Sağlam yeniDOĞulmuşa qulluq üzrə klinik protokol



Yüklə 266,75 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix26.03.2018
ölçüsü266,75 Kb.
#33835
1   2   3   4   5   6   7   8

 21

PROTOKOL  №6

 

Yenidoğulmuş uşağın normal bədən  

temperaturunun saxlanılması 

1.  Təyini: 

 

yenidoğulmuş uşağın normal qoltuqaltı temperaturu – 36,5 -



37,5°C-dir. (A) 

 

termoneytral ətraf mühit dedikdə, elə mühit nəzərdə tutulur 

ki, yenidoğulmuş uşağın minimal əsas mübadiləsi və onun 

orqanizminin minimal oksigen sərfi ilə normal bədən 

temperaturu saxlanılsın 

 

“istilik zənciri “– yenidoğulmuş uşağın istilik itirməsinin 

qarşısını almağa və onun normal bədən temperaturunu 

saxlamağa yönəldilmiş  bir-biri ilə bağlı tədbirlər sırasıdır. 

 

2.  Məqsəd: 

 

yenidoğulmuş uşağın normal bədən temperaturunun saxlanması 



 

3.  Vasitələr: 

 

şüalandırıcı istilik mənbəyi (qızdırıcılı stol) 



 

yenidoğulmuş uşaq üçün əvvəlcədən qızdırılmış əski dəsti (2 

əski, yorğan, papaq) 

 

ümumi qəbul olunmuş standartlara uyğun bina qızdırıcıları 



 

lazımi təhlükəsizlik tədbirlərinə uyğun qızdırıcı vasitələr 

 

qoltuqaltında temperaturu ölçmək üçün fərdi termometrlər 



(civə və ya elektron) 

 

otaq termometri 



 

 

4.  Prosedurlar (istilik zəncirinə riayət): 



 

4.1. İsti doğuş zalı 

 

doğuş zalının temperaturunu 25- 29°C saxlamalı (Cədvəl 1-ə 



bax) 

 

termometri  doğuş zalının daxili divarlarının birində 



yerləşdirməli 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 22

Cədvəl 1. Yenidoğulmuş uşağın normal bədən temperaturunu 

saxlamaq üçün lazım olan ətraf mühit temperaturu 

Ətraf mühitin temperaturu 

Bədən kütləsi 

(kq) 


29,5° 26,5° 

24,0° 


1,5 - 2 

İlk 2 gün 

həyatın 3-cü günündən 3-cü 

həftədən 

2 - 3 

 

həyatın birinci həftəsi 2-ci 



həftədən 

3 və > 


 

həyatın ilk günləri 2-ci 

gündən 

 

Yenidoğulmuş üçün reanimasiya yeri binanın daxili divarı 



tərəfdə olmalıdır. 

 

4.2. Dərhal qurulama 

 

əvvəlcədən əskiləri (dəsmalı) və papağı qızdırmalı 



 

doğuşdan dərhal sonra isti əskilərlə (dəsmalla) uşağın başını 

və bədənini silməli 

 

yaş əskini (dəsmalı) qurusu ilə əvəz etməli. Uşağın üstünü 



örtməli və başına papaq geyindirməli 

 

4.3. “Dəri-dəriyə” kontaktı 

 

doğulduqdan dərhal sonra uşağı ananın qarnı/döşü üzərinə 



qoymalı (“dəri-dəriyə” kontaktı protokoluna bax) 

  

4.4. Döşlə əmizdirmə 

 

döşə birinci dəfə erkən qoyulmağa şərait yaratmalı (“İlk dəfə 



döşə qoyulma” protokoluna bax) 

 

4.5. Çimizdirmə və çəkilmə 

 

doğuş zalında uşağı çimizdirməməli 



 

uşağı doğuş zalından köçürməzdən əvvəl, ancaq doğulduqdan 

sonra 2 saatdan gec olmamaq şərti ilə çəkməli. Çəkərkən 

istiliyi itirməkdən qaçmalı (tərəziyə isti əskilər qoymalı) 

 

4.6. Uşağın geyindirilməsi 

 

doğuş zalından köçürməzdən əvvəl yenidoğulmuş uşağa 



əvvəlcədən qızdırılmış paltarları geyindirib isti yorğanla 

üstünü örtmək lazımdır. Bərk bələməməli! 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

23 


 

 

4.7. Köçürülərkən istilik təminatı 

 

uşağı köçürərkən istiliyi təmin etməli 



 

4.8. Uşağın ana ilə bir yerdə olması 

 

ana ilə uşağın bütün sutkanı bir yerdə olmasını təmin etməli 



 

4.9. İstidə “canlandırılması” 

 

əgər uşağın reanimasiya tədbirlərinə ehtiyacı varsa, onun 



üçün optimal temperatur rejimi təmin etmək vacibdir 

 

4.10. Təlim 

 

tibbi personal və ailə üzvlərinə istilik zəncirinə riayət 



prinsiplərini daim öyrətmək lazımdır 

 

Yenidoğulmuş uşağın qoltuqaltı temperaturu doğuş zalında        



2 dəfə: doğulduqdan sonra ilk 30 dəqiqədə və doğuş zalından 

köçürülərkən ölçülməlidir. Alınan nəticə yenidoğulmuşun inkişaf 

tarixinə yazılmalıdır. Sonrakı temperatur ölçülmələri hər gün, 

sutkada 1-2 dəfə olmalıdır. 

 

5.   Ədəbiyyat 

1.

 



Hadeed AJ, Ludington S, Siegal S. Skin-to skin between 

mother and infants reduces idiopathic apnea of prematurity. 



Pediatric Research, 1995; 37 (4): 1233. 

2.

 



Wahlberg V et al. A retrospective, comparative study using 

the kangaroo-mother method as a complement to the standard 

incubator care. European Journal of public Health. 1992; 2: 

34-37. 


3.

 

Managing Newborn Problems. WHO. 2003; Geneva. 



4.

 

Hoeger PH, Enzmann CC. Skin physiology of the neonate 

and young infant: a prospective study of functional skin 

parameters during early infancy. Pediatr Dermatol 2002; 

19(3):256-62. 

5.

 



Quinn D, Newton N, Piecuch R. Effect of frequent bathing on 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 266,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə