Sabit stenokardiya üzrə klinik protokol



Yüklə 309,08 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix02.03.2018
ölçüsü309,08 Kb.
#29471
1   2   3   4   5   6   7   8   9   10   11

 

18

 



ya perfuziya pozulmasını aşkar etmək üçün istifadə edilə bilər, lakin 

geniş tətbiq edilmir.

 

 

Kompüter tomoqrafiya  

Elektron  şüa KT, multi-detektor və ya çox kəsikli (multi slice

KT koronar kalsifikasiyanın kəmiyyətcə  təyinində  təsdiqlənmiş 

müayinə üsuludur. KT arterioqrafiya intravenoz kontrast maddə 

inyeksiyası vasitəsilə həyata keçirilir. 

 

Maqnit rezonans arterioqrafiya 

Qeyri-invaziv MR kontrast koronar arterioqrafiya  praktik klinik 

müayinə metodu deyil, tədqiqat vasitəsidir. 



 

Koronar arterioqrafiya 

Qeyri-invaziv testlər obstruktiv koronar xəstəlik barədə lazımi 

dərəcədə fikir yürütməyə imkan verir, lakin riski qiymətləndirmək 

üçün koronar arterioqrafiyaya ehtiyac ola bilər. Koronar 

arterioqrafiya, sabit stenokardiyalı  xəstələrdə damarlarda stenozun 

olub-olmamasını  dəqiq ayırd etməklə, terapevtik yanaşmaların 

seçilməsi (dərman müalicəsi və ya miokardial revaskulyarizasiya) və 

proqnozun müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malikdir. 

Bu üsulla təyin olunmuş iki və ya üç damar xəstəliyi, tək damar 

xəstəliyinə nisbətən daha ciddi proqnostik əhəmiyyət kəsb edir. Yüksək 

riskli anatomik damar xəstəliklərinə koronar arteriyanın sol əsas 

kötüyünün (LMCA) xəstəliyi və ya sol ön enən arteriyanın (SÖEA) 

proksimal nahiyəsinin də daxil olduğu “çox damar xəstəliyi” aiddir. 

ÜD xəstəlikləri riski 1-2% olan orta risk qrupunun koronar arterio-

qrafiyaya məruz qalması  xəstənin simptomları, funksional statusu

həyat tərzi, məşğuliyyəti və başlanğıc müalicənin effektindən asılıdır. 

Koronar arterioqrafiya aşağıdakı hallarda aparılmalıdır: 

 



Ciddi mədəcik tipli aritmiyalar və ya ürək dayanmasından 

sonrakı vəziyyət 

 

Revaskulyarizasiyadan sonra təkrarlanan orta və ağır simptomlar 



 

Daha  əvvəl damarın proqnostik əhəmiyyətli nahiyəsində 



aparılmış PKM  

 



PKM -dən sonra restenoz ehtimalının yüksək olduğu hallar 

 



Revaskulyarizasiya icra edilməsini tələb edən simptomlar 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

19

 



MÜALİCƏ 

Müalicənin məqsədləri 

 



Proqnozu yaxşılaşdıraraq miokard infarktı  və ölümün qarşısını 

almaq. 


 

Simptomları azaltmaq və ya aradan qaldırmaq 



  

Stenokardiyanın qeyri-farmakoloji müalicəsi  

 



Xəstəliyin müalicəsində medikamentoz üsullarla bərabər pasiyentin 

təlimləndirilməsi də vacib şərtlərdəndir (B)

1

 

 



ÜİX diaqnozu müəyyənləşdirilmiş  xəstələrə  bədən çəkisinin 

azaldılmasına və lipid mübadiləsinin pozulmasının korreksiyasına 

yönəldilmiş rasional pəhriz (tərəvəz, meyvə  və balıqla zəngin 

“Aralıq dənizi” pəhrizi,  ət məhsullarından isə  əsasən quş  əti 

məsləhət görülür 

 



Omeqa 3 yağ turşusu ilə zəngin balıq yağının ən azı həftədə bir dəfə 

qəbul edilməsi məsləhət görülür  

 

Tütün istifadəsi qadağan edilməlidir, belə ki, tütünçəkmə ilə 



aterosklerozun inkişafı və proqressivləşməsi arasında müsbət əlaqə 

mövcuddur (A)

4

 



 

ŞD, AH kimi yanaşı  xəstəliklərin nəzarət altına alınması (xəstədə 

yanaşı olaraq ŞD və ya böyrək xəstəliyi varsa, hədəf arterial təzyiq 

<130/80mm c.s. olmalıdır) 

 



Xəstədə anemiya və hipertireoidizm varsa, onların korreksiyası 

 



Erektil disfunksiyası olan SS-li xəstələrə sildenafil, tadalafil, 

vardenafil kimi fosfodiesteraza inhibitorları  ehtiyatla təyin edilə 

bilər, lakin bu preparatların əks-ğöstərişləri nəzərə alınmalıdır: AT 

və fiziki yükə  tolerantlığın aşağı olması zamanı; uzun təsirli 

nitratlarlarla istifadə edilməməlidir. 

 



ÜİX olan xəstələrə fiziki aktivlik proqramı seçilməlidir. Bu zaman 

onun növü, tezliyi, davametmə müddəti, intensivliyi 

müəyyənləşdirilməlidir. Dozalanmış fiziki gərginlik individual 

təhlükəsiz nəbz zonası daxilində olmalıdır. Fiziki məşğələlər bir çox 

risk amillərinin təsirini azaltmaqla həyat keyfiyyətini və proqnozu 

yaxşılaşdırır (A)

5

 



 

Psixo-emosional gərginliyin aradan qaldırılmasında 

psixoterapiyanın müsbət təsiri ola bilər (A)

5

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

20

 



Proqnozun yaxşılaşdırılması üçün medikamentoz müalicə

 

 

Antitrombotik dərmanlar 

Antitrombositar müalicə SS olan xəstələrdə koronar trombozun 

qarşısının alınması  üçün  risk  və faydaları müqayisə edilməklə 

aparılmalıdır. Əks-ğöstərişlər olmadıqda,  bütün xəstələrə aşağı dozada 

(75-150 mq) aspirin təyin olunur (A)

1

. Tienopiridin qrupundan olan 



klopidoqrel, aspirinə qarşı allergiyası olan xəstələrdə aspirinə alternativ 

(C)

1

  və ya stent implantasiyası, kəskin koronar sindromdan sonra 



aspirinə  əlavə olaraq təyin edilə bilər. Anamnezində  mədə-bağırsaq 

qanaxması olan xəstələrdə klopidoqrel əvəzinə proton nasosu inhibitoru 

ilə yanaşı aspirinin istifadəsi mümkündür.  

Antikoaqulyant dərmanlar (varfarin və ya trombin inhibitorları) 

miokard infarktından sonra bəzi yüksək riskli xəstələrdə aspirinlə 

kombinə edilsə  də, səyrici aritmiya kimi xüsusi göstərişlər yoxdursa, 

SS-də rutin şəkildə istifadə edilməməlidir.   

 

Hipolipidemik dərmanlar 

Statin müalicəsi SS-li xəstələrdə aterosklerotik ÜD xəstəlikləri 

riskini təxminən 30% azaldır. Damar xəstəliyi olan ŞD xəstələrdə və o 

cümlədən yaşlılarda (>70 yaş) statinlərin effektivliyi göstərilmişdir. 

Uzunmüddətli statin müalicəsinin faydaları müalicədən  əvvəl plazma 

xolesterin səviyyələri müxtəlif olan, hətta “normal” göstəriciləri olan 

xəstələrdə  də müşahidə edilir. Ona görə  də, statin müalicəsi üçün 

məsləhətlər xolesterinin səviyyəsindən (normal intervalda olduqda və ya 

mötədil yüksəldikdə) asılı olmayaraq ÜD risk profilinə əsaslana bilər.  

Statin müalicəsi hər zaman stabil işemik xəstəlik və SS olan 

xəstələrdə  nəzərdə tutulmalıdır  (A)

1

. Statinlərin terapevtik dozaları 



klinik tədqiqatlarda təsdiq olunmuş, xəstələnmə/ölüm göstəricilərini 

azaldan miqdarda olmalıdır.  Belə doza simvastatin üçün gündəlik 40 

mq, pravastatin üçün 40 mq, atorvastatin üçün 10 mq-dır. Əgər ÜX və 

ASLP xolesterinin hədəf səviyyələri əldə edilməmişdirsə, statinin dozası 

artırılmalıdır.  

Son zamanlarda yüksək dozada atorvastatin (80 mq gündəlik) 

müalicəsinin 10 mq-la müqayisədə ÜD xəstəlikləri riskini azaltdığı 

göstərilmişdir, amma bu rejim yüksək riskli xəstələrə tətbiq edilməlidir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 309,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə