Sabirabad rayonu və Hacıqabul rayonu üzrə turizm gəzinti



Yüklə 13,44 Kb.
tarix01.07.2018
ölçüsü13,44 Kb.
#52488

Sabirabad rayonu və Hacıqabul rayonu üzrə turizm gəzinti

turu
Turizm marşrutu 3 gün üçün nəzərdə tutulu. Turistlərin istəyindən asılı olaraq bələdçi (qid) və tərcüməçi xidmətidə (ingilis, rus, ərəb dilləri) təşkil olunur (50-60manat gündəlik), maşın xidməti rayon ərazisində gün ərzində 30 manat 3 nəfər üçün, Sabirabad və Hacıqabul rayonlarına 50 manat. Sifariş olarsa turistlərin sayından asılı olaraq avtobuslar təşkil olunur.

Turistlərin istəyinə görə otel və istirahət mərkəzlərində endirimlə (standart qiymətdən aşağı) rezervasiya olunur (otelin qiyməti əlavə ödənilir). Turistlərin istəyi ilə əyləncə proqramları təşkil olunur (konsert, sərgi, sənətkarlarla tanışlıq, folklor qrupu ilə tanışlıq və s. əlavə təşkil olunur).


Birinci gün
Sabirabad rayonunun girişində qarşılanma (gələnlərin istəyinə əsasən oteldə yerləşdirmə).

Sabirabad rayonunda tarix və mədəniyyət abidələri və görməli yerlərlə tanışlıq (Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, Tarix-diyarşünaslıq muzeyi)

Yerli mətbəx nümünələri ilə tanışlıq və nahar (gunorta yeməyi).

Sabirabad rayonu ilə tanışlığın davamı Baba Samid türbəsi (1903-cü il) memarlıq abidəsi ilə tanışlıq).

Otelə qayıdış və şam yeməyi.


İkinci gün


Səhər yeməyi

Sabirabad ərazisində yerləşən arxioloji abidələrlə (Suqovuşan - Kür və Araz çaylarının qovuşduğu yer) və "Qalağayın məscidi -1903-cü il" ) tanişlıq. Nahar fasiləsi. Nahardan sonra Sarısu gölündə quş ovuna getmək. Tüfənglər icazəli və öz adlarına olmalıdır. Hər kəs pozisiyalarda yerləşir və bələdçilər müşahidə edir. Qayıq və atlardan istifadə olunur. Ov macərası bitdikdən sonra otelə qayıdış.



Üçüncü gün
Səhər yeməyi Sabirabadda yedikdən sonra Hacıqabul rayonuna yola düşmək

Hacıqabul rayonunda yerləşən Udulu kurqanları, Karvansaray ilə tanışlıq. Güngörməz qala divarları ərazində gəzinti, turistləri ekoloji marifləndirmək. Günorta yeməyi Hacıqabul şəhərində etmək . Bakıya qayıdış.
Yüklə 13,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə