4. Fəza təsəvvürlərinin formalaşdırılması.
Ortayaşlı qrupda uşaq bu və ya başqa əşyanın ona nəzərən harada yerləşdiyini təyin etməyi öyrənməlidir: yuxarıda, aşağıda, qabaqda, arxada, solda, sağda. Fəza istiqamətlərini fərqləndirmək üçün əsas bədən hissələrini fərqləndirmək, tərəfləri özündə təyin etməkdir. Təlim ilinin başlanğıcında uşaqların öünə istiqamətlənməyi nə dərəcədə bacardıqlarını aydınlaşdırırlar və həmin bacarığı möhkəmləndirirlər.
Saö və sol əllərin fərqləndirilməsinə aid çalışmalara böyük diqqət verirlər, çünki bu yaşda uşaqlarda sağa və sola istiqamətlənmə çox çətin olur; əllə (bayraqla, şarla) qabağa, arxaya, yuxarı, aşağı, sola, sağa istiqamətləri göstərmək bacarığı möhkəmləndirilir.
Dostları ilə paylaş: |