Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

 
47 
barədə gələn fəsillərdə ətraflı söhbət açacağıq) və Nişi Sistemi-
nin  6  qaydasına  əməl  etdikdə,beynimizin  hüceyrələri  özlərini 
çox gözəl hiss edirlər,biz xəstəliyin nə olduğunu bilmirik,uzun 
illər gümrah yaşayırıq və cavan qalırıq. 
Möhkəm  sinir  sistemi  yaratmaq  üçün  nədən  başlamaq 
lazımdır?Əlbəttə,səmərəli,məhsuldar düşünməyi öyrənməkdən! 
Hər vaxt yadda möhkəm saxlamalıyıq ki,Təbiət bizə ağıl,zəka 
və  təfəkkür  kimi  çox  qüdrətli  bir  silah  bəxş  edib.Bu  silahın 
gücü  ilə  biz  Kosmosu  fəth  edirik,insanların  özündən  qat-qat 
güclü olan robot düzəldirik.Bir sözlə,insan ağlının,insan kama-
lının hüdudu yoxdur! Belə olduğu halda, nə üçün öz cismimizi 
və ruhumuzu səhmana sala bilmirik? Ona görə ki, bu məqsədə 
nail  olmaq  üçün  hamımız  başqalarını,bir  də  dərmanı  köməyə 
çağırırıq.Öz  ağlımızı  deyil,məhz  başqalarını  və  dərmanı! 
İnsanın  ən  böyük  səhvi  və  bədbəxtliyi  budur.Heç  bir  dərman 
beyinin fəaliyyətini gücləndirə bilmir,əksinə,onu keyidir, qeyri- 
həssas,qeyri-sağlam edir.Beyin yaxşı işləmirsə,müsbət emosiya 
-lar  “istehsal”  edə  bilməz.Beyinin  yaxşı  işləməsi  bütövlükdə 
həyat tərzindən asılıdır.Pis vərdişlərin caynağından yaxa qurtar 
-madan  “Baş  qərargahı”  (eləcə  də  digər  orqanları)  normal 
çalışdırmaq  mümkün  deyil.Yalnız  sağlam  həyat  tərzi  beyni 
oksigenlə,vitaminlərlə,duzlarla  və  digər  elementlərlə  istənilən 
səviyyədə  təchiz  etməyə  imkan  verir.Beynin  yaxşı  işləməsi 
üçün onun hüceyrələrini,oksigendən başqa, həm də doymamış 
yağ  turşuları  ilə  təmin  etmək  vacibdir.Onların  əsas  mənbəyi-
ziriş  və  günəbaxan  tumla  rından,zeytundan  və  cücərmiş 
buğdanın  zoğlarından  alınan  yağlardır.Mineral  maddələrdən 
beyinə fosfor, kükürd, mis, sink, kalsium,dəmir və maqnezium 
gərəkdir.Fosfor  və  fosfor  birləşmələri-beyin  hüceyrələrinin 
yaranmasını  təmin  edir,kükürd  onları  oksigenlə  təchiz  etmək 
üçün  lazımdır.Qalan  minerallar  isə  normal  həyat  fəaliyyətini 
təmin etmək funksiyasını daşıyır. 
Beyin vitaminləri bunlardır-qrupu vitaminləri,xüsusi- 
lə də B
1
,  B
3
 və B
6.
 Yada salaq ki, B
3  
(PP)  vitamini təkcə dəri 


 
48 
xəstəliyi  deyil,həm  də  beyin  xəstəliyi  sayılan  pellaqara 
xəstəliyinin  müalicəsində geniş tətbiq olunur və yaxşı səmərə 
verir.E  vitamini  isə  orqanizmdə  israfçılığın  qarşısını  alır, 
oksigenin  qənaətlə  işlənməsini  təmin  edir.Biz  beyinin  əsas 
qidası sayılan oksigendən danışarkən,nəzərə almalıyıq ki,onun 
daşıyıcısı  təkcə  hava  deyil,həm  də  qidalardır.Söhbət    təbii 
qidalardan-çiy sudan, çiy meyvə-tərəvəzdən gedir. 
Psixikanın  vəziyyəti  və  beyinin  işləmək  qabliyyəti, 
birinci  növbədə,daxili  sekresiya  vəzilərinin  iş  qabliyyətindən 
asılıdır.Nəzərə alın ki, bütün vəzilər bir-biri ilə sıx bağlıdır,biri 
digərindən asılıdır.Onların hamısı sağlam olmalıdır.  
Diqqət!..Bir  vəzinin  dərmanla  stimullaşdırılması-
digərinin  fəaliyyətini  pozur.Vəzilərin  hasil  etdiyi  məhsullar 
çox  fəaldır.Onlar  qana,limfaya,mayeyə,toxumaya  sekresiya  və 
harmonlar  buraxırlar.Harmonlar  orqanizmin  həyat  fəaliyyəti 
üçün  gərəkdir,bütün  orqanizmin  funksiyasını,eləcə  də  zülal, 
yağ,karbohidrat və su-duz mübadiləsini tənzimləyir.Hüceyrələ- 
rin  yaxşı  vəziyyətdə  olması  üçün-  düzgün  qidalanmaq,bir  də 
faydalı  hərəkət  lazımdır.  Sağlam  qida-sağlam  hüceyrə  yaradır 
və onları uzun müddət yaşadır, çürük qida-onları qırır. 
Bəs vəzilərimizin hüceyrələrinə hansı qidalar lazımdır? 
Qalxanabənzər  vəzi.  Boyunda  yerləşib.O,normal  işlə-
yəndə,insan  özünü  çox  gümrah  hiss  edir,güclü,nikbin,gülərüz 
və yaradıcı olur,pis işləyəndə-tez yorulur,dəri kobudlaşır və tez 
qocalır,mübadilə  prosesi  pozulur,tük  inkişafdan  qalır,dırnaqlar 
tez-tez  qırılır,tuluqvari  şiş  əmələ  gəlir,zehni  qabliyyət  və  cinsi 
fəallıq  zəyifləyir,adamda  ruh  düşgünlüyü  əmələ  gəlir.Bu  hal 
tərkibində yod olan harmonun-tiroksinin çatışmaması nəticəsin 
-də baş verir.Bunun qarşısı vaxtında alınmasa-ur (zob) xəstəliyi 
əmələ gələr və orqanizmin tez qocalması baş verər. 
Qalxanabənzər  vəzinin  təlabatı:  yod,  B,  S  vitaminləri, 
tirozin (zülal quruculuğunda iştirak edən amin turşusudur). 
Cinsi  vəzilər.Onlar  orqanizmin  normal    fəaliyyət  gös-
tərməsi,həm  də  normal  cinsi  fəaliyyət  üçün  vacibdir.Cinsi 


 
49 
vəzilərə  aiddir:qadınlarda  yumurtacıqlar,kişilərdə  yumurtalar 
(prostat). 
Cinsi vəzilərin təlabatı: A, B, S, E vitaminləri, arqinin, 
dəmir, mis. 
Böyrəküstü  vəzilər.Baş  barmaq  boyda  olan  iki  cüt 
vəzidir,  böyrəklərin  yuxarı  hissəsinə  bitişib(adını  buna  görə 
alıb).Qabıqdan və daxili təbəqədən ibarətdir.Qabığın harmonu - 
karbohidrat  mübadiləsinə,cinsi  funksiyaya  təsir  edir,orqaniz-
min  müdafiə  qabliyyətini  və  əzələlərin  iş  qabliyyətini  təmin 
edir.Daxili təbəqənin  harmonu-adrenalin hazırlayır və maddə-
lər  mübadiləsini  stimullaşdırır.Böyrəküstü  vəzilər-qarşıdurma 
və  qalib  çıxmaq  vəziləridir,onların  harmonu  orqanizmə  enerji 
və həyat gücü axınını təmin edir. 
Böyrəküstü  vəzilərin  təlabatı.  Zəngin  zülallı  qidalar, 
A,S,E vitaminləri və tirozin. 
Böyrəkyanı  vəzilər.Boyunda,qalxanabənzər  vəzinin 
yanında  yerləşib,  ona  bitişib.Elə  buna  görə  də  yaxın  vaxtadək 
onun  bir  hissəsi  hesab  olunurdu.Əsas  vəzifələri-orqanizmdə 
fosfor-kalsium  mübadiləsini  təmin  etməkdir.Bu  da  beyin  üçün 
çox  önəmlidir.Bu  vəzinin  zəifləməsi-sinir  sisteminin  fəaliyyə-
tinə mənfi təsir göstərir:yüksək oyanma, qeyri-normal həssaslıq 
və  nəzarət  olunmayan  əsəbilik  baş  verir.Allergiya  və  spazma-
dan  əzab  çəkirsinizsə,vaxtından  qabaq  qocalırsınızsa,dəqiq 
bilin:qanda kalsium çatışmır. 
Böyrəkyanı  vəzinin  təlabatı:  orqanizmə  kalsiumun 
mənimsənilməsində 
kömək 
edən 
və 
fosfor-kalsium 
mübadiləsini tənzimləyən D vitamini. 
Çəngəlvari vəzi.Ona ur(zob) vəzi də deyirlər.Döş qəfə-
sində  yerləşib.Cinsi  vəzilərlə  və  böyrəküstü  vəzinin  qabığı  ilə 
funksional əlaqəyə malikdir. 
Çəngəlvari vəzinin təlabatı: qrupu vitaminləri. 
Mədəaltı vəzi.Qarın nahiyəsində yerləşib.İnsulin harmo 
-nu  hazırlayır.Bu  harmon  qara  ciyərdə  yağ  mübadiləsinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə