Sadə və sifarişli məktublarda müxtəlif növ yazılı məlumat, iş kağızları, fotoşəkillər, bədii açıqcalar, sxemlər və başqa oxşar çap məhsulları göndərilir



Yüklə 22 Kb.
tarix01.09.2018
ölçüsü22 Kb.
#66530
növüYazı

Sadə və sifarişli məktublarda müxtəlif növ yazılı məlumat, iş kağızları, fotoşəkillər, bədii açıqcalar, sxemlər və başqa oxşar çap məhsulları göndərilir. Vətəndaşlardan sifarişli məktubları qəbul etdikdə poçt işçisi həmin göndərişdə pul, sənəd və qiymətli kağız olub olmadığını göndəricidən öyrənərək, pulun elektron, sənəd və qiymətli kağızların isə qiymətli məktubla göndərilməsini tövsiyə etməlidir. Sifarişli məktub qəbul edildikdə göndəriciyə komputerden çıxarılmış qəbzin üzərinə strix kod yapışdırılıb təqvim ştempeli vurularaq təqdim edilir.

Vətəndaşlardan eyni vaxtda beş və ya artıq sifarişli məktub qəbul edildikdə göndərici tərəfindən sıra nömrəsi, təyinat yeri, alanın soyadı göstərilməklə siyahı tərtib edilir.



Qəbul edilmiş sifarişli məktublara yapışdırılmış markalar təqvim ştempeli vurulmaqla ləğv edilir.

Poçt müəssisələrinin iş yerlərində qəbul edilən sifarişli məktubları cədvəl ilə müəyyən edilmiş vaxtda, F.11 reyestrində imza etdirməklə işlənib göndərilmək üçün sığorta sahəsinə verilir. F.11 reyestrində verilmə tarixi, poçt göndərişinin hansı nömrədən nömrəyədək olması, təhvil verilən göndərişlərin ümumi sayı və təhvil verilmə vaxtı yazılır.
Yüklə 22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə