Sabit stenokardiya üzrə klinik protokol



Yüklə 309,08 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix02.03.2018
ölçüsü309,08 Kb.
#29471
1   2   3   4   5   6   7   8   9   10   11

İxtisarların siyahısı: 

AÇFI 

– angiotenzin çevirici ferment inhibitorları  



AH  

arterial hipertenziya 



AKC  

– Avropa Kardioloji Cəmiyyəti  



AKŞ  

– aorta-koronar şuntlama 



ASLP  

– aşağı sıxlıqlı lipoproteidlər 



AT  

– arterial təzyiq 



DQR  

– döş qəfəsi rentgenoqrafiyası 



DTS  

– Duke Treadmil Score  



EKQ  

– elektrokardioqrafiya 



ExoKQ   – exokardioqrafiya 

FYS  

– fiziki yük sınağı 



KKS  

kəskin koronar sindrom 



KT  

– kompüter tomoqrafiya 



KÜDC  

– Kanada Ürək-damar Cəmiyyəti 



Lpa  

– lipoprotein (a) 



MET  

– metabolik ekvivalent 



  

– miokard infarktı 



MRT  

– maqnit-rezonans tomoqrafiya 



NT-BNP   – N-terminal beyin natriuretik peptid  

PKM  

– perkutan koronar müdaxilə 



PDYT  

– polidoymamış yağ turşuları 



RA  

risk amilləri 



ŞD  

– şəkərli diabet 



SM  

– sol mədəcik 



SS  

– sabit stenokardiya 



TFEKT  – təkfotonlu emission kompüter tomoqrafiya  

ÜİX  

– ürəyin işemik xəstəliyi 



ÜX  

– ümumi xolesterin  



ÜD  

– ürək-damar 



yh CRZ   – yüksək həssaslıqlı C reaktiv zülal 

YSLP  

– yüksək sıxlıqlı lipoproteidlər 



SÖEA  

– sol ön enən arteriya 



TQ  

– triqliseridlər 



WPW  

– Wolff-Parkinson-White 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7

 



Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan 

kardioloqlar, təcili yardım həkimləri, terapevtlər, ailə həkimləri üçün 

nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: sabit stenokardiyası olan xəstələr. 

 

Protokolun məqsədləri:  

 



Klinik protokolun məqsədi, fərdi xəstələrdə  ən yaxşı müalicə 

strategiyasını seçmək və  təxirəsalınmaz vəziyyətlərdə sübuta 

yetirilmiş bütün uyğun müalicə  tədbirlərini həkimlərə  təqdim 

etməkdir. 

 

Bütün prosedurlar və müalicələr üçün tövsiyələrin gücü və 



sübutların səviyyəsi müəyyənləşdirilmiş 

şkalaya 


əsasən 

ölçülmüşdür. Bununla yanaşı, hər bir fərdi xəstəyə yardım barədə 

son mühakimə məsuliyyət daşıyan həkim tərəfindən verilməlidir. 

 

ÜMUMİ MÜDDƏALAR 

Sabit stenokardiya – fiziki gərginlik (hərəkət, yüksəkliyə qalxma, 

ağırlıq qaldırma), AT yüksəlməsi, soyuq, çoxlu miqdarda qida qəbulu

emosional stresslə əlaqədar meydana gələn, döş sümüyünün arxasında 

lokalizasiya olunan, tutmaşəkilli, sıxıcı, təzyiqedici ağrı və ya narahatlıq 

hissi ilə xarakterizə edilən, sol qola, boyuna, çənəyə irradiasiya edən, 

adətən 3-5 dəqiqə davam edən, sakitlik halında, sublinqval nitroqliserin 

qəbulundan sonra bir neçə  dəqiqə  ərzində keçib gedən klinik 

sindromdur.  

Stenokardiya miokardın keçici işemiyası, yəni miokardın oksigenə 

olan tələbatı  və onun koronar qan dövranı ilə çatdırılması arasında 

uyğunsuzluq nəticəsində meydana gəlir.  

Stenokardiyanın patomorfoloji substratı praktiki olaraq həmişə 

koronar arteriyaların aterosklerotik zədələnməsidir.  



 

Epidemiologiya 

ÜİX uzun illərdir ki, əksər iqtisadi cəhətdən inkişaf etmiş 

ölkələrdə əhalinin əsas ölüm səbəbini təşkil edir. Şərqi Avropa, ABŞ, 

Kanada, Avstraliyada son onilliklər ərzində ölüm göstəricisi faizinin 

azalmasına meyllilik aşkar olunmuşdur. SS-nin rastgəlmə tezliyi 

yaşla əlaqədar olaraq kəskin artır: qadınlar arasında 45-54 yaşda 0,1-

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

8

 



1% təşkil etdiyi halda, 65-74 yaşda 10-15%; kişilərdə uyğun olaraq 

2-5% və 10-20% təşkil edir. Əksər Avropa ölkələrində SS-nin 

yayılması 1 mln əhaliyə 20 000-40 000 təşkil edir. 

Risk amilləri 

SS koronar arteriyaların aterosklerozunun klinik təzahürüdür. 

Aterosklerozun inkişaf etmə ehtimalı aşağıdakı risk amillərinin (RA) 

mövcudluğu fonunda əhəmiyyətli dərəcədə yüksəlir.  

1.

 

İdarəolunmayan (modifikasiya olunmayan) risk amilləri 



 

50-60-dan yuxarı yaş 



 

Kişi cinsi 



 

İrsi meyllilik 



2.

 

İdarəolunan (modifikasiya olunan) risk amilləri həddindən 



artıq çoxdur. Real sübuta yetirilmiş RA aşağıdakılardır: 

 



Dislipidemiyalar 

 



Arterial hipertenziya 

 



Tütünçəkmə 

 



Piylənmə 

 



Karbohidrat mübadiləsinin pozulması (hiperqlikemiya, şəkərli 

diabet)   

 

Hipodinamiya 



 

Qeyri-rasional qidalanma 



 

Hormonal disbalans 



 

Podaqra 



 

Psixoemosional gərginlik 



Son illər aterosklerozun öyrənilməsi istiqamətində aparılmış 

tədqiqatların nəticəsində isbat olunmuşdur ki, sadalanan RA-dan 

daha  əhəmiyyətli olanları – dislipidemiya, AH, tütünçəkmə

piylənmə və ŞD-dir. 

ÜİX aşkar olunmuş xəstələrdə  RA öz mənfi təsirini göstərməkdə 

davam edərək, xəstəliyin proqressivləşməsinə  və proqnozun 

pisləşməsinə səbəb olur. Məhz bu səbəbdən də  RA-nın korreksiyası 

müalicə taktikası və ikincili profilaktikanın tərkib hissəsi olmalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 309,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə