Sadəcə Pol Elüar. Qərbin siyasi və bədii ədəbiyyatında özünəməxsus çəkiyə malik olan dahi şəxsiyyət. Onun yaradıcılığını təhlil etmək o qədər də asan deyil



Yüklə 13,09 Kb.
tarix26.11.2017
ölçüsü13,09 Kb.
#12898

Sadəcə Pol Elüar. Qərbin siyasi və bədii ədəbiyyatında özünəməxsus çəkiyə malik olan dahi şəxsiyyət. Onun yaradıcılığını təhlil etmək o qədər də asan deyil. Belə ki, 40-illik yaradıcılığında Pol dəfələrlə öz baxışlarını dəyişmiş və bir cərəyandan digərinə adlamışdı. Dəyişməyən yalnız onun tragik lirikasında yaratdığı ideal humanizimdir. Onun poeziyasının ən pik nöqtəsində yaxşılığın daima qələbəsi, qardaşlığın sarsılmaz bir münasibət olması və əsası sevgi durur.

Bədii düşüncələrinə görə, cəmiyyətdə özünə yer tapa bilməyən yazıçı müxtəlif cərəyanlara qoşulur. Birinci dünya müharibəsinin dəhşətləri onu sarsıdır və o bir müddət anarxizmə, sonra isə sürrealizmə meyl göstərir. Lakin onu dünyada tanıdan cərayanlardan ən vacibi Dadaizm idi. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər.

Bunun əsasında o, XX əsrin bədii mədəniyyətində avanqard cərəyan olan Surrealizmi inkişaf etdirən şəxslərdən birinə çevrildi. Çünki, Avropa avanqardının sonuncu cərəyanı olan sürrealizm (1924-1940) simvolizmin, ekspressionizmin və dadaizmin təsiri altında təşəkkül tapmışdır. O, geniş miqyasda beynəlxalq vüsət tapmışdı. Bu cərəyan Ziqmund Freydin konsepsiyası, irrasionalizm və aloqizmə istinad edir və subyektivizmin qatı formalarının tərənnümçüsüdür.

Qəribəlik, irrosionallıq, standartlara cavab verməmək xarakterik olan cəryanda əsas məqsəd instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığı idi. Artıq yazıçı sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, fantastik yuxuları, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdı. O, artıq dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdi.

Lakin bu cərəyandan onun çıxmasına səbəb Sürrealizmin qurucusu və lideri Andre Bretonun onu ittiham etməsidir. Belə ki, Breton hesab edir ki, Pol ənənəvi şair formatından kənara çıxa bilməyib və bu da cərəyanın inkişafına kölgə salır. Bunu özünə təhqir hesab edən Elüar 15 il fəaliyyətinə son qoyaraq bu cərəyandan uzaqlaşır. Bu uzaqlaşma Sürrealizmin tənəzüllünə gətirib çıxarır.

Bütün hallarda Pol Elüar şerinin daimi, əsas mövzusu məhəbbət olub. 1926-cı ildə çap olunmuş “Kədər mərkəzi”, 1929-da “Məhəbbət, şeir”, 1932-də “İndiki həyat” kitabları ona şair şöhrəti gətirib. Otuzuncu illərdə baş qaldıran faşizm hədəsi onu siyasi həyata bağlayıb. 1942-ci ildə o kommunist partiyasına üzv olub və müqavimət hərəkatına qoşulub. Elə həmən il “Azadlıq” poemasının da daxil olduğu “Poeziya və həqiqət” adlı kitabı nəşr olunub. 1944-cü ildə isə “Alman görüşü” adlı kitabını çap etdirib. Pol Elüarın müharibədən sonrakı dövrdəki yaradıcılığından da 1946-1953-cü illərdə yazılmış “Sonsuz poeziya”, 1947-də “Vaxt daşır”, 1951-ci ildə “Feniks” adlı kitablarında məhəbbət mövzusuna sadiqliyi duyulur.

Elüar, Qala, Dali

Sevgiyə gedən yolu Vərəmdən keçir bu şairin. Belə ki, bu xəstəlikdən müalicə üçün İsveçrəyə gələn Elüar rusiyalı Yelena Dyankova ilə tanış olur. Onun istəyi ilə Yelena adını dəyişərək Qala qoyur. O qədər də gözəl olmayan bu qadında kişiləri cəlb edən: zövq, istedad, ağıl, qeyri-adi sənət duyumu, çox incə zövq idi. Amma ən əsası kişilərin ağlını başdan alan onun Qadınlığı idi.

Sevgidən ailəyə gedən yolu qəth edən yazıçı ailəsinin etirazını baxmayaraq rus qızıyla evlənir. Bu nigahdan bir qızları da oldu. Bütün hallarda ailə şablonlardan uzaq idi, fərqliydi, qeyri-adiydi. Bu qadın əbədi bir enerji, ruh, ilham mühərrikiydi. Sanki sənətin, şeirin yaranması üçün nədən nə qədər lazım olduğunu zərgər dəqiqliyi ilə bilirdi. Qala yeni, gözəl sənətin yaranması üçün lazım olan emosiyaları yaşatmaqda mahir idi və ən qəribəsi bütün bunları oynamamasıydı. O əsl İlham Pərisiydi..

Yazılan hər növbəti şeirlə Qala yenidən doğulurdu sanki. Bu mənada Qala Elüarın həyatında, yaradıcılığında nə qədər böyük rol oynamışdısa, Elüarın da onun Qadın kimi özünü dərkində xidməti az olmamışdı. O, bu hüdudsuz sevgiyə, ehtirasa, istedada - Qalaya hansısa çərçivələr, qadağalar qoymaq, onu özününküləşdirmək fikrindən uzaq idi. Məhz bu, onların sevgisinin, münasibətinin izaholunmaz, qəribə cəhətidi. Qalanın Salvador Dali ilə tanışlığının səbəbkarı Elüar oldu və onların arasında məhəbbəti görüb sakitcə kənara çəkildi.

Qalanı Dalinin evində qoyub Parisə qayıtdı. Aşiq Dali isə sanki bunun əvəzində Pol Elüarın rəsmini çəkir: “Bunu çəkməyə borclu idim. Çünki, mən onun ilham pərisini əlindən aldım”.

Həmin il Elüar Mari Bençlə tanış olur və onunla ailə qurur. Lakin Qala Daliylə birgə yaşasa da, Pol Elüardan boşansa da, yalnız Pol öləndən sonra Dali ilə rəsmi nikaha girir. Pol sağ olduğu vaxtda onu incitmək, əzab vermək istəmir və heç vaxt birinci əriylə münasibətlərinin intim tərəfləri haqqında danışmır.

Və ən heyrətamiz məqam - Pol ömrünün sonuna kimi Qalaya - Salvador Dalinin ilham pərisi, Qadını, sevgilisinə məhəbbət dolu məktublar yazdı... Özü artıq başqa qadının əri olsa belə.

Səni,


Bütün sevmədiyim qadınların yerinə sevdim.

Kim səndən özgə məni özümlə tanışdıra bilər ki?



Çox az özümü gördüm, çox az.

Xəstəlikdən ilham mənbəyi tapan, müxtəlif cərəyanlardan dünyəvi baxışlarını inkişaf etdirən, şerlərində məhəbbətin görünməyən tərəfini təcəssüm etdirən yazıçı qəlbinin durmasından o biri dünyaya köçdü. 57 yaşında...
Yüklə 13,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə