Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

 
53 
Bu fikiri konkretləşdirib belə deməliyik: 
-öz  cisminizə  hörmətlə  yanaşın,onu  həyatın  nadir 
təzahürü kimi qiymətləndirin
-tərkibində  Günəş  enerjisi,vitaminlər  və  mikroele-
mentlər olmayan qidalardan və stimullaşdırıcı içkilərdən imtina 
edin; 
- rasiona yalnız təbii, canlı qidaları daxil edin; 
-cismən,yaxud  ruhən  xəstə  olanda,qidadan  imtina  edin 
(çiy sudan başqa),aclıq-bədənə yığılmış zəhəri tez təmizləməyə 
qadirdir,aclıq-ən gözəl qidadır; 
-hüceyrələri,toxumaları,qanı  müntəzəm  olaraq  təmiz 
hava, su və faydalı hərəkətlə təmizləyin
-fəaliyyətlə  istirahətin  balansını  qoruyan:əməklə  yuxu-
nun tənasübü çox vacibdir
-öz  sağlamlığınızı  dünyaya  hədsiz  məhəbbət,özünü-
təkmilləşdirmək  və  rəhmidillik  naminə  mütəmadi  olaraq  
möhkəmlədin; 
-öz  düşüncənizi,sözünüzü,hisslərinizi  pak  və  sakit 
saxlayın; 
-Ana 
Təbiəti 
müntəzəm  olaraq  öyrənin,onunla 
konfiliktə  girməyin,Təbiətin  sabit  və  əbədi  qanunlarına  dəqiq 
riayət  edin,hər  yerdə  və  hər  işdə  ekoloji  təmizliyin  ən  fəal 
müdafiəçisi kimi çıxış edin; 
-boş  oturmayın,yaradıcı  həyat  tərzi  seçin,faydalı 
əməyinizin nəticəsi ilə fəxr edin
-acmamış  yeməyin,doymamış  süfrədən  çəkilin,qidaları 
qarışdırmayın. 
 Nəhayət,professor  P.Breqqin  bir  dəyərli  tövsiyəsinə 
əməl etməyi unutmayın.Alim deyirdi ki, insan xoşbəxtlik üçün 
özünə  3  vacib  vərdiş  aşılamalıdır:daimi  sağlamlıq  vərdişi, 
daimi əmək vərdişi və daimi öyrənmək vərdişi. 
 
 
 


 
54 
PSİXİKANIN  MÖHKƏMLƏNDİRİLMƏSİ 
 
Günü  təbəssümlə  başlayın.  Səhərlər  ayna  qabağında 
dayanın,  xoş  bir  əhvalatı  yada  salın,  üzünüzə  xoş  ifadə  verin, 
əhvalınızı  yaxın  adamlarla  və  iş  yoldaşlarınızla  yaxşı 
münasibət üstündə “kökləyin”. 
Sizi  qıcıqlandıran  hər  bir  hala  “qapalı  gimnastika”  ilə 
cavab  verin:  çiyinlərinizi  bir  neçə  dəfə  arxaya  tərəf  dartın, 
başınızı  xəyalən  sol  çiyin  üzərindən  geri  çevirin,  sağ  dabana 
“baxın”, nəzərinizi dabandan yuxarı (qıç üzərində) sürüşdürün, 
sonra  da  büzdümdən  boyunadək  “baxın”.  Eyni  şeyi  sağ  çiyin 
üzərində  də  edin.  Pəncənin  ucunda  azca  qalxın  və  dabanın 
üstünə  enin  –  bu  hərəkəti  bir  neçə  dəfə  təkrar  edin.  Fəqərə 
sütununu dartıb “uzadın”, dincəlin. 
Özünüidarəni  öyrənmək  mümkündür.  Bunun  üçün, 
birinci  növbədə,  zəhləniz  gedən  “qəliz”,”murdar”  adamlardan 
uzaq olmaq çox vacibdir. 
Hər  hansı  “döyüş  meydanına”  atılmazdan  öncə  yaxşı-
yaxşı fikirləşin: “Döyüşməyə dəyərmi?” 
Sizi  hər  hansı  xoşagəlməz  iş  gözləyirsə,  onu  tez  həll 
etməyə  çalışın,  mətləbi  uzatmayın,  özünüzü  üzməyin.  Hətta, 
dəhşətli  məğlubiyyətə  uğrasanız  belə,  keçmiş  uğurlarınızı 
xatırlayaraq, sizi əzən fikirlərlə mübarizə aparın. Bu, sizə gələn 
qələbələr üçün güc verəcək. 
Diqqətinizi  həyatın  işıqlı  tərəfi  üzərində  cəmləyin, 
narahatlıq doğuran söhbətlərdən uzaq olun. 
Stresi azaltmağın ən gözəl üsulu  fikiri yayındırmaqdır. 
Nişi  sistemi,  kontrast  su  vannası  (duş)  və  yaxşı  həmsöhbət  - 
sizə  köməkçi  ola  bilər.  “Döyüş  arsenalına”  maraqlı  kitabları, 
filmləri, tamaşaları və musiqini də əlavə edə bilərsiniz. 
Doyunca yatın (uşaqlar 10, qadınlar 9, kişilər 8 saat) və 
hər yeni günü yeni enerji ilə başlayın. 
Baxın  görün,  harda  doyunca  gülə  bilərsiniz.  Yumor  – 
bütün dərdlərin çarəsidir, mənfi emosiyalardan ən güclü və ən 


 
55 
etibarlı müdafiə vasitəsidir.Bir müdrik məsləhtə də əməl edin: 
“Gündə  bir  dəfə  özündən  yuxarıya  (imkanlıya)  baxanda,  beş 
dəfə də özündən aşağıya (kasıba) bax”.Yunan filosofu Sokratın  
dərin kəlamını da hər gün yada salın:”Sağlamlıq hər şey deyil, 
lakin hər şey sağlamlıqsız heç nədir”. 
 
 
       ÜCÜNCÜ  FƏSİL 
NİŞİ  SİSTEMİ  MÖCÜZƏDİR, 
YOXSA  METODOLOGİYA? 
 
 Dahi yapon alimi Katsudzo Nişinin yaratdığı Sağlamlıq 
Sistemi mahiyyətinə və nəticəsinə görə möcüzədir.Əslində isə-
dərin Şərq zəkasının,həyatın alt qatlarında zərrə-zərrə tapıb üzə 
çıxartdığı və ən dəyərli inci kimi sapa düzdüyü və bəşəriyyətə 
küll şəkilində təqdim etdiyi çox gərəkli və çox zəngin bir elm 
sahəsidir.Diqqət yetirin:Nişi öz təlimini yaratmaq üçün  Qədim 
Misir,Çin,Yunanstan,Yaponiya,Tibet,Filippin,Amerika,Rusiya 
Almaniya,Hindistan kimi ölkələrdə işıq üzü görmüş 70.000(!!!) 
tibbi  ədəbiyyat  oxumuş  və  bundan  yalnız  362-sini  seçib  öz 
metodologiyasının təməlinə qoymuşdur. Gəlin, sizinlə birlikdə 
bu möcüzəsiz möcüzənin yaranma tarixini izləyək. 
 
KATSUDZO NİŞİ 
(1884-1959) 
 
Tokioda 
əczaçı  ailəsində 
dünyaya  gələn  və  çox  erkən  ağır 
xəstəliyə  mübtəla  olan,odurki  fiziki 
inkişafdan  qalan  Katsudzonun  döş 
qəfəsinin ölçüsü o dərəcədə kiçik idi 
ki, uşağı orta məktəbə götürmədilər. 
Ağıllı  uşaq  bunu  taleyin  ilk  zərbəsi 
kimi qəbul etdi və məyus oldu. Cılız  


 
56 
oğlan aramsız ishalın əlindən zinhara gəlmişdi.Həkimlər uşağa 
bağırsaq vərəmi və ağ ciyərin yuxarı hissəsinin iltihabı diaqno-
zunu  qoydu.Onlar  oğlanı  sağaltmaq  üçün  əllərindən  gələni 
edirdilər.O  vaxtın  məşhur  həkimlərdən  biri  isə  oğlana  ölüm 
hökmü  vermişdi,uşağın  valideyinlərinə  demişdi:  “Təəssüflə 
deməliyəm ki,oğlunuz heç 20 yaşa da çatmayacaq”. 
İşıqlı zəkaya malik olan Katsudzo xəstəlik üzündən öz 
dərin  əqli  potensialından  istifadə  edə  bilmirdi.Sağlam  olmaq 
istəyi onun bütün varlığına hakim kəsilmişdi.Bu istəyin diqtəsi 
altında  3  il  qılıncoynatma  məktəbinə  və  dini  məbədə  getdi. 
Səhhəti bir qədər yaxşılaşsa da, təhsil vaxtı yenidən arıqlamağa 
və  tez-tez  xəstələnməyə  başladı.Dəqiqə  başı  zökəm  olurdu, 
boğazı  ağrıyırdı,soyuq  dəyirdi  və  s.  Xəstə  Katsudzo  Ümumi 
Texniki məktəbə daxil olsa da, açıq-aşkar görürdü ki, xəstəlik 
onun həyat yolunda ən başlıca əngəl olaraq qalır. Orqanizmini 
möhkəmlətmək  məsələsi  gənc  tələbə  üçün  bir  nömrəli  həyati 
məsələ  oldu:  necə  sağlam  olmaq?  Bu  suala  müntəzəm  olaraq 
cavab axtardı. Sağlamlıqla bağlı hər hansı bir kitabı, məqaləni, 
məlumatı böyük acgözlüklə oxuyurdu.Bir dəfə o vaxtın tanın-
mış  təbibi  Fletçerin  əsəri  əlinə  keçdi.Həkim  yazırdı  ki,qidanı 
yaxşı-yaxşı  çeynəməlisən  ki,onun  hər  bir  elementindən 
maksimum  miqdarda  faydalı  maddələr  ala  biləsən.Bu  sadə 
nəzəriyyə Nişinin şüurunda inqilab yaratdı. İndiyəcən müraciət 
etdiyi həkimlər yalnız xəstəliyin və onun simptomlarının müa-
licəsi ilə məşğul olurdular.Fletçerin nəzəriyyəsi isə bütövlükdə 
orqanizmi  necə  sağlamlaşdırmağı  öyrədirdi.Məhz  bu  əsəri 
oxuyandan sonra Nişi ən vacib və ən düzgün nəticələrə gəldi: 
insan  üçün  ən  gözəl  təbib-Təbiətin  özüdür!Həyatın  əsas-
ları,sağlamlığın  əsasları-Təbiətin  özündədir!  Nişi  qət  etdi: 
ona gərək olan hər şeyi-qidanı yaxşı çeynəməklə əldə edə bilər. 
İnsan  qidanı  yaxşı  çeynəsə,qidanı  seçmək  məsələsində  öz 
zövqünə  və  təbii  hisslərinə  tam  bel  bağlaya  bilər.Yediyi  şey 
dadlıdırsa,qidanı  iştahla  yeyirsə,deməli,orqanizm  həmin  qida-
dan lazım olan hər şeyi alır. Hansı qida növünü təbin çəkmir – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə