Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.

səhifə11/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

 
35 
dilindən  tərcümə  etdirdi,qəzetlərdə,jurnallarda,geniş  auditori-
yalarda maraqlı çıxışlar etdi, ehtiyacı olanlara praktik köməklik 
göstərdi,  nəhayət,çox  samballı  bir  kitab  buraxdırdı.Xoş  bir 
təsadüf həmin kitabı mənim əzablar və axtarışlarla dolu həyat 
yolumun üstünə çıxartdı.Bu təsadüfə görə,öncə, mənə həm ağır 
cəzalar verən (günahlarım üçün), həm də nicat yolunu göstərən 
Allahıma  borcluyam.Sonra  da  Qubadakı  mehriban  qonşumuz 
Təbarrikə xanıma (Allah rəhmət eləsin!) minnətdaram. 
   
Mayya Fyodorovnanın dəyərli məsləhətləri bütün SSRİ 
məkanında milyonlarla mənim kimi ümidsiz xəstəyə şəfa verdi. 
M.Qoqulan  onlardan  biri  haqqında  belə  yazır:“Tanya  adlı 
rəfiqəmin  uşaqlığında  xərçəng  aşkar  edilmişdi.Metastazı  isə 
döşündə  idi.Həkim  təcili  cərrahiyyə  əməliyyatı  aparmaq  üçün 
ondan  razılq  tələb  edirdi.Tanyanın  görkəmi  adamı  dəhşətə 
gətirirdi-dərisi  bomboz  idi,baxışları  ölü  baxışlarına  oxşayırdı, 
gözlərində işıq tamam sönmüşdü, qəddi bükülmüşdü, ağzından 
dəhşətli  iy  gəlirdi.Mən  ona  təklif  etdim  ki,cərrahiyyə  əməliy-
yatını  yubatsın,döşünü  və  uşaqlığını  kəsdirməzdən  öncə, 
Nişinin  Sağlamlıq  Sisteminə  6    həftə  dəqiq  və  vicdanla  əməl 
etsin.Razı  oldu.Hər  gün  işə  getməkdə  davam  edərək(memar 
işləyir) və evdə üzərinə düşən vəzifəni yerinə yetirərək (əri və 
oğlu var), gündə iki dəfə “hava vannası” qəbul edirdi, mümkün 
qədər  çox  çılpaq  gəzirdi,  qara  qarağat,  moruq,  itburnu 
yarpaqlarının  çayını  dəmləyib  içirdi,  6  Sağlamlıq  qaydasını 
yerinə  yetirirdi,  kontrast  duş  qəbul  edirdi.Yalnız  çiy  meyvə, 
tərəvəz,qoz-fındıq  və  kəpək  yeyirdi.Çox  keçmədi  xarakterik 
nişanələr özünü büruzə verdi.Bu nişanələr hərədə bir cür olur: 
düz  bağırsaqdan,yaxud  cinsi  orqandan  tullantılar  axır,əksər 
hallarda  isə  bədəndə  qırmızı  ləkələr  əmələ  gəlir.Bu  sağalma 
prosesinin başlamasına və orqanizmin təmizlənməsinə şahidlik 
edir.  Tanya  Nişinin  Sağlamlıq  Sisteminə  tam  və  ciddi  əməl 
edərək bütövlükdə aclığa keçdi:12 gün su içdi (1 stəkan suya 1 
çay qaşığı alma sirkəsi, bir çay qaşığı bal (mineral maddələr və 
vitamin  kimi),eləcə  də  öz  sidiyini  əlavə  etdi.“Təzələnmə” 


 
36 
gözümüzün qabağında baş verdi.Qəddi bükülmüş ölüvay “qarı” 
dönüb  gənc,gümrah,gülərüz  və  xoşbəxt  bir  qadın  oldu. 
Ağzından  gələn  dəhşətli  iy  yoxa  çıxdı.On  iki  günlük  aclıqdan 
sonra Tanya çox zəyifləmişdi. Odur ki, aclığı dayandırdı.Təbii 
ki,adam neçə gün ac  qalırsa,bir o qədər də çiy qida yeməlidir. 
Tanya belə də etdi:12 gün 5 növ tərəvəz və meyvənin şirəsini 
sıxıb,eyni  vaxtda  içirdi.Cərrahın  yanına  gedəndə,onun  gözləri 
kəlləsinə çıxdı,heyrətlə soruşdu: 
siz 
buna necə nail oldunuz?” 
 Mayya  Fyodorovnanın 
bütün  auditoriyalarda  böyük 
həvəslə danışdığı bir  müdrik və 
dərin  fəlsəfi  mənası  olan  prit- 
çanı qələmə almasaq, zənnimcə, 
ölümə  qalib  gəlmiş  bu  inadkar 
və  mübariz  qadın  haqqında, 
ümumiyyətlə, mətinlik haqqında 
hekayətimiz  tam  və  dolğun 
olmaz.  İki  qurbağa  içində  süd 
olan qaba düşür.Biri özünü itirir 
və  boğulub  ölür.O  biri  qurbağ 
xilas  olmaq  üçün  hey  çabala-
yır,çılqın  hərəkətdən    südün 
üzündə  yağ  “adacığı”  əmələ 
gəlir.İnadkar  qurbağa  onun 
üstünə  çıxıb  bayıra  sıçrayır  və 
ölümdən xilas olur. 
Siz  də  özünüzü  heç  bir 
şəraitdə  itirməyin,çabalayın-hər 
vəziyətdən  çıxış  yolu  var!.. 
Bütün xəstəliklərə qalib gəlmək 
mümkün-dür.Təki bunu ürəkdən 
istəyin  və  qalib  gəlmək  üçün 
bütün  iradənizi  səfərbər  edin! 


 
37 
Bir  daha  yadınıza  salıram:Sağalmayan  xəstəlik  yoxdur, 
sağalmayan  xəstə  var.Sağalmaq  istəyən-yollar  axtarır, 
istəmiyən-bəhanə.Xilas  olmaq  yolunu  sizə  bu  kitab 
göstərəcək,o,həyat adlı uzun və çox mürəkkəb bir yolda sadiq 
bələdçiniz,ağıllı məsləhətçiniz olacaq.Onunla dostluq etməyinə, 
vallah, dəyər...                                          
Mətin  jurnalist  Mayya  Qoqulan  barədə  söhbətə  yekun 
vuraraq, buradaca bir moskvalı  həmkarımdan iqtibas gətirmək 
istəyirəm:“Başqalarına  sağlam  olmağı  öyrədən  adamı  ət 
basıbsa,təngənəfəslikdən əzab çəkirsə,hərəkət edə bilmirsə -
mənim  beləsinə  inamım  yoxdur.Mayya  Qoqulana  mən 
dərhal inandım.Ona görə ki, bu qadının zahiri görkəmi tam 
qaydasındadır”.         
 
 
            Alla Zinovyeva
               “Sportivnaya jizn Rossii”,1992. 
Şəkildə:64 yaşlı Mayya Qoqulan. 
 
 
 
İKİNCİ FƏSİL 
NATURAL GİGİYENA NECƏ YARANDI? 
 
Bir həqiqəti yadda möhkəm saxlayın:həkimlər,tibb elmi 
bizim  özümüzlə  deyil,canımızdakı  azar-bezarla  məşğul  olur. 
Biz  xəstələnməsək,azar-bezarsız  yaşasaq,nəhəng  əczaçılıq 
sənayesi  gözündən  batar.Dövlətə  də,şəxsi  mülkiyyətçiyə  də, 
əlbəttə,sağlam adam-işçi qüvvəsi lazımdır.İstehsalatı dayandır-
mamaq və daha da genişləndirmək üçün.İşçi neçə il yaşayacaq? 
Bunun  nə  dövlətə  dəxli  var,nə  də  mülkiyyət  sahibinə.Yoxsa 
necə olur ki,spirtli içkilərin,tütünün ziyanını hamı bildiyi və bu 
barədə  bar-bar  bağırdığı  halda,heç  bir  dövlət  onları  istehsal 
edən fabrik və zavodları bağlamır?  
Özün  nəticə  çıxar:  öz  sağlamlığının  qeydinə  sən  özün 
qalmalısan,sağlamlığınla  məşğul  olmaq  sənin  öz  şəxsi  işindir. 




Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə