Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə23/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

barədə  təbliğat  aparır,  azərbaycanlıların  bu  yerlərdə  gəlmə  olduqlarını  əsassız 
dəlillərlə  sübut  etməyə  çalıĢırdılar.  Hətta  ildə  bir  dəfə  bu  abidələrdə  bayram  Ģənliyi 
keçirməyi  də  unutmurdular.  Belə  Ģənliklər  hərdən  azərbaycanlılarla  qalmaqalsız  da 
keçinmirdi. Bu xüsusilə, Ağoğlan qəsri ətrafında daha çox müĢahidə olunurdu. 
Ağoğlan  qəsri  Minkənd  çayının  kənarında,  hündür  bir  yerdə  yerləĢir, 
qəsrin  yeganə  tağbənd  giriĢ  qapısı  var.  Qəsrin  mühafızə  divarının  sağ  tərəfındə 
karvansara  tipli  bina  inĢa  edilmiĢdir.  Bu  mühafızə  divarlarından  içəri  tərəfdə 
yerləĢdiyindən,  mühafızə  divarı  bayır  tərəfdən  giriĢ  qapısına  qədər  bu  yaĢayıĢ  yerini 
tamamlayır. YaĢayıĢ yerinə qəsrin içəri tərəfındən giriĢ yolu yoxdur. GiriĢ və çıxıĢ üçün 
buraya  yalnız  bayır  tərəfdən  qapı  olub.  Qəsrin  həyətində  (kompleksin  daxilində) 
qəbiristanlıq yerləĢir. 
Demək  olar  ki,  Laçın  rayonunun  kəndlərinin  əksəriyyətində  yaylaq 
yollarında,  ucqarlarda,  Qafqaz  Albaniyası  dövrünə  aid  müxtəlif  səpkili,  müxtəlif 
tipli  memarlıq  abidələri  mövcuddur.  Mirik  kəndi  ərazisində,  Mirik  dərəsi  deyilən 
sahədə  torpaq  daĢdan  aĢılaması  zamanı  yerin  altından  daha  bir  abidənin  daĢları  üzə 
çıxmıĢdır.  DaĢların  üzərindıki  cizgi  və  naxıĢlardan,  bu  tikinti  qalıqlarında  Qafqaz 
Albaniyası dövrü tikintilərindən olduğu məlum olur. Bu abidələrlə yanaĢı bu ərazidə 
bir  çox  türbə,  məscid  və  s.  baĢqa  tikintilərə  də  təsadüf  olunur.  Bu  yəqin  ki,  Ġslam 
dininin  əhali  arasında  geniĢ  yayılması  və  bu  dinin  təbliği  ilə  əlaqədar  olmuĢdur. 
Laçın  rayonu  ərazisində  bu  tipli  abidələrin  çox  az  qismi  dövrümüzə  qədər  gəlib 
çıxmıĢdır.  Çünki  illər  boyu  Ģəxsiyyətə  pərəstiĢ  dövrünün  sərt  qanunları  və  ərazi 
iddiasında  olan  qonĢu  respublikanın  daĢnak  ünsürləri  tərəfindən  bu  abidələr  daha 
çox dağıntılara məruz qalmıĢdır. 
Rayonun  Cicimli,  Güləbird,  Zeyvə,  Malıbəy,  Yənqıça,  Bülövlük,  Araflı, 
Əliqululu,  Malxələf,  Soltanlar,  Hüsülü,  Kosalar,  Seyidlər,  Pircahan,  Minkənd, 
Kürdhacı,  kəndlərində  və  Laçın  Ģəhərində  daĢdan  yonulmuĢ  12  qoç  fiquru,  28  at 
fiquru,  36  müxtəlif  süjetli  yazı  və  rəsmləri  olan  sal  daĢ,  müxtəlif  dövrlərdə  ərəb 
əlifbası ilə yazılmıĢ, bir-birlərinə bənzəməyən fiqurlar, sənət rəmzləri həkk olunmuĢ 
qəbirüstü daĢlar və YaxĢı ananın (Sarı aĢığın sevgilisi) məzarı iĢğal edilib. Cicimlidə 
mobəd, qədim anbar, Güləbirddə Sarı aĢığın qəbirüstü – ziyarətgahı, Zeyvədə ġeyx 
Əhməd,  Soltanbaba,  2-ci  Soltanbaba,  Minkənddə  XV  əsr  məbədi,  QarıqıĢlaqda 
Dəmirovlu pir-məbədi, Bülövlük  kəndinin  Ģimalında  yerləĢən  qədim  KiĢpəyədə  Alban 
məbədi,  Piçənisdə  Alban  məbədi,  Xan  qəbiristanlığında  Zəngəzurun  sultanları  Qara-
Murtuza  bəyin,  1-ci  Alməmmədin,  2-ci  Alməmmədin  hasardakı  türbələri,  ġeyx 
ġamillə  dostluq  etmiĢ,  ona  köməklik  göstərmiĢ  Cəbrayıl  bəyin  türbəsi,  Bütövlükdə 
Qaratel PaĢabəy qızının mərmər türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi, 
Pircahan  çayında  MəĢədi  Mehralının  arxitekturalı  körpüsü,  Minkənd  körpüsü  və 
xeyli  bulaq  üstü  abidələrin  aqibəti  bu  gün  məlum  deyildir.  Bu  yerlərin  mürəkkəb 
relyefi sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin 
inĢasına  səbəb  olmuĢdur.  Bu  körpülər  memarlıq  baxımından  maraqlıdırlar.  Onlar 


əsasən  birtağlı  və  yaxud  ikitağlı  körpülərdir.  Bu  körpülər  olduqca  etibarlı  və 
davamlıdırlar. 
Memarlıq abidələrindən Hoçaz kəndində mağara - məbəd (V əsr), Cicimli 
kəndində  Məlikəjdər  türbəsi  (XIV  əsr),  adsız  türbə  (XVII-XVIII  əsr),  Zeyvə 
kəndində  Kafır  qalası  (XVII  əsr),  Sultan  Baba  türbəsi,  ġeyx-Əhməd  türbəsi,  adsız 
türbə (XIX əsr), QarıqıĢlaq kəndində məscid (1718), Hüsülü kəndində Həmzə Sultan 
sarayı (1761), Həkəri çayı üzərində  körpü (XVIII əsr), Ağoğlan çayı  üstündə  məbəd 
(XIX əsr), Güləbird kəndində türbə iĢğal altındadır. 
Bu ərazidə arxeoloji siyahısına daxil olan kurqanlar və xüsusi qalalar daha çox 
maraq  doğururlar.  Tarix  elmləri  doktoru  Ġ.  Əliyev  və  tarix  elmləri  namizədi  F. 
Qədirovla  birlikdə  yazdıqları:  “Qəbələ  Ģəhəri  xarabalığının”  arxeoloji  tədqiqinə  dair 
məqaləsində  deyilir:  Vaxtilə  süni  çəkilmiĢ  bir  müdafiə  xarakterli  xəndək

Ģəhər 
xarabalığını  iki  hissəyə  ayırmıĢdı.  Yerli  əhali  xəndəkdən  Ģimal  tərəfə  olan  hissəni 
“Səlbir”, cənub tərəfı isə “Qala” adlandırır. Hər iki hissə və bəzən də Ģəhərin təkcə 
Qala hissəsi Gavur-Qala adlandırılmıĢdır. (Azərbaycan Abidələr məcmuəsi №1 1984-cü 
il səh. 32). Məlum məsələdir ki, öz dövrünün paytaxt Ģəhəri olan Qəbələnin yüksək 
inkiĢafı, özünün hakim olduğu, ətraf ərazilərinin tikintilərinə də təsir etməyə bilməzdi. 
Bəlkə də onun təsiridir ki, Qaraçanlı kəndində “Gavur-qala”, QuĢçu kəndində “qalacıq” 
və  “UĢaq  qalası”,  Mirik  kəndində  “Qala”    bu  tip  abidələrdəndir.  Ġlk  baxıĢdan  bu 
abidələr daha çox müdafiə xarakterli tikintilərə bənzəyirlər. Bu qalaların hər birindən 
demək olar ki, ətraf əraziləri tamamilə müĢahidə etmək mümkündür. 
QuĢçu  kəndindəki  “UĢaq  qalası”  deyilən  abidə  ərazisində  su  hovuzu  üzə 
çıxmıĢdır. Buraya su çox
 
güman ki, saxsı borularla (torpaq uçuntusu zamanı belə boru 
parçaları üzə çıxmıĢdır) “Korca bulaq” deyilən bulaqdan gətirilirmiĢ. 
Təbiətin  füsunkar  gözəlliyi  ilə  səslənən  çox  nadir  sənət  nümunələrindən 
sayılan  incə  zövqə  cızma  və  qabartma  üsulları  ilə  iĢlənmiĢ  qəbirüstü  abidələr,  baĢ 
daĢları,  at  və  qoç  fiqurları  habelə  stellalar,  süjetli  daĢlar  və  s.
 
bir  çoxu  hələ  də  öz 
forma  və  gözəlliyini  saxlamıĢdı.  Onların  bir  çoxu  haqqında  mötəbər  mənbələrdə 
mütəxəssis  rəyi,  alim  fikirləri,  söylənilmiĢdir.  Məsələn  “Elm  və  həyat”  jurnalı 
(1972-ci  il  №7),  gənclik  nəĢriyyatı  tərəfindən  buraxılmıĢ  sənətĢünaslıq  doktoru  R. 
Əfəndiyevin “DaĢlar danıĢır” kitabını və s. misal göstərmək olar. Burada Zabux kəndi 
yaxınlığında  Sümüklü  qəbiristanlığı,  Soltanlar  (Hüsülü)  və  Seyidlər  kənd 
qəbiristanlıqlarındakı at və qoç fıqurlarını, Cicimli kəndi yaxınlığındakı Məlik Əjdər 
türbələrinin rəsmlərini və s. aid etmək olar. Lakin indiyə qədər hələ qeydə alınmamıĢ, 
tətbiq olunmamıĢ Güləbird, Malxələf, Sonasar, Malıbəy, Bozlu, QoĢasu, Zeyvə və s. 
kəndlərin ərazilərdə onlarla  belə abidələrə rast gəlmək olar. Belə  abidələrdən biri, 
Zeyvə kənd ərazisində  yerləĢən Soltanbaba türbəsinin yaxınlığında oyma üsulu ilə 
iĢlənmiĢ  süjetli bir daĢ  daha  çox  maraq  doğurur.  Süjetdən  göründüyü  kimi,  vəhĢi 
bir  heyvan  (bəbirə  daha  çox  oxĢayır)  bu  yerlərin  təbiətinə  xas  olan  dağ  keçisini 
qovur. Arxadan özünü yetirən atlı süvari çox güman ki ovçudur,  əlindəki nizə ilə 
bəbirə  zərbə  endirir,  bəbir  zərbədən  qabaq  atlıya  tərəf  çevrilmiĢdir.  QarĢıda  duran 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə