Kəlbəcər ərazisindəki qədim Alban abidələri bunlardır: Tərtər, Tutquçay,
Seyidlər dərələri boyunca yerləĢən “Xudavəng”, “Laçınqaya”, “Lev”, “Uluxan”,
“Qalaboynu”, “Comərd”. Bu abidələrin içərisində nisbətən salamat qalanı
“Xudavəng” məbədidir.
“Хudavəng” abidə kompleksi. Bu abidə kompleksi Kəlbəcərdən Ģərqdə,
Ağdərə-Kəlbəcər magistral yolunun sahilindəki Bağlıpəyə kəndindən aĢağı, yəni
Ağdərəyə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyindədir. Ġndiki “Xudavəng”
abidə kompleksi Vl-VII əsrlərdə Alban kinyazı tərəfindən tikilib XV əsrlərdə bu
abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir
edilib, əlavələr olunub və nəhayət Alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən
inĢa edilib. Məlumatlar göstərir ki, onun arvadı Minə Xatun Burada dəfn olunub,
anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Muxtar QoĢ bu məbəddə olmuĢ və
xatirə üçün niĢan daĢları qoymuĢdur. Maraqlısı odur ki, üstü gümbəz kimi tikilmiĢ
bu binaların tikintisində ağac materialından istifadə olunmuĢdur. Binanın
divarlarında yağlı boya ilə çəkilmiĢ Çoxlu Ģəkillər və yazılar var idi. Ağdərədən və
Baserküçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiĢ və
beləliklə, tarixdən izini silməyə çalıĢmıĢlar. Abidənin tikintisində
istifadə olunmuĢ
daĢlar Tərtər çayının sahilindən bir dərədə yığılaraq suxurlaĢmıĢ və və kiristallaĢmıĢ
gildən əmələ gəlmiĢdir.
Həmin abidənin son illər ermənilər tərəfindən “qorunması” göz qabağında
idi. Ağdərə RPK katibinin göstəriĢi ilə abidə-kompleks taxtadan çəpərlənmiĢdi.
Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmıĢlar. Amma ermənilər уеnə də baĢqa
vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban
abidəsini erməni kilsəsi kimi təqdim edir və ulu Arsaxın maddi-mədəniyyət
abidəsinin türklər tərəfındən dağılması haqqında dünya ictimayyətinə saxta tarixi
məlumatlar çatdırırlar. Nisbətən salamat qalmıĢ məbəddə heç bir xiristianlıq niĢanəsi
yoxdur.
Kəlbəcərin ərazisində belə məbədlərlə yanaĢı yaĢı 7-8 min illiyə gedib çıxan
qəbiristanlıqlar da az deyildi.
Kəlbəcər ərazisində çayların üzərində çoxlu tağbənd DaĢ körpülər
olmuĢdur. Bunlardan çoxu məhv olmuĢ, bəzilərinin qalıqları, bir neçəsi isə salamat
qalmıĢdır. Məsələn: Bağlıpəyəyə 3 km qalmıĢ Tərtər çayının üzərində salınmıĢ qədim
körpünün bir tərəfınin divarı qalmıĢdır.
QamıĢlı kəndindən yuxarı çayın üzərində qurulmuĢ iki körpünün divarları
yerində dururdu.
Tərtər çayının üzərində salınmıĢ tağbənd DaĢ körpü salamat qalırdı və ondan
istifadə edilirdi. Bu körpü ġurtan kəndindən aĢağı, Soyuqbulaq kəndinə gedən yolun
səmtində idi.
Zəylik kəndi çayında da DaĢ körpüdən istifadə edilirdi.
KƏLBƏCƏR RAYON
TARĠX-DĠYARġÜNASLIQ MUZEYĠ
Ġçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əĢyalar olan Kəlbəcər tarix-
diyarĢünaslıq muzeyi abidəsi 1980-cı illərin əvvəllərində yaradılmıĢdır. Müzeyin həyəti
900 kv/m artıq idi. Müzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiĢ
salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi.
Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daĢlardan istifadə edilib, divarlarda da
bir muzey yaradılmıĢdır. Bu divarlarda daĢdan düzəldilmiĢ müxtəlif naxıĢlar, kənd
təsərrüfatı abidələri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əĢyaların
daĢdan çəkilmiĢ
Ģəklini görmək olardı. Muzeyin həyətində daĢdan yonulmuĢ 14
qəbirüstü At və Qoç heykəlləri nümayiĢ etdirilirdi. Burada “Bəzir daĢı” deyilən iki qədim
abidə nəzərə çarpırdı. Dəyirman daĢlarından 10 dəfə böyük olan bu bəzir daĢlarını qoĢqu
vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmıĢlar.
Mütəxəssislər və tamaĢaçılar haqlı olaraq bu muzeyi həm də geologiya,
arxelogiya, incəsənət və səs muzeyi adlandırırdılar.
Bolqarıstan, Hindistan, Çin Xalq Respublikası, ABġ, Almaniya, Ġtaliya,
Kanada, Avstraliya, Ġran, Finlandiya və bir çox baĢqa ölkələrin 150-dən çох alimi
Kəlbəcər muzeyinə maraqla baxmıĢ, qiymətli rəylər yazmıĢ və bu muzeyin
zənginliyinə ürəkdən valeh olmuĢlar.
AĞDƏRƏ
KeçmiĢ Ağdərə rayonunun əksər hissəsi Kəlbəcər rayonunun inzibati ərazi
vahidliyinə keçirilmiĢdir. Ona görə də Ağdərə haqqında burada məlumat veririk.
Ağdərə rayonu 57 kəndi əhatə edib. Səthi əsasən dağlıq, Ģərq hissəsi isə
düzənliklərdən ibarətdir. Faydalı qazıntıları - Mehmana polimetal yatağı, əhəngdaĢı
və gipsdən ibarətdir. Mehmana yatağının fılizlərinin tərkibində sink, qurğuĢun və
digər qiymətli metallar var. (Asan saflaĢır, sənaye əhəmiyyətlidir).
Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su
qovĢağı yaradılmıĢdır. Tərtər kompleksi həm elektrık enerjisi almaq, həm də suvarma
məqsədilə qurulmuĢdu. Anbarda suyun həcmi 560 min kub metr, ildə 125 milyon
kilovat saat elektrik enerjisi verirdi və düzən Qarabağın və dağətəyi zonanın 120
min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. ĠĢğaldan əvvəl 78 min
hektar əkin sahəsi suvarılırdı.
Rayon ərazisinin 75,59 min hektarı və yaxud 44 faizini meĢələr tuturdu.
Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi.
Ġqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu
(1988-ci il).
Dostları ilə paylaş: |