Sabit stenokardiya üzrə klinik protokol



Yüklə 309,08 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix02.03.2018
ölçüsü309,08 Kb.
#29471
1   2   3   4   5   6   7   8   9   10   11

 

15

 



Fiziki yük sınaqlı EKQ 

Xəstələrin böyük əksəriyyətində fiziki yük sınaqlı (FYS) 

elektrokardiografiya ÜİX diaqnozunu müəyyənləşdirmək və riski 

qiymətləndirmək üçün ilkin müayinə hesab edilir. Ümumiyyətlə, 

stenokardiyaya şübhəli olan xəstələrə sakitlik EKQ ilə yanaşı FYS EKQ 

müayinəsi aparılmalıdır (C)

2



Fiziki yük zamanı ST-seqmentinin depressiyası stress testin müsbət 



qiymətləndirilməsinə  əsas verir. ÜİX diaqnozunun qoyulmasında fiziki 

yük sınağının həssaslığı  və spesifikliyi uyğun olaraq 68% və 77% 

göstərilir. Hiss dəstəsinin sol ayaqcığının tam blokadası, 

kardiostimulyator ritmi və WPW sindromunun olduğu hallarda fiziki yük 

sınağının heç bir diaqnostik əhəmiyyəti olmur. SM, elektrolit disbalansı, 

mədəcikdaxili keçiriciliyin pozulması  və uzun müddət digitalis 

preparatlarının qəbulu ilə əlaqədar olaraq sakitlik EKQ anormal xəstələrin 

stress sınaqları diaqnostik baxımdan informativ olmur. Bu zaman 

diaqnostika və proqnozun müəyyənləşdirilməsi üçün alternativ olaraq 

funksional sınaqlardan istifadə oluna  bilər. 

FYS EKQ-nin həssaslığı 3 damar zədələnməsi olan xəstələrdə daha 

yüksək, bir damar xəstəliyi olan xəstələrdə daha aşağıdır. Qadın xəstələr 

üçün fiziki yük  sınağının spesifikliyi və həssaslığı daha aşağıdır (C)

2



FYS EKQ, ÜİX diaqnozu təsdiqlənmiş  və  xəstəliyə  şübhə doğuran 

xəstələrin  riskinin qiymətləndirilməsində  əsas vasitədir. Proqnostik 

göstəricilərə, fiziki gərginliyə tolerantlıq və fiziki gərginlik zamanı klinik 

və elektrokardioqrafik olaraq meydana çıxan işemiya aiddir. Fiziki yükə 

maksimal tolerantlıq, proqnostik göstərici olmaqla, maksimal fiziki yükün 

davametmə müddəti, maksimal MET səviyyəsi, Watt -la ifadə olunan 

maksimal iş yükü və ürək vurğularının maksimal sayı ilə ölçülür. Fiziki 

gərginliyin sonunda ürək vurğularının sayı, ST seqmentinin depressiyası, 

test zamanı  ağrının olub-olmaması, iş yükünün yüksək həddi və ST 

seqmentinin dəyişməsi kimi fiziki gərginliyin göstəricilərinin analizi 

stress testin klinik əhəmiyyətini artırır. Klinik parametrlər və stress testin 

parametrlərinin kombinasiyası, Duke Treadmil Score (DTS) (əlavə 2) 

kimi bal şkalasının istifadə edilib-edilməməsindən asılı olmayaraq, 

yüksək və aşağı risk qruplarının ayırd edilməsində effektiv üsuldur.  

Revaskulyarizasiyanın aparılması haqda qərar qəbul etmək üçün 

fiziki yük sınağı birinci növbədə yerinə yetirilir (A)

5

.  


Xəstənin vəziyyətində klinik dəyişikliklər olmadığı halda dinamikada 

FYS aparılması tövsiyə olunur (D)

3



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

16

 



Fiziki yük sınağının təsvir üsulları ilə kombinasiyası 

Exokardioqrafiya və perfuzion ssintiqrafiya ən yaxşı stress təsvir 

texnikası hesab edilir. Bir çox tədqiqatlarda proqnostik və diaqnostik 

qiymətləndirmə məqsədi ilə hər iki üsuldan (həm fiziki yük, həm də 

farmakoloji stress sınaqları) kombinasiya şəklində istifadə 

təsdiqlənmişdir. Perkutan koronar müdaxilə (PKM) və ya aorta 

koronar  şuntlama (AKŞ)  əməliyyatı aparılmış  xəstələrin 

müayinəsində stress təsvir metodundan daha çox istifadə edilir, belə 

ki, bu üsulla işemik ocağın aşkarlanması ehtimalı yüksəkdir. 

Stress təsvir texnikasının yeni üsuluna stress MRT də aiddir. 

Stress təsvir metodunun adi fiziki yük EKQ sınağından üstünlüyü 

aşağıdakılardan ibarətdir: 

1. Yüksək diaqnostik və proqnostik əhəmiyyətə malik olması 

2.  İşemiya sahələrinin həm kəmiyyət, həm də lokalizasiya 

etibarilə təyininin mümkünlüyü 

3. Sakitlik EKQ dəyişikliyi olduğu halda və fiziki yük sınağının 

aparılması mümkün olmayan xəstələrdə diaqnostik əhəmiyyətli 

olması. 


 

I.  Fiziki yük sınaqlı (stress) exokardioqrafiya  

Fiziki yük sınaqlı exokardioqrafiya, koronar arteriya xəstəliyinin 

aşkarlanmasında fiziki yük sınaqlı EKQ ilə müqayisədə daha həssas 

və spesifik üsuldur. Kontrast maddədən istifadə etməklə endokardın 

sərhədlərinin daha yaxşı  təsvirinə nail olmaq, miokardın 

perfuziyasını  təsvir etmək üçün inyeksion maddənin istifadəsi, 

toxuma Doppleri və gərilmə (strain) təsvir üsulu ilə işemiyanın aşkar 

edilməsi texnologiyanın yenilikləri hesab edilir. Stress 

exokardioqrafiya xəstələrin riskinin qiymətləndirilməsində effektiv 

üsuldur.  

Gələcək hadisələrə təsir edə biləcək amillər: 

 



sakitlik zamanı divar hərəkət qüsuru olan seqmentlərin sayı 

 



stress exokardioqrafiyada əmələ  gələn divar hərəkət qüsurlu 

seqmentlərin sayı 

 

II.  Fiziki yük sınaqlı miokardial perfuzion ssintiqrafiya   

Təkfotonlu emission kompüter tomografiya (TFEKT) fiziki yük 

sınağı  və ya farmakoloji testlə birlikdə aparılır. Bu üsul, fiziki yük 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

17

 



zamanı ürək atımının koronar fraksiyasına mütənasib olaraq 

radionuklidin birinci sirkulyasiyada miokardda paylanmasını 

kəmiyyətcə göstərir. Qeydə alınmış  təsvirlər sakitlik təsvirləri ilə 

müqayisə edilir. Miokardın perfuzion ssintiqrafiyası üçün əksər 

hallarda tallium-201 və texnesium-99m istifadə edilir.  

TFEKT ÜİX olmasını dürüst olaraq təsdiqləyən dəqiq, qeyri-

invaziv üsuldur. Bu üsul, qeyri-normal EKQ (məs, Hiss dəstəsinin 

sol ayaqcığının blokadası) olan, fiziki gərginliyi adekvat yerinə yetirə 

bilməyən pasiyentlərin və ÜİX-nə şübhə olan, lakin ÜİX ehtimalının  

aşağı  olduğu xəstələrin müayinəsində ilkin diaqnostik üsul ola bilər 



(B)

2

. Həmçinin bu üsul, ÜİX riski aşağı olan, lakin FYS nəticəsinin 



yalançı müsbət  riski yüksək olan qadınların müayinəsində faydalı 

ola bilər. 

Stress perfuzion təsvir geniş yayılmış  və özünün proqnostik 

əhəmiyyətini

 

təsdiqləmiş üsuldur. Yüksək risk xüsusiyyətlərinə 



aşağıdakılar aiddir: 

 



dərin yayılmış işemiya 

 



SM keçici işemik genişlənməsi 

 



testdən sonra radionuklidin ağciyərlərdə toplanıb qalması 

 

Farmakoloji sınaq ilə təsvir texnikası 

Fiziki yüklə  sınaq mümkün olmadıqda farmakoloji sınaqdan 

istifadə edilə bilər. 

1. qısa təsirli simpatomimetik dərman - dobutamin 

2. koronar vazodilatatorlar (adenozin və dipiridamol) 

Stress ExoKQ və perfuzion ssintiqrafiyada həm fiziki yük, həm 

də  farmakoloji sınaqdan istifadə oluna bilər. Hansı üsuldan istifadə 

olunması yerli imkanlardan asılıdır. Xəstəlik  əlamətlərinin 

aşkarlanması 

çətin olduğu hallarda, xüsusən qadınlarda  

revaskulyarizasiya ediləcək stenozun seçilməsində 

və 


revaskulyarizasiyadan sonra işemiyanın olub-olmamasını ayırd 

etməkdə stress təsvir üsulu mühüm əhəmiyyətə malikdir. 

 

Ürəyin stress maqnetik rezonans sınağı 

Ürəyin stress maqnetik rezonans sınağı dobutamin infuziyası ilə 

birlikdə  işemiya nəticəsində  əmələ  gələn divar hərəkət qüsurunu və 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 309,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə