Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə24/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

baĢqa bir piyada ovçu isə keçini yay-oxla niĢan almıĢdır. Bu süjeti baĢqa cür də yazmaq 
olar, atlı ovçu vəhĢi heyvanları bərədə durmuĢ ovçuya tərəf  qovur, bərəyə  çatdıqda 
isə  keçini  oxla  niĢan  alıb  vurmaq  istəyir.  Hər  iki  halda  bu  süjet  bir  zamanlar  yerli 
əhalinin  ovçuluq  məĢğuliyyətini  açıq  göstərir.  Belə  obrazlı  süjet  xarakterli oymalara 
bu ərazinin müxtəlif yerlərində rast gəlmək olar. 
Sonasar kəndində tapılmıĢ bir daĢ da maraqlıdır. Bu daĢın alt oturacağı yastı, üst 
tərəfı isə aĢırımlıdır (dördkünc deyildir). DaĢın qarĢı tərəfində günəĢin əksi verilmiĢ, yan 
tərəfdə  isə  iki  nəfərin  əksi,  çox  güman  ki,  döyüĢçü  və  ya  ovçular,  yaxınlarında 
onlara məxsus ov və ya döyüĢ ləvazimatı olan xəncər, nizə ucluqları və s. verilmiĢdir. 
Qəbirüstü  abidələr  içərisində  baĢ  daĢları  xüsusi  əhəmiyyət  kəsb  edir.  Forma  və 
üslubca  milli  ornamentli  baĢ  daĢları  əsrlər  boyu  bu  xüsusiyyətləri  özündə  qoruyub 
saxlamıĢ  və  bu  günümüzə  qədər  gəlib  çıxmıĢdır.  Ustad  sənətkarlar,  bu  daĢlarda 
matəm sükutuna bir həzinlik gətirən elə bir naxıĢ və yazı üslubu axtarıb tapmıĢdılar ki, 
bu da öz növbəsində belə cansız quru daĢlar üzərində yaradılmıĢ bir estetik gözəllik, 
sanki bir məğrur həzinlikdə qovuĢmuĢdur. 
Adətən  dağları,  meĢələri,  səfalı  yaylaqları  çeĢməsiz,  bulaqlarsız  təsəvvür 
etmək  mümkün  deyildir.  Bu  da  təbiətin  pozulmaz  qanunlarından  biridir.  Təsadüfı 
deyildir  ki,  ulu  əcdadlarımız  suyu  da  torpaq  kimi  ocaq  kimi,  çörək  kimi 
müqəddəsləĢdirilmiĢ  and  yeri  etmiĢdilər.  Elə  indinin özündə  də  yeri  düĢəndə  belə 
andlara  tez-tez  rast  gəlmək  olur:  “O  su  haqqı”,  “O  suyun  mələkləri  haqqı”  və  s.  Bu 
müqəddəslikdən irəli gələn bir hikmətdir ki, deyirlər “Su haram götürməz”. Bulaq 
yanında həmiĢə ehtiramla keçərlər, adını ehtiramla yad edərlər. Та qədimlərdən bu 
yana  mənim  müdrik  xalqımın,  ağsaqqal  övladları  özlərinin  artıq  mal  dövlətlərini 
xalq yolunda təmənnasız xərcləməyi “Savab” iĢ biliblər, el üçün su çəkdirib, körpü 
saldırıblar. Bu ənənə bu gün də davam etməkdədir. Тəkcə yetmiĢinci illərdə rayonun 
Əhmədli  kəndində  Seyid  Əmir  körpüsü,  Mirik  kəndində  Mahmud  körpüsü, 
QarıqıĢlaq kəndində Molla Teymur bulağı və s. tikilmiĢdir. Axırıncı adı çəkilən Teymur 
kiĢi anadan gəlmə hər iki gözü kor olmuĢdur. Özü dünya iĢığına möhtac olan bu qoca, 
özünün qayğıya  möhtaclığını unudub, ürəyində el qayğısı çəkirdi. Öz Ģəxsi vəsaitini 
kəndinin fıravanlığı üçün xərcləyirdi. Bu ərazilərdə bir qisim abidələr isə bulaq üstü 
abidələrdir.  Yəni  kənd  içərilərində  və  ətraf  yerlərində,  yurd  yerləri  yaxınlığında 
(yaylaqlarda)  bulaqların  üstündə  inĢa  edilmiĢ  abidələrdir.  Bu  abidələr  tağbənd 
formada olubb, içinin eni 3-4 metr, uzunluğu isə 6-7 metr olur. Bunun da əhəmiyyəti 
ondan
 
ibarətdir  ki,  yayda  günün  istisindən,  payızda,  qıĢda  isə  yağıĢdan  insanları 
qoruyur. 
 
Alı  Xəlifə  ocağı:  Laçın  rayonu  Böyük  Seyidlər  kəndində  yerləĢirdi.  Alı 
Xəlifə  Qarabağın  ən  nüfuzlu  ağsaqqallarından,  ağır  seyidlərdən  biri  idi.  Ağa  Böyük 
Seyidlər kəndində rəhmətə getmiĢdir. Sərdabəsi kənd qəbiristanlığındadır. 
Onun  müqəddəs  məzarı  Qarabağ  camaatının  ən  ulu  səcdəgahlarından 
biridir. 


Seyid  Hüseyn  ağa  ziyarətgahı:  Laçın  rayonu  Böyük  Seyidlər  kəndində 
yerləĢirdi.  Seyid  Hüseyn  ağa  cəddinin  müqəddəsliyini  qoruyub  saxlayaraq 
insanların rəğbətini qazanmıĢ və onların ziyarətgahına çevrilmiĢdi. Ağanın evinə və 
ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, о isə nəzirin bir hissəsini 
onların özünə qaytarır, digər hissəsini isə fağır-füğaraya paylayardı. 
 
Güllü  qəbir  piri:  Laçın  rayonu  Böyük  Seyidlər  kəndində  yerləĢirdi.  Hacı 
Ġbrahim ağa Qarabağın adlı-sanlı  seyidlərindən olan Xudavəndə  Xəlifənin  nəvəsi idi. 
Hacı  seyid  Ġbrahim  ağanın  məzarı  Seyidlər  kəndinin  qəbiristanlığındadır  və  ağır 
ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmiĢdi. Elə ona görə də məzarına 
“Güllü qəbir” deyirlər. 
 
GÖRKƏMLĠ ġƏXSĠYYƏTLƏRĠ 
 

 
Əvəz Verdiyev - Sovet Ġttifaqı Qəhrəmanı. 

 
Sultanov  Xosrov  PaĢabəy  oğlu  (1879-1947)  -  ADR-in  dövlət  və  siyasi  xadimi, 
ġuĢanın (Qarabağın) general-qubernatoru. 

 
ġahsuvarov  Nurməmməd  bəy  Əbilxan  oğlu  (1883-1958)  -  Azərbaycan  SSR 
Xalq Maarif Komissarının müavini. 

 
Sultanov Sultan PaĢa bəy oğlu - Xalq qəhrəmanı. 

 
Əbdürrəhmanov  Nadir  Qəmbər  oğlu    -  Azərbaycanın  xalq  rəssamı.  Əməkdar 
incəsənət xadimi. 

 
Ġlyasov Müseyib Ġbrahim oğlu (1884-1944) - Azərbaycan SSR Maarif naziri. 

 
Cabbarov Xasay Mahmud oğlu - Filologiya elmləri doktoru, professor. 

 
ġahsuvarov  Tofiq  Surxay  oğlu  -  Geologiya-mineralogiya  elmləri  doktoru, 
professor. 

 
Sadıqov Ġsmayıl Camal oglu  - Texniki elmlər doktoru, professor. 

 
Muradov ġahbaz Musa oğlu - Ġqtisad elmlər doktoru, professor. 

 
Aslanov  ġirindil  Həsən  oğlu  -  Filologiya  elmlər  doktoru,  professor,  “Elm” 
nəĢriyyatının direktoru. 

 
Əhmədov Oqtay BəĢir oğlu - Tarix elmləri doktoru, professor. 

 
Süleymanov  Məhəmməd  Qəhrəman  oğlu        SSRĠ-nin  “Fəxri  neftçisi”, 
“Əməkdar neft mühəndisi”. 

 
Həmzəyev Muxtar ƏliĢ oğlu - Psixologiya elmləri doktoru, professor. 
•  Cəfərov Maarif ƏliĢ oğlu  -  Fizika-riyaziyyat elmləri doktoru, professor. 
• 
Yusifov Əli Allahverdi oğlu - Texnika elmləri doktoru, professor. 

 
Mehdiyev  Məhəmməd  Fərman  oğlu  -  Fizika-riyaziyyat  elmləri  doktoru, 
professor, EA-nın müxbir üzvü. 

 
Məmmədov Mahmud Həmid oğlu - Texnika elmləri doktoru, professor. 

 
Sarı AĢıq - XVII əsrdə yaĢayan ustad aĢıq. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə