Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

 
32 
qalmadı.Ana  olmaq  istəyən  gənc  Mayya  uşaqlığında  şiş 
olduğunu  biləndə  dəhşətə  gəldi.Əgər  uşaqlığındakı  şişi 
kəsməyə  razılıq  versəydi,heç  vaxt  ana  ola,sevdiyi  ərinə  övlad 
bağışlaya bilməyəcəkdi.Üstəlik,qadın olduğunu da unutmalı idi. 
Lakin  başı  çox  müsibətlər  çəkmiş  mübariz  qadın  “döyüşsüz” 
təslim olmaq niyətində deyildi.Gənc qadın öyrəndi ki, moskva-
lı professor A.Vişnevski heyvanlar üzərində qeyri-adi cərrahiy-
yə  əməliyyatı  aparır:şişi  kəsir,lakin  toxumaların  sağlam  ucla-
rını bir-birinə tikmir,kəsiyə teflon sapdan hörülmüş tor qoyur. 
Dörd  aydan  sonra  bu  süni  toxumanın  üzərində  təbii  toxuma 
bitir. Orqan bərpa olunur, süni toxuma isə öz vəzifəsini yerinə 
yetirib  əriyir,yox  olur.İnəklər  üzərində  təcrübə  aparan  alim, 
sonra  belə  əməliyyatları  insanın  bütün  orqanlarında,  o  cümlə-
dən,ürəkdə,damarlarda aparmaq istəyirdi. 
-Dilsiz-ağızsız  inək  sizə  heç  nə  deyə  bilməz,-cəsarətli 
qadın  Mayya  Qoqulan  alimi  inandırmağa  başladı.-Mən  isə 
daxilimdə  baş  verən  bütün  proseslər  barəsində  dəqiq  məlumat 
verərəm. Xahiş edirəm, təcrübəni mənim üzərimdə aparasınız.-
İnadkar qadın öz məqsədinə nail oldu. 
23 aprel 1966-cı ildə, Moskvada ilk dəfə insan üzərində 
qeyri-adi  cərrahiyyə  əməliyyatı  aparıldı.Həmin  şəxs  Mayya 
Fyodorovna  Qoqulan  idi.Möhkəm  iradəli  qadın  tez  sağaldı, 
hamilə oldu və ərinə verdiyi vədi yerinə yetirdi:bir sağlam qız 
doğdu.Lakin Anyanın 9 yaşı tamam  olanda qayğısız ailəni bəd 
xəbər  silkələdi:47  yaşlı  Mayya  Fyodorovnanın  uşaqlığında, 
məhz  əməliyyat  aparılmış  yerdə  şiş  yenidən  peydə  olub. 
A.Vişneviski artıq dünyasını dəyişmişdi.Bəlkə elə buna görə də 
ikinci  cərrahiyyə  əməliyyatı  faciəvi  nəticələr  verdi.M.Qoqulan 
daha  yataqdan  qalxa  bilmədi.Xəstə  qadın  dəhşətli  surətdə 
kökəlməyə başladı.Qollarında, qıçlarında tromblar əmələ gəldi, 
damarları  partlamağa  başladı.Dəhşətli  ağrılar  gecə  yatmağa, 
gündüz  oturmağa  qoymurdu.Şişman  qadın  hərəkətsiz  ağrı-acı 
dağına çevrilmişdi.Dörd aylıq səmərəsiz müalicədən sonra ona 
əlillik  dərəcəsi  təklif  etdilər.  Mayya  Fyodorovna  jurnalistlik 


 
33 
peşəsindən ayrılmalı oldu.Lakin yaxşı jurnalistin başqalarından 
fərqi ondadır ki,o,həmişə öz qarşısında çoxlarının ağlına gəlmə 
-yən çətin suallar qoyur və onlara cavab axtarır.Yataqdan qalxa 
bilməyən,lakin  ağlı  yaxşı  işləyən  Mayya  Fyodorovna  bir  neçə 
qeyri-standart suala cavab axtarmalı oldu.Birincisi:kəsilmiş şiş 
niyə yenidən peydə oldu? Bu suala cavabı sağlamlıq haqqında 
bir  xeyli  ədəbiyyat  oxuduqdan  sonra  tapdı:  çünki  cərrahiyyə 
əməliyyatı  səbəbi  deyil,  nəticəni  aradan qaldırmışdı. Səbəb 
isə  qalır.Səbəbi  ləğv  etmədən,  nəticəni  aradan  götürmək 
mümkün  deyil.İkinci  sual  Mayya  Fyodorovnanın  ağlına  öz 
müalicə  həkimindən  eşitdiyi  sözlər  üzərində  düşünərkən 
gəldi.Ağrıdan şıkayət edən xəstəyə müalicə həkimi çox qəribə, 
həm də çox adi bir məsləhət verirdi:“Nə etmək olar? Döz. Mən 
düz iyirmi ildir dözürəm”.Mayya Fyodorovna bu acı həqiqətin 
üzərində dərindən düşündü:düz iyirmi ildir ağrı siqnal verir ki, 
ey həkim, sənin orqanizmin sağlam deyil,həkim isə bu siqnala 
əhəmiyyət  vermir,dözür,ömrünü  bir  təhər  başa  vurur.Mən 
həkimlərdən,tibb elmindən nə gözləyə bilərəm? 
Mayya  Fyodorovna  dərk  etdi  ki,təqsir  ayrı-ayrı 
həkimlərdə deyil,bütövlükdə müasir tibb elmindədir,daha doğ-
rusu,bu  elmi  yaradan  bəşəriyyətdədir.Görünür,insan  haçansa 
yanlış yola düşüb,əyri yol gətirib insanı uçurumun lap qırağına 
çıxarıb.Səhv  yola  düşmüş  təbabət  sağlamlıq  problemləri  ilə 
deyil,  “cari  təmirlə”  məşquldur.  O,  bütün  gücünü  cari 
məsələlərin  az  məsrəflə  mümkün  qədər  tez  və mümkün  qədər 
asan həll olunmasına sərf edir.Başın ağrıyır? Buyur, bu həbi at, 
kəsəcək.  Dişin  ağrıyır?  Otur,  çəkim.Böyrəyin  çürüyüb?  Uzan, 
kəsim... Budur tibb elmi! Başqa yol yoxdurmu? 
Var! M.Qoqulan Breqqin, Şeltonun, Uokerin, Şatalova-
nın,İvanovun  məsləhətlərini  oxumağa  və  yerinə  yetirməyə 
başladı.Səhhəti  bir  qədər  yaxşılaşdı.Lakin  ağrı  onu  heç  vaxt 
tərk  etmirdi.Praktiki  olaraq  əlil  idi.Anası  Adel,bacısı,qohum-
əqrəba ona qulluq etməsəydi, məhv olardı. 


 
34 
Dözümlü,inadkar,mətin  və  mübariz  adamlara  çox  vaxt  
adi  təsadüf  də  kömək  edir.Əslində  isə  onların  taleyində  baş 
verənlərə  təsadüf  demək  düzgün  deyil.Təsadüf  adlandırdı-
ğımız həmin hadisələr-inamın,mətinliyin,dözümün mükafatıdır. 
Döyüşsüz  təslim  olmaq  istəmiyən  Mayya  Fyodorovnanın 
mətinliyi mükafatsız qalmadı:adını heç vaxt eşitmədiyi Yapon 
alimi  Nişinin  makinada  yazılmış  28  səhifəlik  yazısını  ona 
gətirdilər: “Xərçəng müalicə olunur! Nişinin Sağlamlıq Sistemi 
ilə xərçəngin qarşısını almaq və müalicə etmək yolları”. 
M.Qoqulan “Xəstəliklərlə vidalaşın” adlı kitabında belə 
yazır:“Yazını  oxuyan  kimi  anladım:uzun  illərdən  bəri  axtardı-
ğımı  tapmışam!Yazıda  verilən  məsləhətlərin  hamısını  dəqiq 
yerinə  yetirməyə  başladım.Tezliklə  səhhətim  yaxşılaşdı.İki 
həftədən  sonra  ağrılarım  azaldı.Üç  həftədən  sonra  artıq  otura 
bilirdim.İnadkarlığım  öz  bəhrəsini  verdi...Nəhayət,  sağlamlı-
ğımı qaytardım. Əsl möcüzə baş verdi!”. 
Mayya  Fyodorovnanın  ayağı  yer  tutan  kimi,ağrıdan 
şikayət  edən  müalicə  həkiminin  yanına  getdi.Həkim  onu 
görəndə təəccübləndi: “Mayya, sən hələ sağsan?”. Demiyəsən, 
onu  çoxdan  ölülər  sırasına  yazıblarmış.Mayya  Fyodorovna 
suala sualla cavab verdi:“Ayaqlarınız hələ də ağrıyır?Gəlin sizi 
müalicə edim”.Ölümün caynağından qopmuş xəstə öz həkimi-
nə  Nişi  Sistemi  haqqında  böyük  sevinc  və  fərəhlə  danışdı, 
makina  yazısını  ona  təqdim  etdi.Həkim  deyilənlərə  etinasız, 
çox laqeyd şəkildə qulaq asdı,vərəqləri alıb pəncərədəki kağız 
qalağının üstünə atdı və onu tez də unutdu. Mayya Fyodorovna 
anladı: başı “cari təmirə” qarışmış həkimlərin Nişi Sistemi ilə 
məşğul  olmağa  nə  vaxtı  var,  nə  də  həvəsi.  Tale  bu  müqəddəs 
vəzifəni  onun  öhdəsinə  atıb.Ən  ümdə  vəzifəsi  informasiya 
toplayıb yaymaq olan jurnalist peşəsinin mübariz nümayəndəsi 
M.Qoqulan  dahi  Yapon  alimi  Nişinin  Sağlamlıq  Sistemini 
bütün  SSR-i  məkanında  təbliğ  etməyi  və  tanıtdırmağı  özünə 
borc  bildi.Dərhal  da  məramını  həyata  keçirməyə  başladı. 
Alimin  iki  kitabını  Yaponiyadan  gətirtdi,  bacısına  ingilis 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə