və etnik təmizləmə hadisələri baĢ vermiĢ tarixi səhifələr olmuĢdur. Xocalı faciəsi
onların sırasında ən dəhĢətlilərinə aiddir. Hal-hazırda, bu hadisələrdə hər hansı Ģəkildə
iĢtirakı olmuĢ Ģəxslər hələlik öz vicdanları qarĢısında cavabdehdirlər, ancaq vaxt
gələcəkdir ki, onlar tarixin məhkəməsi qarĢısında cavab verməli olacaqlar.
Tarix heç nəyi unutmur.
MĠLLĠ QƏHRƏMANLARI
Erməni iĢğalçılarına qarĢı fədakarcasına mübaribə aparan 10 nəfər Xocalı
rayon sakini Respublikanın ən yüksək fəxri adına - Milli Qəhrəman adına layiq
görülmüĢdür (9 nəfər ölümündən sonra):
•
Mayor Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra) - 1953-cü ildə Xocalıda
anadan olmuĢdur. Xocalı Ģəhər hava limanın komendantı - rəisi iĢləmiĢdir.
•
Tofiq Mirsiyab oğlu Hüseynov (ölümündən sonra) - 1954-cü ildə Xocalıda
anadan olmuĢdur. Xocalı Ģəhər Özünümüdafiə taborunun komandiri idi.
•
Ələsgər Xanlar oğlu Novruzov (ölümündən sonra) - 1949-cu ildə anadan olub.
Müəllim idi.
•
Rüstəmov Füzuli Salah oğlu (ölümündən sonra) -1959-cu ildə Xocalıda anadan
olmuĢdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi
•
Səlimov Araz Bahadur oğlu (ölümündən sonra) - 1963-cü ildə Xocalıda anadan
olmuĢdur. Taborun üzvü idi.
•
Həsənov Tabil Qasım oğlu (ölümündən sonra) - 1960-cı ildə Xocalı rayonunun
Kosalar kəndində anadan olmuĢdur. Kosalar kənd Özünümüdafiə taborunun üzvü
idi.
•
Ġsmayılov Ġnqilab Ələkbər oğlu (ölümündən sonra) - 1962-ci ildə Xocalıda anadan
olmuĢdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.
•
Salahov ġakir ġamil oğlu (ölümündən sonra) - 1966-cı ildə Xocalı rayonunun Cəmilli
kəndində anadan olmuĢdur. Polis əməkdaĢı idi.
•
Əhmədov Natiq Ġlyas oğlu (ölümündən sonra) - 1969-cu ildə Xocalı rayonunun
Kosalar kəndində anadan olmuĢdur. Polis əməkdaĢı idi.
•
Məmmədov Möhsüm ġahin oğlu - 1967-ci ildə Xocalı rayonunun Kosalar
kəndində anadan olub. Hazırda ġuĢa rayon Polis Ģöbəsinin rəis müavini iĢləyir.
ÜMUMĠ MƏLUMAT
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə
yerləĢir. ġimaldan Kəlbəcər, Ģərqdən Xocalı, ġuĢa və Xocavənd, cənubdan Qubadlı
rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meĢələri, çoxlu mineral
suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox
dərman bitkiləri və s. vardır.
Laçın Ģəhərinin yerini Tağı ġahbazi seçmiĢ və bu adı da ona özü vermiĢdir.
Laçın rayonu 1924-cü ildə təsis edilmiĢdir. Rayon kimi yaranma tarixi 08 avqust
1930-cu ildir. Ərazisi 1.84 min kv/km, əhalinin sayı 73,1 min (01.01.2009) nəfərdir.
Laçın rayonunda 1 Ģəhər (Laçın), 1 qəsəbə (Qayğı), 123 kənd vardır. Kəndləri
bunlardır -Qarıkaha, Ağbulaq, Ağcakənd, Alxaslı, ArduĢlu, Ağcayazı, AĢağı Fərəcan,
Yuxarı Fərəcan, Bozlu, Qalaça, Bülündüz, Ayıbasar, Birinci Ġpək, Cağazur, Cicimli,
AĢağı Cicimli, Qazıdərə, DaĢlı, Hətəmlər, Kaha, NarıĢlar, Vəlibəyli, Əhmədli, FərraĢ,
Nurəddin, Fətəlipəyə, Ağanus, Ərəb, TurĢsu, Unannovu, Güləbird, Hacıxanlı, Birinci
Tığik, QovuĢuq, Hacılar, Hoçaz, Avazlar, Mollalar, Uludüz, Budaqdərə, Ġrçan,
Çəmbərəkənd, Xumarta, Kamallı, Çıraqlı, Köhnəkənd, Alıcan, Əyrik, QıĢlaq,
Kürdhacı, Ərikli, Hacısamlı, Qarasaqqal, Qarabəyli, Korcabulaq, Lolabağırlı,
Qarakeçdi, Katos, QanqıĢlaq, Qılınclı, Soyuqbulaq, Zeyvə, Qorçu, Zağaltı, QoĢasu,
Alpout, Bülövlük, Qozlu, Fingə, QuĢçu, Malxələf, Mazutlu, Məlikpəyə, Malıbəy,
Ağoğlan, Hüsülü, Ziyrik, Mığıdərə, Xırmanlar, Dəyhan, Dəyirmanyanı, Baldırğanlı,
Tərxanlı, Minkənd, Mirik, MiĢni, Oğuldərə, AğalaruĢağı, Piçənis, Xaçınyalı, Köhnə
Çorman, Pircahan, Alıqulu, Qaraçanlı, Seyidlər, Sadınlar, Səfiyan, Xanalılar, Suarası,
Türklər, Sonasar, Mayis, ġamkənd, Bozdağan, Çorman, Ələkçi, Nağdalı, Ġkinci
Tığik, ġəlvə, Dambulaq, Ġmanlar, Təzəkənd, ƏrdəĢəvi, Haqnəzər, Vağazin, Bozgüney,
Kalafalıq, Zabux, Bəylik, Qızılca, Sus, Zerti, Ağbulaq, ġeylanlı.
Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 kilometrdir.
Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla
kurqanı, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü
abidələr, stellalar, at, qoç fiqurları, süjetli daĢlar, eləcə də bu ərazi çoxlu təbii
sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuĢdur ki, 1992-ci ilin may
aymın 18-dən Ermənistan Respublikasının iĢğalı altındadır.
ĠĢğaldan əvvəl: 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133
idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi
məktəbi, 1 internat məktəbi, 1 orta texniki peĢə məktəbi, 1 rabitə evi və s. vardı.
Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran
edən gözəl bir mənzərə canlanır. Mahalın aĢağı hissəsində Zəngəzur dağının ətəyində
bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun,
Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan о tərəfdə Pirdavan, Qacaran, Kiqin
Dostları ilə paylaş: |