Sabit stenokardiya üzrə klinik protokol



Yüklə 309,08 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix02.03.2018
ölçüsü309,08 Kb.
#29471
1   2   3   4   5   6   7   8   9   10   11

 

30

 



Stenokardiya və mədəcik 

disfunksiyası olan üç damar 

xəstəliyi 

A

1

A

1

Stenokardiya ilə proksimal sol 



ön enən arteriyanın ciddi 

zədələnməsi daxil olmaqla iki 

və ya üç damar xəstəliyi 

A

1

A

1

Çoxdamar zədələnməsi ilə  



I – IV sinif stenokardiya 

(diabetli xəstələr) 



B

1

B

1

Çoxdamar zədələnməsi ilə  



I – IV sinif stenokardiya 

(diabetsiz xəstələr) 



 

A

1

Dərman müalicəsinə 



baxmayaraq I – IV sinif 

stenokardiya və proksimal SEA-

nın ciddi xəstəliyi daxil olmaqla 

tək damar zədələnməsi 



 

B

1

Dərman müalicəsinə 



baxmayaraq I – IV sinif 

stenokardiya və proksimal 

SEA-nın ciddi xəstəliyi 

olmayan tək damar 

zədələnməsi 

 

C

1

Dərman müalicəsi altında I 

sinif stenokardiyanın minimal 

simptomları və bir, iki  və ya üç 

damar zədələnməsi, lakin 

obyektiv olaraq sübuta 

yetirilmiş əhəmiyyətli işemiya 

D

1

 

*Proqnoz – ürək və ya ürək-damar və ya Mİ ilə kombinə edilmiş 

ölüm göstəricisinə təsirlə əlaqəlidir 

*Simptomlar – stenokardiya sinfində  dəyişiklik, fiziki yükün 

müddəti, FYS-da stenokardiyanın meydanaçıxma müddəti, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

31

 



stenokardiyaya görə xəstəxanaya təkrar qəbul, həyat keyfiyyəti və ya 

digər parametrlər ilə əlaqəlidir. 

Revaskulyarizasiya üsulunun seçilməsi aşağıdakılara əsaslanmalıdır: 

1.

 



Periprosedural xəstələnmə və ölüm göstəriciləri  

2.

 



Damar zədələnmələrinə müdaxilənin angioplastika və ya 

cərrahi  şuntlama  əməliyyatlarına texniki uyğunluğu kimi 

amillər də daxil olmaqla müvəffəqiyyət ehtimalı 

3.

 



Restenoz və ya koronar şuntun okklüziya riski 

4.

 



Tam revaskulyarizasiya 

5.

 



Diabetik status 

6.

 



Ürək cərrahiyyəsi və invaziv kardiologiyada yerli xəstəxananın 

təcrübəsi 

7.

 

Xəstənin istəyi 



“Normal” koronar arteriyalar ilə stenokardiyaya aid      

xüsusi diaqnostik müzakirələr

 

Döş qəfəsindəki ağrı simptomlarına görə koronar arterioqrafiyaya 

məruz qalan xəstələrin, xüsusilə qadınların  əksər hissəsində  

əhəmiyyətli koronar arteriya xəstəliyi aşkar edilmir. Bu xəstələrdə 

döş  qəfəsindəki ağrının xüsusiyyətləri aşağıdakı  səbəblərlə  əlaqədar 

ola bilər: 

1.

 

Qeyri - ürək mənşəli döş qəfəsi ağrısı 



2.

 

Vazospastik stenokardiyanın da daxil olduğu atipik anginoz 



ağrı 

3.

 



Kardioloji  X sindromu 

X sindromu və vazospastik stenokardiyanı qeyri-ürək mənşəli 

döş  qəfəsi ağrısından fərqləndirmək vacibdir. Əgər angioqrafik 

təsvirlərdə obstruktiv zədələnmə ehtimal olunursa, belə zədələnmələr  

damardaxili ultrasəs  və koronar axın ehtiyatı və ya hissəvi koronar 

axın ehtiyatının qiymətləndirilməsi vasitəsi ilə  aşkarlana və 

işemiyanın geniş sahəsi stress təsvir texnikaları ilə tanına bilər. Əgər 

angioqramın təsviri normaldırsa, vazospazmı  və ya endotelin 

funksiyasını qiymətləndirmək üçün koronar angioqrafiya zamanı 

intrakoronar asetilxolin və ya erqonovin təyin edilə bilər. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

32

 



X sindromu 

“X sindromu”nun klassik təsviri aşağıdakı triadadan ibarətdir: 

1.

 

Fiziki yük zamanı meydana çıxan tipik stenokardiya (sakitlik 



stenokardiyası və təngnəfəslik də ola bilər). 

2.

 



Müsbət  cavablı fiziki yük sınağı və ya digər stress təsvir üsulu. 

3.

 



Normal koronar arteriyalar. 

SM hipertrofiyası 

və/və ya diastolik disfunksiyanın 

mövcudluğunu aşkar etmək üçün sakitlik ExoKQ aparılmalıdır.   

X sindromlu xəstələrdə sağqalma ilə bağlı proqnozun əlverişli 

olmasına baxmayaraq xəstələnmə göstəricisi yüksəkdir. X 

sindromunun müalicəsi simptomların yüngülləşməsinə 

yönəldilməlidir. Xəstələrin təqribən yarısında nitratlar effektivdir. 

Bunlar effektiv olmadıqda KA və ya BB əlavə olunmalıdır (B)

3

.  Bəzi 

hallarda trimetazidin effektiv ola bilər. 

Endotelin disfunksiyası ilə  əlaqəli olan və simptomlar törədə 

bilən hipertenziya və hiperlipidemiya kimi risk amilləri müvafiq 

olaraq müalicə edilməlidirlər.  AÇFİ  və statinlər  (B)

3

 endotelial 



disfunksiyanı azaltdıqlarına görə, onların təyini tövsiyə olunur. 

 

Vazospastik / Variant stenokardiyası 

Tez-tez  “Prinsmetal stenokardiyası” adlandırılan bu forma tipik 

yerləşən ağrı ilə səciyyələnir. O, adətən sakitlik vaxtı baş verir, lakin 

bəzən fiziki gərginliklə də əlaqəlidir və nitratların təsirindən bir neçə 

dəqiqəyə yüngülləşir. Ağrı klassik olaraq ST seqmentinin qalxması 

ilə müşayiət olunur.  

Vazospastik stenokardiya ilə yanaşı koronar zədələnmənin 

mövcudluğu tipik SS-yə da səbəb ola bilər. Vazospazm 

siqaretçəkmə, elektrolit (kalium, maqnezium) mübadiləsinin 

pozulması, kokaindən istifadə, soyuqla stimulyasiya, autoimmun 

xəstəliklər, hiperventilyasiya və ya insulinə rezistentliyə cavab 

nəticəsində baş verə bilər. Vazospastik stenokardiyanın proqnozu 

koronar arteriya xəstəliyinin ağırlıq dərəcəsindən asılıdır. Proqnozun 

müəyyənləşdirilməsi üçün ST seqmentinin ambulator 

 

monitorlanması faydalı ola bilər. Vazospastik stenokardiyanın 



müalicəsi provakasiyaedici amillərin aradan qaldırılmasına, kalsium 

kanal blokatorları və nitratlarla müalicəyə əsaslanır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 309,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə