Sabit stenokardiya üzrə klinik protokol



Yüklə 309,08 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix02.03.2018
ölçüsü309,08 Kb.
#29471
1   2   3   4   5   6   7   8   9   10   11

 

9

 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

I 20      

Stenokardiya(döş inağı) 



I 20.0 Qeyri-stabil 

stenokardiya 

  

Şiddətlənən stenokardiya 



 

İlk dəfə baş verən, gərginlik stenokardiyası 

 Proqressiv, 

gərginlik stenokardiyası 

 Aralıq koronar sindromu 

I 20.1  

Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən 

stenokardiya 

 Angiospastik 

stenokardiya 

 Prinsmetal 

stenokardiyası 

 Spazm 


ilə şərtlənən stenokardiya 

 Variantlı stenokardiya 



I 20.8 Stenokradiyanın digər formaları 

 

Gərginlik stenokardiyası 



I 20.9 

Dəqiqləşdirilməmiş stenokardiya 

 

ƏGO stenokardiya 



 

Cardiac stenokardiya 

 Anginoz 

sindrom 

 Döşdə işemik ağrılar

 

SS xəstələrdə simptomların ciddiyyətinin qiymətləndirilməsində 



adətən Kanada Ürək-Damar Cəmiyyətinin Təsnifatı (Cədvəl 1), 

Duke-nin spesifik aktivlik indeksi istifadə olunur (Əlavə 2).

 

 

Cədvəl 1. Sabit stenokardiyanın  təsnifatı  (Kanada Ürək-Damar Cəmiyyəti) 

Sinif Simptomların dərəcəsi 

Sinif I 

“Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur”. 

Stenokardiya ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən 

sonra meydana gəlir. 



Sinif II 

“Adi fiziki aktivlikdə yüngül məhdudiyyət”. 

Sürətli yerimək və ya pilləkən çıxmaq, yoxuşla qalxmaq, 

toxqarına yerimək, soyuq havada yerimək, emosional stress 

zamanı, oyandıqdan sonra bir neçə saat ərzində. 

Sinif III 

“Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət”. 

Normal şərtlər daxilində normal sürətlə bir və ya iki kvartal 

məsafə yeriyərkən* və ya bir mərtəbə pilləkən qalxarkən. 



Sinif IV 

“Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur” və ya 

“sakitlik stenokardiyası”. 

*

100-200 metr məsafəyə ekvivalentdir.

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

10

 



DİAQNOSTİKA VƏ QİYMƏTLƏNDİRMƏ 

Stenokardiyanın diaqnostikası  və qiymətləndirilməsi klinik, 

laborator və spesifik kardioloji müayinələrlə aparılır. Müayinələrin 

məqsədi aşağıda göstərilmişdir: 

1.

 

SS-ə şübhə olduğu hallarda işemiyanın aşkar olunması. 



2.

 

Yanaşı gedən patologiyaların və meydana çıxaran faktorların 



müəyyənləşdirilməsi və ya inkar edilməsi. 

3.

 



Risk dərəcəsinin təyini. 

4.

 



Müalicənin faydasının qiymətləndirilməsi. 

 

Simptom və əlamətlər 

SS-nin diaqnostikasında anamnez həyati əhəmiyyət kəsb edir. 

Anamnezin mühüm xüsusiyyətlərindən biri də hal-hazırda tütün 

çəkmək, yaş, keçirilmiş  Mİ, ürək çatışmazlığı  əlamətləri, xəstəliyin 

gedişi (yeni başlayan və ya proqressiv), stenokardiyanın ağırlığı, 

xüsusilə  də müalicəyə cavab verməməsi kimi faktorların daxil 

edildiyi riskin qiymətləndirilməsidir. Anginoz tutmaların gedişi, 

tezliyi və sakitlik EKQ anormallıqları 1 illik və  Mİ keçirmədən 

sağqalmanın müstəqil prediktorlarıdır.  

Miokardın işemiyası ilə bağlı narahatlıq hissi aşağıdakı 

xüsusiyyətlərlə ayırd edilir: 

 

lokalizasiyası,  



 

xarakteri,  

 

müddəti,  



 

həyəcan və  gərginliklə,  şiddətləndirici və yüngülləşdirici 

amillərlə əlaqəsi.   

Anginoz ağrısı olan xəstələrin arasında qeyri-sabit 

stenokardiyanın ayırd edilməsi vacibdir ki, bu da özünü aşağıdakı 

formalarda büruzə verir: 

1.

 

Sakitlik stenokardiyası. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

11

 



2.

 

Sürətlə  şiddətlənən və ya kresçendo stenokardiya, daha 



doğrusu əvvəlcədən mövcud olan gərginlik stenokardiyasının 

ağırlığının sürətlə artması. 

3.

 

İlkin stenokardiya, yəni başlandıqdan sonra iki ay ərzində 



aktivliyi məhdudlaşdıran, yeni əmələ  gələn ciddi 

stenokardiya. 

Anginoz ağrıya şübhə olduqda xəstələrin ilkin qiymətləndirilməsi 

üçün alqoritm şəkil 1-də, müayinələr isə aşağıda göstərilmişdir. 

Stenokardiyalı (ehtimal olunan) xəstələrin fiziki müayinəsində 

yanaşı gedən halların və ya hadisəni ortaya çıxaran faktorların təyin 

və ya təkzib edilməsinə və riskin qiymətləndirilməsinə xüsusi diqqət 

yetirilməlidir. Aşağıdakıların ayırd edilməsi əsas rol oynayır: 

1.

 

Ürəyin qapaq xəstəlikləri və ya hipertrofik obstruktiv 



kardiomiopatiya əlamətləri 

2.

 



Hipertoniya 

3.

 



Qeyri-koronar damar xəstəliyi 

4.

 



Yanaşı gedən ciddi

 

xəstəliklər, xüsusilə  ağ ciyər 



patologiyaları 

5.

 



Ürək çatışmazlığı əlamətləri 

6.

 



Metabolik sindromun ayırd edilməsi üçün bədən kütlə indeksi 

və bel çevrəsinin ölçülməsinin qiymətləndirilməsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 309,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə