Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

Kənd təsərrüfatına yararlı torpaqlar 53324 hektar idi. Bunun 21189 hektarı 
əkin yeri, 5931 hektarı çoxillik bitkilər, 1892 hektarı biçənək, 22863 hektarı örüĢ idi. 
Suvarılan torpaqlar 15 min hektar  idi.  Əkin  sahəsinin  9,7  min  hektarı  dənli-paxlalı 
bitkilər (buğda, arpa, qarğıdalı) və kartof, 11,3 min hektarı yem bitkiləri əkinləri idi. 
Rayonda üzümlüklər 3,4 min hektar sahəni tuturdu. 
Tərtər  çayı  dərəsi  boyunca  Azərbaycanın  yuxarı  və  aĢağı  Qarabağını 
birləĢdirən karvan və avtomobil yolları var idi. 
Memarlıq abidələrindən Vankulu kəndindəki məĢhur Gəncəsar alban məbədi, 
Xanabert  qalası,  Herabert  qəsəbəsində  Hermuk  qalası,  kilsə,  Kolatağ  kəndində 
müqəddəs Ġako məbədi (635-ci il) var idi. 
TalıĢ kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında 
məbəd  (XIII  ısr),  Qasapert  kəndində  Hatəm  Məlik  qalası,  Madagiz  kəndində  YegiĢ 
Arakel  məbədi  (XII  əsr)  və  qədim  körpülər  dağıdılıb.  (Oradakı  Qafqaz  alban 
dinastiyaları  və  katolikoslarının  son  istinadgahı  olan  məĢhur  Gəncəsar  məbədinin 
əsası 1240-cı ildə Həsən Cəlal tərəfindən qoyulmuĢdur. Sonuncu Gəncəsar alban məbədi 
1837-ci ildən erməni katolikosluğuna tabe edilmiĢdir). 
ĠĢğal  edilmiĢ  ərazidə  8036  hektar  sanitariya-gigiyena  və  sağlamlaĢdırma 
funksiyalı meĢələr mövcud idi ki, bunun 628 hektarı Ģəhərətrafı yaĢıllıq zonası, 7408 hektarı 
isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meĢələr idi. Rayonda 75059 
hektar meĢə sahələri var idi ki, bu da ərazinin 44%-ni təĢkil edirdi. 
Ağdərə rayonunda, Tərtər çayı vadisində ġərq çinarı meĢəliyi xüsusi olaraq 
qorunurdu. 
Ağdərə  rayonunda  zəngin  faydalı  qazıntı  yataqları  var  idi:  Qızılbulaq 
qazıntı  yatağında  13,6  vahid  sənaye  ehtiyatı  olan  qızıl  və  47,9  milyon  ton  mis, 
Mehmana  yatağında  sənaye  ehtiyatları  37,3  milyon  ton  olan  qurğuĢun,  40,4  milyon 
ton  olan  sink,  100  milyon  ton  olan  Dəmirli  mis  yatağı,  Canyataq-Gülyataq  qızıl 
yatağı vardı. 
Sənaye  ehtiyatları  38080  min  kub  metr  olan  Ağdərə,  6423  min  kub  metr 
olan  ġorbulaq-I,  2129  min  kub  metr  olan  ġorbulaq-II  miĢar  daĢı  yatağı,  200  min 
kub metr olan Ağdərə gəc yatağı düĢmənlərə qaldı. 
 
ĠġĞAL 
 
Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən iĢğal  olunmuĢdur. 
Kəlbəcərin  iĢğalı  zamanı  rayonun  58  mindən  artıq  əhalisi  məcburi  köçkün  düĢmüĢ, 
321 nəfər əsir düĢmüĢ və ya girov götürülmüĢ, 511 nəfər vəhĢicəsinə qətlə yetirilmiĢ, 
97  məktəb,  9  uĢaq  bağçası,  116  kitabxana,  43  klub,  42  mədəniyyət  evi,  tarix-
diyarĢünaslıq  muzeyi,  9  xəstəxana,  75  tibbi  məntəqə,  23  ambulatoriya,  9  aptek, 
yüzlərlə  inzibati  bina,  minlərlə  mənzil,  100  min  baĢ qaramal, 500  min baĢ qoyun-
quzu, 100-lərlə maĢın, texnika və s. talan edilmiĢ və rayonun  milyardlarla manatlıq 
sərvəti Ermənistana daĢınmıĢdır. 


Dağlıq Qarabağ ərazisindən kənarda yerləĢən, 58 min (1993) nəfər əhalisi 
olan  Kəlbəcər  rayonunun  Ermənistan  Silahlı  Qüvvələri  tərəfindən  iĢğal  edilməsi 
nəticəsində dinc əhaliyə vəhĢicəsinə divan tutulub, yerli əhali min illər boyu yaĢadığı 
ata-baba torpağından qovularaq didərgin salınıb. 
Kəlbəcərin  iĢğalından  sonra  3205  saylı  iclasda  BMT  Təhlükəsizlik  ġurası  822 
saylı Qətnamə qəbul edib. Qətnamədə bütün iĢğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın 
digər iĢğal olunmuĢ rayonlarından dərhal çıxarılması təbb olunıır. Lakin indiyədək həmin 
qətnamədən irəli golən hər hansı öhdəlik yerinə yetirilməyib. 
Kəlbəcər  rayonunun  əhalisi  Azərbaycan  Respublikasının  56  rayon  və 
Ģəhərinin  707  yaĢayıĢ  məntəqəsində  qaçqınlıq  Ģəraitində  yaĢayır.  Kəlbəcər  rayonu 
ərazisində  qalmıĢ  13.000-dək  fərdi  mənzil,  37.852  ha  meĢə  sahəsi  indi  də  talan 
olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər 
rayonu ərazisində ermənilərin məskunlaĢdırılmasına baĢlanılıb.  
 
MĠLLĠ QƏHRƏMANLARI 
 

 
ġükürov ġahlar Əvəz oğlu (1952-1991) 

 
Səfərov Sərdar Mədət oğlu (1960-1991) 

 
Nəcəfov Yunis Ġsa oğlu (1967-1992) 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
RövĢən Novruzoğlu. GENOSĠD...ECOCĠD.    Bakı, “Adiloğlu” nəĢriyyatı-2006 
2.
 
Adil Əsədov. Мənə bir yer göstərin Kəlbəcər kimi. Təməl jurnalı №4 s. 19 
3.
 
www.agdaban.org 
 
 
 
 
 
 
 
 
 
 


 


 


ÜMUMĠ MƏLUMAT 
 
Ağdam  rayonu  Ağcabədi,  Tərtər,  Bərdə,  Kəlbəcər  Əsgəran  və  Xocavənd 
həmçinin, Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi  1,15 min kv/km,  əhalinin sayı 
isə  177,6  min  nəfərdir  (01.01.2010).  Rayon  kimi  yaranma  tarixi  08.08.1930-cu  il. 
Ağdam  rayonunda  1  Ģəhər,  2  qəsəbə  (Quzanlı,  Açarlı)  123  kənd  vardı.  Kəndləri 
bunlardır  -  Eyvazlı,  Bağbanlar,  Ġsmayılbəyli,  Muğanlı,  Pirzadlı,  Saybalı,  BaĢ 
Güneypəyə,  Bəyəhmədli,  Qızıl  Kəngərli,  Mollalar,  Salahlı  Kəngərli,  Sofulu, 
Çəmənli, Sarıcalı, ġükürağalı, Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, Ġsalar, 
Küdürlü, Qəhrəmanbəyli, Məmmədbağırlı, Əhmədağalı, Çıraxlı, KolqıĢlaq, MirəĢelli, 
Əlimədətli, Cinli, Əliağalı, Xaçındərbətli, Kürdlər, Qalayçılar, Mollalar, Göytəpə, 
Abdınlı,  Cavahirli,  Kosalar,  Gülablı,  Abdal,  Əhmədavar,  Xındırıstan,  Baharlı, 
Bəybabalar,  Birinci  YüzbaĢılı,  DadaĢlı,  Ġkinci  YüzbaĢılı,  Kəlbəhüseynli,  PaĢabəyli, 
Sarıçoban,  Ġmamqulubəyli,  Çullu,  Kəngərli,  QaraqaĢlı,  ġirvanlı,  Qaradağlı,  Evoğlu, 
Rzalar,  Qasımlı,  Qaradağlı,  Qurdlar,  Poladlı,  ġelli,  BaĢ  Qərvənd,  Ayaq  Qərvənd, 
Qazançı,  ġıxlar,  Qiyaslı,  Ətyeməzli,  KeĢtazlı,  Maqsudlu,  Çullu,  Eyvazxanbəyli, 
ġahbulaq,  Salahsəmədlər,  ġiĢpapaqlar,  TalıĢlar,  Təpəməhlə,  Tərnöyüt,  Tükəzbanlı, 
Məlikli,  Orta  Qərvənd,  Güllücə,  Ġlxıçılar,  Suma,  Tağıbəyli,  Xatınbəyli,  Xıdırlı, 
Çuxurməhlə, Mərzili, Nəmirli, ġoltanlı, ġuraabad, Təzəkənd, Umudlu, Novruzlu, Orta 
Güneypəyə, Papravənd, Ballar, Sarıcalı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, 
Sarıhacılı,  Sırxavənd,  Ballıqaya,  BəĢirlər,  QaraĢlar,  ġıxbabalı,  Muğanlı,  Üçoğlan, 
Alıbəyli, Baharlı, Qarapirimli, Böyükbəyli, Kiçikli, Orta QıĢlaq, Yeni Qaralar, Mahrızlı, 
Yusifcanlı, ZəngiĢalı, Yusifli. 
Rayonun  mərkəzi  olan  Ağdam  Bakıdan  362  km  məsafədə,  Qar-qar  çayının 
sahilindən 3 km aralı, Qarabağ düzünün cənub-qərbindədir. 
Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkiĢaf etmiĢ kənd təsərrüfatına 
malik rayon idi. 
Ağdamda  dəzgah  avadanlıqları,  aerokosmik  və  rabitə  cihazları,  metis-
furnitur,  traktor  və  avtomobil  təmiri,  asfalt,  konserv,  yağ-pendir,  barama  toxumu, 
pambıq, Ģərab və mexanikləĢdirilmiĢ çörək zavodları, xalça fabriki, taxıl məhsulları, 
tikinti materialları və ət kombinatları, iki dəmiryol vağzalı və aeroport, avtomobillərə 
texniki  xidmət  stansiyaları,  məiĢət  xidməti  kombinatı,  elektrik  Ģəbəkəsi,  kənd 
təsərrüfatı, kənd təsərrüfatının mexanikləĢdirilməsi və elektrikləĢdirilməsi stansiyaları, 
Üzeyir  Hacıbəyov  adına  musiqi  texnikumu,  Ə.  Haqverdiyev  adına  Ağdam  Dövlət 
Dram Teatrı fəaliyyət göstərirdi. 
Rayon  ərazisinin  1700  hektarı  meĢəlik,  91,3  hektarı  isə  kənd  təsərrüfatına 
yararlı  torpaqlardan  ibarət  idi.  Kənd  təsərrüfatının  istiqaməti,  əsasən,  pambıqçılıq, 
üzümçülük və heyvandarlıqdı. 
 
 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə