Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir



Yüklə 19,29 Kb.
tarix17.11.2017
ölçüsü19,29 Kb.

Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir”

Artur Şopenhaur

Sağlam qidalanma kafi və balanslı bəslənmədir. Bədənimizi təşkil edən hüceyrələrin nizamlı və balanslı çalışması üçün qida elementlərindən- yağlar, karbohidratlar, zülallar, vitaminlər və minerallardan- kafi miqdarda qəbul etməliyik. Bədənimizin bütün qida maddələrinə ehtiyacı vardır. Tək tərəfli qidalanmaq, yəni yalnız zülal və ya karbonhidratla qidalanmaq səhvdir. Balanslı bəslənərək vitaminlər, minerallar və liflər kimi əhəmiyyətli qida maddələrindən də almış olarıq. Qidalanma piramidası 5 ana qida qrupunu ehtiva edir. Piramida ən altda iştirak edən və tez-tez istehlak edilməsi lazım olan karbonhidratlarla başlayır və daha az istehlak edilməsi lazım olan qidalara doğru gedər. Bu qida qrupları karbohidratlar, minerallar, zülallar, yağ və şekerdir. Bu piramida qidaların doğru seçimi üçün rəhbəriniz olmalıdır



Balanslı qidalanma üçün əhəmiyyətli məsləhətlər...

Əridilmiş yağ (kərə yağ, quyruq yağı) nisbəti yüksək olan qidalardan daha az istifadə edin. Yetərli miqdarda bitki yağı (ay çiçək, qarğıdalı, soya, fındıq, zeytun yağı) qəbul etməyə üstünlük verin. Yarım yağlı süd, yağsız qatıqla qidalanın. Yağlı qırmızı ət yerinə yağsız ət, quru paxlalılar (noxud, mərcimək, paxla kimi) balıq və toyuq seçin. Süd və süd məhsulları da (qatıq, pendir və s.) qəbul etmək lazımdır, lakin istifadə zamanı bunların da az yağlı olmasına diqqət edilməlidir. Yeməklərinizi qaynatma, sobada bişirmə və ya qızartmada bişirmə üsullarıyla bişirsəniz yeməyə əlavə olunacaq yağdan azaltmış olarsınız.


Həddindən artıq şəkərli qidalardan uzaq durmalı və hətta çay, qəhvə kimi içkilər şəkərsiz içilməli və ya şəkər miqdarı azaldılmalıdır. Qidalardan aldığımız gündəlik duz miqdarı 6 qramı (bir şirin qaşığı) keçməməlidir. Bu miqdara yeməklərdən, çörəkdən, içkilərdən aldığımız duz miqdarı daxildir. Duz qəbulu ilə yüksək təzyiq arasında əlaqə var. Yüksək təzyiqi olanlar həkimlərinin tövsiyyəsinə görə ya heç duz istifadə etməməli ya da miqdarını azaltmalıdır.
Günə naharınızı edərək başlayın. Gecə boyu qida qəbul edilmədiyindən beyninizin səhər qalxanda enerjiyə ehtiyacı vardır. Daha sonra qida qəbulunu nahardan başlayaraq gün içinə yaymağınız daha təsirli kalori yandırmanıza səbəb olur. Mümkündürsə, yediklərinizi 3 əsas pay, 3 ara paya bölün, az və tez-tez qidalanın. Bol su üçün, yeməkləri yaxşıca çeynəyib udun. Hər yemək yediyinizdə mədənin 1/3 hissəsini boş buraxın. Tam olaraq dolu mədə sağlamlığımızın zaman içində pozulmasına, erkən yaşlanmağa səbəb olur. Mədənizi qatı qidalarla doldurmayın. Qatı qidalarla dolu mədə məzmununun zəruri öz suyu hər tərəfə balanslı çatdırması çətinləşər və həzm çətinləşir. Daimi yemək yeyənlər daha balanslı və sağlam
qidalanır və ideal kilolarını qorumaqdadırlar. 
Zehni fəaliyyətlərin tələb etdiyi enerji qaynaqlarının ən əhəmiyyətlilərindən biri də meyvələrdir. Beynin oksigen xaricindəki tək enerjisi qlükozadır. Qlükoza meyvələrdə hazır halda olur. Digər qidalarla alınan şəkər mədədə yandırılaraq qlükozaya çevrilir. Bu səbəblə meyvələri ac qarına yemək lazımdır. Ümumiyyətlə qidalar arasında məsafə saxlamaq lazımdır. Bitki mənşəli qidalar, göyərtini, meyvə-tərəvəzi əsas yeməkdən 10-15 dəqiqə əvvəl qəbul edilməlidir. Meyvə-tərəvəzin, həmçinin  göyərtinin əsas yeməkdən əvvəl qəbul edilməsi sonra qəbul edilən qidaların bağırsaqlarda tam həzminə imkan yaradır. Qeyd edək ki, mədə dolu ikən alınan meyvələr mədədə qalıb, qida dəyəri itirər. Beləliklə də, meyvə mədədə mayalanacağı üçün bütün həzm sistemimizi yorar. Bu qayda ilə ət xörəklərinin bağırsaqlarda sorulmasını təmin etmək olar. Təbii qidaların qəbulunu artırmaq lazımdır. Bitki qidasının həzminə orqanizm az enerji sərf edir. Eyni qidanı eyni vaxtda həmişə qəbul edirik. Bu doğru deyil. Məsələn, çörəklə ət, kartof yeyirik. Kartof isə mədə şirəsini götürür. Əti isə şirələri həzm edir. Eyni anda kartof ətlə yeyiləndə ət həzmsiz qalır. İnsanda köp yaranır. Ət həzmə getmədiyi üçün bağırsaqlarda daşlar, şlaklar əmələ gəlir. Nəticədə intoksikasiya başlayır. Bu isə çox vaxt qəbizlik və ishala gətirib çıxarır. Buna görə də sağlam qidalanmaya diqqət etmək vacib şərtlərdən biridir.
 Bədənimizdə dəqiqədə 10 milyon hüceyrə ölür və bir o qədəri də yenilənir. Orta 100 gündə (beyin və sinir hüceyrələri xaric) bütün vücudumuz yenilenir. Düzənsiz pis qidalanma yeniləmə sistemini ləngidər. Dəriniz canlılığını, təzəliyini itirir və ən əhəmiyyətlisi xəstəliklərə açıq olarsınız. Yorğunluq, tez yorulma, baş ağrısı ola bilər. Düşüncə və yaddaş sistemi zədələnər. Bu səbəblərdən ötəri nizamlı və sağlam qidalanmaya diqqət etməli və yemək üçün yaşamamalı, yalnız yaşamaq üçün yeməli fikirini mənimsəməlisiniz.


Bayramda nəfsimizə hakim olmağı bacaraq

Nəzərə alsaq ki, hazırda Novruz bayramı ərəfəsindəyik. Bu zaman, yuxarıda sağlam qidalanma ilə bağlı qeyd olunan məsləhətlərə əməl etməyimiz yerinə düşərdi. Çünki tarixən qeyd etdiyimiz bu bayramda nəfsimizə sus demirik. Çoxlu qidalar qəbul edir, süfrələrimizi bəzəyən təamlardan, çeşidli içkilərdən doymadan dadırıq. Qəbul etdiyimiz qidalar arasında şirniyyatlar, ətli və yağlı təamlar, salat çeşidləri də üstünlük təşkil edir. Mütləq yeməliyik. Bu birmənalıdır. Bəllidir ki, insanlar adi günlərdən fərqli olaraq bayram günlərində normadan artıq şəkər qəbul edirlər. Bu isə mədə-bağırsağa, ödə, xüsusən də mədəaltı vəzə ziyandır. Bayram günlərində qidaların çoxlu miqdarda qəbul edilməsi zamanı mədəaltı vəz tərəfindən ifraz olunan insulin qidaları tam şəkildə çevirə bilmir. Bu da adamlarda şəkər xəstəliyinə meyllilik yaradır. Habelə həzm sisteminin pozulmasına gətirib çıxarır. Ona görə də bu kimi qidaları artıq miqdarda qəbul etmək məsləhət görülmür. Bu qidalar sinir reseptorlarını qıcıqlandırır, bağırsaqlarda sorulma narahat gedir. Bu qan təzyiqinə də mənfi təsir edir. Ətli-yağlı qidaların çox qəbulu xolesterinin miqdarı artırır, bağırsaq daşlarının da artımına səbəb olur. İndiki zamanda ətlə qidalanma çoxalıb. Dədə-babalarımız ətli-yağlı qidaları qəbul etdikdən sonra çoxlu fiziki əməklə məşğul olmaqla həmin enejini çıxarırdılar. İndi ət yeyənlər bunu edə bilmir. Bayramda bütün qidaları dadmaq olar. Sadəcə elə etmək lazımdır ki, yediyimiz yeməklər zərər verməsin.


AzNews.az
Xəyalə Məmmədova



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə