Sadiqov Vüqar 23. 02



Yüklə 19,04 Kb.
tarix19.03.2022
ölçüsü19,04 Kb.
#84600
02 Mart - Sevil hekim


Sadiqov Vüqar

23.02 – 28.02.2022

Xəstə 02.02.2022-ci il tarixdə epiqastral, 12-barmaq bağırsaq nahiyyəsində olan ağrı, ağrının kəskin, tutma xarakterli olması, öyümə, qusma, ürək bulanma, sağ və sol qabırğaaltə nahiyyələrdə olan ağrı, ağrıların kürək nahiyyəsinə irradiasiya olunması, aşağı ətraflarda olan ağrı, defekasiya aktının pozulması, ishal olmadan, bəzən qanlı nəcis ifrazından şikayətlənərək xəstəxananın Ümumi terapiya şöbəsinə stasionar müayinə və müalicə üçün daxil olmuşdur.

Xəstə uzun müddətdir ki, xəstədir. Xəstəliyin səbəbini heç nə ilə əlaqələndirmir.

Uşaqlıqda keçirdiyi infeksion xəstəlikləri xatırlamır. Özündə və ailəsində zöhrəvi və vərəm xəstəliklərinin olmasını inkar edir. Ailə, mənzil-məişət şəraiti kafidir.

Obyektiv müayinədə - düzgün bədən quruluşuna malikdir. Dəri və görünən selikli qişaları avazımışdır. Dərialtı piy təbəqəsi zəifdir. Aşağı ətraf venalarında genişlənmə və ağrılar var. Ürək tonları karlaşıb. A/T – 12/90 mm c.süt, nəbzi zəif dolğunluqda olub, dəqiqəlik sayı 98 vurğudur. SPO2 – 92%. Ağciyərlərdə tənəffüs nisbətən zəifləyib. Udma aktı sərbəstdir. Dili nəmdir. Qarın boşluğu bir qədər köpdür, palpasiyada ağrılıdır. . Qaraciyər və dalaq əllənmir. Stul - ishal olur, bəlğəmlidir. Sutkada 4-5 dəfə, bəzən qanlı olur. Diurez normaldır. Pasternatski simptomu hər 2 tərəfdə mənfidir.

Laborator müayinələr: Hemoqram: leyk – 7,2, eritr – 5,37, HGB – 9,3, HCT – 32,8, MCV – 61,1, MCHC – 28,4, RDW-CV – 16,4, EÇS – 10. Biokimyəvi analiz: Dəmir (IRON) – 2,95. Endoskopik müayinə: Reflü xəstəliyi. Hiperasid eroziv qastrit. Mədədə polipoz. Bulbusda residivləşən hemorragik fazada olan xora. Eroziyalaşmış duodenit. Abdomen KT: Mədə-bağırsaqlar oral yolla kontrastlaşmışdır. Ezofagus. Aşağı 3DE1 divarda qalınlaşma izlənilir D=9mm. Mədədə kardial hissədə divarda qalınlaşma izlənilir D=10mm. Mədədə pilorik hissədə divarda qalınlaşma izlənilir D=8mm. Ascendin kolon transverus kolonda büküşlərdə qalınlaşma izlənilir. Descending kolon divarda qalınlaşma izlənilir D=8mm. Hər iki ağciyərdə alt payda periferik yerləşimli buzlu şüşə görünümü izlənilir, Aşağı ətraf venalarının Dopleri: Sol aşağı ətraf VSM-də varikoz genişlənmə və sağ Saphen-Femoral çıxıntıda Valsalva ilə Grade-I reflks izləndi. Sol aşağı ətraf VSM-də varikoz genişlənmə və sol Saphen-Femoral çıxıntıda Valsalva və Grade-II reflüks izləndi USM: Hepatosteatoz Grade-I. Cərrah: Xolesistektomiyadan sonrakı vəziyyət. Sağ aşağı ətrafın I (birinci), sol aşağı ətrafın II (ikinci) dərəcəli damar genişlənməsi.

K26 - Onikibarmaq bağırsaqda residivləşən hemorragik fazada olan kəskinləşmiş xora. D50 – Xroniki dəmir defisitli anemiya. K91 – Həzm pozğunluğu II dərəcə. K21.9 - Reflü xəstəliyi. K29.6 - Hiperasid eroziv qastrit. K31.7 - Mədədə polipoz. K29 - Erozivləşmiş duodenit. K52.9 - Xroniki kolitin kəskinləşməsi. I83 - Hər iki aşağı ətrafların I-II dərəcəli damar genişlənməsi



Xəstə adekvat müayinə və müalicələr aldı.

Xəstə 28.02.2022-ci il tarixdə dəyişiksiz olaraq evə yazıldı, ambulator şəraitdə müalicəsini davam etdirmək məsləhət görüldü.
Yüklə 19,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə