Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Uşaqlara hesablama priyomlarının öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə88/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   84   85   86   87   88   89   90   91   ...   106
SRTFM

Uşaqlara hesablama priyomlarının öyrədilməsi. Uşaqlar hesab əməllərini ifadə etməyi və onun seçilməsini əsaslandırmağı öyrəndikdən sonra onları hesablama priyomları ilə tanış etmək olar. Hesab əməllərinin ifadəsinin öyrədilməsi prosesində məşğələlərin bir hissəsini qonşu ədədlərin müqayisəsinə aid məşğələlərə və ədədin vahidlərdən ibarət miqdar tərkibinə dair biliklərin möhkəmləndirilməsinə ayırırlar.

Hesablama priyomlarından istifadə etməyi uşaqlara necə öyrətmək lazımdır? Şəkil-illüstrasiya üzrə məsələ tərtib etməyi təklif etmək olar: “Budaqda 3 sərçə oturmuşdur. 2 sərçə də onların yanına uçub gəlddi. Budaqda neçə sərçə oldu?”

Məsələni həll etməkdən ötrü 3-ün üstünə 2 əlavə etmək lazımdır. Uşaqların sərçələrin hamısını saymağın qarşısını almaq üçün tərbiyəçi sual verir.

“Budaqda neçə sərçə oturmuşdur?-3 sərçə, 3-ün üstünə 2 dəfə 1 gəlmək lazımdır: 3 bir də 1 olar 4, 4 bir də 1 olar 5, 3+2=5”




Uşaqlar 2 ədədini 1-i 1-1 üstə saymaqla almağı öyrəndikdən sonra tərbiyəçi onlara toplama və çıxmaya aid məsələ həll edərkən biri bir-bir üstdən çıxmaqla verilmiş ədədi almaq qaydasını göstərir.

Biri bir-bir üstdən çıxmaqla çıxmaq priyomunu belə ifadə etmək lazımdır: 5, bu 1 olmadıqda 4-dür, 4, bu 1 olmadıqda 3-dür.

Uşaqlar hesablamaaparmaqla yenidən hesab əməlini təkrar edir və cavabı alırlar. (5+3=8) bundan sonra məsələnin sualına da cavab verirlər.

İlin sonu üçün uşaqlar məsələlər tərtib etməyi. Onlarda şərti və sualı fərqləndirməyi, ədədi verilənləri ayırmağı, onlar arasındakı miqdar münasıbətlərini müəyyənləşdirməyi, hesab əməlini düzgün seçmək və ifadə etməyi, hesablama priyomlarından istifadə edərək əməlin nəticəsini tapmağı və məsələnin sualına tam cavab verməyi bacarmalıdırlar.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə