Sabit stenokardiya üzrə klinik protokol



Yüklə 309,08 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix02.03.2018
ölçüsü309,08 Kb.
#29471
1   2   3   4   5   6   7   8   9   10   11

Şəkil 1. Döş qəfəsində ağrısı olan xəstənin  

ilkin qiymətləndirmə alqoritmi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



12

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

13

 



Laborator-instrumental müayinələr: 

 



Laborator müayinələr 

 

Ümumi qan analizi, kreatinin 



 

Qanda acqarına şəkər 

 

Qanda acqarına lipid profili 



 

yh C-reaktiv zülal, homosistein, Lp(a), ApoA, ApoB 

 

Döş qəfəsi rentgenoqrafiyası 



 

EKQ 



 

Exokardioqrafiya 



 

Fiziki yük sınaqlı EKQ  



 

Fiziki yük (ExoKQ, ssintiqrafiya və MRT) təsvir üsulları 



 

Farmakoloji stress təsvir üsulları 



 

Ürəyin stress maqnetik rezonans sınağı 



 

Kompüter tomoqrafiya  



 

Maqnetik rezonans arterioqrafiya 



 

Koronar arterioqrafiya 



 

Laborator müayinələr 

SS olan bütün xəstələrdə risk profilinin təyini və müalicəyə 

ehtiyacın olub-olmadığını müəyyənləşdirmək üçün qanda şəkərin 

acqarına səviyyəsi və acqarına lipid profili (ümumi xolesterin, yüksək 

sıxlıqlı  və  aşağı  sıxlıqlı lipoproteidlər, triqliseridlər) yoxlanmalıdır. 

Yüksəlmiş ÜX, ASLP və  şəkər səviyyələri, həmçinin proqnozun 

təyinediciləridirlər. Müalicənin effektivliyinin göstərilməsi və yeni 

meydana çıxan  şəkərli diabet xəstəliyinin təyini üçün lipid profili və 

şəkər statusu vaxtaşırı yoxlanılmalıdır. Bütün xəstələrdə ümumi qan 

və plazma kreatinini analizlərinin yoxlanılması məsləhətdir (D)

3



Şəkər yükləmə sınağı, xolesterin subfraksiyaları (ApoA, ApoB), 



homosistein, lipoprotein (a) (Lpa), N-terminal beyin natriuretik 

peptid (NT-BNP), hemostaz anormallıqlarının və yüksək həssaslıqlı 

C reaktiv zülal (yh CRZ) kimi iltihab markerlərinin yoxlanılması 

bəzi xəstələrdə rol oynaya bilər . 

Troponinlər kimi miokardial zədələnmə biomarkerlərinin təyini  

klinik qeyri-sabit xəstəliyin gedişində və ya kəskin koronar sindrom 

meydana gəldiyi halda tövsiyə edilir (A)

3

. Klinik olaraq şübhə 



olduqda qalxanabənzər vəzinin funksional vəziyyəti yoxlanılmalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

14

 



Döş qəfəsi rentgenoqrafiyası 

DQR yalnız ürək çatışmazlığı, qapaq xəstəlikləri və  ağ ciyər 

xəstəliklərinə şübhə olduğu hallarda göstərişdir (D)

3

. Kardiomeqaliya, ağ 



ciyərlərdə durğunluq, qulaqcıqların genişlənməsi və ürək strukturlarının 

kalsifikasiyası kimi patologiyalarda proqnostik əhəmiyyətə malikdir. 

 

Sakitlik elektrokardioqrafiyası  

Döş  qəfəsində  ağrısı olan bütün xəstələrə sakitlik halında 12 

aparmada elektrokardioqram çəkilməlidir. Döş  qəfəsində ciddi ağrısı 

olan xəstədə qeyri-normal bir dəyişiklik olmasa belə, bu, miokardın  

işemiyasını inkar etmir. Qeyri-normal EKQ ÜİX olması ehtimalını 

artırır, lakin koronar arteriyaların obstruksiyası ilə  əlaqədar xəstəliyin 

ağırlıq dərəcəsini təyin etməyə imkan vermir (B)

2

. Digər tərəfdən, ST 



seqmentinin depressiyası, Q dişinin olması, sol ön hemiblok və Hiss 

dəstəsinin sol ayaqcığının tam blokadası tipli dəyişikliklər sabit 

stenokardiyanın arzuolunmaz proqnozunun əlamətləridir.  

EKQ müayinənin işemik tutma zamanı aparılması tövsiyə olunur. ST 

seqmentinin geridönən depressiyası ÜİX-ni təsdiqləyir. Ürək fəaliyyətinin 

uzunmüddətli monitorlanması  ağrısız işemiya epizodlarının aşkar 

olunmasına imkan verir. Bu, xəstədə, xüsusilə  xəstəliyin RA olduqda, 

ÜİX-nin olmasını təsdiq edir (C)

5



 



Exokardioqrafiya  

Sakitlik zamanı exokardioqrafiya ürəyin qapaq xəstəlikləri və ya 

hipertrofik kardiomiopatiya kimi simptomlara səbəb ola biləcək patolo-

giyaları və mədəcik funksiyasını qiymətləndirmək üçün istifadə edilir. 

Exokardioqrafiya sırf diaqnostik məqsədlə, küylə müşayiət olunan 

ürək qapaqlarının zədələnməsi, anamnezində hipertrofik 

kardiomiopatiyası (B)

3

, EKQ dəyişikliyi olan (Hiss dəstəsinin blokadası, 



Q dişcikləri və ya başqa patoloji dəyişikliklər, ST seqmentinin 

dəyişiklikləri)  (D)

3

, daha əvvəl keçirilmiş miokard infarktı  (B)

3

, ürək 

çatışmazlığı simptomları və əlamətləri olan xəstələrə aparılır (B)

3

 

SS-də uzunmüddətli sağqalmanın  əsas prediktoru ExoKQ ilə 

qiymətləndirilən SM funksiyasıdır, belə ki, bu funksiyasının pozulması 

ölüm faizini artırır. SM hipertrofiyası da mühüm proqnostik əlamətdir.

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 309,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə