Sadə riyazi təsəvvürlərin formalaşması metodikası



Yüklə 2,56 Mb.
səhifə1/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
  1   2   3   4   5   6   7   8   9   ...   106
SRTFM


ÖN SÖZ

Məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə təhsil alan tələbələr məktəbəqədər yaşlı uşaqlarda “Sadə riyazi təsəvvürlərin formalaşması metodikası ”nı dərindən öyrənməli və gələcəkdə öz fəaliyyətlətlərində tətbiq etməyi bacarmalıdırlar.

Tələbələr məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvür və anlayışların necə formalaşdığını və bu sahədə nə kimi məşğələlər, didaktik oyunlar, düşündürücü təmrinlər keçirməyin metodikasını, uşaq bağçasının ayrı-ayrı qruplarında riyaziyyat məşğələlərinin təşkili və keçirilməsi qaydasını öyrənirlər.

Məktəbəqədər yaş dövründə uşaqlar kiçik yaşdan bir sıra riyazi təsəvvürlərə yiyələnirlər. Ümumiyyətlə, uşağın əqli inkişafında ilk riyazi anlayışlar böyük yer tutur.

Uşaqların məktəb təliminə 6 yaşdan başlanması ilə əlaqədar olaraq tərbiyəçilər “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı”na əsaslanaraq onlara sadə təfəkkür əməliyyatlarını yerinə yetirməyi və riyazi biliklərə maraq inkişaf etdirməlidirlər. Uşaqlar suallara düzgün və ətraflı cavab verməyi, nəticə çıxarmağı öyrənirlər.

Riyazi təsəvvürlərin formalaşdırılması üzrə iş məktəbəqədər yaş dövrü ərzində uşaq bağçasında təlim-tərbiyə işi ilə sıx əlaqəli şəkildə aparılır. Bu dövrdə uşaqlar çoxluq və ədəd, kəmiyyətlər arasında münasibətlər, sadə həndəsi fiqurlar haqqında elementar məlumat alır, məkana və zamana görə səmtləşməyi, məntiqi təmrinləri yerinə yetirməyi öyrənirlər. Onlar saymağı və müqayisə etməyi, müstəqil rəy çıxarmağı öyrənirlər.

A.A.Stolyar tərbiyəçilərə riyazi biliklərin nəzəriyyəsini dərindən öyrətmək məqsədilə yazırdı: “Tərbiyəçi təkcə uşağı necə öyrətməyi deyil, o həm də onlara nəyi öyrətdiyini bilməli və ona görə də uşaqlara aşıladığı riyazi anlayışların mahiyyəti ona tam aydın olmalıdır.”

Məktəbəqədər yaşlı uşaqlar az sayda riyazi terminləri mənimsəyirlər: həndəsi fiqurların adları, fiqurların elementləri, hesablama əməliyyatı və s.

Ümummilli liderimiz H.Əliyev təhsil işçiləri ilə görüşündə demişdir: ”Azərbaycan xalqını yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq qabaqcıl elmli və bilikli adamların fəaliyyəti nəticəsində olur. Belə adamları üzə çıxarmaqda tükənməz imkanlara malik olan qüvvə təhsildir. Respublikanın bütün müəllimləri təhsilimizin bu gücündən zamanın tələbinə uyğun istifadə etməli, müasir həyatla səslənən təlim metodlarından istifadəni ön plana çəkməli və öz dərs modelini yaratmalıdır. ”


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə