Şagirdin soyadı və adı : Sinif: Qayda: “Köməkçi nitq hissələri Qoşma”(2)



Yüklə 100,86 Kb.
tarix28.06.2018
ölçüsü100,86 Kb.
#52315

QOŞMA -2


Şagirdin soyadı və adı : _____________________________

Sinif: __________

Qayda: “Köməkçi nitq hissələri - Qoşma”(2)

  1. "-la" hissəciyinin qoşma kimi işləndiyi bəndi göstərin:



mənlə sən



salamla



qardaşımla



həyəcanla



başla

  1. Aşağıdakı sözlərdən biri həm modal söz, həm qoşma kimi işlənir:



əsasən



əlavə



savayı



bəlkə


  1. məncə




  1. Adlıq halda olan sözlərə qoşularaq bənzətmə mənası əmələ gətirən qoşmaları müəyyən edin:



qarşı, doğru, tərəf



görə, aid, dair



kimi, qədər, tək


  1. üçün, ilə, -can




  1. haqda, barədə, barəsində




  1. Cümlələrin birində bənzətmə mənası əmələ gətirən qoşma işlənib:




  1. Görmədiyim üç-beş ildə qəsəbə xeyli böyümüş,şəhər kimi al-əlvan rənglərlə boyanmışdı.




  1. Məktəb illərindən tanıdığım kimi görsəm, gözlərim yaşarardı.




  1. Kimi gözlədiyimi heç özümdə bilmirəm.




  1. Mən hər səhər məktəbə kimi dostum Seymurla söhbət etməkdən ləzzət alardım.




  1. Kimi bu sirri aşkara çıxarmağa can atır, kimi isə heç belə bir sirrin olduğundan da xəbərsizdi.

  1. Sifət, zərf və qoşma kimi omonimliyi olan sözlər sırasını göstərin:




  1. özgə, əlavə




  1. sonra,bəri




  1. kimi, qədər




  1. sarı, tərəf




  1. tək, doğru




  1. Hansı cümlədə qoşma yoxdur:




  1. Qarşıda bizim üçün xoş günlər var, odur ki , ümidini itirmə.




  1. Kimsə uzaqdan hey bizə baxırdı, deyəsən, eyvanacan gəlməyə çəkinirdi.




  1. Hər insan özü kimi düşünən insanların əhatəsində xoşbəxt olur.




  1. Şübhəsiz, hər şey qədərində gözəldir.




  1. O, eynəyinin altından düz atam kimi baxırdı.

  1. Bəndlərdən birində məsafə mənasını əmələ gətirən qoşma ilə isim var:




  1. yuxarı tərəf




  1. bizə kimi




  1. qoca qədər




  1. anatək




  1. evə kimi




  1. Cümlələrin birində qoşma ismin bəzi dəyişmə xüsusiyyətlərinə malikdir:




  1. Asiyə xala oğlundan ötrü o qədər narahat idi ki, gözlərindən oxunurdu.




  1. İnsan bəzən quştək azad olmaq istər, məsafələri mənasızlaşdırmaq üçün.




  1. Heç kəs anam qədər qayğıkeş ola bilməzdi.




  1. Dərsə gələndə öyrəndim ki, məndən başqa hamı müəllimin xəstəliyindən xəbərdardır




  1. Təhqiramiz söz demək istəməsəm də, sənin kimilərini çox gördüyümdən məni aldada bilməzsən.

  1. Hansı bənddə qoşma mənsubiyyət və hal şəkilçisi qəbul edib:




  1. Evin qarşısında böyük bir söyüd ağacı var idi.




  1. Kimiləri də var həyatın mənasını var-dövlətdə görür.




  1. Çox insanlar tanıdım, ancaq heç vaxt sənin kimisinə rast gəlmədim.




  1. Baba onu cəzalandırmaq üçün fürsət axtarırmış.




  1. Hər bir insan digərləri ilə münasibətdə humanist olmalıdır.

  1. Həm sifət, həm qoşma kimi işlənə bilməyən sözü seçin:




  1. sarı




  1. əlavə




  1. özgə




  1. doğru




  1. tərəf

  1. Əsas nitq hissələri ilə omonimliyi olmayan qoşmaları göstərin:




  1. tək, əlavə




  1. qədər, kimi




  1. əvvəl, qarşı




  1. qabaq, sonra




  1. sarı, tərəf

  1. Aşağıdakı cümlələrin birində isimlə işlənmiş qoşma fərqlənmə mənası ifadə edir?




  1. Özgə insanlar sizin nələrlə çarpışdığınıza yox, nə qazandığınıza baxar.




  1. Bəlkə uzun illər əvvəl hər şey mənasını itirmişdi, ancaq bunu bu gün anlayırdım.




  1. qədər çətin olur olsun, ədalət üçün mübarizə aparmaq lazımdır.




  1. Bəzən mənə elə gəlir ki, anamdan savayı heç kəsin vecinə deyiləm.




  1. Səndən başqa bütün qrup həmin yığıncaqda iştirak etmiş, rektora öz tələblərini birbaşa çatdırmışdılar.

  1. Cümlələrin birində bənzətmə mənası əmələ gətirən qoşma işlənib:




  1. Görmədiyim üç-beş ildə qəsəbə xeyli böyümüş,şəhər kimi al-əlvan rənglərlə boyanmışdı.




  1. Məktəb illərindən tanıdığım kimi görsəm, gözlərim yaşarardı.




  1. Kimi gözlədiyimi heç özümdə bilmirəm.




  1. Mən hər səhər məktəbə kimi dostum Seymurla söhbət etməkdən ləzzət alardım.




  1. Kimi bu sirri aşkara çıxarmağa can atır, kimi isə heç belə bir sirrin olduğundan da xəbərsizdi.

  1. Məntiqi ardıcıllığı tamamlayın: əvvəl, bəri, sonra ...




  1. qabaq




  1. qarşı




  1. məxsus




  1. təki




  1. qədər

  1. Cümlələri birində qoşma işlənmişdir:




  1. Aman oturduğu yerdən qabaq cərgədə oturanların kimliyini müəyyənləşdirməyə çalışırdı.




  1. Başqa vaxtlarda mən onu yenə görmüşdüm, ancaq özümü görməzliyə vurmuşdum.




  1. Yaşadıqlarıma əsasən deyə bilərəm ki, dünyada heç bir məntiqə sığmayan hadisələr də baş verir.




  1. Atam həmişə deyir ki, tək olmaqdan qorxmaq lazım deyil, əsas odur bu təklik özü də keyfiyyətli olsun.




  1. Məndən sarı çiçəklərin kim tərəfindən göndərildiyini soruşanda sirrimizin məlum olacağından çox qorxmuşdum.



Cavablar:

1C 2A 3C 4A 5E 6D 7E 8E 9C 10E 11B 12D 13A 14A 15C
Yüklə 100,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə