Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

 
50 
tənzimlənməsində  iştirak  edir.İnsulin  kifayət  qədər  ayrılma- 
dıqda  şəkərli diabet baş verə bilər. 
Mədəaltı vəzinin təlabatı: B  qrupu vitaminləri, kükürd, 
nikel, sistin, qlutamin turşusu. 
Vəzilər  haqqında  söhbətimizə  yekun  vuraraq,onu  qeyd 
etmək  istəyirəm  ki,onları  hər  vaxt  “cari”  və  “əsaslı”  təmir 
etmək  mümkündür.Düzgün  qidalanmaqla  bərabər,Custin 
Qlassın bir məsləhətinə də qulaq asın:“Diqqətinizi vəzilərdən 
biri üzərində cəmləyib, onu təsəvvürünüzdə canlandırsanız 
və dönə-dönə təkrar etsəniz ki, o, əla işləyir, onun fəaliyyəti 
həqiqətən də yaxşılaşacaq”. 
Yenidən  beynin  üzərinə  qayıdaq.Bəzi  mütəxəssislər 
belə  hesab  edirlər  ki,45  yaşa  çatanda  artıq  beynin  intensiv 
fəaliyyəti azalır,75 yaşda isə insan yaradıcı düşünmək qabiliy-
yətini itirir.Belə düşünənlər tədqiqat obyekti kimi, heç şübhəsiz, 
qeyri-sağlam həyat tərzi keçirən müasir(sivil) insanları götürür-
lər.Lakin  bu  mülahizəni  sağlam  həyat  tərzi  keçirən  insanlara 
tətbiq  etsək,aydın  olacaq  ki,onun  heç  bir  elmi  əsası  yoxdur. 
Natruropat  alimlər  sübut  ediblər  ki,yaş-vaxt  ölçüsüdür, 
sağlamlıq  ölçüsü  deyil.Biz  40  yaşlı  qoca  da  tanıyırıq,80-90 
yaşlı gənc də (Məsələn,P.Breqq,M.Kotlyarov və s.).Məşhur rus 
yazıçısı  Aksakov  bədii  əsər  yazmağa  64  yaşda  başlayıb. 
Qaliley öz əsas  kəşfini 70 yaşda edib.Darvin  məşhur “İnsanın 
əmələ gəlməsi” əsərini 60 yaşında yazıb. Bu sətirləri yazarkən, 
73  yaşın  içindəyəm  və  öz  iş  qabiliyyətimi,  düşüncə  tərzimi, 
yaradıcılıq  həvəsimi  20-30  il  bundan  qabaqkı  ilə  müqayisə 
edərkən, dodağıma xoş təbəssüm qonur. O vaxtın ölü ruhundan 
əsər-əlamət  qalmayıb,özümdə  on  adamın  işini  görməyə  bəs 
edən  enerji,həvəs  və  təfəkkür  tapa  bilirəm.Məhz  72  yaşın 
içində  olarkən,ağır  xəstəliklə  vuruşa-vuruşa,ömrümdə  ilk  dəfə 
qələmimi  poeziya  meydanında  sınadım  və  “Seçim”  adlı  geniş 
həcmli  (əl  yazması-1000  səhifə)  poema    yazdım.Ümümbəşəri 
bir  ideyaya  həsr  etdiyim  bu  əsəri  əqli  cəhətdən  heç  bir  əzab 
çəkmədən  yazdım.Qeyri-sağlam  həyat  tərzini  sağlam  həyat 


 
51 
tərzi  ilə əvəz  edən  hər  kəs,sinnindən  asılı  olmayaraq,çox şeyə 
nail ola bilər.Beynin fəaliyyətini hər yaş dərəcəsində dəyişmək, 
onu cavanlaşdırmaq mümkündür.Çünki beyin də hüceyrələrdən 
“toxunub”,hüceyrələri isə cavanlaşdırmaq,yeni hüceyrələr yarat 
-maq  mümkündür!..Beynin  yaxşı  işləməsi  üçün,onu  qida  ilə 
yanaşı,informasiya ilə təchiz etmək də vacib şərtlərdən biridir. 
Beyin  haqqında  təsəvvürünüzü  bir  qədər  də  genişlən-
dirmək məqsədilə qeyd edək ki,insan beyni üç “mərtəbəlidir”: 
birinci “mərtəbə”-şüuraltı,ikinci ”mərtəbə”-şüur və üçüncü  
mərtəbə”-şüurüstü.  Şüuraltı  mərtəbədə-instinkt,refleks  və 
yaxşı mənimsənilmiş,avtomatik dərəcəyə çatdırılmış qabliyyət-
lər və vərdişlər yerləşib. Onlar “tələb olunanadək” orada yatıb 
qalırlar.Şüur  mərtəbəsində-hardansa,kimdənsə  aldığımız,hətta, 
kiməsə  ötürdüyümüz  biliklər  cəmlənib.Şüurüstü    mərtəbədə- 
cəmlənən  məlumat  isə  qabaqlar  beyində  olmayan,sonradan 
əldə edilmiş bilik sayəsində yaranan bilikdir.Belə bilik-şüurun, 
şüuraltının  və  ötən  illərin  verdiyi  bütün  təcrübənin  birgə 
intensiv fəaliyyəti nəticəsində əmələ gəlir.Şüurüstünün işləməsi 
üçün şüuru mütəmadi olaraq informasiya ilə yükləmək lazımdır. 
Şüur-mühavizəkardır,yalnız  yoxlanılmış,normalarla  “bərkidil-
miş”,sabitləşdirilmiş  şeyləri  özünə  buraxır,yeniliyə    dərhal 
inanmağa  razı  olmur-orqanizmi  qorumaq  təyinatı  belədir. 
Axşamlar,yuxudan qabaq və səhər tezdən şüuraltının gücündən 
istifadə  edə  bilərik-bu  vaxtlar  orqanizm,bir  halda  hələ  tam 
oyanmayıb,o  biri  halda  yorulub,düşüncə  tərzi  fəal  deyil,ona 
görə  də  hələlik  ona  ötürülən  təzəni  inkar  etməyə,yaxud  onu 
şübhə  altına  almağa  qadir  deyil.Şüuraltının  informasiyanı 
qavramaq və qəbul etmək qabliyyəti yuxudan qabaq daha güclü 
olur.Ona  görə  də  C.Qlass  bizə  belə  bir  özünətəqlid  metodu 
təklif  edir:  “Yatağa  uzanın.  Yuxarıdan  aşağı  özünüzü  xəyalən 
seyr edin və içinizdə deyin:”Beynim dincəlir,başımın əzələləri 
yumuşalır,boynumun  və  çiyinlərimin  əzələləri  yumuşalır”... 
Beləliklə  də  ayaq  barmaqlarınızın  ucunadək  çatın.Sonra 
özünüzə  deyin:“Mən  bütövlükdə  rahatlanıram,dərin  yuxudan 


 
52 
başqa  heç  nə  istəmirəm.Mən  get-gedə  daha  bərk  yatmaq 
istəyirəm”.Bundan  sonra  əlavə  edin:“Mən  istirahət  edirəm, 
beynim dincəlir, mən bütövlükdə dincəlirəm”. 
Yuxudan  öncə  mənfi  emosiyaları  atmaq  çox  vacibdir. 
Bu,daxili  qüvvəni,  qoruyub  çətin  situasiyalar  üçün  saxlamağa 
imkan verəcək. Mütamadi olaraq özünüzü inandırmağa çalışın : 
“Şüuraltı bütün çətinlikləri dəf etməkdə, bütün problemləri həll 
etməkdə,bütün  suallara  cavab  tapmaqda  mənə  köməklik 
edəcək”.Şüuraltı  şüur  daha  böyük  imkanlara  malikdir.O,  gecə 
hər  şeyi  öz  “yerinə  qoya  bilər”.Çünki  həmin  vaxt  “Böyük 
Skeptik”-şüurumuz  yatır.Qeyd  edək  ki,  skeptizm    məhsuldar 
deyil.Əgər  siz  qarşıda  duran  problemə  sakitcə  və  ağıllı  nəzər 
salsanız,sonra  öz  şüuraltınıza  tapşırıq  versəniz,o,bu  tapşırığı 
yerinə  yetirəcək.Bunu  təsdiq  edən  nümunələr  çoxdur.Götürək 
elə  Mendeleyevin  başına  gələn  əhvalatı.Bir  dəfə  alim  hədsiz 
dərəcədə  gərgin  işlədi-kimyəvi  elementlərin  təsnifləşdirilməsi 
üsulunu  axtarırdı,amma  heç  nə  alınmırdı.Bundan  məyus  olan 
alim,işi  dayandırdı  və  palpaltarlı  divana  sərilib,bərk  yatdı. 
Yuxuda  öz  məşhur  cədvəlini  apaşkar  gördü.Şüuraltı  uzun 
müddət  şüurdan  yaranan  bir  qanunauyğunluğu  tapdı,beləliklə 
də əsrin böyük tapıntısı baş verdi. 
Psixika  və  sağlamlıq  haqqında  söhbətimizə  yekun 
vuraraq,bəzi ümumiləşdirmələr aparmaq istəyirəm.     Şübhəsiz
hamı  sağlam  və  xoşbəxt  olmaq  istəyir,lakin,tək-tək  fərdləri 
nəzərə  almasaq,heç  kəs  bu  istəyinə  çatmaq  üçün  çarpışmaq, 
konkret iş görmək istəmir.Maddi çətinliklər ucbatından işıq üzü 
görməmiş  çoxsaylı  kitablarımdan  birinə  belə  ad  vermişəm: 
“Loğman  sən  özünsən!”.Bu,  sadəcə  gəlişi  gözəl  deyilmiş  söz 
deyil.Nişinin,Breqqin,Şeltonun,Uokerin,Zalmanovun,yüzlərlə 
digər  naturopat  alimin  keçdiyi  həyat  yolu,eləcə  də  mənim 
yaşadığım keşməkeşli ağır həyat sübut edir ki, səni sənin kimi 
heç  kəs  müalicə  edə  bilməz.  Elə  buna  görə  də  qüdrətli  alim 
Pol  Breqq  deyirdi  ki,bütün  elmlərin  şahı,zirvəsi-orqanizmə 
qulluq etmək elmidir, onu bilməyən  bədbəxtdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə