Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


Beşinci dərs: Danışıq və rəftarla Əhli-beyt yoluna dəvət



Yüklə 1,2 Mb.
səhifə5/25
tarix01.07.2018
ölçüsü1,2 Mb.
#52700
1   2   3   4   5   6   7   8   9   ...   25

Beşinci dərs:

Danışıq və rəftarla Əhli-beyt yoluna dəvət

İNSANIN DANIŞIQ VƏ RƏFTARININ BAŞQALARINA TƏSİRİ


Şəksiz ki, ictimai həyatda insanlar müxtəlif şəkildə bir-birlərinə qarşılıqlı təsir göstərirlər. Ən böyük təsir danışığın göstərdiyi tə’sirdir. Bu məsələ psixologiyanın əsas mövzularından olduğu üçün bir neçə cümlə ilə kifayətlənmək qeyri-mümkündür. Amma bir neçə nöqtəni qeyd etmək zəruridir. Danışıq elm və təhsil sahəsində müstəsna rol oynayır. Danışıq müəllim və tələbə arasında rabitə yaradır. Təhsilin əhatə dairəsi olduqca genişdir. Təlimin müxtəlif formaları vardır və onlardan biri də təbliğdir. Təbliğ mexanizminin insana təsiri digər təlim mexanizmlərinin təsirindən az deyildir. Bəzən insan haradan təsirləndiyini hiss etmir. Rəftarında yaranmış dəyişikliklərin öz istəyinə əsasən baş verdiyini təsəvvür edən insan əslində başqa birinin təsirinə məruz qalmışdır.

Cəmiyyətdəki ictimai firqələrin insana təsiri olduqca böyükdür. Adi bir tələbə də bir sinif üçün təsirlidir. Amma hər hansı bir ictimai firqə ilə müqayisədə bu təsir olduqca kiçikdir. Cazibəli danışıq qabiliyyətinə malik olan tələbə az qala bütöv bir sinifi öz təsiri altına ala bilir. Onun düşüncə tərzi, rəftarı, geyimi, oturuşu və digər xüsusiyyətləri ətrafındakıların marağına səbəb olur. Geyiminə xüsusi fikir verən tələbə başqalarının da öz geyiminə diqqətli olmasına səbəb olur. Ətrafdakılar geyim məsələsində həmin tələbəni təqlid etməyə başlayır.

Bəzən dinləyici danışanın gətirdiyi dəlillərin təsiri altına düşür. Bəzən isə gözəl danışıq dəlillərin tutarsızlığını ört-basdır edir. Danışanın təsiri 50 faiz onun şəxsiyyətindən asılıdır. Beləliklə, rəftar və danışığın təsirini nəzərə alaraq İslam dini dəvət və təbliğə böyük əhəmiyyət verir.

DİNLƏYİCİNİN SƏVİYYƏSİNİ NƏZƏRƏ ALIN!


Adətən cavanlar eşitdiyini başqalarına danışmaqdan ləzzət alır. Bu çox təbii meyldir və nöqsan sayılmır. Amma bir şeyə diqqət etmək lazımdır ki, dinləyici eşitdiklərini dərk edə bilirmi? Bir çox biliklər əksəriyyət tərəfindən çətin dərk olunduğu üçün hər sözü hər adama demək düzgün deyildir.

Əhli-beyt hədislərinin bir fəsli «kətmani-sirr», yə´ni «sirri gizli saxlama» adlanır. Möminlərə Əhli-beyt sirlərini qorumaq tapşırılır. Bu nə sirdir? Bəziləri hansı sirri açdıqları üçün lənətlənmişlər? Doğrudanmı insan bu sirri açdığı üçün bəlaya düşə bilər? Bu sirlərdən bizə məlum olanı varmı? Bizim üçün də hansısa sirri gizlətmək vacibdir, yoxsa hər bildiyimizi danışa bilərik?

İmam Sadiq (ə) Əbdullah ibn Cündəbin nəzərinə çatdırır ki, başqalarını doğru yola dəvət edərkən onların səviyyəsini nəzərə almaq lazımdır. Bütün mətləbləri dinləyiciyə birdəfəyə çatdırmaq olmaz. Böyük həcmdə məlumatı qəbul etmək insana çətin gələ bilər. Eləcə də, tövhid və ya nübüvvət kimi dərin məsələləri hər insan birbaşa dərk etməyə də bilər. Hamıya deyilməsi mümkün olmayan mətləblərdən biri də Əhli-beytin sirridir. Həzrət Peyğəmbər (s) buyurur: «Əgər Əbuzər Salmanın qəlbindəkindən agah olsaydı onu öldürərdi»1.

Unutmaq olmaz ki, yüksək iman və mərifətə malik olan bu iki şəxs səviyyəcə çox yaxın idi.

Məlum olur ki, dilə gəlməyən yüksək bir maarif mövcuddur. Bu maarif sözlə ifadə olunduqda, eşidənlər onu yanlış anlayır. Ona görə də bu barədə danışıldıqda ya danışan küfrdə ittiham olunur, ya eşidən küfrə düşür, ya da hansısa bir pis nəticə alınır.

Bu sayaq çətin başa düşülən mətləbləri yazmaq da problem yaradır. Hər mətləbi hər kitabda yazmaq olmaz. Əks təqdirdə, bu mətləbləri oxuyan insanlar öz səviyyələrinə uyğun başa düşərək yoldan aza bilərlər.

Fəlsəfə və irfanda bəyan olunmuş «vəhdəti-vücud» məsələsi çətin başa düşülən mövzulara nümunə ola bilər. Bu mövzunu oxuyan insanlar adətən onu düzgün anlamır və arifləri küfrdə ittiham edirlər. Onların fikrincə «hər şey Allahdır» demək küfrdür. Əslində onların dediyi mənanı anlamaq bizim qüvvəmiz daxilində deyil. Daha dəqiq desək, onların bu fikri sözlə çətin ifadə olunur.

Belə bir hal peyğəmbər və övliyaların məqamına münasibətdə də müşahidə olunur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Əgər İsa haqqında deyilənlərin qardaşım Əli (ə) haqqında deyiləcəyindən qorxmasaydım onun məqamını olduğu kimi bəyan edərdim»1. Həzrət Peyğəmbər (s) Əlinin (ə) uca məqamının insanları çaşdıra biləcəyindən ehtiyatlanır. Bir zaman İsanın (ə) uca məqamından yanlış nəticəyə gələrək onu Allah adlandıranlar xatırlanır. Peyğəmbərin (s) belə bir bəyanatdan çəkinməsinə baxmayaraq yenə də Əlini (ə) «Allah» adlandıranlar tapıldı. Hansı ki, Əlinin (ə) yüksək məqamından ən yaxın səhabələr belə xəbərsiz idi.

Bu gün də böyük şəxsiyyətlər haqqında fərqli rəylər mövcuddur. Bunun səbəbi insanların dərketmə səviyyəsinin müxtəlifliyidir. Bu adamlar Allah eləməmiş, Əhli-beyt düşməni deyildirlər. Sadəcə, dərketmə səviyyələri fərqlidir. Şəksiz ki, hamı övliyaları tanımaq mərtəbəsində ola bilməz.

DƏRK EDİLƏ BİLİNMƏYƏN SİRLƏR


Danışarkən dinləyicinin tutumu nəzərə alınmalıdır. Dinləyicinin dərk edə bilməyəcəyi bütün mətləblər «sirr» hesab olunur. Hər adamın yanında izharı mümkün olmayan tövhid, nübüvvət, vilayət maarifi də sirdir. Əgər bunu nəzərə almasaq insanlar yolunu azar, cəmiyyətdə ixtilaflar yaranar. Hər hansı ictimai-siyasi məsələ də sirr ola bilər.

İmam Hüseyndən (ə) sonra imamlar ömürlərinin böyük hissəsini təqiyyədə (əqidəni gizləmək halında) keçirdilər. Çünki mövcud hakimiyyət onların həqiqətini dərk etmək qüvvəsində deyildi. Həqiqət açıqlayan hər bir kəsi şəhadət gözləyirdi. Ona görə də məsum imamlar əvvəlcə hal əhlini tapır, sonra onun tutumunu yoxlayır, daha sonra onu tədricən həqiqətin qəbuluna hazırlayırdılar. Demək, ədalətsiz hakimiyyət qarşısında sirr saxlamaq vacib göstərişlərdəndir. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyuruğunda təbliğatda doğru yol gedənləri bəyənir, bu işdə Əhli-beyt sirrini açanlara xəbərdarlıq edir.

İmam Sadiqin (ə) dövründə məhdud sayda insan onun imamətini qəbul etmişdi. Əksəriyyət isə bu məqamdan xəbərsiz idi. Hətta imam övladları arasında imamət məsələsindən xəbərsiz olanlar vardı.

Bir rəvayətdə nəql olunur ki, İmam övladı olan həzrət Zeyd imam Baqirdən (ə) soruşur: «Sizdən sonra imam kim olacaq?». Rəvayətdən aydın olur ki, imamət məsələsi Əhli-beytə ən yaxın adamlar üçün belə sual doğurmuşdur.

İmam Sadiq (ə) buyurur: «Uzağı və yaxını göstərmək üçün çırağ və rəhbər olanlara Allah rəhmət etsin». Hədisdə «çırağ» ərəbcə «sirac»dan, «rəhbər» isə ərəbcə «mənar»dan tərcümə olunmuşdur. Sirac böyüklü-kiçikli bütün çırağlara aiddir. Amma mənarla yanaşı olduqda kiçik çıraq mənasını verir. Mənar isə hündür bir yerdə asılmış və yolçulara yol göstərən çox işıqlı bir çıraqdır. Minarə ona görə həm də mənar adlanır ki, qədimdə ən hündür nöqtəsində uzaqdan görünən çıraq bərkidilmiş yüksəkliyə minarə deyilərmiş. İnsanlar qaranlıqda bu minarələr vasitəsi ilə yolu taparmışlar. İmam (ə) öz buyuruğunda həm yaxında, həm də uzaqda olanlara doğru yol göstərənləri nəzərdə tutur.

ƏMƏL SÖZÜN TƏSİRİ ÜÇÜN ŞƏRTDİR


Doğru məzhəb təbliğində təbliğatçının sözü əməli ilə uyğun gəlməlidir. Əgər nur tədricən mülayim şəkildə başqalarına təsir edirsə, od yandırıb-yaxır. Təbliğat zamanı od yox, nur kimi olmaq lazımdır. Tünd danışmaqla dinləyiciyə əziyyət vermək olmaz. Mülayim rəftar insana təsir üçün mühüm amildir. İmam Sadiq (ə) hədisin davamında buyurur: «Onlar (Əhli-beyt dostları) öz əməlləri və var qüvvələri ilə xalqı bizə tərəf dəvət edirlər».

Qeyd edildiyi kimi, bəzən insanın rəftarı başqalarının ona meyl etməsinə səbəb olur. Hətta bu rəftar diqqəti insanın danışığındakı zəif cəhətlərdən də yayındırır. Nəsihət zamanı əməlin tə’siri danışıqdan heç də az deyil.

Bizim vəzifəmiz İslam göstərişlərinə fərdi surətdə əməl etmək deyil. İnsan üçün ən böyük vəzifələrdən biri başqalarını doğru yola çağırmaqdır. İstər ruhani olsun, istər qeyri-ruhani, hər kəs öz qüvvəsi daxilində bu vəzifəyə əməl etməlidir.

Kor quyuya düşən zaman görən göz,

Günahkardır, susub deməzsə bir söz.

Yolunu azan insanın əlindən tutub doğru yola çəkmək hər birimiz üçün Allahın vacib etdiyi vəzifədir. Bu iş o zaman müyəssər olur ki, nəsihət edənin rəftar və əməli dediyi sözlərə uyğun olsun. Hətta əgər insan ağzını açıb bir kəlmə söz demədən gözəl rəftar nümayiş etdirsə, onun bu hərəkəti ətrafındakılara çox təsir edər. Bəli, insan ailəsi, övladı, dostları və yaxınları üçün nümunə ola bilər.

İmam Sadiq (ə) öz buyuruğunda sözü təsirsiz qalan təbliğatçıları dolayı yolla qınayaraq onların təbliğat zamanı Əhli-beyt sirlərini açmalarını nöqsan tutur. Belələri doğru üsulla təbliğ əvəzinə Əhli-beyt sirlərini açaraq insanları azdırırlar. Hər bir müsəlman öz rəftarı və sözü ilə başqalarına təsirli olmağa çalışmalıdır.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə