Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   8   9   10   11   12   13   14   15   ...   98

 
38 
Qoy,gözəl  şüarlar,  təmtəraqlı  məruzələr  səni  çaşdırmasın. 
Sənin can sağlığını səndən başqa heç kəs qorumayacaq, qorusa 
da  sənin  kimi  heç  kəs  qoruya  bilməz.Vicdanlı  və  dərin  bilikli  
həkimlərin  hamısı  bir  ağızdan  deyir:hər  kəs  özünün  həkimi 
olmalıdır! 
Soruşa bilərsiniz: sağlamlığımı necə qoruyum, onu itir- 
mişəmsə, necə qaaytarım? Cavab verirəm:natural gigiyenanın 
köməyi ilə. O nəmənə şeydi?150 ildən çox yaşı olan bir faydalı 
hərəkatla tanış deyilsiniz?..Gec deyil,gəlin tanış olaq. 
Dərman  müalicəsinin  uğursuzluğu,bu  zəmində  baş 
verən  saysız-hesabsız  qurbanlar  insanları  zaman-zaman  yeni 
yollar  axtarmağa  vadar  edib.Nəticədə  X1X  əsrdə  yeni  bir 
müalicə  növü  meydana  çıxdı.Onu  qədim  Yunan  Şəfa  Allahı 
Asklepeyin  (Eskulapın)  ikinci  qızı  Gigiyanın  (onun  barəsində 
axırda) şərəfinə “Natural Gigiyena”  adlandırdılar.Dərmanı tam 
rədd edən yeni müalicə metodunun əsasını belə bir tezis təşkil 
edir:  Təbiət  Qanunlarını  mükəmməl  öyrənərək,  onlara  dəqiq 
əməl  edərək,bədənin  ayrı-ayrı  orqan  və  sistemlərini  deyil, 
bütövlükdə  orqanizmi(cismi  və  ruhu)  elə  formalaşdırmaq 
lazımdır  ki,Təbiətin  özü  tərəfindən  vücudda  yerləşdirilmiş 
şəfaverici qüvvələr cismi və ruhu xəstəliklərdən qoruya bilsin. 
“Natural  Gigiyena”  termini  ilk  dəfə  1856-cı  ildə 
Amerikada  təsbit  olundu.Bundan  bir  qədər  əvvəl,yəni  1832-ci 
ildə,o  vaxt  kimsəyə  bəlli  olmayan  Silvestr  Qrehem  Nyu-York 
şəhərinin  sakinləri  qarşısında  böyük  bir  mühazirə  ilə  çıxış 
edərək,  bildirdi  ki,XIX  əsrin  əvvəllərində  Filodelfiyada  çoxlu 
insan  həyatına  son  qoyan  dəhşətli  vəba  epidemiyası  “Bibliya 
xristianları”  sektası  üzvlərinin  birinin  də  burnunu  qanatmadı. 
Nə  üçün?  Yeganə  fərq  bunda  idi  ki,  həmin  sektanın  üzvləri 
heyvandarlıq məhsullarından istifadə etmirdilər, çay, spirtli içki 
içmir, papiros çəkmirdilər.Bu hal Qrehemin  iti ağlını çox ciddi 
şəkildə  məşğul  etdi.Onun  çıxartdığı  nəticə  hamı  üçün 
gözlənilməz  oldu:Natural  Qidalar  müalicəvi  əhəmiyyətə 
malikdir! Onu da əlavə edək ki, Qrehemin ardıcıllarından heç 


 
39 
kəs  o  dövrün  çox  qorxunc  bəlası  sayılan  vəbaya  tutulmadı. 
Beləliklə də, Qrehem belə bir acı nəticə çıxartdı: “İnsanın özü 
öz xəstəliyinin, öz əzab və işgəncəsinin səbəbkarı, baisidir ”. 
Bəli,insan  özünü  xoşbəxt  də  edə  bilər,bədbəxt  də. 
Bunun üçün Xaliq ona hər şeyi verib. 
“Natural  Gigiyena”  hərəkatının  banilərindən  biri  Troll 
bu  hərəkatın  məramını  belə  izah  edir:“Dərman  təbabətinin 
sistemi-yalançıdır,fəlsəfi  nöqteyi-nəzərdən  düzgün  deyil,elmi 
baxımdan-cəfəngiyatdır,Təbiətə  düşməndir,sağlam  düşüncəyə 
ziddir,nəticələrinə  görə-fəlakətlidir,insan  nəslinə-lənətdir  və 
qarğışdır.Bizim təbliğ və təsbit etdiyimiz gigiyena təbabəti isə - 
Təbiətlə  harmoniyadır,canlı  orqanizmin  qanunlarına  tam 
uyğundur,elmi nöqteyi-nəzərdən düzgündür, nəticələrinə görə - 
müsbətdir, insan xoşbəxtliyi üçün möhkəm zəmindir”. 
“Natural  Gigiyena”  hərakatı  inkişaf  etdi,ABŞ-a,  sonra 
da Avstraliyaya,Yeni Zelandiyaya yayıldı,digər sivil ölkələrə, o 
cümlədən,Yaponiyaya  keçdi.Əhalisinin  böyük  bir  hissəsi  bu 
sistemlə  yaşayan,  adi  fəhləsi  də,  prezidenti  də  sübh  tezdən 
əyninə “şortik” geyib açıq havada qaçmağı özünə ar bilməyən 
ABŞ  dünyanın  ən  qüdrətli  dövlətinə,bəlkə  də,Natural  Gigiye-
nanın  köməyi  ilə  çevrildi-sağlam  bədən  və  sağlam  ruh,  inam, 
optimizm  ölkənin  böyük  uğurları  üçün  gözəl  zəmin  yaratdı. 
XX  əsrin  əvvəllərində  əhalisinin  orta  yaş  həddi  44  il  olan 
Yaponiyanın,indi həmin  göstəriciyə görə dünyada  birinci yerə 
çıxması səbəbini də,zənnimcə, “Natural Gigiyena” hərakatında 
axtarmaq lazımdır. 
 
NATURAL GİGİYENANIN PRİNSİPLƏRİ 
 
Birinci  prinsip:Xəstəliyi  müalicə  etməmək,həyat 
qanunlarına  dair  bilikdən  istifadə  edərək,  insanlara 
xəstəliklərdən vaz keçməyi öyrətmək.Nəzərə almaq lazımdır 
ki,Təbiət  insanı  sağlam  yaradır  və  onu  şəfaverici  qüvvələrlə 
təmin  edir.Təsadüfi  deyil  ki,  böyük  rus  alimi  Pavlov 


 
40 
yazırdı:“İnsan  orqanizmi-yüksək  dərəcədə  özünü  idarə 
edən,özünü istiqamətləndirən,özünə qulluq göstərən, özünü 
mühafizə edən,bərpa edən,hətta,mükəmməlləşdirən sistem-
dir”.İnsan üçün elə şərait yaratmaq lazımdır ki,onun orqanizmi 
sonralar  həm  daxili  mühitlə,həm  də  xarici  mühitlə  hərtərəfli 
əlaqə  saxlaya  bilsin.Bu  şərait  və  yalnız  bu  şərait  Təbiət 
tərəfindən qoyulmuş möhtəşəm köməkçi qüvvələrin-immunitet 
gücünün,özünü  bərpa  və  özünü  təkmilləşdirmə  qüvvələrinin 
maneəsiz hərəkət etməsinə qarantiya verir. 
İkinci prinsip: Tam və vahid olan insan orqanizminə 
kompleks(sistemli) yanaşmaq. Natural Gigiyenanın tərəfdarla 
-rı,çox  haqlı  olaraq,müalicədə  dar  ixtisaslaşmanı  tam  rədd 
edirlər.Amerika gigiyenisti Şelton yazırdı:“Hər hansı xəstəlik-
bütün orqanizmin xəstəliyidir.Ona görə də orqanizmə təbii 
metodlarla  kompleks(sistemli)  təsir  göstərmək  lazımdır. 
Yalnız  təbii  üsulla  göstərilən  kompleks  təsir-orqanizmin 
bütün  həyat  fəaliyyətinin  əsasına(bizim  iradəmizdən  asılı 
olmayaraq)qoyulmuş  olan  özünütəmizləmə  və  özünümüa-
licə qanunlarının realizə olunmasını təmin edir”. 
Üçüncü prinsip:“Sağlamlıq” və “Xəstəlik” fenomen-
lərini  dəqiq  müəyyən  etmək.“Sağlamlıq”-tam,bütöv  olmaq 
deməkdir.“Müalicə  etmək”-bütövlüyün  bərpası  deməkdir. 
Şeltonun  traktovkasınca  “sağlamlıq-tamamlanmaq,  təşkilet-
mənin mükəmməlliyi, yə-ni, həyati etibarlılıq, funksiyaların 
harmoniyası,  enerjili  və  hər  cür  gərginlikdən  tam  azad  və 
sərbəst  olmaq,heç  bir  məhdudiyyət  hiss  etməmək”  demək-
dir.Şelton tam yəqin etmişdi ki,bədəndəki hər bir orqan-hər bir 
hüceyrə,toxuma,orqanlar  sistemi  tamın,bütövün  (orqanizmin) 
mənafeyini öz mənafeyindən üstün tutaraq, tamın (orqanizmin) 
sağlamlığı  və  bütövlüyü  naminə  çalışır.  “Alturizm”  (ümumi 
mənafeyin  naminə  öz  mənafeyini  qurban  vermək)-insan 
orqanizmini  qoruyan  ən  böyük  və  ən  ecazkar  qüvvədir,ən 
mükəmməl  qanunlardan  biridir.Əgər  bu  qanunu,sözdə  deyil, 
işdə  cəmiyyətə  tətbiq  etmək,insanlara  ümumi  mənafeyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə