Sabit stenokardiya üzrə klinik protokol


Perkutan koronar müdaxilə



Yüklə 309,08 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix02.03.2018
ölçüsü309,08 Kb.
#29471
1   2   3   4   5   6   7   8   9   10   11

 

27

 



Perkutan koronar müdaxilə  

SS-li və uyğun koronar anatomiyalı    xəstələrdə stentlərin 

istifadəsi, dərman örtüklü stentlərin meydana çıxması  və adekvat 

köməkçi müalicə, səriştəli həkimə  həm tək, həm də çoxdamar 

zədələnmələrində PKM prosedurlarını müvəffəqiyyətlə aparmağa 

imkan verir. Rutin aparılan angioplastikada prosedur ilə  əlaqədar 

ölüm riski 0.3% - 1% -dir.  

PKM, demək olar ki bütün hallarda simptomları yüngülləşdirmək 

üçün AKŞ-ə alternativ olaraq nəzərdə tutula bilər. Mövcud dəlillərə 

görə SS-də PKM-in sağqalma baxımından dərman müalicəsindən 

üstünlüyü sübuta yetirilməmişdir, lakin PKM dərman müalicəsinə 

nisbətən həyat keyfiyyətinə  təsir göstərən hadisələrin (stenokardiya 

tutması, təngnəfəslik, revaskulyarizasiyaya ehtiyac və ya fiziki yükə 

tolerantlığın məhdudlaşması) azaldılmasına daha effektiv təsir 

göstərir.  İnvaziv texnologiyada olan irəliləyişlər həm yaxın və  həm 

də uzaq dövrdə angioplastikanın müvəffəqiyyətini artırmışdır və bu 

məsələ təfsilatı ilə PKM üçün tövsiyələrdə müzakirə edilmişdir. 

 

Cərrahi və perkutan koronar müdaxilənin müqayisəsi

 

 

Randomizə olunmuş tədqiqatların nəticələri göstərir ki, həm PKM və 

həm də  cərrahiyə simptomların müalicəsi üçün effektiv seçim kimi 

nəzərdə tutula bilər.  Lakin cərrahiyyənin üstünlüyü sübuta yetirilmiş 

yüksək risk göstəriciləri olan populyasiya istisna edilməlidir. 

Bir-iki damar xəstəliyi (SÖEA-nın yüksək dərəcəli proksimal 

stenozundan başqa) olan diabetsiz xəstələrdə bir və ya daha çox 

zədələnmə üzərində aparılmış angioplastikanın ilkin müvəffəqiyyət 

ehtimalı yüksəkdir. Ümumiyyətlə, PKM-nin daha az invaziv təbiəti, 

prosedur kimi riskinin çox aşağı olması  və AKŞ-nin çox aşağı risk 

yarımqruplarında sağqalma göstəricisinə  təsir üstünlüyünün olmaması 

kimi amillər onun ilkin yanaşma kimi aparılmasına  əsas verir. Hər bir 

xəstənin fərdi vəziyyəti müalicə strategiyası planlaşdırılarkən diqqətlə 

nəzərdən keçirilməlidir. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

28

 



Spesifik xəstələr və damar zədələnməsinə müvafiq yarımqruplar 

 

SM-in funksiyası ciddi azalmış və/və ya cərrahi riski yüksək, sol əsas 

kötüyün xəstəliyi, ŞD, çoxdamar xəstəliyi  olan  və əvvəllər AKŞ edilmiş 

xəstələr revaskulyarizasiyanın növünü seçərkən xüsusi müzakirəyə səbəb 

olurlar. 

1.

 



Cərrahi riski çox yüksək olan xəstələr PKM ilə revaskulyarizasiyadan 

xüsusən o halda fayda görə bilərlər ki, hədəf damar(lar)la perfuziya 

edilən disfunksiyalı miokardda canlı toxumanın olması əyani surətdə 

göstərilsin. 

2.

 

Sol  əsas kötüyün xəstəliyində PKM-in həyata keçirilməsi 



mümkündür. Dərman örtüklü stentlərin istifadəsi zamanı metal 

stentlərlə müqayisədə yaxşı nəticələr əldə olunmuşdur. Lakin, gələcək 

tədqiqatların nəticələri bilinənədək cərrahi müalicəyə üstünlük 

 

verilməlidir. 



3.

 

Çox damar xəstəliyi olan ŞD xəstələrdə, AKŞ  PKM-ə nisbətən ölüm 



göstəricisini azaldır. Tədqiqatlar bu mübahisə doğuran vacib 

məsələnin həllinə yönəldilmişdir, lakin hazırkı dövr üçün çox damar 

xəstəliyi olan ŞD xəstələrdə, PKM həmin tədqiqatların nəticələri əldə 

edilənədək ehtiyat üsul kimi nəzərdə tutulmalıdır. 

4.

 

Əvvəllər AKŞ edilmiş xəstələrdə müalicə variantlarını müqayisə edən 



randomizə olunmuş  tədqiqatlar yoxdur. Simptomatik əsas vardırsa, 

anatomiyanın müvafiq olduğu hallarda təkrari cərrahiyə əməliyyatına 

təşəbbüs edilə bilər. Lakin müdaxilənin riskləri yüksəkdir. Belə 

hallarda PKM simptomatikanı yüngülləşdirmək üçün  təkrari 

cərrahiyə əməliyyatına alternativ təşkil edir. 

 

Dərman müalicəsi və  revaskulyarizasiyanın müqayisəsi 

 

Revaskulyarizasiyanın proqnostik faydası  məlum olan yüksək 

riskli populyasiya istisna olmaqla, başlanğıcda simptomları nəzarətə 

götürmək üçün farmakoloji yanaşma tətbiq edilə bilər. 

Revaskulyarizasiya, adekvat dərman müalicəsinə cavab verməyən və 

ya yaşına baxmayaraq fiziki fəal qalmaq istəyən (müntəzəm fiziki 

məşğələlər yerinə yetirən) xəstələrə  anatomiyanın müvafiq olduğu 

hallarda təklif edilə bilər. 

Terapiyaya adekvat cavabın alınıb-alınmayacağı barədə xəstənin 

müayinəsi zamanı mühakimə yürüdülməlidir. Optimal ikincili 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

29

 



profilaktik dərman müalicəsi, +/– beta blokada, +/– AÇF inhibisiya, 

revaskulyarizasiyadan sonra xəstələrdə antianginal müalicəyə 

ehtiyacdan  asılı olmayaraq davam etdirilməlidir. Revaskulyarizasiya 

üçün tövsiyələrin xülasəsi Cədvəl 3-də verilmişdir. 



 

Cədvəl 3. Sabit stenokardiyada revaskulyarizasiya üçün 

tövsiyələrin xülasəsi 

Proqnoz 

üçün* 

Simptomlar 

üçün** 

Göstəriş 

Sübut 

səviyyəsi 

Sübut səviyyəsi 

PKM (PKM üçün uyğun anatomiya, riskin müvafiq 

qiymətləndirilməsi və xəstə ilə müzakirə) 

Tək damar zədələnməsində 

dərman müalicəsinə 

baxmayaraq I – IV sinif 

stenokardiya 

 

A

1

Çoxdamar zədələnməsində 



dərman müalicəsinə baxmayaraq 

I – IV sinif stenokardiya 

(diabetsiz xəstələr) 

 

A

1

Dərman müalicəsi fonunda sabit 



stenokardiyanın (I sinif) minimal 

simptomları və bir, iki və ya üç 

damar zədələnməsi, lakin 

obyektiv olaraq sübuta yetirilmiş 

əhəmiyyətli işemiyanın olması 

D

1

 



AKŞ (cərrahiyə üçün uyğun anatomiya, riskin müvafiq 

qiymətləndirilməsi və xəstə ilə müzakirə) 

Stenokardiya və sol əsas 

kötüyün xəstəliyi 

A

1

A

1

Stenokardiya və obyektiv 



olaraq sübuta yetirilmiş 

əhəmiyyətli işemiya 



A

1

A

1

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 309,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə