədalət oğlunun adına verilmiş qiymət 

kitabçası itdiyi üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin III kurs,  

763


a

 qrup tələbəsi  Nəzirli Qoşqar Azər 

oğlunun adına verilmiş tələbə bileti it-

diyi üçün etibarsız sayılır.

Əliyeva  Mehriban  Oqtay  qızına 

1994-cü ildə Azərbaycan Tibb Univer-

siteti  tərəfindən  terapiya  ixtisası  üzrə 

verilmiş  internatura  vəsiqəsi  itdiyi 

üçün etibarsız sayılır.

Qasımova  Aynur  Davud  qızına 

1999-cu ildə Azərbaycan Tibb Univer-

siteti  tərəfindən  epidemioloq  ixtisası 

üzrə verilmiş internatura vəsiqəsi itdi-

yi üçün etibarsız sayılır.

Ağayeva  Təranə  Məmmədhəsən 

qızına  1996-cı  ildə  Azərbaycan  Tibb 

Universiteti  tərəfindən  terapevt  ixti-

sası üzrə verilmiş internatura vəsiqəsi 

itdiyi üçün etibarsız sayılır.

II müalicə-profilaktika  fakültəsinin 

IV kurs,  370

c

  qrup tələbəsi Hiba Nua-



iminin adına verilmiş tələbə bileti itdi-

yi üçün etibarsız sayılır. 

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 226

Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların 

tətbiqi” mövzusunda beynəlxalq konqres keçiriləcək



 



Valideynlər uşaqlara 

peyvəndin vurulması 

barədə “Elektron sağlam-

lıq kartı”nda əks olunan məlumatları 

asanlıqla əldə edə biləcək.

Süd məhsullarının tərkibində bol miq-

darda  kalbu fikir aprelin 23-də Səhiyyə 

Nazirliyinin İctimai Səhiyyə və İslahatlar 

Mərkəzində (İSİM) immunoprofilaktika 

pasportlarının yeni sisteminin istifadəsinə 

dair keçirilən təlimdə səslənib.

Vaksinlər və İmmunlaşdırma üzrə 

Qlobal Alyansın (VİQA) “Azərbaycanda 

səhiyyə sisteminin gücləndirilməsi” 

layihəsi çərçivəsində keçirilən təlimdə 

bildirilib ki, immunoprofilaktika pas-

portlarının yeni sisteminin istifadəyə 

verilməsində məqsəd uşaqlara vuru-

lan peyvəndlərlə bağlı məlumatların 

mərkəzləşdirilmiş formada daxil 

edilməsidir.

Qeyd olunub ki, immunoprofilaktika 

pasportlarının yeni sistemi valideynlərə 

uşaqlara peyvəndin vurulması barədə 

“Elektron sağlamlıq kartı”nda əks olunan 

məlumatları asanlıqla əldə etməyə imkan 

yaradacaq. Hazırlanmış “İmmunizasiya 

pasportu” kartları da valideynlər üçün 

məlumat kitabçası rolunu oynayacaq.

Müzakirələrdə uşaq poliklinikalarında 

peyvəndlə bağlı məlumatın daxil edilməsi 

zamanı rast gəlinən çətinliklərdən söhbət 

açıldı, Problemin həlli məqsədilə təklif və 

tövsiyələr dinlənildi.

Təlimdə ilkin səhiyyə müəssisələrinin, 

statistika xidmətlərinin kompyuter opera-

torları, Respublika Gigiyena və Epidemi-

ologiya Mərkəzinin nümayəndələri iştirak 

ediblər.

Azərbaycanda immunoprofilaktika 

pasportlarının yeni sistemi istifadəyə veriləcək



 



Aprel 

ayının 

13-16 

tarixlərində Azərbaycan 

Texniki 

Universitetı-

nın  idman  zalında  həndbol  idman 

növü üzrə kişilər arasında keçirilən 

XII  Respublika  Universiadasında 

Azərbaycan  Tibb  Universitetinin  

komandası  iştirak etmişdir. 

Azərbaycan Tibb Universitetinin  koman-

dası   bütün Universitetlərin komandaları-

nı  məğlubiyyətə  uğradaraq  finala  vəsiqə 

qazandı.  Ötən  ilin  çempionu-Milli  Aviasi-

ya  Akademiyasının  komandasına    gərgin 

mübarizədə  21 : 11 hesabı ilə  qalib gələrək I  

yerə layıq görüldü.

Komandanın  üzvlərini  və  məşqçi,  professor   

Kamal Kəbirlinskini təbrik edirik!

Bunlardan əlavə, aprel  ayının 20–23  tarix-

lə rində  Azərbaycan  Tibb  Universitetinin      id-

man  zalında  voleybol  idman  növü  üzrə  qızlar                                                                                                                  

ara sında keçirilən XII Respublika Universiada-

sında Azərbaycan Tibb Universitetinin  koman-

dası 3 fəxri  yer tutmuşdur.

Komandanın üzvlərini və məşqçi  Yana Kuz-

netsovanı  da təbrik edirik!



SEVINC İSAYEVA,

İdman klubunun sədri  

BİZ SİZİNLƏ FƏXR EDİRİK!



Azərbaycan  Tibb  Uni-



versitetinin  Əsaslı  Kitabxa-

nası 2003-cü ildən fəaliyyət 

göstərən  Azərbaycan  Kitab-

xana  Konsorsiumunun  (Az-

KiK) 

yaradıcılarındandır. 

Kon sorsiumun 

fəaliyyəti 

döv ründə  Əsaslı  Kitabxana 

bütün proqram və layihələrdə 

yaxından  iştirak  etmişdir. 

Bu sahədə Azərbaycan Tibb 

Universitetinin rəhbərliyi də 

layihələrin  həyata  keçiril-

məsində  maliyyə  dəstəyini 

əsirgəməmişdir. 

AzKiK 

Tür kiyənin  Anadolu  Uni-

versitet  Kitabxanaları  Kon-

sorsiumu  (ANKOS)  ilə  ya-

xından  əməkdaşlıq  edir.  Konsorsium  vaxta-

şırı  beynəlxalq  səviyyəli  konfranslar  təşkil 

edərək,  kitabxana  informasiya  sahəsində 

yeni layihələrin təqdimatını təşkil edir.

ANKOS 2000-ci ildə, 92 beynəlxalq məlumat 

bazaları ilə 2.005 müqavilələri olan və 171 uni-

versitet və elmi - tədqiqat institutlarının üzv ol-

ması  ilə  yaradılmışdır  .  ANKOS  2001-ci  ildən 

kitabxanaçılar,  elmi-tədqiqatçılar,  tələbə  və 

müəllimlər, arxiv işçiləri üçün beynəlxalq konf-

ranslar  keçirir.  Türkiyə  konsorsiumunun  keçir-

diyi konfranslarda Amerika Birləşmiş Ştatların-

dan, Avropadan, Cənubi Afrikadan, Orta Şərq və 

Türk dilli ölkələrdən 1000-dən artıq nümayəndə 

iştirak etmişdir.

ANKOS-un növbəti beynəl xalq konfransı 9-11 

aprel  2015-ci  il  tarixində  Türkiyənin  Antalya 

şəhərində,  Karvansaray  Konfrans  mərkəzində 

keçirildi.  Əsasən,  “Mobil  gələcək,  kitabxanalar 

və  resurslar”-elektron  resursların  işlədilməsi, 

mobil kitabxana xidmətləri və gələcək akademik 

kitabxanalar kimi mövzular proqrama daxil edil-

mişdir. Azərbaycanın bir çox Ali Təhsil Kitabxa-

nalarının qatıldığı tədbirdə Əsaslı Kitabxananın 

direktoru kimi mən də iştirak etdim. Geniş proq-

ramı olan bu tədbirdə müasir dövrdə kitabxana-

ların tam avtomatlaşdırılması və elektron resurs 

bazalarının işi və əhəmiyyəti barədə geniş fikir 

mübadilələri aparıldı.

Azərbaycan Tibb Unibersitetinin Əsaslı Kitab-

xanasında  virtual  olaraq  oxucuların  da  istifadə 

etdiyi  bəzi  nəşriyyatlar  daxil  olmaqla,  Elsevier, 

EBSCO,  Clinical  Key,  Wiley,  Tomson  Reuters, 

Springer,  Bio  Med  Central,  JSTORP,  ProQuest, 

Oxford Universitet nəşriyyatları kimi beynəlxalq 

nəşriyyatların  nü mayəndələrinin  keçirdikləri 

təq  dimatlar və OCLC, EndNote, HiperLink kimi 

elmi  işçiləri  ma arifləndirmək  istiqamətində  bu 

sistemlərin  rolundan  bəhs  olunan  təqdimatlar 

dinlənildi.

Konfransda  informasiya  xid mətlərində,  mobil 

əməliyyatların  inkişafı  və  açıq  resurslar  (Open 

Access) istiqamətində təşəbbüskarlıq kimi möv-

zular  və  ANKOS-un  işçi  qrupun  üzvlərinin 

fəaliyyəti  dinlənildi.  Konfransın  bölmə  iclasla-

rında  səmərəli  müzakirələr  aparıldı  və  bundan 

sonra da əməkdaşlıq üçün yeni layihələrdə birgə 

iştirak  etmək  nəzərdə  tutuldu  (kitabxanalarara-

sı  abonoment,  açıq  resurslardan–qaynaqlardan 

birgə istifadə və s.).

Konfransın sonunda 15 ilini qeyd edən ANKOS 

prezidenti hörmətli Sami Çukadar təşkilatçılar və 

öz adından tədbirdə iştirak edən bütün qonaqlara 

təşəkkürünü bildirdi.

Z.EMINOVA,    

               



Əsaslı Kitabxananın direktoru, tarix. e. 

ü. f. d

“Mobil gələcək, kitabxanalar və resurslar”



Dostları ilə paylaş:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə